Студопедия — Kitabda İdrisi də xatırla! Həqiqətən, o ən sadiq insan və peyğəmbər idi”.
Студопедия Главная Случайная страница Обратная связь

Разделы: Автомобили Астрономия Биология География Дом и сад Другие языки Другое Информатика История Культура Литература Логика Математика Медицина Металлургия Механика Образование Охрана труда Педагогика Политика Право Психология Религия Риторика Социология Спорт Строительство Технология Туризм Физика Философия Финансы Химия Черчение Экология Экономика Электроника

Kitabda İdrisi də xatırla! Həqiqətən, o ən sadiq insan və peyğəmbər idi”.






 

Ey Muhəmməd! Kitabda İdrisi (ə) də yada sal ki, ona (ə) ehtiram göstərilsin və onun (ə) qüsursuz məziyyətləri şərəflən­dirilsin. O (ə) sadiq bir insandı, çünki təkcə doğru sözü danışardı, kamil biliklərə və möhkəm etiqada malik idi. Xeyirxah işlər görərdi. Bunlarla yanaşı isə o (ə) Səmavi Vəhy və peyğəmbər öyüdnamələri[49] ilə şərəfləndirilmişdi.

 

ﮂ ﮃ ﮄ ﮅ;

Biz onu ali bir məqama ucaltdıq”.

Allah onun (ə) adını aləmlərin sakinləri arasında şöhrətlən­dirdi və onu (ə) yaxın möminlərlə bir sırada yerləşdirdi. Bunun sayəsində İdris peyğəmbər (ə) şöhrət sahibi oldu və yüksək vəzifə əldə etdi. Bu möhtərəm peyğəmbərlər və seçilmiş elçilər haq­qında xatırlatdıqdan sonra, Fövqəluca Allah onların üstünlüyünü və tutduqları yüksək vəziyyəti xüsusilə vurğulayır və buyurur:

 

ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ;

 

Bunlar – Allahın mərhəmət göstərdiyi peyğəm­bər­­lər arasından olan o şəxslərdir ki, onlar Adəmin və Nuh ilə birlikdə xilas etdiklərimizin nəsllərindən, İbrahimin və İsrailin nəsllərindən və Bizim doğru yola yönəltdiyimiz və seçdiklə­rimizin arasından olanlardan idilər. Onlara Mərhəmətlinin ayə­ləri oxunduqda, səcdəyə qapılıb, hönkür-hönkür ağlayarlar”.

 

Allah onlara bəxş etdiyi Öz neməti ilə lütfkarlıq göstərmiş­dir ki, buna Onun yaratdıqlarının heç biri layiq görülməmişdi. O, onları peyğəmbərlər və elçilər etdi və bizə də buyurdu ki, Ondan bizi nemət bəxş etdiklərinin doğru yoluna yönəltməsinə dua edək. Fövqəluca buyurur: “Allaha və Onun Elçisinə itaət edənlər peyğəmbərlər, sadiq kişilərlə, şəhidlərlə və Allahın nemət verdiyi möminlərlə birlikdə olacaqlar. Bunlar necə də gözəl yoldaşdırlar!” (Nisa, 4/69).Bu peyğəmbərlər Adəmin, Huhun və onun ardıcıllarının, İbrahimin və İsrailin nəsllərindən idilər. Bu ailələr dünyada ən yaxşı ailələr idilər, çünki Allah onları seçib təmizləmişdi. Onlara Mərhəmətli Allahın qeybə aid, qeybi Bilənin sifətlərini təsvir edən və Qiyamət günündən, cəza və mükafatlan­dırmadan bəhs edən ayələrini oxuyanda onlar səcdəyə qapılır və zar-zar ağlayırdılar. Onlar səmavi ayələri mütiliklə dinləyir və dərk edirdilər və onların sayəsində ürəkləri imanla, qorxu və ümidlə dolurdu. Bu hisslər onları ağlamağa, tövbə etməyə və Fövqəluca Rəbb qarşısında səcdə qılmağa məcbur edirdi. Həqiqə­tən də, onlar Rəbbinin ayələrini karlar və korlar kimi dinləyən­lərdən deyildilər.

Bu ayədə Allah özünü Mərhəmətli ona görə adlandırır ki, Müqəddəs Kitabların nazil edilməsinin Onun qulları üçün xeyirxahlıq və nemət olduğunu xüsusilə vurğulasın. Məhz səmavi vəhylərin vasitəsi ilə Allah insanları doğru yola yönəldir, onları korluqdan qurtarır, azğınlıqdan xilas edir və onları cahillikdən qoruyur.

