Студопедия — Biz sənə, onların tərəfinə meyl etməyə hazır olmağına bir az qalmış yardım göstərdik”.
Студопедия Главная Случайная страница Обратная связь

Разделы: Автомобили Астрономия Биология География Дом и сад Другие языки Другое Информатика История Культура Литература Логика Математика Медицина Металлургия Механика Образование Охрана труда Педагогика Политика Право Психология Религия Риторика Социология Спорт Строительство Технология Туризм Физика Философия Финансы Химия Черчение Экология Экономика Электроника

Biz sənə, onların tərəfinə meyl etməyə hazır olmağına bir az qalmış yardım göstərdik”.






Onda sən bu həyatda da, öləndən sonra da ikiqat dadardın! Belə olduqda heç kim Bizə qarşı sənə kömək etməzdi”.

Allah Öz Peyğəmbərini (ona Allahın salavatı və salamı olsun!) o (s.ə.s.) artıq onlara güzəştə getməyə hazır olduqda, dəstəklədi və onu (s.ə.s.) müşriklərin nazı ilə oynamaqdan çəkindirdi, çünki o (s.ə.s.) bütün qüvvəsi ilə bu insanları islah etməyə və onları doğru yola gətirməyə can atırdı. Əgər o (s.ə.s.), onların istəklərinə güzəştə getsəydi, onda o özünü (s.ə.s.) həm bu, həm də Axirət dünyasında ağır cəzaya məhkum edərdi. Allah onun (s.ə.s.) cəzasını artırardı, çünki O, Peyğəmbərini (s.ə.s.) ən mükəmməl tərzdə nemətlərlə şərəfləndirmiş və onu (s.ə.s.) ən kamil biliklərlə təmin etmişdi. O (s.ə.s.), güzəştə getsəydi, heç kim Peyğəmbərə (s.ə.s.) işgəncələrdən xilas olmağa kömək etməzdi. Amma bu baş vermədi, çünki Fövqəluca Allah onu (s.ə.s.) şərdən və ona aparan bütün yollardan mühafizə etdi. O, ona (s.ə.s.) yar­dım göstərib düz yola yönəltdi və bunun sayəsində Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) müşriklərin istəklərinə güzəştə getmədi. Bu o deməkdir ki, Peyğəmbər (s.ə.s.) ən kamil lütfkarlığa və ən gözəl töhfəyə görə Allah qarşısında borclu idi.

 

ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ;

Onlar səni o torpaqdan az qalmışdılar ki, sıxışdırıb çıxarsınlar. Əgər bunu etsəydilər, özləri də orada çox qalmaz­dılar”.

Sənə qədər, Bizim göndərdiyimiz elçiləri­mizlə də eynilə davranmışdılar. Sən Bizim göstərişlərimizdə dəyişiklik tapmazsan”.

Ey Muhəmməd! Sən müşriklərin arasında belə yüksək məqam sahibi olanda, bu onların xoşuna gəlməmişdi və buna görə səni doğma torpaqdan qovmağa hazır idilər. Əgər onlar bunu etsəydilər, onlar özləri də o torpaqda çox qala bilməyəcək­dilər, çünki onları çox tezliklə sərt qisas çulğalayacaqdı. Bu, Allahın bütün ümmətlər barəsində öncədən təyin olunmuş, heç vaxt dəyişməyən və ya təhrif edilə bilməyən qanunudur. Elçini qəbul etməyən və onu doğma torpağından qovan hər hansı ümmət hələ bu dünyada yaşadığı dövrdə cəzaya məruz qoyulur.

Elə buna görə kafirlər Peyğəmbərə (s.ə.s.) pislik etmək və onu (s.ə.s.) Məkkəni tərk etməyə məcbur etmək niyyətinə gələn kimi, Bədr yaxınlığında döyüş baş verdi ki, onun gedişində qureyş igidlərinin çoxu məhv oldu və beləliklə, qureyş müşrik­lərinin toxunulmazlıq dövrü qurtarmış oldu. Buna görə həmd təkcə Allaha məxsusdur!

