Студопедия — O buyurdu: “Ey Musa! Sən xahiş etdiklərini artıq almışsan”.
Студопедия Главная Случайная страница Обратная связь

Разделы: Автомобили Астрономия Биология География Дом и сад Другие языки Другое Информатика История Культура Литература Логика Математика Медицина Металлургия Механика Образование Охрана труда Педагогика Политика Право Психология Религия Риторика Социология Спорт Строительство Технология Туризм Физика Философия Финансы Химия Черчение Экология Экономика Электроника

O buyurdu: “Ey Musa! Sən xahiş etdiklərini artıq almışsan”.






 

Sən nə istəmişsənsə, hamısını alacaqsan. Biz sənin köksünü açıb, vəzifəni asanlaşdıracağıq. Biz sənin dilindəki buxovu götü­rə­cəyik ki, insanlar sənin nitqini aydın başa düşə bilsinlər və sənə köməkçi olaraq qardaşın Harunu əta edəcəyik. Fövqəluca həm də belə buyurur: “...Biz sənin qolunu qardaşının vasitəslə bərkidə­cəyik və sizə dəlil əta edəcəyik. Onlar sizə zərər vura bilməyə­cəklər. Bizim ayələrimiz sayəsində siz və sizin ardınızca gedən­lər qalib olacaqsınız” (Qəsəs, 28/35).

 

Musanın (ə) Rəbbinə yönəltdiyi duası onun (ə) Allahı nə dərəcədə yaxşı dərk etməyi bacardığını təsdiq edir. Dua həmçinin onun (ə) qəlbinin gözəlliyinə, onun dünyəvi həyat haqqında təsəv­vürlərinin və səmimiyyətinin mükəmməlliyinə dəlalət edir. İnsan­ları Allaha doğru çağıran dəvətçi, xüsusilə də, əgər o, inad­kar, təkəbbürlü və zülmkar bir xalqın arasında təbliğat aparırsa, böyük qəlbə və hüdudsuz səbrə malik olmalıdır. O, səbirlə hər cür haqsız incidilmələrə və təhqirlərə dözməli və bəlağətli nitq qabiliyyətinə malik olmalıdır ki, öz fikirlərini aydın izah edə bilsin. Bundan başqa, belə şəraitdə gözəl danışıq qabiliyyəti də­vət­çinin ən mühüm məziyyətlərindən biri olur, çünki o, çoxsaylı suallara cavab verməli və çaşdırıcı sualların tələsinin üstündən məharətlə keçməlidir. Bununla yanaşı o, həqiqəti ən gözəl tərzdə təqdim etməlidir ki, insanları onu qəbul etməyə yönəltsin və yalanı ustalıqla ifşa etməlidir ki, insanlar ona meyil etmədən ondan qaça bilsinlər.

Deyilənlərlə yanaşı dəvətçi bilməlidir ki, o, insanlara düz­gün yanaşma yolunu taparsa, onda öz vəzifəsini olduqca asan­laşdıra bilər. Onun insanlara yönəltdiyi dəvət – müdrik, nəsihət­ləri isə xeyirxah olmalıdır. Mübahisəyə girməyə ehtiyac yaran­dıqda, o onu ən gözəl tərzdə aparmalıdır. Bütün bunlar onu göstərir ki, dəvətçi hər bir adama fərdi qaydada yanaşmalıdır. Dəvətçinin səsinə qulaq asılması üçün onu köməkçiləri və tərəfdarları əhatə etməlidirlər. Məhz buna görə Musa (ə) Allaha həmin xahişləri ilə müraciət edir və istədiklərini bütövlüklə alır.