 

ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ;

(19.59) “Onlardan sonra namaz qılmayan və şəhvətlərinə tabe olan nəsllər gəldi. Onların hamısı nadanlıqlarının ziyanını çəkəcəklər”,

Tövbə edən, iman gətirib saleh əməllər işləyənlər istisna olmaqla. Onlar Cənnətə daxil ediləcək və onlarla qətiy­yən ədalətsiz davranılmayacaq”.

 

Öz Rəbbinin lütfkarlığını qazanmağa səmimiyyətlə can atan və Onun qarşısında tövbə edən peyğəmbərləri xatırlatdıq­dan sonra, Fövqəluca Allah onlardan sonra gələn nəsllərdən xəbər verir. Onlar, özləri üçün nazil edilmiş hökmləri təhrif edərək doğru yoldan sapdılar, namaz qılmağı tərk etdilər, halbuki onlara bu ibadət mərasiminə qayğı ilə yanaşmaq və ona müntəzəm surətdə riayət etmək hökmü verilmişdi. Onlar namaza layiqincə diqqət yetirmədilər, sonra isə, baxmayaraq ki, namaz dinin dayağı, imanın və aləmlərin Rəbbinə sədaqətin meyarı, ən vacib dini hökm və möminin ən şərəfli məziyyəti idi, amma onu tamamilə tərk etdilər. Bu onu göstərir ki, onlar dinin digər hökmlərinə daha böyük etinasızlıqla yanaşırdılar. Bunun səbəbi isə onların öz pozğun istəklərinə tabe olmaları və təkcə öz şəhvətlərini təmin etməyə xüsusi diqqət yetirmələri olmuşdu. Onlar buna, Allah qarşısında öz vəzifələrini yerinə yetirməkdən daha çox üstünlük verirdilər və cəhd göstərirdilər ki, nəyin bahasına olursa olsun, istədiklərinə nail olsunlar və öz şəhvət­lərini təmin etsinlər. Lakin lap yaxın vaxtlarda onlar əzabverici və işgəncəli cəzaya məruz qoyulacaqlar. Bu cəzadan təkcə tövbə edib iman gətirən və saleh əməllər işləyənlər xilas ola biləcəklər. Bu möminlər Allaha şərik qoşduqlarına, bidətçilik etdiklərinə və günahlar işlətdiklərinə görə tövbə edəcəklər. Onlar bu cinayətlərdən artıq əl çəkmişlər, etdiklərinə peşman olmuşlar və qəti qərara almışlar ki, bir daha o əməllərinə qayıtmayacaqlar. Tövbə etdikdən sonra onlar Allaha, mələklərə, Müqəddəs Kitab­lara, elçilərə və Qiyamət gününə iman gətirdilər və Onun mərhəmətini qazanmağa səmimiyyətlə can ataraq xeyirxah əməl­lər etməyə başladılar ki, Allah Öz elçilərinin dili ilə onlara bu hökmləri yerinə yetirməyi buyurmuşdu. Onlar özlərində tövbəni, imanı və saleh əməlləri birləşdirməyi bacardılar və bunun sayəsində onlar Cənnət bağlarına düşəcəklər. Bu möminləri orada əbədi zövqlər, qayğısız həyat və Səxavətli Rəbbə yaxınlıqdan duyacaqları həzz gözləyir. Onların xeyirxah əməllə­rindən heç biri mükafatsız qalmayacaqdır. Əksinə, onlar mükafat­larını büsbütün və hətta dəfələrlə artıq ölçüdə alacaqlar.

 

ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ;

 

Bunlar – Mərhəmətlinin Öz qullarına vəd etdiyi və onların gözləri ilə görmədikləri Ədəm bağları olacaqdır. Həqiqətən, Onun vədi icra edilir”.