Bu ayələr Allahın qullarının öz Rəbbinin yardımına necə möhtac olduqlarını təsdiq edir. Mömin yorulmadan Allaha dua etməlidir ki, onu haqq din ağuşunda saxlasın və bütün qüvvəsi ilə buna can atmalıdır, çünki hətta Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!), bütün qulların ən kamili, Allahın yardımı olmasaydı, müşriklərə güzəşt etməyə meyil göstə­rərdi. Onda bəs qalan məxluqlar haqqında nə demək olar?!

Bu ayələrdə Fövqəluca Peyğəmbərə (s.ə.s.) xatırladır ki, O, onu (s.ə.s.) ən böyük mərhəməti ilə şərəfləndirmiş və hər cür şərdən təhlükəsizliyini təmin etmişdir. Bu isə o deməkdir ki, O istəyir ki, O, qullarını şərdən xilas edəndə və onları haqq dinin ağuşunda bərqərar edəndə onlar Onun mərhəmətini həmişəlik yadda saxlamalıdırlar.

Bu ayələrdən həm də aydın olur ki, əgər Allah insanı çoxsaylı digər məxluqlarından üstün tutursa və ona hədsiz nemətlər bəxş edirsə, onda onun günahları və cinayətləri də daha ağır olur. Allaha itaət etməyərək, belə insan sərt qınağa layiq görülür, çünki Fövqəluca Öz Elçisinə (s.ə.s.) belə buyurmuşdur: “Onda sən bu həyatda da, öləndən sonra da ikiqat dadardın! Belə olduqda heç kim Bizə qarşı sənə kömək etməzdi” (İsra, 17/75).

Bu ayələrdən belə çıxır ki, Allah kafir ümməti məhv etməyə hazırlaşırsa, onda O, ona dəhşətli cinayətlər törətməyə imkan verir. Xalqın günahları artdıqda və bir yerə yığıldıqda, Allahın vədi gerçəkləşir və sarsıdıcı cəza onları çulğayır. Allah Onun elçilərini qovan bütün xalqlarla belə rəftar etmişdir.

 

ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ;

 

Namaz qıl günortadan gecə qaranlığı çökənə kimi və sübh çağı oxu Quranı! Həqiqətən, sübh çağı oxunan Quranın şahidləri var”.

Fövqəluca Allah Peyğəmbərinə (ona Allahın salavatı və salamı olsun!) əmr etmişdir ki, namazı onun üçün təyin olunmuş vaxtda elə qılsın ki, Ona həm vücudu ilə, həm də qəlbən ibadət etmiş olsun. Günortadan sonra, günəş qürub etməyə başladıqdan batana qədər, müsəlman əvvəlcə zöhr, sonra isə əsr namazını qılmalıdır. Qaranlıq çökdükdə isə müsəlman öncə məğrib, sonra da işa namazını qılmalıdır. Sübh çağı fəcr namazı qılınmalıdır ki, Allah onu Quran oxunması adlandırmışdır, çünki bu namaz qılınan zaman, başqa namazlardakına nisbətən, daha çox Quran ayələri oxunmalıdır. Sübh çağı Quran oxunması həm də onunla fərqlənir ki, Allahdan başqa, onu, həm gün ərzində insanların əməllərini yazan mələklər, həm də gecə vaxtı insanların əməllərini yazan mələklər dinləyirlər.

Bu ayədə beş vaxtda qılınmalı olan vacib namazlar xatır­lanır. Söhbət məhz vacib namazlardan gedir, çünki şərh etdiyimiz ayə məhz bu namazların qılınması hökmündən ibarətdir. Bu ayədən görünür ki, namaz vaxtının çatması bu ibadət ayininin yerinə yetirilməsinin mütləq şərtidir. Məhz namaz vaxtının başlaması amili insanın onu qılmasını vacibləşdirir, çünki Allah namazı onun üçün ayrılmış vaxtda qılmağı əmr etmişdir.

