Студопедия — TƏRCÜMƏÇİNİN IV CİLDƏ YAZDIĞI
Студопедия Главная Случайная страница Обратная связь

Разделы: Автомобили Астрономия Биология География Дом и сад Другие языки Другое Информатика История Культура Литература Логика Математика Медицина Металлургия Механика Образование Охрана труда Педагогика Политика Право Психология Религия Риторика Социология Спорт Строительство Технология Туризм Физика Философия Финансы Химия Черчение Экология Экономика Электроника

TƏRCÜMƏÇİNİN IV CİLDƏ YAZDIĞI






ÖN SÖZÜ;

Bismillah! Aləmlərin Rəbbi Allaha həmd olsun! Onun so­nun­cu Elçisi Muhəmməd Peyğəmbərə, onun ailəsinə, səhabələrinə və sa­diq davam­çılarına Allahın salavatı və salamı olsun!

Sonra, bu qısa ön sözümdə möhtərəm oxucularımızın göz­lə­di­yi əs-Səədi Təfsirinin 4-cü cildinin tərcüməsinin, Allahın köməyi ilə, so­na çatması haqqında xəbərlə onları sevindirmək istəyərək, bu növ­bə­ti cilddə görülə biləcək bir sıra yeniliklər, təşəbbüs və özəlliklər haq­qında, kitabın şərhini oxumağa başlamazdan öncə, mə­lu­mat­lan­dır­­maq niyyə­tin­də­yəm. Hər bir əsəri mütaliə etməzdən əvvəl oxu­cu­nun onun məzmunu barədə yığcam bir təsəvvürə malik olmasının xey­li əhəmiy­yəti və faydası vardır. Xüsusilə bu əsərin adi bir bədii oxu vasitəsi deyil, bütün kainata və bəşəriyyətə aid fundamental mə­sə­lələri özündə əks etdirən Quran kimi fövqəladə əhəmiyyətə malik və misilsiz bir mö­cüzələr mənbəyinin Təfsirinin olması, ona dair ərsəyə gə­tirilən hər han­sı yazının ancaq faydalı olmasını tələb edir. Bu ba­xım­dan mən ça­lışmişam ki, tərcüməmlə bərabər bir sıra yol verilən tə­şəbbüslər, apar­dı­­­ğım, cüzi sayıla biləcək, araşdırmalar barədə, az da ol­sa, oxucuya mə­­lumat verim və əsərin oxucularının tərcüməçi ilə sax­ladıqları qarşı­lıqlı əla­­qələrdən irəli gələn məsələləri nəzərə çatdırım.

Həmd olsun Allaha!

Hər şeydən öncə bir tövsiyəm var.

Hörmətli oxucu qardaş və bacılar, əlinizə aldığınız dəyərli əsər­­ləri, xüsusi ilə də bu Quran şərhinin tərcüməsini oxuyarkən müt­ləq onun mətnində ayrı-ayrı sözlərə əlavə edilmiş iqtibas indekslərinə (izahedici saylara) xüsusi diqqət yetirin. Bu rəqəmlər sözün, söz birləş­mə­sinin və ya bü­­tövlükdə cümlənin digər mənbələrdən əxz edilmiş daha geniş açıq­lanmasına, hadisənin tarixinə, əhəmiyyətinə və bir sıra digər mə­ziy­yətlərinə (səhifəsonu xəttin altında) işarə etmək üçün nəzərdə tu­tul­muşdur. Əksər hallarda bu səhifəsonu izah və iqtibas­lar­da ol­duq­ca mühüm əlavə məlumatlar verilir ki, bunu oxucular, bəzən, nəzərdən qaçırır və oxumadan, ötürürlər. Xüsusilə, siz bu rəqəm-in­dekslərə tərcüməmizin bu və bun­dan sonrakı cildlərində daha tez-tez rast gələcəksiniz.

Sonra, ilk növbədə, bir qədər dördüncü cildin özəlliklərindən bəhs et­mək istəyirəm.

