Студопедия — Onlar mağarada üç yüz və bir də doqquz il keçirdilər”.
Студопедия Главная Случайная страница Обратная связь

Разделы: Автомобили Астрономия Биология География Дом и сад Другие языки Другое Информатика История Культура Литература Логика Математика Медицина Металлургия Механика Образование Охрана труда Педагогика Политика Право Психология Религия Риторика Социология Спорт Строительство Технология Туризм Физика Философия Финансы Химия Черчение Экология Экономика Электроника

Onlar mağarada üç yüz və bir də doqquz il keçirdilər”.






De: Onların orada neçə il qalmasını Allah daha yaxşı bilir. Göylərin və yerin sirri Ona məxsusdur! O, necə də gözəl görür və eşidir! Onların Ondan başqa Hamisi yoxdur və Onunla bərabər qərar qəbul etməsində şəriki də yoxdur”.

Allah mağaradakı insanların taleyi haqqında Kitab əhl­indən soruşmağı qadağan etdikdən sonra, çünki onlar bu əhvalatın təfərrüatını bilmirdilər, O, Öz Peyğəmbərinə (ona Allahın salavatı və salamı olsun!) yeniyetmələrin mağarada neçə il keçirmələrini xəbər verdi. Allah aşkarı da, qeybi də Biləndir. Təkcə O, bütün varlıqlar haqqında hər şeyi bilir və mağaradakı adamların taleyi dəqiqliklə təkcə Ona məlumdur. O, göylərin və yerin bütün sirlərini bilir və təkcə O, Öz məxluqlarına Özünün qeybə aid biliklərinin bir qismini aça bilər. Əgər Allahın elçiləri (onlara salam olsun!) onlara nazil edilmiş vəhyləri insanlara çatdırırlarsa, onların sözləri şübhə doğurmayan həqiqətdir. Qeybə aid, hətta elçilərə açıqlanmamış biliklərə gəldikdə isə, heç bir məxluq onlar barəsində məlumata malik ola bilmək qüdrətində deyil.

Özünün hüdudsuz elmi haqqında xatırladıqdan sonra Fövqəluca Allah Özünün ilahi eşitmə və görmə qabiliyyətinin kamilliyini vurğulayır ki, onların sayəsində O, bütün Kainatda baş verənləri görür və eşidir. Sonra isə Allah Özünün ümumi və xüsusi formada olan himayədarlığından bəhs edir. Hər şeyi əhatə edən himayədarlığı Onun Kainatın bütün işlərini idarə etməsində təzahür edir. Allahın xüsusi himayəsinə isə ancaq möminlər layiq görülürlər ki, Rəbb onları zülmətdən işığa çıxarır və ən ağır tapşırıqlarını yerinə yetirməkdə onlara yardım göstərir. Məhz buna görə Rəbb buyurur ki, mağaradakı insanların Allahdan başqa hamisi yox idi. O, onları Öz qayğısı ilə kölgələndirmiş və onlara bol qismət nəsib etmişdir, halbuki o vaxt bir nəfər belə onların qayğısına qalmamışdı.

Təkcə Fövqəluca Allah Qədərlə bağlı qərarlar qəbul edir ki, Kainat da ona uyğun olaraq mövcudluğunu sürdürür. Dini qanunları da Allah təkbaşına qəbul edir. O, qullarını xəlq edir, onlarının taleyini öncədən müəyyənləşdirir, işlərini idarə edir, onlara dini qanunlara və qadağalara riayət etmək hökmü verir, sonra isə onları ya cəzalandırır, ya da mükafatlandırır.

Öncə Fövqəluca Allah artıq xəbər vermişdi ki, bütün qeyb, göylərdə və yerdə baş verənlər təkcə Ona məlumdur. Əgər Allah onları məxluqlarına açmasa, onlar qeybə məxsus heç bir şeyi heç vaxt bilməzlər. Lakin Müqəddəs Quranda çoxlu belə oxşar hekayətlər xatırlanır və buna görə sonra Fövqəluca Allah bu Kitabı öyrənməyi insanlara buyuraraq belə deyir:

 

ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀﰁ ﰂ ﰃ ﰄ ﰅ ﰆ ﰇ ﰈ ﰉ ﰊ;

 

(18.27) “Rəbbinin vəhy ilə sənə nazil edilmiş Kitabını oxu. Onun Sözləri əvəzedilməzdir və sən Ondan başqa sığınacaq tapa bilməzsən!”

