Студопедия — Məni xatırlamaqdan ayıran pərdə gözlərini ört­müşdü və onlar eşidə də bilmirdilər”.
Студопедия Главная Случайная страница Обратная связь

Разделы: Автомобили Астрономия Биология География Дом и сад Другие языки Другое Информатика История Культура Литература Логика Математика Медицина Металлургия Механика Образование Охрана труда Педагогика Политика Право Психология Религия Риторика Социология Спорт Строительство Технология Туризм Физика Философия Финансы Химия Черчение Экология Экономика Электроника

Məni xatırlamaqdan ayıran pərdə gözlərini ört­müşdü və onlar eşidə də bilmirdilər”.






Mələk İsrafil (ə) sura üfürdükdə Fövqəluca Allah məxluq­ların ruhunu dirildilmiş bədənləri ilə birləşdirəcək və bütün insanları Qiyamət gününün Məhşər ayağında toplayacaqdır. Onların arasında insanların ilk nəslləri və onların törəmələri, allahsızlar və möminlər olacaqdır. Hər bir insan etdiyi əməllərə görə cavab verəcək və əvəz alacaqdır və onda kafirlər və allahsızlar yanar Cəhənnəmdə əbədi qalmağa məhkum ediləcək­lər. Fövqəluca buyurur: “Cənnət təqvalılara yaxınlaşdırıla­caq­dır, Cəhənnəm isə azmışlara aydın göstəriləcəkdir” (Şuəra, 26/90-91). Odlu Cəhən­nəm kafirlərin sığınacağı və məskəni ola­caqdır. Onlar orada Cəhənnəm zəncirlərinin, alışdırılmış alov dillərinin, qaynar su və yandırıcı soyuğun nə olduğunu dərk edəcəklər. Onlar əzablı cəzaları dadacaqlar, o cəzaları ki, onları təkcə bir dəfə görən adam danışıq və ya eşitmə qabiliyyətini itirə bilər.Kafirliyin və allahsızlığın dəhşətli nəticələri belə olacaqdır və törədilən cinayət­lərə görə veriləcək əvəz beləcə sərt olacaqdır! Lakin kafirlər bu cəzalara layiqdirlər, çünki yer üzündə yaşadıqları zaman onlar Allah haqqında müdrik xatırlatma olan Müqəddəs Qurandan üz döndərirdilər. Onlar deyirlər: “Sənin bizi çağırdığına ürəklərimiz bağlıdır, qulaqlarımız kar olmuş­dur, bizim səninlə aramızda pərdə vardır” (Fussilət, 41/5). Bu pərdə onlara Allahın müdrik ayələrini görməyə mane olur və buna görə Fövqəluca Rəbb buyurur: “Allah onların ürəklərini və qulaqlarını möhürləmişdir, onların gözlərində isə pərdə vardır” (Bəqərə, 2/7).

Onlar Müqəddəs Qurana və alicənab Elçiyə (ona Allahın salavatı və salamı olsun!) nifrət və ikrah hissi bəsləyirlər və buna görə də insanlara iman gətirməyə kömək edən Allahın ayələrini dərk etməyə qabil deyillər. Onlar nifrət etdikləri insanın sözlərinə qulaq asa bilmirlər və onları bilikdən və xeyirxahlıqdan ayıran maneəni aradan qaldırmağı bacarmırlar. Onlar nə eşitməyə, nə görməyə, nə də faydalı nəticələr çıxartmağa qabil deyillər, çünki onlar Allaha iman gətirməkdən boyun qaçırmışlar, onun ayələrindən üz döndərmişlər, Onun Elçisini (ona Allahın salavatı və salamı olsun!) rədd etmişlər və cəzaya layiq görüldükləri yer - ən çirkin iqamətgah olan Cəhənnəmdir.

 

ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ;

Doğrudanmı kafirlər güman edirdilər ki, Mənim qullarımı Mənim əvəzimə özlərinə himayəçi və köməkçi edəcəklər? Həqiqətən, Biz Cəhənnəmi kafirlər üçün məskən hazırlamışıq”.

Bu ayə Allahla yanaşı bəzi peyğəmbərlərə və övliyalara ibadət edən kafirlərin və müşriklərin baxışlarının pozğunluğuna parlaq sübutdur. Onlar güman edirlər ki, bu peyğəmbərlər və övliyalar onlara şəfaətçi olacaqlar və onları Allahın cəzasından xilas olmağa və Onun bol mükafatını qazanmağa yardımçı ola­caqlar. Lakin əslində Allahdan və Onun Elçisindən (ona Allahın salavatı və salamı olsun!) üz döndərmiş bu insanlar kafirdirlər və buna görə Fövqəluca Allah, onlara öz baxışlarını təkzib edən sual vermişdir ki, bu onların pozğunluğuna və əsassızlığına dəlalət edir.