Ayədən həmçinin aydın olur ki, üzrlü səbəb olduqda, zöhr namazını əsr namazı ilə, məğrib namazını isə işa namazı ilə birləşdirmək olar, çünki Allah bu namazların vaxtlarını birləş­dirmişdir. Bu ayə həm də gedişatı ərzində daha çox Quran oxunması lazım gələn sübh namazının üstünlüyünü təsdiq edir. Ayədən həmçinin aydın olur ki, Quran oxunması namazın vacib hissəsidir, çünki əgər ibadət ayininin bir hissəsi bütöv ayini adlandırmaq üçün istifadə edilirsə, onda bu hissə həmin ayinin vacib tərkib hissəsinə çevrilir.

 

ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ;

Gecənin bir qismində oyanaraq təhəccüd namaz­ları qıldığın zaman Quran oxu! Ola bilsin ki, Rəbbin səni həmdəlayiq bir məqama ucaltsın”.

Sən nafilə gecə namazları qılaraq böyük yüksəkliklərə qədər yüksələrsən ki, digər insanlar oraya qalxa bilməzlər, çünki bu namazlar sənin törətdiyin günahlarının bağışlanmasına səbəb olarlar. Başqa bir şərhə görə isə bu ayənin mənası ondan ibarətdir ki, beş dəfə qılınan gündəlik namazlar Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) üçün vacib namazlar idi və bütün möminlər üçün də beləydi. Amma nafilə gecə namazı təkcə Peyğəmbər (s.ə.s.) üçün vacib edilmişdi. Allah tək ona (s.ə.s.) başqalarına nisbətən daha çox vəzifələr həvalə etməklə onu (s.ə.s.) şərəfləndirmişdi. Bunun sayəsində o (s.ə.s.) çoxsaylı yaxşılıqlar etmiş və həmdəlayiq bir məqama yetişmək haqqına layiq görülmüşdü. Bu – şərəfli bir mövqedir və Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) orada bütün məxluqların, ilkindən ta sonuncusuna qədər, tərifinə layiq olacaqdır. Orada peyğəmbərlər – Adəm, Nuh, İbrahim, Musa və İsa Allah qarşısında bəşəriyyət üçün şəfaət verməkdən çəkindikdən sonra, ona (s.ə.s.) məxluqlar şəfaətçi olmaq imkanı veriləcəkdir. Bu baş verdikdə, insanlar Adəmin bütün nəsllərinin Ağası olandan xahiş edəcəklər ki, o (s.ə.s.) onların şəfahətçisi olsun ki, Allah da onlara rəhm etsin, onları Qiyamət günü Məhşər ayağında keçirdikləri qorxu və qəm-qüssədən xilas etsin. Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) də dua ilə Allaha müraciət edəcək və O, ona (s.ə.s.) bəşəriyyət üçün şəfaətçi olmağa icazə verəcəkdir. Bunun üçün Rəbb onu (s.ə.s.) Həmdəlayiq yerə gətirəcək və bu zaman Kainatın bütün məxluqları onun (s.ə.s.) mövqeyinə qibtə etməyə başlayacaqlar, o (s.ə.s.) isə bütün məxluqlara ən böyük bir xidmət göstərəcəkdir.

 

ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ;

(17.80) “De: “Ey Rəbbim! Qoy girəcəyim də doğru olsun, çıxacağım da doğru olsun! Dərgahından mənə yardımçı bir qüvvə nəsib et!”

Ey Rəbbim! Hara getsəm də, haradan çıxsam da, qoy mənim bütün təşəbbüslərim Sənə sədaqətlə bağlı olsun. Qoy mənim bütün əməllərim Allaha xoş gəlsin! Buna görə mənə icazə ver onları ancaq Sənin xatirinə səmimiyyətlə, Sənin hökmlərinə qəti uyğun olaraq yerinə yetirim. Ey Rəbbim! Mənə aydın sübutlar və təkzibolunmaz dəlillər tapmağı öyrət ki, onlar niyə mənim bəzi işləri görüb, o birilərini rədd etməyimin lehinə şəhadət versinlər.