Fövqəluca bu ayədə möminlərə vəd edilmiş Cənnət bağ­larını təsvir etmişdir. Onlar dünya həyatındakı bağlara bənzəmir­lər, çünki onlar - əbədiyyət bağlarıdır. O bağlara daxil olmuş mö­min­lər bir daha oranı tərk etməyəcəklər, onlardan ayrılmaya­caqlar və özlərinə nə isə başqa bir şey arzu etməyəcəklər. Bunun səbəbi Cənnət bağlarının hüdudsuzluğa qədər böyüklüyündə və oranın sevinc, ləzzətlər və həzlərlə dolu olmasındadır. Onlar Mərhəmətli Allah tərəfindən möminlərə vəd edilmişdi. O, Özünü bu adla ona görə adlandırmışdır ki, Cənnət bağlarının qullarına bəslədiyi mərhəməti və xeyirxahlıq nümunəsi olduğunu xüsusilə vurğu­lasın. Bu bağlarda gözlərin görmədiyi, qulaqların eşitmədi­yi və insanın heç xəyalına belə gətirə bilməyəcəyi şeylər hazır­lanmışdır. Allah: “Üzləri ağaranlar isə Allahın mərhəməti altın­da olacaqlar. Onlar orada əbədi qalacaqlar” (Ali-İmran, 3/107)kəlamını buyurarkən, bu bağları Özünün mərhəməti adlandırır. Allah Cənnət bağlarını Özünün mərhəməti həm də ona görə adlandırır ki, Cənnət zövqlərinin əbədi davam edəcəyini xüsusilə vurğulasın. O bağlar Onun mərhəmətinin nəticəsidir və o mər­həmət mövcud olduqca, onlar da var olacaqlar.

Fövqəluca həmçinin xəbər verir ki, Ədəm bağları Ona ibadət edən və özünü Allahın qullarına məxsus tərzdə ləyaqətlə aparan qullara vəd edilmişdir. Onlar Onun hökmlərinə riayət edir və Ona ibadət onların həyatının ayrılmaz bir hissəsinə çevrilir. Onlar Ona heç vaxt ibadət etməyən qullara bənzəmirlər. Bu qullar[50] Allahı özlərinin Rəbbi etiraf edirlər, çünki onları O xəlq etmiş, onlara ruzi əta etmiş, onların qədərini yazmışdır, lakin onlar Onu öz Allahı kimi qəbul etmirlər. Onlar öz iradəsi ilə qul olanlardan deyildilər, məcburiyyət qarşısında qul olduqlarına görə, onlar heç bir tərifə layiq görülməmişdilər.

Fövqəluca həm də xəbər verir ki, Onun hörmətli qulları Cənnət bağlarını öz gözləri ilə görməyiblər. Bu ayənin bir neçə şərhindən biri də budur. Ondan aydın olur ki, Allah Öz qullarına onların görmədiyi və seyr etmədiyi Cənnət bağlarını vəd etmişdir və buna baxmayaraq, onlar görmədiklərinə inanmış, Allahın vədinə iman gətirmiş və ona doğru can atmışlar. Onlar Cənnəti öz gözləri ilə görməsələr də, belə etmişlər. Amma əgər onlar onu görsəydilər, onda onların istək və arzusu və ora düşmək üzrə səyləri daha güclü olardı. Bu şərhdən belə bir nəticə çıxır ki, Fövqəluca Allah Öz qullarını qeybə iman gətirdiklərinə görə tərifləmişdir, çünki məhz belə bir iman insana fayda verə bilər. İkinci bir şərhə görə isə, bu ayə aşağıdakı kimi çevrilməlidir: “Bunlar – Mərhəmətlinin onu öz gözləri ilə görməmiş qullarına vəd etdiyi Ədəm bağları olacaqdır”. Bu o deməkdir ki, Allahın qulları, Onu öz gözləri ilə görmədən belə, Ona ibadət edirdilər. Əgər onlar Onu görsəydilər, onda onların ibadəti daha böyük səylə yerinə yetirilər, onların tövbəsi – daha əzəmətli olar, onların məhəbbəti – daha da güclü və onların arzusu – daha da ürəkdən olardı. Bir şərh də var ki, onun mənası – Mərhəmətlinin qullarına vəd etdiyi Cənnət bağlarını təsvir etmək mümkün deyil, çünki onların əsl keyfiyyətləri təkcə Allaha məlumdur. Cənnətin ümumi cizgilərlə təsviri belədir. Fövqəluca onun barəsində ona görə bildirmişdir ki, insanlarda ora düşməyə arzu və meyl oyatsın. Bu vəhy aşağıdakı ayəyə bənzəyir: “Heç bir insan bilmir ki, etdikləri əməllərin mükafatı olaraq onlar üçün göz oxşayan nələr hazırlanıb saxlanmışdır” (Səcdə, 32/17). Bütün sadalanan şərhlər məna etibarı ilə düzgündür, lakin müzakirə etdiyimiz ayənin yekun hissəsi onu göstərir ki, birinci şərh daha üstün sayılır. Həqiqətən, Allahın vədi yerinə yetiriləcəkdir, çünki O, Öz vədlərini pozmur və təkcə haqq olanı deyir.