Ey müşriklər! Doğrudanmı siz kömək üçün öz Rəbbinizə dua etmək əvəzinə Onun yaratdıqlarının himayəsinə ümid bəsləyirsiniz? Sizin ümidləriniz puç olacaqdır, çünki övliyalar Allahla düşmənçilik edənlərə heç vaxt himayədarlıq etməzlər. Möminlərin məhəbbəti, lütfkarlığı, qəzəbi və nifrəti bütövlükdə və tamamilə Fövqəluca Allahın müvafiq hisslərindən asılıdır və buna görə Müqəddəs Quranda deyilir: “Həmin gün O, onların hamısını toplayacaq, sonra isə mələklərə buyuracaq: “Onlar si­zəmi ibadət edirdilər?” Onlar deyəcəklər: “Sən Paksan! Sənsən – bizim Hamimiz, onlar deyil! Onlar cinlərə ibadət edir­dilər və onların əksəriyyəti məhz onlara iman gətirirdilər” (Səba, 34/40-41).

Əgər insan Allahın iradəsinə müqavimət göstərirsə və bu zaman bəyan edirsə ki, onun hamisi Allahın mömin qullarından biridir, onda o, yalançıdır. Qoy elçilərlə düşmənçilik edən kafirlər övliyaların onlara şəfaətçi olacaqlarına və onları cəzadan xilas edəcəklərinə ümid bəsləməsinlər. Belə ümidlər əsassızdır, gü­man­­ları isə yanlışdır, çünki Allahın məxluqları nə xeyrə, nə də şərə sərəncam çəkməyə qətiyyən qadir deyillər. Fövqəluca buyurur: “De: “Onunla yanaşı ilah hesab etdiklərinizi çağırın. Onlar fəlakəti sizdən uzaqlaşdırmaq və başqasına yönəltmək iqtidarına malik deyillər” (İsra, 17/56); “Ondan başqa dua et­dikləriniz şəfaətə malik deyillər...” (Zuxruf, 43/86). Övliyaların onu himayə edəcəyinə ümid bəsləyən insanın yolunu azmış günahkar olması haqqında Quranın digər ayələridaha çoxdur. Beləsinin xilas olmasına ümid yoxdur və o, nemətin bir zərrəsini belə əldə edə bilməyəcəkdir, çünki kafirlərin ziyafəti – Cəhənnəm cəzası olacaqdır. Bu qonaqlıq necə də iyrənc və qalacaqları bu məskən necə də mənfurdur!

 

ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ;

 

(18.103) “De: “Sizə xəbər verimmi ki, kimin əməlləri daha çox ziyan gətirəcək?”

O kəslərin ki, bu dünyadakı səyləri boşa çıxdığı halda, onlar yaxşı iş gördüklərini güman edərlər”.

Ey Muhəmməd! İnsanları yolunu azmaqdan çəkindir və əməlləri ən çox zərər gətirənlər haqqında onlar xəbər ver. Bu insanların çəkdikləri zəhmət heç olacaq və onlara heç bir fayda verməyəcək, halbuki onlar düzgün hərəkət etdiklərini zənn edir­dilər. Bəs onda törətdikləri əməllərin onlara fayda verməyə­cəyini öncədən bilənlərin və Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) qarşı düşmənçilik olduğunu bilənlərin əməlləri haqqında nə demək olar?! Bu ən böyük ziyana düşəcək və Qiyamət günü özlərindən və öz ailələrindən məhrum olacaq insanlar kimlərdir?

 

ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ;

Bunlar o şəxslərdir ki, öz Rəbbinin ayələrinə və Onunla görüşəcəklərinə iman gətirməmişlər. Onların əməlləri əbəs olacaqdır və Qiyamət günü Biz onlara əhəmiyyət vermə­yəcəyik”.