İslam elmi aləmində Quranın tanınmış dərin bilicisi, mü­fəs­si­ri, şə­riət alimi mərhum Əbdürrəhman bin Nasir əs-Səədinin Föv­qə­l­u­ca Allahın Kitabına həsr etdiyi bu Təfsirin əhəmiyyəti və faydaları haq­qın­da əvvəlki cildlərin ön sözlərində və giriş hissələrində məş­hur İslam elm xadimlərinin rəylərinin verildiyini nəzərə alaraq, bu his­sədə ancaq, qeyd etdiyimiz kimi, konkret məsələlərdən söz aça­ca­ğam. Bunlardan ən birincisi, bu cilddə türkiyəli alimlərin “Quran heç tükənməyən mö­cü­zə” adlı kitabından əxz etdiyimiz elmi-təd­qi­qat fəaliyyəti nə­ti­cə­lə­rin­dən istifadə edərək, bəzi hallarda səhi­fə­so­nu xəttinin altında bir sıra zəruri izahlar verməyimizdir. Oxucular tərcüməçinin bu sahədə məq­sə­dini düzgün başa düşsünlər deyə, bildirməliyəm ki, Quranın ciddi elmi tədqiqatını aparan və onda Allahın möcüzələrinin varlığını aşkar və təsdiq edən müsəlman alimlərinin nailiyyətləri Allahın Kitabını daha yaxşı anlamaqda oxucuya əlavə kömək olacaqdır. Bu cilddə səhi­fəaltında qeyd olunan izahlar Quran ayələrində və müəllifin şərhində verilmiş müddəalara ya aydınlıq gətirir, ya da mövzu ilə bağlı yeni Quran möcüzələrini nümayiş etdirir və bu, düşünürəm ki, oxucuda Allahın Son Kitabına olan məhəbbəti və imanı bir daha artı­racaq, dəvət üçün isə əlavə dəlil vasitəsinə çevriləcəkdir.

Əlbəttə, mən bu qısa ön sözümdə “Quran heç tükənməyən mö­cüzə” adlı əsərdən götürülmüş bütün nümunələrin xülasəsini ver­mək fikrində olmasam da, Quranda 19 sayının möcüzəsi haq­qın­da ki­çik bir təfsilatı verməyə məcburam. Tədqiqatçılar (əsər Türkiyə Res­publi­ka­sında­kı “Quran Elmi-Araşdırmalar Mərkəzinə” məxsus­dur, nəşr olun­ma tarixi 2005-ci ildir) qeyd edirlər ki, “Qurandakı 19 sa­­yının yarat­dığı möcüzə bir çox yönləri ilə başa düşülməsi asan, la­kin təkrarlanması müm­kün olmayan bir sistemdir... “Riyaziyyat Al­la­hın Kainatı yaratdığı bir dil­dir”. Bu, Qalileyin məşhur ifadəsidir. Qurandakı riyazi möcüzələrlə, Fövqəluca Allahın Kainatı xəlq etməklə bağlı istifadə etdiyi dildən, insanlara bir Təlimat kimi nazil etdiyi Quranda da istifadə etdiyinin şahidi oluruq. Bu möcüzənin bizə öyrətdiyi... Kainatın Yaradıcısı, yaradılmağımızın səbəbi, öldükdən sonra yaşayacağımız haqqında bir elmdir. Sadaladığımız bu mövzular Quran ayələ­rində öz əksini tapıb açıqlanmışdır”. (Həmin mənbə, səh. 356). Sonra alimlər bildirirlər ki, tədqiqatlarının məqsədi Quranın dəyişdiril­məzli­yi­ni və tək­rarlanmasının (yəni onun bənzərinin yaradılmasının) müm­kün ol­ma­dığını və bunun insan təfəkkürünün fövqündə olduğunu sübut et­məkdir. Quran möcüzələri insana həyatın təməl məsələ­lə­rində nəticə­lər çıxartmağa dəlillər verir.

Fövqəluca Allah bir çox hallarda nazil etdiyi ayələrini də­lil­lər­lə dəstəkləmişdir. Lakin bu vəhyləri inkar edən baxışların sahibləri dəlil­lərə də inkarçı məntiqi ilə yanaşmışlar. Quranda deyilir:

“... Elçiləri onlara açıq-aydın dəlillər gətirdilər. Onlar isə daha öncə yalan hesab etdiklərinə görə iman gətirmədirlər. Allah kafir­lərin qəlblərini beləcə möhürləyir” (Əraf, 7/101);

“Cahillər dedilər: "Bəs nə üçün Allah bizi danışdırmır, yaxud bizə bir ayə gəlmir?" Onların əcdadları da elə onlar kimi danışırdılar. Onların qəlbləri bir-birinə oxşayır. Biz, dəlillərimizi yəqinliklə ina­nan bir xalqa bəyan etmişik” (Bəqərə, 2/118).