Bu – Allahın qulunun qalxa biləcəyi ən yüksək pillədir. Belə şərəf ancaq insanı Rəbbinə yaxınlaşdıran müstəsna saleh əməllər işlədən adamlara nəsib olur. Belə insan özünün istənilən hərəkətini əsaslandıra bilir. Bunun üçün insan faydalı biliklərə sahib olmalı, xeyirli əməllər yerinə yetirməli, dini hökmlər və müqəddəs mətnlərdən əxz edilmiş dəlillər haqqında biliklərə malik olmalıdır.

 

ﮙﮚﮛﮜﮝﮞ ﮟﮠﮡ ﮢﮣ;

 

(17.81) “De: “Haqq gəldi və yalan yox oldu. Həqiqətən də, yalan yoxluğa məhkumdur!”

Haqq[20] – Allahın Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) nazil etdiyi vəhylərdir ki, ona (s.ə.s.) onları açıq təbliğ etməyi buyurmuşdu. Əleyhinə çıxılması müm­kün olmayan Haqq ona (s.ə.s.) bəyan edilmişdi və buna görə də yalan itib, yox olmuşdu. Başqa cür ola da bilməzdi, çünki yalan məhvə və yoxluğa məhkumdur. Şübhəsiz ki, bəzən yalan qüvvət­lə­nərək yayılır. Lakin bu, Haqq ona qarşı çıxmadığı zaman baş verir. Haqq gələn kimi, yalan sakitləşib kiriyir və hətta cınqırını belə çıxara bilmir. Elə buna görə də, öz Rəbbinin açıq-aydın ayə­lərini insan­ların yalnız yaddan çıxardığı ölkələrdə yanlış nəzər nöqtələri yayılır.

 

ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ;

Biz Quranda möminlər üçün şəfa və mərhəmət nazil edirik, zalımların isə o, yalnız zərərini artırır”.

Quran şəfa və mərhəmət mənbəyidir, lakin heç də hər kimə o mənbəyə çatmaq nəsib olmur. Bu, Qurana iman gətirən, onun ayələrinin gerçəkliyini qəbul edən və əməldə onları rəhbər tutan möminlərə qismət olur. Bu Kitaba iman gətirməkdən və ya onun hökmlərini yerinə yetirməkdən boyun qaçıran fasiqlərə isə Quran ayələri zərərdən başqa bir şey vermir, çünki ayələr onları öz bilməməzlikləri sayəsində bəraət qazanacaqları imkandan məh­rum edir.

Quran ayələrinin gətirdiyi şəfa ürəklərin şübhələrdən, nadanlıqdan, pozğun baxışlardan, zərərli uydurmalardan və pis niyyətlərdən xilas olmasını nəzərdə tutur. Quran elə biliklərə malikdir ki, onlara şübhə etmək mümkün deyil, onlar istənilən şübhəni və çaşqınlığı aradan qaldırır. Quran həmçinin Allahın əmrlərinə zidd olan alçaq istək və ehtiraslardan xilas olmağa kömək edən öyüd-nəsihətlərdən ibarətdir. Bununla yanaşı Quran ayələri insan bədənini ağrılardan və xəstəliklərdən müalicə etməyə qadirdir.

Quran ayələrinin gətirdiyi mərhəmət isə Quranın dəvət etdiyi xeyirxah əməlləri yerinə yetirməkdən ibarətdir. Əgər Allahın qulu bu hökmləri yerinə yetirirsə, onda o, mərhəməti, əbədi səadəti və mükafatı həm bu dünyada, həm də ölümdən sonra əldə etməyə nail olur.

 

ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ;

Biz insana mərhəmətimizi əta edəndə, o, təkəb­bürlə üz döndərərək çevrilib gedir. Ona müsibət toxunanda isə, o, ümidsizliyə qapılır”.