Allahın peyğəmbərlərinin və elçilərinin məziyyətləri üzə­rin­­də düşünüldükdə aydın olur ki, onların hər biri bu keyfiyyət­lərə müəyyən dərəcədə malik olublar. Elçilərin sonuncusu və ən yaxşısı – Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) gəldikdə isə, insani məziyyətlərin ən kamilləri ona (s.ə.s.) məxsus idi. O (s.ə.s.) alicənab insan idi, öz vəzifəsinin öhdəsindən asanlıqla gəlirdi, gözəl nitq sahibi idi, fikirlərini aydın izah edirdi və o qədər səhabəsi və davamçısı var idi ki, bu baxımdan özündən əvvəlkilərin hamısını ötüb keçmişdi.

Əvvəlki ayələrdə Rəbb qulu və elçisi İmran oğlu Musaya (ə) göstərdiyi mərhəmətini ona (ə) xatırladır. Allah ona (ə) din, Vəhy və peyğəmbərlik əta etmiş, həm də onun (ə) dualarını qəbul etmişdi. Sonra Fövqəluca Allah körpə çağında ona (ə) bəslədiyi lütfkarlığını onun (ə) yadına salır.

 

ﰌ ﰍ ﰎ ﰏ ﰐ ﰑ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ;

(20.37) “Biz əvvəllər də sənə mərhəmət göstərmişdik”,

(20.38) ”anana vəhy nazil edəndə:”

Onu sandığa qoy və çay aşağı burax. Çay onu sahilə çıxardacaq. Onu Mənim düşmənim və onun düşməni götürəcək” – deyə buyurduq. Mən sənə məhəbbətimi bəxş etdim və səni Mənim gözlərimin qarşısında böyütdülər”.

 

Sən körpə ikən Biz anana təlqin etdik ki, səni sandığa qoy­sun. O, sənin həyatın üçün qorxu keçirirdi, çünki Firon İsrail oğullarından olan bütün oğlan uşaqlarını öldürməyi əmr etmişdi. Anan səni misirlilərdən gizlətmişdi. O bərk qorxmuşdu və səni sandığa qoyub Nil çayına atdı. Biz çaya əmr etdik ki, səni sahilə atsın və elə etdik ki, səbət Mənim və sənin ən zalım düşmənlə­rimizin əlinə keçsin. Sən Fironun övladları ilə birlikdə tərbiyə alırdın və sənə baxan hər kəsə sevinc bəxş edirdin. Bu ona görə belə idi ki, Biz səni Öz məhəbbətimizin altına almışdıq. Biz səni sevdik və insanlar da sənə məhəbbətlə yanaşırdılar. Səni Mənim nəzarətim altında boya-başa çatdırdılar və hər cür şərdən qoru­dular. Kimin qayğısı və himayəsi, Öz quluna zəruri olan hər şeyi bəxş etmək və onu hər hansı xoşagəlməzliklərdən müdafiə etmək səlahiyyətinə malik Olan Xeyirxah və Mərhəmətli Allahın qayğısı və himayəsindən daha yaxşı ola bilər?!

Fövqəluca Allah Musa (ə) ilə nə baş verdiyini daima müşa­hidə edirdi. O (ə) öz düşməninin əlində olduğu zaman, anası bərk həyəcan keçirməyə və narahat olmağa başlamışdı. O heç nə barədə düşünmürdü və Allah ona ən çətin anda kömək göstərmə­səydi, o hökmən adamlara deyəcəkdi ki, Fironun ailəsinin tapdığı – onun körpəsidir. Bütün bunlar ona dəlalət edir ki, Onun gələcək peyğəmbər haqqında qayğısı nə dərəcədə mükəmməl idi. Allah körpəyə özgə qadınların döşünü əmməyi qadağan etmişdi ki, onun anasını tapıb gətirsinlər və bu yazıq qadına təsəlli olsun və o, rahatlıq tapa bilsin. Fironun ailə üzvləri dayə axtarışında uğur­suzluğa uğradılar və bu zaman Musanın (ə) bacısı onların yanına gəldi və onlara körpəyə lazımınca baxa biləcək bir qadını təklif etdi. Fövqəluca buyurur:

 

ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ;

 

Bacın gəlib dedi: “Onun qayğısını çəkə bilən bir nəfəri sizə göstərimmi?” Biz səni anana qaytardıq ki, üzü gülsün və kədərlənməsin. Sən adam öldürdün və Biz səni xilas etdik və ağır sınağa çəkdik, ey Musa! Sən Mədyən sakinləri arasında uzun illər keçirdin, indi isə vaxtında qayıtmışsan”.