 

Kitabı oxumaq əmri onda vəhylə nazil edilmiş bütün hökm­lərin yerinə yetirilməsini nəzərdə tutur, bunun üçün isə hər bir müsəlman Quran ayələrinin əsl mənasını anlamalı, Müqəddəs Quranın bütün hekayətlərinə iman gətirməli, onda olan bütün əmrləri yerinə yetirməli və onda nazil edilmiş qadağaları pozmamalıdır. Təkcə bu qaydada, sözləri əvəz edilə bilməyən Şərəfli Kitaba yanaşmaq lazımdır, çünki onlar həqiqətdir, ədalət­lidir və kamildir. Fövqəluca buyurur: “Rəbbinin sözü haqq və ədalətlə icra edilmişdir!...” (Ənam, 6/115). Quranı təhrif etmək mümkün deyil və bu onun kamilliyi və təkrarolunmazlığının dəlilidir. Əgər onun çatışmazlıqları və ya nöqsanı olsaydı, onda insanlar onu bütövlükdə və ya qismən təhrif edə bilərdilər[30]. Bütün bunlar Müqəddəs Quranın əzəmətini və bütün məsələlərdə məhz ona müraciət etməyin zəruriliyini göstərir. Sığınacaq və xilas olmaq məsələlərinə gəldikdə isə, onları təkcə Fövqəluca Rəbbin dərgahında tapmaq mümkündür və ancaq O, qullarını mühafizə etməyə və onlara sığınacaq verməyə qadirdir. Əgər insan biləndə ki, onun bütün təşəbbüslərində ona himayə edə bilən təkcə Allahdır, onda bu düşüncə onu həm müsibət, həm də xoşbəxt anlarda təkcə vahid Allaha ibadət etməyə və təkcə Ona can atmağa yönəldir. Həqiqətən, insanlar hər an Onun himayəsinə ehtiyac duyurlar və yardım üçün Ona müraciət edirlər.

 

ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ;

(18.28) “Səhərlər və gün batmazdan Rəbbinə dua edən­lərlə və Onun Üzünə doğru can atanlarla birlikdə səbirli ol. Bu dünyanın bərbəzəyi xatirinə onlardan üz döndərmə və ürəklərini Bizi xatırlamağa laqeyd etdiklərimizə, öz istəklərinə uyanlara və əməlləri faydasız olanlara itaət etmə!”

Fövqəluca, peyğəmbəri Muhəmmədə (ona Allahın salavatı və salamı olsun!) və Onun hökmlərinə və qadağanlarına riayət edənlərə əmr edir ki, öz Rəbbinə doğru can atan və günün əvvə­lində və sonunda Ona səmimiyyətlə dua edən mömin bəndələrlə birlikdə doğru yola səbirlə davam etsinlər. Allaha ibadət və səmimi xidmət göstərilməsi belə möminlərin ayrılmaz keyfiyyət­lə­rindəndir. Bu müddəadan aydın olur ki, Allah qullarına öz vaxtlarını, ayrılmaz keyfiyyətləri – Allaha ibadət və səmimi xidmət etmək olan insanlar arasında keçirməyi əmr etmişdir. Müsəlmanlar belə insanlarla, onlar hətta kasıb olsalar da, daha çox ünsiyyət saxlamalıdırlar, çünki saleh insanlarla əlaqə insana saysız-hesabsız faydalar gətirir.

Əgər insan belə şəxsiyyətlərdən üz döndərərsə, bu ona zərərdən başqa bir şey verməz. O, çoxsaylı mənəvi nemətlərdən məhrum olar, onun qəlbi isə getdikcə dünya həyatına alışar. O, maddi nemətlər haqqında daha tez-tez düşünməyə başlayar və eyni zamanda Axirət həyatına can atması tədricən qəlbindən silinər. Bu ona görə baş verir ki, maddi gözəlliklər insanın gözünü tutur, könlünü heyran edir və son nəticədə insan Allahı xatırlamağı yadırğayır və maddi ləzzət və həzlərə doğru yönəlir. O, vaxtını itirir, həyatını korlayır və böyük bir zərərə uğrayır. Nəsibi isə əbədi bədbəxtlik və sonsuz məyusluq olur.