İnsanın əsl təbiəti belədir. Bu keyfiyyətlər, Allahın doğru yola yönəltdiklərindən başqa, bütün insanlara xas olan məziy­yət­lərdir. Əgər Allah insana dünyəvi nemətlər bəxş edirsə, bu onu şadyanalıq etməyə və sevinməyə məcbur edir. O öz Rəbbindən üz çevirir və Ondan uzaqlaşmağa başlayır. O, Allaha şükür etməkdən boyun qaçırır və hətta Onu xatırlamaq da istəmir. Amma o bir az xəstələnən kimi və ya çətin vəziyyətə düşdükdə bunun yaxşılıqla qurtaracağından əlini üzür, Rəbbinin köməyinə ümidini itirir və elə güman edir ki, onun müsibətləri daima davam edəcəkdir. Lakin Allah qulunu doğru yola yönəltdikdə, onda belə adam sevinc içində Rəbbinə itaətkarlıq göstərir və nazil etdiyi nemətlər üçün Ona həmd edir, müsibət anında isə Onun qarşısında mütilik nümayiş etdirir və ümid bəsləyir ki, yaxın vaxtlarda Allah ona əmin-amanlıq verəcək və onu ona nəsib olmuş bədbəxtçiliklərdən xilas edəcəkdir. Məhz belə davranış möminə istənilən çətinlikləri asanlıqla adlamağa kömək göstərir.

 

ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ;

 







Дата добавления: 2015-09-04; просмотров: 476. Нарушение авторских прав; Мы поможем в написании вашей работы!



Практические расчеты на срез и смятие При изучении темы обратите внимание на основные расчетные предпосылки и условности расчета...

Функция спроса населения на данный товар Функция спроса населения на данный товар: Qd=7-Р. Функция предложения: Qs= -5+2Р,где...

Аальтернативная стоимость. Кривая производственных возможностей В экономике Буридании есть 100 ед. труда с производительностью 4 м ткани или 2 кг мяса...

Вычисление основной дактилоскопической формулы Вычислением основной дактоформулы обычно занимается следователь. Для этого все десять пальцев разбиваются на пять пар...

ТЕХНИКА ПОСЕВА, МЕТОДЫ ВЫДЕЛЕНИЯ ЧИСТЫХ КУЛЬТУР И КУЛЬТУРАЛЬНЫЕ СВОЙСТВА МИКРООРГАНИЗМОВ. ОПРЕДЕЛЕНИЕ КОЛИЧЕСТВА БАКТЕРИЙ Цель занятия. Освоить технику посева микроорганизмов на плотные и жидкие питательные среды и методы выделения чис­тых бактериальных культур. Ознакомить студентов с основными культуральными характеристиками микроорганизмов и методами определения...

САНИТАРНО-МИКРОБИОЛОГИЧЕСКОЕ ИССЛЕДОВАНИЕ ВОДЫ, ВОЗДУХА И ПОЧВЫ Цель занятия.Ознакомить студентов с основными методами и показателями...

Меры безопасности при обращении с оружием и боеприпасами 64. Получение (сдача) оружия и боеприпасов для проведения стрельб осуществляется в установленном порядке[1]. 65. Безопасность при проведении стрельб обеспечивается...

Билет №7 (1 вопрос) Язык как средство общения и форма существования национальной культуры. Русский литературный язык как нормированная и обработанная форма общенародного языка Важнейшая функция языка - коммуникативная функция, т.е. функция общения Язык представлен в двух своих разновидностях...

Патристика и схоластика как этап в средневековой философии Основной задачей теологии является толкование Священного писания, доказательство существования Бога и формулировка догматов Церкви...

Основные симптомы при заболеваниях органов кровообращения При болезнях органов кровообращения больные могут предъявлять различные жалобы: боли в области сердца и за грудиной, одышка, сердцебиение, перебои в сердце, удушье, отеки, цианоз головная боль, увеличение печени, слабость...

Studopedia.info - Студопедия - 2014-2024 год . (0.009 сек.) русская версия | украинская версия