Bir dəfə Musa (ə) günün istirahət vaxtında şəhərə daxil oldu və dalaşan iki kişini gördü. Onlardan biri Musanın (ə) tay­fasından, digəri isə koptlardan[57] idi. Fövqəluca bu barədə belə buyurur: “Sakinləri sayıq olmadıqları zaman şəhərə girdikdə, o bir-biri ilə dalaşan iki kişiyə rast gəldi. Onlardan biri onun tərəfdarı idi, digəri isə onun düşmənləri arasından idi. Onun tərəfdarı ondan onun düşmənlərindən olan adama qarşı kömək istədi. Musa da onu yumruğu ilə vurub öldürdü” (Qəsəs, 28/15). O (ə), elə o andaca törətdiyi əmələ görə tövbə etdi və Allahdan bağışlanması üçün dua etməyə başladı və Rəbbi onu (ə) bağışladı. Sonra Musa (ə) öyrəndikdə ki, Misir əyanları onu (ə) edam et­məyi qərara alıblar, şəhərdən qaçdı. Allah onu (ə) möhnətdən və edamdan xilas etdi, sonra isə ağır sınağa məruz qoydu. Musa (ə) seçdiyi yolla qətiyyətlə gedərək, müəyyən yüksəkliklərə nail oldu. Firondan və onun ətrafındakılardan qaçaraq, o (ə), Mədyən­də yaşamağa başladı, orada evləndi və səkkiz və ya on il ömür sürdü. Sonra o (ə) Misirə qayıtdı və onun (ə) bu qayıdışı təsadüfü deyildi. Fövqəluca onun (ə) geri dönməsini öncədən təqdir etmiş və ona (ə) lütfkarlığını göstərmişdi. Allahın Öz seçdiyi, Allahın Özü ilə danışmaq şərəfinə nail olmuş, sevimlisinə göstərdiyi qayğısı belə kamil idi.

ﮖ ﮗ ﮘ;

 







Дата добавления: 2015-09-04; просмотров: 508. Нарушение авторских прав; Мы поможем в написании вашей работы!



Функция спроса населения на данный товар Функция спроса населения на данный товар: Qd=7-Р. Функция предложения: Qs= -5+2Р,где...

Аальтернативная стоимость. Кривая производственных возможностей В экономике Буридании есть 100 ед. труда с производительностью 4 м ткани или 2 кг мяса...

Вычисление основной дактилоскопической формулы Вычислением основной дактоформулы обычно занимается следователь. Для этого все десять пальцев разбиваются на пять пар...

Расчетные и графические задания Равновесный объем - это объем, определяемый равенством спроса и предложения...

Понятие о синдроме нарушения бронхиальной проходимости и его клинические проявления Синдром нарушения бронхиальной проходимости (бронхообструктивный синдром) – это патологическое состояние...

Опухоли яичников в детском и подростковом возрасте Опухоли яичников занимают первое место в структуре опухолей половой системы у девочек и встречаются в возрасте 10 – 16 лет и в период полового созревания...

Способы тактических действий при проведении специальных операций Специальные операции проводятся с применением следующих основных тактических способов действий: охрана...

Именные части речи, их общие и отличительные признаки Именные части речи в русском языке — это имя существительное, имя прилагательное, имя числительное, местоимение...

Интуитивное мышление Мышление — это пси­хический процесс, обеспечивающий познание сущности предме­тов и явлений и самого субъекта...

Объект, субъект, предмет, цели и задачи управления персоналом Социальная система организации делится на две основные подсистемы: управляющую и управляемую...

Studopedia.info - Студопедия - 2014-2024 год . (0.009 сек.) русская версия | украинская версия