 

ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ;

 

Onlar orada mənasız sözlər yox, təkcə salam eşidəcəklər və orada onların səhər və axşamüstü ruziləri var­dır”.

Möminlər Cənnətdə faydasız danışıqlar və günah söhbətlər eşitməyəcəklər, çünki orada ədəbsiz ifadələr işlədilməyəcək, başqasının nöqsanları müzakirə edilməyəcək və Allahın xoşuna gəlməyən və narahatçılıq törədən söhbətlər aparılmayacaqdır. Əksinə, onlar içində heç bir pis şey olmayan dinc söhbətlər aparacaqlar. Onlar Allahı xatırlayacaq, bir-birinə salam verəcək, sevindirici şeylərdən danışacaq, bir-birilərini müjdələyəcək, faydalı məsələlər üzrə fikir mübadiləsi aparacaq və Mərhəmətli Allahın bənzərsiz nitqini dinləyəcəklər. Bununla yanaşı onlar Cənnət hurilərinin, mələklərin və əbədi gənc olan yeniyetmələrin ecazkar səslərini eşidəcəklər. Onlar valehedici melodiyalar və incə nitq­lərdən həzz alacaqlar, çünki onların qalacaqları yer dinclik və hərtərəfli əmin-amanlıq məskəni olacaqdır. Onlar yemək və ya içmək istədikdə, günün istənilən çağında onlara hər növ ecazkar içkilər və yeməklər veriləcəkdir. Cənnət ləzzətlərinin cazibədar­lığını daha da gözəlləşdirmək və kamilləşdirmək üçün onlara yemək-içmək müntəzəm olaraq səhərlər və axşamlar veriləcəkdir. Bu ona görə belə ediləcək ki, Cənnət sakinləri onlara göstərilən qəbulun əzəmətini hiss etsinlər və nemətlərdən ən mükəmməl tərzdə zövq ala bilsinlər.

 

ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃ ﰄ ﰅ;

 







Дата добавления: 2015-09-04; просмотров: 489. Нарушение авторских прав; Мы поможем в написании вашей работы!



Расчетные и графические задания Равновесный объем - это объем, определяемый равенством спроса и предложения...

Кардиналистский и ординалистский подходы Кардиналистский (количественный подход) к анализу полезности основан на представлении о возможности измерения различных благ в условных единицах полезности...

Обзор компонентов Multisim Компоненты – это основа любой схемы, это все элементы, из которых она состоит. Multisim оперирует с двумя категориями...

Композиция из абстрактных геометрических фигур Данная композиция состоит из линий, штриховки, абстрактных геометрических форм...

Принципы резекции желудка по типу Бильрот 1, Бильрот 2; операция Гофмейстера-Финстерера. Гастрэктомия Резекция желудка – удаление части желудка: а) дистальная – удаляют 2/3 желудка б) проксимальная – удаляют 95% желудка. Показания...

Ваготомия. Дренирующие операции Ваготомия – денервация зон желудка, секретирующих соляную кислоту, путем пересечения блуждающих нервов или их ветвей...

Билиодигестивные анастомозы Показания для наложения билиодигестивных анастомозов: 1. нарушения проходимости терминального отдела холедоха при доброкачественной патологии (стенозы и стриктуры холедоха) 2. опухоли большого дуоденального сосочка...

Педагогическая структура процесса социализации Характеризуя социализацию как педагогический процессе, следует рассмотреть ее основные компоненты: цель, содержание, средства, функции субъекта и объекта...

Типовые ситуационные задачи. Задача 1. Больной К., 38 лет, шахтер по профессии, во время планового медицинского осмотра предъявил жалобы на появление одышки при значительной физической   Задача 1. Больной К., 38 лет, шахтер по профессии, во время планового медицинского осмотра предъявил жалобы на появление одышки при значительной физической нагрузке. Из медицинской книжки установлено, что он страдает врожденным пороком сердца....

Типовые ситуационные задачи. Задача 1.У больного А., 20 лет, с детства отмечается повышенное АД, уровень которого в настоящее время составляет 180-200/110-120 мм рт Задача 1.У больного А., 20 лет, с детства отмечается повышенное АД, уровень которого в настоящее время составляет 180-200/110-120 мм рт. ст. Влияние психоэмоциональных факторов отсутствует. Колебаний АД практически нет. Головной боли нет. Нормализовать...

Studopedia.info - Студопедия - 2014-2024 год . (0.014 сек.) русская версия | украинская версия