Студопедия — Onda Musa qəlbində bir qorxu hissi keçirtdi”.
Студопедия Главная Случайная страница Обратная связь

Разделы: Автомобили Астрономия Биология География Дом и сад Другие языки Другое Информатика История Культура Литература Логика Математика Медицина Металлургия Механика Образование Охрана труда Педагогика Политика Право Психология Религия Риторика Социология Спорт Строительство Технология Туризм Физика Философия Финансы Химия Черчение Экология Экономика Электроника

Onda Musa qəlbində bir qorxu hissi keçirtdi”.






 

Sehrlər o qədər güclü oldu ki, Musa (ə) qorxdu. Belə qorxu hər adama xas olan şeydir və heç də o demək deyildi ki, saleh peyğəmbər (ə) öz Rəbbinin vədinin doğruluğuna şübhə edirdi.

 

ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ;

Biz dedik: “Qorxma! Sən üstün gələcəksən”.

 

Allah Öz peyğəmbərinə (ə) kömək etdi və ona təlqin etdi ki, o (ə) sehrbazlara qalib gələcəkdir və onlar ona (ə) itaət edə­cəklər.

 

ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾﭿ ﮀ ﮁ ﮂ ﮃﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ;

Lində tutduğunu at və o onların törətdiklərinin hamısını udacaq. Həqiqətən də, onların etdikləri – cadugərin fitnəsi idi, cadugər isə, hara getsə də, uğur qazana bilməz”.

Sehrbaz ovsunları və məşum fitnələr heç vaxt onlara fayda verməz, çünki onlar insanları aldadırlar, həqiqəti yalan pərdəsi altında gizlədir və yalanı haqq kimi göstərirlər. Musa (ə) öz əsasını atan kimi, o, sehrbazların bütün quraşdırdıqlarını uddu. Bu, hadisələri müşahidə edən çox böyük bir insan kütləsinin gözü qarşısında baş verdi. Sehrbazlar o saat anladılar ki, Musanın (ə) möcüzəsi sehr deyil, Allahın Möcüzəsidir və buna görə onlar tələsə-tələsə haqq dini qəbul etdilər.

 

ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ;

 

(20.70) “Sehrbazlar səcdəyə qapılaraq dedilər: “Biz Haru­nun və Musanın Rəbbinə iman gətirdik!”

Haqq üstün gəldi və insanları öz ziyası ilə nurlandırdı, sehrbazlıq və yalançıların hiylələri isə insanlardan ibarət böyük bir izdihamın gözü qarşısında məğlubiyyətə uğradı. Bu möcüzə möminlər üçün mərhəmət və inadkarlıq göstərən kafirlərə qarşı bir sübut oldu. O vaxt Firon sehrbazlara müraciət etdi:

 

ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ;

 

Dedi: “Doğrudanmı siz mənim icazəm olmadan ona inandınız? Həqiqətən, o – sizə sehri öyrədən böyüyünüz­dür. Mən sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsdirərəm və xurma payalarına keçirtdirərəm. Bax onda bilərsiniz ki, kimin cəzası daha ciddi və uzunmüddətlidir”.