Allah belə insanlara itaət etməyə qadağa qoymuşdur, çünki onlar öz Rəbbini unutmuşlar, Fövqəluca Allah isə onları özlərini unutmağa məcbur etmişdir. Onlar özlərinin alçaq ehtiraslarına güzəştə getmiş və hətta bu onları məhvə və böyük itkiyə doğru aparsa da, öz keflərinə uyğun olaraq davranmışlar. Onlar öz şıltaq­lıqlarına pərəstiş etmişlər və buna görə Fövqəluca Allah buyurmuşdur: “Sən öz şıltaqlığına pərəstiş edəni gördünmü? Allah biliyi əsasında onu azdırdı, qulağını və ürəyini möhür­lədi və gözlərinə pərdə çəkdi...” (Casiyə, 45/23).

Belə insanlar nəinki mənəvi, həm də dünyəvi nemətlərdən məhrum edilirlər və Allah belələrinə tabe olmağı haram etmişdir, çünki bu günahkarlara itaət etmək insanları onlara bənzəməyə məcbur edir və nəticədə insan onların bəzi yaramaz keyfiyyət­lərini mənimsəyirlər. Bu ayədən aydın olur ki, insanlar ancaq həqiqətən təqlid edilməyə nümunə olanlara itaət etməlidir. Çünki onların ürəkləri Allaha məhəbbətlə dolu olur və bu sevgi hissi xeyirxah söhbətlər formasında zahir olur, üzə çıxır. Buna görə mömin insanlar Allahı tez-tez xatırlayır, Onun mərhəmətini qazanmağa can atır və Rəbbin iradəsini öz nəfsi istəklərindən üstün tuturlar. Bunun sayəsində onlar öz vaxtına qənaət edir, işlərini sahmana salır, xeyirxah əməllər, işlər görür, ətraflarında­kıları öz Rəbbinin mərhəməti ilə etiqad etdikləri dinə dəvət edirlər. Belə insanlar təqlid üçün nümunə olmağa layiqdirlər.

Bu ayədə yad edilən səbirliliyə gəldikdə isə, bu ad altında Allahın hökmlərinin səbirlə yerinə yetirilməsi nəzərdə tutulur. Bu - ən şərəfli səbirlilik formasıdır və əgər insan onu kamillik səviyyəsinə çatdıra bilərsə, onda qalan bütün şeyləri səbirlə yerinə yetirmək onun üçün çətinlik yaratmaz.

Bu Quran ayəsində həm də Allahı xatırlamanın və günün başlanğıcında və axşamqabağı Ona dua ilə müraciət etmənin üstünlüyü xüsusilə vurğulanır. Allah iman sahiblərini bu əməllə­rinə görə tərifləyir və bu ona dəlalət edir ki, səhər və axşam Allahı xatırlama – zikr etmə Allahın bəyəndiyi əməllərdəndir. Əgər Allah hər hansı bir əməli sevirsə, onda O, qullarına o əməli mütləq yerinə yetirməyi əmr edir və onları buna ruhlandırır.

 

ﭲ ﭳ ﭴ ﭵﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ

 

(18.29) “De: “Haqq – Rəbbimizdəndir. Kim istəyir inan­sın, kim istəmirsə, qoy inanmasın”. Biz zalımlar üçün onları hər tərəfdən divar kimi əhatə edəcək Od hazırlamışıq. Onlar yar­dım (və ya yağış) üçün yalvarmağa başlasalar, onda onlara ərinmiş metala (və ya yağ çöküntüsünə) bənzər və üzü yandıran su ilə kömək edilər. Necə də çirkin içki və murdar məskəndir!”

