Студопедия — Beləliklə, Firon dönüb getdi və öz sehrbazlarını toplayıb, sonra gəldi”.
Студопедия Главная Случайная страница Обратная связь

Разделы: Автомобили Астрономия Биология География Дом и сад Другие языки Другое Информатика История Культура Литература Логика Математика Медицина Металлургия Механика Образование Охрана труда Педагогика Политика Право Психология Религия Риторика Социология Спорт Строительство Технология Туризм Физика Философия Финансы Химия Черчение Экология Экономика Электроника

Beləliklə, Firon dönüb getdi və öz sehrbazlarını toplayıb, sonra gəldi”.






 

Firon əlindən gələn hər şeyi etmişdi ki, Musaya (ə) qalib gəlsin. O, öz ölkəsinin bütün şəhərlərinə qasidlərini göndərdi ki, ən mahir sehrbazları və cadugərləri yığıb gətirsinlər. O qədim zamanlarda cadugərlik geniş yayılmışdı və bir çoxları bu biliklərə yiyələnməyə can atırdı. Buna görə qasidlər çoxlu cadugər yığa bilmişdilər və onlar təyin olunmuş vaxtda gəldilər. Musa (ə) da ya­rışa gəlmişdi. Çox böyük bir insan kütləsi toplanmışdı ki, qəri­bə tamaşaya baxsınlar. Orada kişilər, qadınlar, zadəganlar və sa­də adamlar, yaşlılar və uşaqlar da var idi. Qasidlər adamları ya­rış yerinə çağırır və deyirdilər: “Adamlara deyirdilər: “Topla­nışa get­­mirsinizmi? Cadugərlər üstün gəlsələr, ola bilsin ki, biz onların ardınca getməli olduq” (Şüəra, 26/39-40). Beləliklə, Musa (ə) Misirin hər tərəfindən gəlmiş sehrbazlarla üzbəüz qalmış oldu. Belə olduqda, o (ə) qərara aldı ki, həqiqəti onlara çatdırmaq üçün onlara moizə ilə müraciət etsin.

 

ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ;

 

Musa onlara dedi: “Vay halınıza! Allaha böhtan atmayın, yoxsa O, sizi işgəncələrə məruz qoyub məhv edər. Kim yalan danışsa, uğursuzluğa uğrayar”.

Siz etiqad etdiyiniz yalanı müdafiə etməyin. Sehrbazlığın doğru olduğunu və haqqa üstün gələcəyini sübut etməyə cəhd göstərməyin. Allaha böhtan atmayın, yoxsa O, sizə şiddətli cəza verər. Sizin səyləriniz və uydurmalarınız sizə heç bir fayda ver­məyəcəkdir və siz heç vaxt çox arzu etdiyiniz qələbəni qazana bilməyəcəksiniz. Siz Fironun ətrafında yer tuta və amansız cəza­dan da xilas ola bilməyəcəksiniz.

 

ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ;

 

Onlar öz aralarında öz əməlləri barədə mübahi­sə­yə başladılar və bu danışıqlarını gizli saxladılar”.

Haqlı söz insanların qəlbinə həmişə təsir göstərir və buna görə də Musanın (ə) moizəsi sehrbazları öz aralarında nə etmək barədə mübahisə etməyə yönəltdi. Ola bilsin ki, onlar Musanın (ə) doğrudan da haqlı olması barədə də mübahisə etmişdilər. O anda onlar hələ nə edəcəklərini bilmirdilər. Lakin Allah istəyirdi ki, baş verməli olan baş verməsin. Allah istəyirdi ki, həlak olan, tam aydınlıq şəraitində həlak olmalıdır və yaşayan da tam aydınlıq şəraitində yaşamalıdır. Cadugərlər pıçıltı ilə danışırdılar və vahid bir rəyə gəldilər. Onlar qərara almışdılar ki, hamılıqla birlikdə üstünlük əldə etsinlər və bütün Misir xalqı onların dinini qəbul etsin. Sonra Fövqəluca Allah cadugərlərin bir-birinə nə dedikləri haqqında xəbər verir.

 

ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ;

 

Onlar dedilər: “Bu iki kişi – cadugərdir. Onlar is­təyirlər ki, cadugərliklə sizi ölkənizdən qovsunlar və ikilikdə sizi gözəl yolunuzu davam etdirsinlər”.