Onlar Quran ayələri ilə razılaşmır və ətraflarında gör­dük­ləri və onları Allaha, mələklərə, elçilərə, Kitablara və Qiyamət gününə iman gətirməyi vacib edən möcüzələri inkar edirdilər. Buna görə onların əməlləri əbəs gedəcəkdir və Qiyamət günü onların tərəzilərində törətdikləri günahlarından ağır gələn xeyir­xah əməllər olmaya­caqdır. Bunun belə olmasının səbəbi – onların ürəyində haqq dinin olmamağıdır ki, bu da heç bir xeyirxahlığın qəbul edilməməyinin başlıca şərtidir. Məhz buna görə Fövqəluca Allah belə buyurur: “Saleh əməllər işlədən, iman sahibi oldu­ğuna görə, onlara ədalətsiz yanaşılacağından və haqlarının tap­dana­cağından qorxmayacaqlar” (Taha, 20/112). O ki, qaldı kafir­lərə, onların cinayətləri hesablanacaq və törətdikləri hər bir cina­yəti özləri etiraf edəcək və bütün məxluqların gözləri qarşısında rüsvay ediləcəklər. Sonra onları əzab-əziyyətli cəzaya məruz qoyacaqlar və buna görə Fövqəluca belə buyurur:

 

ﯕ ﯖ ﯗﯘ ﯙ ﯚ ﯛﯜﯝ ﯞ;

 

Mənim ayələrimə və Mənim elçilərimə iman gətirmədiklərinə və istehza etdiklərinə görə onların cəzası Cəhənnəm olacaqdır”.

Onların əməlləri puç olacaqdır və Qiyamət günü onların tərəzisinin haqq gözü boş qalacaqdır. Bundan başqa, onlar alçaldılacaq və rüsvay ediləcəklər və bunun səbəbi onların Allahın ayələrinə və saleh elçilərə iman gətirməməkləri olacaqdır. Onlar Quran ayələrini məsxərəyə qoyur və Allahın elçilərinə (onlara Allahın salavatı olsun!) rişxənd edirdilər. Halbuki, onlara əmr olunmuşdu ki, elçilərə layiqincə ehtiram göstərsinlər və onların hər bir əmrini qüsursuz yerinə yetirsinlər. Lakin onlar əksinə hərəkət edirdilər və buna görə onların əməlləri boşa çıxacaqdır, özləri isə xoşbəxtlikdən məhrum ediləcək və başıaşağı işgəncəli cəzanın burulğanına düşəcəklər.

Kafirlərin acınacaqlı qismətini və törətdikləri cinayətləri xatırlatdıqdan sonra, Fövqəluca Allah möminlərin əməllərindən və şərəfli taleyindən xəbər verir. Fövqəluca buyurur:

 

ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ;

 

Həqiqətən, iman gətirərək, xeyirxah əməllər iş­lə­yənlərin məskəni Firdövs bağları olacaqdır”.

Burada söhbət bütün varlığı ilə iman gətirmiş və xeyirxah işlər görən, dinə layiqincə etiqad edən, düzgün baxışlara sahib olan və həmçinin xeyirxah əməlləri həm qəlbən və həm də hərəkətləri ilə yerinə yetirən möminlərdən getməkdədir. Onların hər biri, öz imanının dərəcəsindən və həm də xeyirxah əməllərin tərəfdarı olmasından asılı olaraq, Firdövs Cənnətində müvafiq müxtəlif yerlər tutsalar da, onların hamısı mütləq orada məskunlaşacaqlar.

Bir şərhə görə, Firdövs bağları adı altında Cənnətin yuxarı hissəsi nəzərdə tutulur ki, bunlar bu məskənin ən mərkəzi hissə­sində yerləşir. Bunlar Cənnət bağlarının ən füsunkar yerləridir ki, onlar imanı və mömin əməlləri kamil olanlar üçün mükafatdır. Onlar – peyğəmbərlər və Allaha yaxın olan möminlərdir.

Digər bir şərhə görə isə, bütöv Cənnət məkanı möminlərin yaşayacağı Firdövs bağları adlandırılmışdır. Onların arasında yaxın saleh möminlər, övliyalar və həmçinin xeyirxah işlər görərkən lazımınca səy göstərməyən möminlər olacaqlar. Lakin onların hər biri mövqeyinə və əməllərinə görə dərəcələr tutacaqlar. Bu şərhə da çox üstünlük verilir, çünki ərəb sözü olan “cənnət” (“bağlar”) ayədə cəm formada verilmişdir. Bundan başqa, üzüm­lük­ləri və ağacların sıx-sıx olduqları yerləri çox vaxt Firdövs bağları adlandırırlar və buna görə də bu vəsfi tam mənada bütün Cənnət bağlarına aid etmək mümkündür.