Allah Öz dəlillərini insanlara layiqincə göstərir. Allahın də­lil­lə­­ri­nin kafirlərin arzuladıqları: “Allah görünsün”, “Mələklər göy­dən yerə en­sinlər” kimi olacağını onların gözləməsi əbəsdir. Allah, də­lillərini an­la­maq niyyəti olanlar üçün onları aydın şəkildə nazil et­mişdir. Bu gün elm dünyada mühüm bir yer tutmaqdadır. Elmlərin əsa­sını isə riya­ziyyat təmsil edir. Elmi sahələrin ən etibarlı is­ti­nad­gah­ları riyazi he­sablamalarla müəyyən edilir. Ən qatı şəkkaklar belə ri­yazi hesabla­ma­­ların nəticələri qarşısında təslim olur və gerçəyi təsdiq etməyə məc­bur qalırlar. Fövqəluca Allah bəşəriy­yə­tə göndərdiyi Quranı da, Kainatın planını çəkdiyi riyazi dillə yazdığını artıq insanlara aşkar etmiş­dir. Belə­liklə də, O (Pak və Müqəddəs Olan), Qurandakı riyazi möcü­zələrlə bu Müqəddəs Kitabın doğruluğunu, etibarlılığını isbat edir. Bu riyazi mö­cü­­zələrin ən mühüm rəmzi və me­yarı 19 sayıdır. Bu rəqəm Quranın də­yişməzliyini isbat etmək, onun Allahın möcüzələr toplusu olduğunu göstərmək üçün bir də­lil­dir və meyardır. Allah Quranda 19 ədədinin möminlərin imanını qüv­vətləndirəcəyini qeyd etmişdir (Müdəssir, 77/31).

Sonra tədqiqatçılar qeyd edirlər ki, “Quranda 19 sayı mö­cü­zə­si­­nin olmasından bəhs edərkən, kəlmələrin, ayələrin və surələrin 19-la və 19-a bölünən ədədlər sırası ilə bağlı olduğunu bildirdikdə, ən çox eşit­­diyimiz suallardan biri – niyə məhz 19 ədədini əsas götürmüşsünüz de­­yə, sual vermələridir. Bunun cavabını bu surədən əxz etmək olar. Qu­ran­­da sıra nömrəsi 74 olan Müdəssir surəsinin 30-cu ayəsi belədir: “Bun­­da on doqquz vardır [1]. Həmin surənin 31-ci ayəsi isə 19-un funk­­siyalarını göstərir. Beləcə, 19 ədədi, Quranda əks olun­­muş funksiyala­rına diqqətin cəlb edildiyi yeganə rəqəmdir (say­dır). Allah Quranda bu sayı seçmiş və onu Quranda heç bir ədədin vur­­ğulan­madığı qədər nəzərə çarpdırmışdır. 19 və ona qalıqsız bö­lü­nən saylar Quranın, mühafizəsi ilə əlaqədar, şifrələnmiş sisteminin əsa­­sıdır. Quranda xüsusi önəm verilən bu ədədə bölünənlərin sayı Al­­lahın bu Kitabında bir çox kodlaşdırılmaların olduğuna dəlalət edir. Bir neçə nümunə göstərməklə fikrimizi yekunlaşdıraq. “Allah Bir­­dir = 19”. Quranın ən əsas məqsədi bəşəriyyətə Allahın Vahid ol­du­­ğunu bəyan etməkdir. Allahın tək Allah olması Quranda “Vahid” kəl­­məsi ilə veril­mişdir. Vahid sözünün riyazi dəyəri isə 19-dur. Ri­ya­zi dəyər dedikdə, əbcəd sayı nəzərdə tutulur[2]. Bundan başqa, “Va­hid” kəlməsi Quranda Allahın adı kimi tam 19 dəfə istifadə edil­miş­dir.

Kafirlərin Quran üçün (Müdəssir surəsinin 25-ci ayəsində): “Bu ancaq bir insan sözüdür” demələrindən sonra 31-ci ayədə 19-un kafir­lər üçün bir fitnə olduğu göstərilir. Göründüyü kimi, 19 ədədi Quranın insan sözü olması iddiasına qarşı yönəldilmiş misilsiz bir cavabdır. Bir ədəd və bir cavab... Lakin eyni zamanda bu ədəd şübhələri yoxa çıxara­raq, qətiyyətlə elmə inanılmasını təmin edir. 19 möcüzəsi kəşf edilmə­miş­dən öncə bu inanılması mümkün olmayan bir şey idi. Bu möcüzə­nin aşkar edilməsi üçün 1400 ildən çox bir dövrün keçməsi lazım gəl­mişdi və vaxtı çatdıqda Müdəssir (“Gizlənən”) surəsinin içində gizlə­nən möcüzə aşkar edildi. Bundan sonra, Quranın insan sözü olduğunu söyləyənlərə bu möcüzənin cavab verməsi, möminlərin və Kitab veri­lən­lərin qəti biliyə inanmalı olması və şübhələrin aradan qalxması və niyə 19-un vəzifələrindən Müdəssir surəsinin 35-ci ayəsində: “Bu doğ­rudan da böyüklərdən biridir” [3], deyə bəhs edilməsi anlaşılmaq­dadır.

Ön sözümdə 19 ədədi haqqında, ilk nəzərdə, belə geniş məlumat verməyimin səbəbi dördüncü cildin ayə və şərhləri ilə əlaqədar “Quran heç tükənməyən möcüzə” kitabından Quranın daha da şərəfləndi­ril­məsi və ucaldılması, ona məhəbbətin, etimadın artırılması xatirinə iqtibaslar verməyimdən irəli gəlmişdir.