Siz mənim icazəm olmadan və mənim iradəmə qarşı necə cürət edib iman gətirdiniz? Firon, əvvəllər təkcə ona tabe olan və onun hər əmrinə itaət edən bu insanların belə hərəkətinə təəccüb etmişdi. O özü də möcüzələrin ən əzəmətlisi olan bu möcüzənin şahidi idi, lakin bu onu daha çox kafirliyə və zalımlığa sövq etdi. O qərara aldı ki, növbəti dəfə də xalqını aldatsın və insanları inandırsın ki, Musanın (ə) qələbəsi hələ onun haqlı olmasına sü­but deyil. O bəyan etdi ki, Musa sehrbazların başçısıdır və onların hamısı ilə əlaqəyə girmişdir ki, Fironu və misirliləri öz doğma torpaqlarından qovub çıxarsın. İnsanlar onun dəlilləri ilə razılaş­dılar və sözlərinə inandılar, Fövqəluca Allah isə belə buyurdu: “O öz xalqını aldatdı (və ya xalqını yelbeyin hesab etdi), onlar da ona tabe oldular. Həqiqətən də, onlar günahkar insanlar idilər” (Zuxruf, 53/54). Misirlilər Fironla razılaşdılar, halbuki onun söz­ləri hətta bir qətrə ağlı olana və baş verənlərin mahiyyətini bilənlərə inandırıcı görünə bilməzdi. Musa (ə) Mədyəndən tək qa­yıtmışdı və qayıtdıqdan sonra cadugərlər və sehrbazlarla görüş­məmişdi. O (ə) gələn kimi Fironun yanına getmişdi ki, onu və Misir xalqını Allaha iman gətirməyə dəvət etsin və onlara qeyri-adi möcüzələr göstərsin. Firon Musa (ə) ilə yarışmağı özü qərara almışdı və ən məharətli cadugərləri ölkəsinin bütün künc-buca­ğından yığdırmışdı. Onlar onun hüzuruna toplaşanda Firon onla­ra qələbə çaldıqları təqdirdə böyük mükafat və yüksək vəzifə verəcəyini vəd etmişdi. Onlar da əllərindən gələni etdilər və ən mümkün üsullardan yararlandılar ki, Musaya (ə) üstün gəlsinlər, lakin son nəticədə onlar ona (ə) iman gətirdilər. Məgər zənn et­mək olardımı ki, Musa (ə) cadugərlərlə sövdələşmiş və misirliləri Misirdən qovmaq niyyətində imiş? Həqiqətən də, bu güman tamamilə cəfəngiyat idi. Amma Firon bunu artıq demişdi və sehr­bazların sağ əllərini biləngdən, sol ayaqlarını topuqdan kəsəcə­yinə və onları rüsvaycasına xurma payalarına keçirdəcəyinə söz vermişdi. Yer üzündə fəsad yaymaq üçün döyüşən adamlarla məhz belə rəftar edirdilər. Firon özü və onun adamları belə hesab edirdilər ki, onların cəzasının əzabı Allahın alacağı intiqamdan da ağırdır və onlar mühakimə yürütməyi bacarmayan xalqı hamıdan daha çox aldada və qorxuda bilərlər. Lakin Allah sehrbazlara ağıl vermişdi və onlar onun sayəsində haqqı dərk etməyi bacardılar.

 

ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛﯜ ﯝ ﯞ ﯟ ﯠﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ;

Onlar dedilər: “Bizə açıq-aşkar görünən aydın möcüzələr qarşısında və Yaradanımız qarşısında biz sənə üstünlük vermərik. Ver öz hökmünü! Həqiqətən, sən ancaq bu dünyada hökm verirsən”.

Bu möcüzələr ona dəlalət edir ki, təkcə Allah – Vahid Rəbb olan Allahdır, həmd olunmağa və pərəstiş edilməyə layiqdir. Bütün qalanlara ibadət naqis və faydasızdır və buna görə də biz öz Xaliqimiz və Yaradanımız qarşısında üstünlüyü sənə vermə­rik. Bu ola bilməz, buna görə də ver öz hökmünü. Əllərimizi və ayaqlarımızı kəs, bizi xurma ağaclarına keçirt və bizə ən ağır işgəncələr ver – sən bizə ancaq bu dünyada qalib gələ bilərsən. Sənin işgəncələrinə son qoyulacaq və onlara bizə zərər vurmaya­caq, amma Allah kafirləri böyük və sonsuz əzablara məruz qoyur.

Sehrbazlar bu sözləri ilə, Fironun: “onlar biləcəklər kimin cəzası daha ağrılı və uzunmüddətlidir” ifadəsinə cavab verdilər. Onların sözlərindən aydın olur ki, hər bir ağıllı insan bu dünya­nın cazibədarlıqlarını Axirət həyatının cazibədarlıqları ilə, bu dünya­dakı əzabları isə ölümdən sonrakı cəza ilə müqayisə etmə­lidir.

 

ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲﯳ ﯴ ﯵ ﯶ ﯷ;

Biz həqiqətən Rəbbimizə iman gətirdik ki, O bizim günahlarımızı və sənin bizə zorla etdirdiyin sehri bizə bağışlasın. Allah daha xeyirli və əbədidir”.