Firdövs bağları xeyirxah əməl sahibi olan möminlərin mükafatı olacaqdır. Onları çox böyük şərafətlə qəbul edəcəklər və insanın qəlbinə və canına təsvir olunmaz ləzzət bəxş edən nemətlərin nuş edildiyi ziyafətdən də daha yaxşı nə ola bilər! Bu nemətlərdən ürək vəcdə gələcək və baxışlar karıxıb qalacaqdır. Onların arasında gözəl saraylar, gül bağçaları, bar gətirən ağaclar, ötən quşlar, iştahaçan yeməklər, xoş rayihəli içkilər, füsunkar qızlar, itaətkar xidmətçilər, gənc yeniyetmə oğlanlar, şırıltı ilə axan çaylar və ecazkar mənzərələr olacaqdır. Cənnətdə olan hər şey maddi və mənəvi gözəlliyə malik olacaq və heç vaxt yoxa çıxmayacaq.

Cənnət nemətlərinin hamısından ən yaxşısı və ən şərəflisi Cənnət sakinlərinin Mərhəmətli Allaha yaxınlıqdan duyacaqları zövq olacaqdır. Onlar Onun mərhəmətini qazanmağı bacaracaq və Onun Üzünü görmək və Onun nitqini eşitmək imkanından həzz alacaqlar.

Cənnət hədiyyələri necə də gözəl, heyranedici, uzunmüd­dətli və kamildir! Onlar o qədər gözəldir ki, məxluqlar onları təsvir etməyə və ya heç olmazsa təsəvvür etməyə belə qadir deyillər. Əgər insanlar Cənnətdə ala biləcəkləri zövqün hətta bir neçəsini təcrübədən keçirə bilsəydilər, onda onların qəlbi Cənnət məkanına can atardı, bu zövqlərdən ayrılıqda olmaq acısı isə onlara daima rahatlıq verməzdi. Onda insanlar dəstə-dəstə və tək-tək Allaha doğru yönələrdilər, bu fani maddi dünyaya və yer üzündəki qısamüddətli və narahat zövqlərə üstünlük verməz­dilər. İnsanlar vaxt itirməz və hər andan istifadə edərdilər ki, çoxminlik gözəl Cənnət nemətlərini əldə edə bilsinlər. Lakin, təəssüf olsun... Qayğı­sızlıq insan ürəklərini istila etmişdir, iman olduqca zəifləmişdir, biliklər demək olar ki, yoxa çıxmışdır və insanlarda olan əvvəlki ciddi-cəhd qalmamışdır. Həqiqətən, Fövqəluca və Böyük Allahdan başqa güc və qüdrət yoxdur!

 

ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ;







Дата добавления: 2015-09-04; просмотров: 448. Нарушение авторских прав; Мы поможем в написании вашей работы!



Важнейшие способы обработки и анализа рядов динамики Не во всех случаях эмпирические данные рядов динамики позволяют определить тенденцию изменения явления во времени...

ТЕОРЕТИЧЕСКАЯ МЕХАНИКА Статика является частью теоретической механики, изучающей условия, при ко­торых тело находится под действием заданной системы сил...

Теория усилителей. Схема Основная масса современных аналоговых и аналого-цифровых электронных устройств выполняется на специализированных микросхемах...

Логические цифровые микросхемы Более сложные элементы цифровой схемотехники (триггеры, мультиплексоры, декодеры и т.д.) не имеют...

Опухоли яичников в детском и подростковом возрасте Опухоли яичников занимают первое место в структуре опухолей половой системы у девочек и встречаются в возрасте 10 – 16 лет и в период полового созревания...

Способы тактических действий при проведении специальных операций Специальные операции проводятся с применением следующих основных тактических способов действий: охрана...

Искусство подбора персонала. Как оценить человека за час Искусство подбора персонала. Как оценить человека за час...

САНИТАРНО-МИКРОБИОЛОГИЧЕСКОЕ ИССЛЕДОВАНИЕ ВОДЫ, ВОЗДУХА И ПОЧВЫ Цель занятия.Ознакомить студентов с основными методами и показателями...

Меры безопасности при обращении с оружием и боеприпасами 64. Получение (сдача) оружия и боеприпасов для проведения стрельб осуществляется в установленном порядке[1]. 65. Безопасность при проведении стрельб обеспечивается...

Весы настольные циферблатные Весы настольные циферблатные РН-10Ц13 (рис.3.1) выпускаются с наибольшими пределами взвешивания 2...

Studopedia.info - Студопедия - 2014-2024 год . (0.014 сек.) русская версия | украинская версия