“Qurandakı 19 koduna ilk dəfə 1974-cü ildə diqqət yetirilmişdir. Daha sonra bir çox tədqiqatçıların iştirakı ilə Allahın Kitabındakı sis­temlə bağlı bir-çox möcüzələr aşkar edilmişdir. Müdəssir surəsinin sıra nömrəsi 74-dür və 19 ilə 74-ü bir-birinin ardınca düzdükdə alınan ədəd bu möcüzənin kəşf edilməsi tarixidir.

Bu möcüzənin tapıldığı tarix Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) Məkkədən Mədinəyə hicrəti ilə baş­layan təqvimdə 1393 il idi. Məlum olduğu kimi İslam Pey­ğəm­bərinə (ona Allahın salavatı və salamı olsun!) Quran hicrətdən on üç il öncə vəhy edilməyə başlamışdı. Yəni bu möcüzə Quranın vəhy edilməyə başlamasından tam 1406 il sonra kəşf edilmişdir. Yaxşı, bu 1406 nəyə işarədir? Möhkəm dayanın! 1406 = 19 x 74-dür. İndi sizə kiçik bir nümunə verirəm:

 

19 möcüzəsinin kəşf edilmə tarixi 1974-cü il
19 möcüzəsində 19 və onun keç­di­yi 74-cü su­rənin rəqəmlərinin ard-ar­da yazılması   19-74
Quranın vəhyindən neçə il sonra bu mö­cü­zə kəşf edilmişdir?   (1406 il) = 19 x 74

 

Qurandakı saylarla bağlı möcüzəyə işarə edən Müdəssir (Giz­lə­nən) surəsinin özü başdan başa say möcüzələri ilə doludur. 19 rə­qə­mini və Müdəssir surəsinin sıra nömrəsini ard-arda qoyduqda da 1974-cü il, yəni möcüzənin kəşf edildiyi il alınır. İndi Quranı inkar etməyə cəhd göstərənlər, onu insan sözü sayanlar buna nə deyəcəklər? Təsadüfmü!? Yaxşı, Quranın nazil olmasından sonra keçən 1406 il eynilə 19 ədədi ilə 74-ün bir-birinə vurulmasının cəmini verir. Yaxşı, bəs inkarçılar buna nə deyəcəklər? Yenə təsadüf... Doğrudanmı 19 möcü­­zəsinin kəşfi tarixinin Müdəssir (Gizlənən) surəsində kodlaşdırıl­mış olduğuna dair verəcəyimiz əlavə müdhiş dəlillərə inkarçılar yenə də mi “təsadüf” deyəcəklər? Müdəssir surəsinin ilk iki ayəsi belədir:

 

1. Ey gizlənən,







Дата добавления: 2015-09-04; просмотров: 576. Нарушение авторских прав; Мы поможем в написании вашей работы!



Практические расчеты на срез и смятие При изучении темы обратите внимание на основные расчетные предпосылки и условности расчета...

Функция спроса населения на данный товар Функция спроса населения на данный товар: Qd=7-Р. Функция предложения: Qs= -5+2Р,где...

Аальтернативная стоимость. Кривая производственных возможностей В экономике Буридании есть 100 ед. труда с производительностью 4 м ткани или 2 кг мяса...

Вычисление основной дактилоскопической формулы Вычислением основной дактоформулы обычно занимается следователь. Для этого все десять пальцев разбиваются на пять пар...

Репродуктивное здоровье, как составляющая часть здоровья человека и общества   Репродуктивное здоровье – это состояние полного физического, умственного и социального благополучия при отсутствии заболеваний репродуктивной системы на всех этапах жизни человека...

Случайной величины Плотностью распределения вероятностей непрерывной случайной величины Х называют функцию f(x) – первую производную от функции распределения F(x): Понятие плотность распределения вероятностей случайной величины Х для дискретной величины неприменима...

Схема рефлекторной дуги условного слюноотделительного рефлекса При неоднократном сочетании действия предупреждающего сигнала и безусловного пищевого раздражителя формируются...

Различие эмпиризма и рационализма Родоначальником эмпиризма стал английский философ Ф. Бэкон. Основной тезис эмпиризма гласит: в разуме нет ничего такого...

Индекс гингивита (PMA) (Schour, Massler, 1948) Для оценки тяжести гингивита (а в последующем и ре­гистрации динамики процесса) используют папиллярно-маргинально-альвеолярный индекс (РМА)...

Методика исследования периферических лимфатических узлов. Исследование периферических лимфатических узлов производится с помощью осмотра и пальпации...

Studopedia.info - Студопедия - 2014-2024 год . (0.013 сек.) русская версия | украинская версия