Biz ümid edirik ki, Allah bizim küfrümüzü və günahları­mızı bağışlayar, çünki iman günahları yuyur, tövbə isə əvvəllər törədilmiş günahları təmizləyir. Biz həm də ümid edirik ki, sənin bizi haqqı inkar etmək məqsədi ilə məcbur etdiyin cadugərliyimiz bağışlanacaq. Buradan belə çıxır ki, Firon sehrbazları yarışda iştirak etməyə məcbur edibmiş.

Biz əvvəlcə xatırlatmışdıq ki, Musa (ə) yarışdan qabaq sehr­bazlara moizə ilə müraciət edərək belə demişdi: “...Vay halınıza! Allaha böhtan atmayın, yoxsa O, sizi işgəncələrə məruz qoyub məhv edər!...” (Taha, 20/61).Aydındır ki, bu sözlər sehr­bazlara güclü təsir bağışlamışdı və onlar öz aralarında mübahisə etməyə başlamışdılar. O vaxt Firon onları yarışmağa məcbur etmiş və onlara, qalib gələcəkləri təqdirdə, böyük mükafatlar verəcəyini vəd etmişdi. Bax elə buna görə də onlar onun sözlərini təkrar edib deyirdilər: “Bu iki kişi – sehrbazdırlar. Onlar sehrlə sizi ölkə­nizdən qovub çıxarmaq istəyirlər və ikilikdə sizin daha üstün yolunuzla getmək istəyirlər” (Taha, 20/63). Onlar Firona tabe olmağa və onun hökmünü yerinə yetirməyə məcbur idilər. Haqqa müqavimət göstərməyə və yalanı müdafiə etməyə Firon tərəfin­dən güclə məcbur edilmələrinə görə onların ürəklərində nifrət qalmışdı. Ola bilsin ki, məhz buna görə, Allah onlara rəhm edə­rək, onların iman gətirmələrinə kömək etdi və onları səmimiy­yətlə tövbə etməyə ruhlandırdı. Onlar başa düşdülər ki, Allahın mərhəməti Fironun vəd etdiyi mükafatlardan daha yaxşıdır və Allahın nemətləri, bu zülmkarın təhdidləri baxımından, daha da­vamlıdır. Musa peyğəmbərin (ə), Fironun və sehrbazların heka­yət­­lərinin təsvir olunduğu Quran ayələrinin hamısına müraciət etsək aydın olar ki, onlarda ancaq Fironun təhdidlərindən bəhs edilir, lakin onun edam etdiyi və çarmıxa çəkdiyi sehrbazlar haq­qında bir söz deyilmir. Muhəmməd Peyğəmbərin (s.ə.s.) heç bir səhih hədisində də həmçinin bu insanların sonrakı taleyi barədə hər hansı bir xəbər verilmir. Buna görə biz inandırıcı sübutlara malik olmadan bu barədə hər hansı iddia irəli sürə bilmərik. Bu və yerdə qalan bütün digər şeylər barədə ən yaxşı bilən Allahdır!

 

ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃ ﰄ ﰅ;

 

Rəbbinin hüzuruna günahkar gələnlərə, orada ölməyəcəkləri və yaşamayacaqları Cəhənnəm hazırlanıb”.

 

Fövqəluca xəbər verir ki, ölümünə qədər küfrə etiqad edən və böyük cinayətlər törədən hər bir günahkar onun üçün işgən­cəli cəza hazırlanmış Cəhənnəmə mütləq düşəcəkdir. Orada dəh­şətli zəncirlər və dəhşətəngiz uçurumlar mövcuddur. Orada aman­sız soyuq və dözülməz hərarət vardır. Orada insanın ürə­yinin və içalatının qaynamağa başladığı ən tükürpədici əzab üsul­ları tətbiq olunacaq. Onlar orada ölmürlər, çünki ölüm onlar üçün asanlıq olardı. Lakin onların orada varlığını yaşamaq adlan­dırmaq mümkün deyil, çünki onlar orada mövcud olmalarından nə ruhi, nə də fiziki ləzzət almayacaqlar. Həyat Cəhənnəmdə qəlb, ürək və bədən üçün əzab-əziyyətlə doludur və onların ağırlığını qiymətlən­dirmək mümkün deyil. Onlar hətta bir anlığa belə yüngülləşdi­rilməyəcək və əzabkeşlər rəhm edilməsi üçün xahiş etdikdə, onu almayacaqlar, onlar bağışlanmaq üçün dua etdikdə, duaları eşidilməyəcək. Onlar kömək üçün müraciət etdikdə, onlara dərini yandıran ərinmiş metala bənzər qaynar su ilə kömək göstəriləcək. Əgər onlar xilas olmaq haqqında yalvar­sa­lar, onları alçaldıb geriyə qaytaracaqlar və onlara bir daha Allaha müraciət etməmək əmr olunacaq.