Onların sözləri Fironun dediyi sözlərə oxşayırdı. Ola da bilsin ki, onlar o sözləri qəsdsiz təkrarlamışdılar. Ola da bilsin ki, o özü onları onun bütün xalqın qarşısında söylədiyi nitqindəki sözlərə inandırmışdı. Bununla yanaşı sehrbazlar öz yollarını təri­flənən yol adlandırırdılar. Onlar qərara almışdılar ki, Musa (ə) onlara qibtə edir və ancaq onlara qalib gəlib şan-şöhrət qazanmaq istəyir. İş orasındadır ki, onlar məhz bu məqsədlə sehrbazlıqla məşğul olurdular ki, bu yandan, kimsə birdən çıxıb, hakimiyyəti onların əlindən almaq, qazancdan və uzun zaman ərzində əldə etdikləri hər şeydən onları məhrum etmək istəyir. Onlar bunu bir-birilərinə izah etdilər və bir-birilərini nəyin bahasına olursa olsun qələbə çalmağa ruhlandırırdılar. Onlar dedilər:

 

ﯻ ﯼ ﯽ ﯾ ﯿﰀ ﰁ ﰂ ﰃ ﰄ ﰅ ﰆ;

Bütün fitnə-fəsadlarınızı birləşdirin sıraya düzü­lün. Bu gün qələbə çalan uğur qazanacaqdır”.

Biz birləşib bir-birimizə kömək etməliyik ki, Musaya qalib gələk. Biz vahid cərgədə çıxış etməliyik ki, bizim sehrlərimiz da­ha da güclü olsun, adamların ürəkləri isə bizim qarşımızda qorxu ilə dolsun. Belə olduqda hər birimiz nəyə qadir olduğumuzu gös­tərə bilərik. Bilin ki, uğur o kəsə qismət olacaq ki, o bu gün qələbə çalsın. Bizim gələcəyimiz bugünkü gündən asılıdır.

Bütün mümkün bacarıqları ilə haqqa müqavimət göstərmə­yi qərara alan insanlar gör nə qədər inadcıl və yaramaz idilər. Onlar böyük bir kələk düşünmüşdülər, lakin Allah istəmişdi ki, Öz dininin nurunu qorusun və yalanla mübarizədə haqqı müda­fiə etsin. Sehrbaz-cadugərlər öz səylərini birləşdirdilər və son qərar qəbul etdilər. Təkcə yarışı başlamaq qalırdı.

 

ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ;

 

(20.65) “Onlar dedilər: “Ey Musa! Sən birinci atırsan, ya biz birinci ataq?”

 

Onlar Musaya (ə) seçmək hüququ verdilər, çünki istənilən halda üstünlük qazanacaqlarına əmin idilər.

 

ﭝ ﭞ ﭟﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ;

 

O dedi: “Yox, siz atın!” Bu anda ona elə gəldi ki, onların kəndirləri və əsaları sehrdən hərəkətə gəldilər”.







Дата добавления: 2015-09-04; просмотров: 506. Нарушение авторских прав; Мы поможем в написании вашей работы!



Функция спроса населения на данный товар Функция спроса населения на данный товар: Qd=7-Р. Функция предложения: Qs= -5+2Р,где...

Аальтернативная стоимость. Кривая производственных возможностей В экономике Буридании есть 100 ед. труда с производительностью 4 м ткани или 2 кг мяса...

Вычисление основной дактилоскопической формулы Вычислением основной дактоформулы обычно занимается следователь. Для этого все десять пальцев разбиваются на пять пар...

Расчетные и графические задания Равновесный объем - это объем, определяемый равенством спроса и предложения...

Дренирование желчных протоков Показаниями к дренированию желчных протоков являются декомпрессия на фоне внутрипротоковой гипертензии, интраоперационная холангиография, контроль за динамикой восстановления пассажа желчи в 12-перстную кишку...

Деятельность сестер милосердия общин Красного Креста ярко проявилась в период Тритоны – интервалы, в которых содержится три тона. К тритонам относятся увеличенная кварта (ув.4) и уменьшенная квинта (ум.5). Их можно построить на ступенях натурального и гармонического мажора и минора.  ...

Понятие о синдроме нарушения бронхиальной проходимости и его клинические проявления Синдром нарушения бронхиальной проходимости (бронхообструктивный синдром) – это патологическое состояние...

ФАКТОРЫ, ВЛИЯЮЩИЕ НА ИЗНОС ДЕТАЛЕЙ, И МЕТОДЫ СНИЖЕНИИ СКОРОСТИ ИЗНАШИВАНИЯ Кроме названных причин разрушений и износов, знание которых можно использовать в системе технического обслуживания и ремонта машин для повышения их долговечности, немаловажное значение имеют знания о причинах разрушения деталей в результате старения...

Различие эмпиризма и рационализма Родоначальником эмпиризма стал английский философ Ф. Бэкон. Основной тезис эмпиризма гласит: в разуме нет ничего такого...

Индекс гингивита (PMA) (Schour, Massler, 1948) Для оценки тяжести гингивита (а в последующем и ре­гистрации динамики процесса) используют папиллярно-маргинально-альвеолярный индекс (РМА)...

Studopedia.info - Студопедия - 2014-2024 год . (0.012 сек.) русская версия | украинская версия