Ey Muhəmməd! İnsanları Rəbbindən onlara nazil olan Haqq barədə xəbərdar et. Bundan sonra həqiqət və yalan, doğru və yanlış yollar onlara məlumdur. Onlar bəxtəvər möminləri və bədbəxt kafirləri tanıya biləcəklər və bütün bunlar Allah tərəfin­dən həqiqəti sənin dilinlə izah etməsi sayəsindədir. O həqiqət o dərəcədə açıq-aydındır ki, heç kim artıq ona şübhə edə bilməz. İman gətirmək istəyən hər kəs, iman gətirə bilər və hər kim də küfrə etiqad etmək istəyərsə, istədiyi kimi davrana bilər. İnsan üçün başqa yol yoxdur: o, ya doğru yola gəlməlidir, ya da azğınlıq yoluna qədəm qoymalıdır. Allah ona iradə əta etmişdir ki, onun sayəsində o, imanla küfrü, xeyirxahlıqla bədxahlığı müstəqil olaraq seçə bilsin. Əgər insan iman gətirirsə, onda o, doğru yola gələcək­dir, əgər iman gətirməkdən boyun qaçırırsa, onda axı haqq ona artıq məlumdur və heç kim onu haqq dinə etiqad bəsləməyə məcbur etməyəcəkdir. Fövqəluca buyurur: “Din­də məcburiyyət yoxdur. Doğru yol artıq azğınlıqdan fərq­lən­mişdir” (Bəqərə, 2/256).

Sonra Fövqəluca Allah möminləri gözləyən sonucdan və kafir­lərin düşəcəkləri aqibətdən xəbər verir. Küfrə etiqad edənlər, günah işləyənlər və Allaha itaətsizlik göstərənlər üçün Cəhənnəm Odu hazırlanmışdır ki, o, Cəhənnəm əzabkeşlərini hər tərəfdən keçilməz divarla əhatə edəcəkdir.. Onlar cəzadan can qurtara bilməyəcəklər, xilas yolu da tapa bilməyəcəklər və yandırıb-yaxan alovun ovuna çevriləcəklər. Əgər onlar dözülməz susuzluqlarını söndürmək üçün su istəsələr, onları ərimiş qurğuşuna və ya qaynar bitki yağının çöküntüsünə bənzəyən suya “qonaq” edəcəklər. Bu su onların üzünü yandıracaq və təsəvvür etmək çətindir ki, o, onların bağırsaqlarını və daxili orqanlarını nə günə qoyacaqdır. Fövqəluca buyurur: “İman gətirməyənlər üçün Oddan paltar biçəcək, başlarına isə qaynar su töküləcək. Ondan onların dərisi və içalatı əriyəcəkdir. Onlar üçün dəmir toppuzlar hazırlan­mışdır” (Həcc, 22/19-21).

Cəhənnəm əzabkeşlərinin susuzluqlarını söndürmək istə­dikləri içki necə də iyrəncdir! Onlar öz əzablarını azaltmağa cəhd göstərəcəklər, amma bundan sonra əzabları daha da şiddətlə­nəcək, əziyyətləri daha da ağrıdıcı olacaqdır. Həqiqətən də, Cəhənnəm çox mənfur sığınacaqdır. Bundan başqa, Cəhənnəmdə işgəncələrdən xilas olmaq mümkün deyil, çünki o, əbədi əzablar və misli görünməmiş məşəqqətlər məskənidir. Bu əzab-əziyyətlər hətta bir an belə kəslməyəcək və günahkarlar tam ümidsizliyə qapılacaqlar. Onlar xilas olmaqdan əllərini tamamilə üzəcəklər, Rəhmli Allah isə onları unudacaq və iztirab çəkmək üçün Cəhənnəm Odunun burulğanına atacaq. Bu ədalətlə ediləcəkdir, çünki bundan əvvəl bu günahkarlar Allahın Özünü unutmuş­dular.

Sonra Fövqəluca Allah ikinci qrup insanları xatırlayır və buyurur:

 

ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ;

Man gətirənlərə və xeyirxah əməllər işləyənlərə gəldikdə isə, Biz yaxşılıq edənlərin mükafatlarını itirmirik”.

Bu insanlar Allaha, mələklərə, Müqəddəs Kitablara, elçilə­rə, Qiyamət gününə və Allahın qədərinə uyğun olaraq müəyyən edilən bütün yaxşılığa və pisliyə iman gətirirlər. Bununla yanaşı onlar xeyirxah işlər görür, yəni dinin fərz və könüllü hökmlərini yerinə yetirirlər. Allah isə Onun xatirinə və Onun şəriət hökm­lərinə tam uyğun olaraq səmimiyyətlə xeyirxah əməllər işləyən­ləri mükafatsız qoymur. Allah belə xeyirxahlıqları unutmur və onları öz mömin zəhmətkeşləri üçün qoruyub saxlayır ki, onlardan hər birini Öz ilahi mərhəmətinə uyğun olaraq hərtərəfli mükafatlan­dırsın. Sonra Rəbb Özünün mükafatlandırmasından bəhs edərək belə buyurur:

 

ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ;

(18.31) “Çaylar axan Ədəm bağları məhz onlar üçün hazır­lanmışdır. Onlar qızıl bilərziklərlə bəzənəcək və onlara atlas­dan və zərxaradan yaşıl libaslar geyindiriləcək. Onlar orada taxtlara dirsəklənərək oturacaqlar. Gözəl mükafat və füsunkar məskən!”

Düzgün iman sahibi olanların və xeyirxah əməllər işləyən­lərin mükafatı belə olacaqdır. Onlar ecazkar Cənnət bağla­rında Cənnət sakinlərini vəcdə gətirən çoxsaylı ağacların kölgəsində daldalanacaqlar. Onların ətrafında heyranedici Cənnət ağacları­nın və hündür sarayların yanlarından keçən çaylar şırıldayıb axacaq. Onlar qızıl zinətlərlə bəzənəcək, yaşıl atlasdan və zərxaradan çox qəşəng libaslar geyəcəklər. Atlas – nazik və zərif ipək parçadır, zərxara isə bir qədər qaba ipək parçadır. Onlar üstü bahalı örtüklərlə bəzədilmiş taxtlar üstündə yastılanaraq oturacaqlar. Ərəb sözü olan “ərikə” (“taxt”) ancaq zənginlik mü­cəs­səməsi olan yataq dəsgahlarına aid edilir. Ərəb feli olan “ittakaa” (“söykən­mək”, “dayanmaq”) insanın rahatlıq və məm­nun­luq duyduğu vəziyyətini təsvir etmək üçün istifadə edilir. Cənnət sakinləri yorğunluq və taqətsizlik bilməyə­cəklər, əbədi yeniyetmə gənclər onlara istədikləri hər şeyi gətirəcəklər. Ən başlıcası – möminlərin Cənnət bağlarında həmi­şəlik məskunlaş­ma­ları və oranı heç vaxt tərk etməyəcək­ləridir.

Xeyirxah əməl sahibləri üçün hazırlanmış Cənnət məskəni necə də gözəldir! İnsan qəlbinin sevindiyi və insan baxışlarının məftun olduğu və onların hər şeyi əldə edə biləcəkləri sığınacaq necə də cazibədardır! Bu sonsuz sevinc, fasiləsiz məmnunluq və təsvirəgəlməz səadət olacaqdır. Həm də axı Cənnətdən daha yaxşı hansı məskən ola bilər ki, ən aşağı pillədə olan sakin belə öz saray və bağları arasında iki min il gəzib dolaşsa da, bundan sonra daha gözəl bir şeyin mövcudluğu haqqında, hətta ağlına belə gətirə bilməyəcəkdir. O, ürəyindən keçən və sadəcə yadına düşən hər şeyi alacaqdır. O, hətta barəsində düşünməsini xəyalına gətirmədiyi şeyləri alacaqdır və bu mükafat əbədi olacaqdır. Bundan başqa, bu mükafat anbaan daha da gözəllə­şəcək və füsunkarlaşacaq. Ey sonsuz İltifat Sahibi Allah! Bizi yol verdiyimiz nöqsan və günahlarımızla törətdiyimiz şər əməlləri­mizə görə Öz mərhəmətindən məhrum etmə!

Bu ecazkar ayə və digər oxşar ayələr ona dəlalət edir ki, Cənnətdə qızıl bəzək şeylərini həm kişilər, həm də qadınlar taxa­caq­lar. Bu həmçinin digər səhih naslarla da təsdiq olunur. Həm­çinin bu ipəkdən olan bəzək şeylərinə (geyimlərə) də aiddir.

Sonra Fövqəluca Allah Peyğəmbəri Muhəmmədə (ona Allahın salavatı və salamı olsun!) müraciət edərək buyurur:

 

ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ;

 

Onlara iki kişi haqqında misal çək. Onlardan birini Biz iki üzümlüklə təmin etdik, onları xurma ağacları əhatə etdik və aralarında tarla saldıq”.

İnsanlara iki kişi haqqında hikmətli məsəli danış. Onlardan biri Rəbbinə ona nazil etdiyi səxavətinə görə şükür etdi, ikincisi isə Ona minnətdarlıq etməkdən boyun qaçırdı. Onların necə davranması, nə söyləmələri, əməllərinin verdiyi nəticələri haqqın­da insanlara xəbər ver. Allahın qullarına, belə insanları bu dün­yada və öldükdən sonra Axirətdə gözləyən cəza və mükafatlar haqqında söylə və qoy onlar iki kişinin taleyini düşünsünlər və bu əhvalatdan faydalı nəticələr çıxartsınlar. Bu məsəlin mahiyyəti iki kişinin məhz kim olmalarında deyil. İnsanlar bu məsəl üzərində dərindən düşünməlidirlər, çünki belə insanlara bütün zamanlarda və bütün ölkələrdə rast gəlinir. Özü də onlar Allahın bildirdikləri ilə qane olmalıdırlar və əgər onlar həmin şəxslərin sonrakı taleyi haqqında fərziyyələr uydurmağa cəhd göstərsələr öz çiyinlərinə ağır məsuliyyət yükü götürəcəklər.

İki kişidən biri naşükür insan idi və ona iki gözəl bağ əta etmiş Allahın əzəmətli lütfkarlığını etiraf etməkdən boyun qaçı­rır­dı. Bağlarda müxtəlif meyvə ağacları boy atmışdı və onların arasında üzümlük və xurma ağacları xüsusilə fərqlənirdilər. Üzüm təngləri hər iki bağın mərkəzi hissəsində çıxmışdı və onla­rın ətrafında isə xurma ağacları ucalmışdı və bu, hər iki bağa qəribə bir görkəm verirdi. Günəş şüaları və küləklər bu ağacları oxşayır və onların meyvələrini yetişdirir və sulu edirdi. Bu iki bağın arasında isə zəngin tarla var idi. Bütün bu deyilənlərdən sonra, soruşmağa bir şey qalırdı, bu bağlarda məhsul necə olurdu və ağacların suvarılmasına su bəs edirdimi? Bax buna görə sonra Fövqəluca Allah buyurur:

 

ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶﯷ ﯸ ﯹ ﯺ ﯻ;







Дата добавления: 2015-09-04; просмотров: 547. Нарушение авторских прав; Мы поможем в написании вашей работы!



Функция спроса населения на данный товар Функция спроса населения на данный товар: Qd=7-Р. Функция предложения: Qs= -5+2Р,где...

Аальтернативная стоимость. Кривая производственных возможностей В экономике Буридании есть 100 ед. труда с производительностью 4 м ткани или 2 кг мяса...

Вычисление основной дактилоскопической формулы Вычислением основной дактоформулы обычно занимается следователь. Для этого все десять пальцев разбиваются на пять пар...

Расчетные и графические задания Равновесный объем - это объем, определяемый равенством спроса и предложения...

Вопрос. Отличие деятельности человека от поведения животных главные отличия деятельности человека от активности животных сводятся к следующему: 1...

Расчет концентрации титрованных растворов с помощью поправочного коэффициента При выполнении серийных анализов ГОСТ или ведомственная инструкция обычно предусматривают применение раствора заданной концентрации или заданного титра...

Психолого-педагогическая характеристика студенческой группы   Характеристика группы составляется по 407 группе очного отделения зооинженерного факультета, бакалавриата по направлению «Биология» РГАУ-МСХА имени К...

Виды и жанры театрализованных представлений   Проживание бронируется и оплачивается слушателями самостоятельно...

Что происходит при встрече с близнецовым пламенем   Если встреча с родственной душой может произойти достаточно спокойно – то встреча с близнецовым пламенем всегда подобна вспышке...

Реостаты и резисторы силовой цепи. Реостаты и резисторы силовой цепи. Резисторы и реостаты предназначены для ограничения тока в электрических цепях. В зависимости от назначения различают пусковые...

Studopedia.info - Студопедия - 2014-2024 год . (0.017 сек.) русская версия | украинская версия