 

ﰆ ﰇ ﰈ ﰉ ﰊ ﰋ ﰌ ﰍ ﰎ ﰏ ﰐ ﰑ ﰒ ﰓ ﰔ ﰕ ﰖ ﰗ ﰘﰙ ﰚ ﰛ ﰜ ﰝ ﰞ;

(20.75) “Onun hüzuruna xeyirxah əməllər işləyərək gələn möminlər üçün isə yüksək dərəcələr hazırlanıb –

Ccedil;aylar axan Ədn cənnətləri. Onlar orada əbədi qalacaqlar. Bax bu günahdan təmizlənənlərə veriləcək əvəzdir”.

Allahın elçilərinə iman gətirmiş möminlər Səmavi Kitabları rəhbər tutan və dinin fərz və arzuedilən hökmlərini yerinə yetirən möminlər uca imarətlərdə və gözəl saraylarda məskunlaşacaqlar. Onlar şırıltı ilə axan çayların sahillərində sonsuz ləzzətlər və məmnunluqlar içində həzz alacaqlar. Onların nəsibi - əbədi həyat və ən böyük səadət olacaqdır və onlar gözlərin görmədiyi, qulaqların eşitmədiyi və insan ruhunun xəyalından belə keçirmə­dik­lərinə nail olacaqlar. Bu mükafatlar, şübhələrdən, küfrdən, nöq­sanlardan və Allaha itaətsizlikdən təmizlənənlərə verilən əvəz olacaqdır. Belə insanlar ən ağır günahları ya ümumiyyətlə işlətməmişlər, ya da törətdikləri günahları tövbə etmişlər. Bu­nunla yanaşı onlar öz qəlblərini təmizləmiş və özlərini haqq din və xeyirxah əməllərlə bəzəmişlər. İnsan təmizlənmək üçün iyrənc şeylərdən və murdar hərəkətlərdən paklanmalı və xeyirxahlıq sahibi olmalıdır və təkcə bu iki şərtə riayət etdikdə, insan təmizlənə bilər.

 

ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ;

 

(20.77) “Biz Musaya vəhy etdik ki, bu gecə Mənim qullarımla yola çıx və onlar üçün dənizdə quru yol aç. Qorxma ki, sənə çata bilərlər və ehtiyat etmə!”







Дата добавления: 2015-09-04; просмотров: 461. Нарушение авторских прав; Мы поможем в написании вашей работы!



Важнейшие способы обработки и анализа рядов динамики Не во всех случаях эмпирические данные рядов динамики позволяют определить тенденцию изменения явления во времени...

ТЕОРЕТИЧЕСКАЯ МЕХАНИКА Статика является частью теоретической механики, изучающей условия, при ко­торых тело находится под действием заданной системы сил...

Теория усилителей. Схема Основная масса современных аналоговых и аналого-цифровых электронных устройств выполняется на специализированных микросхемах...

Логические цифровые микросхемы Более сложные элементы цифровой схемотехники (триггеры, мультиплексоры, декодеры и т.д.) не имеют...

Интуитивное мышление Мышление — это пси­хический процесс, обеспечивающий познание сущности предме­тов и явлений и самого субъекта...

Объект, субъект, предмет, цели и задачи управления персоналом Социальная система организации делится на две основные подсистемы: управляющую и управляемую...

Законы Генри, Дальтона, Сеченова. Применение этих законов при лечении кессонной болезни, лечении в барокамере и исследовании электролитного состава крови Закон Генри: Количество газа, растворенного при данной температуре в определенном объеме жидкости, при равновесии прямо пропорциональны давлению газа...

Этапы трансляции и их характеристика Трансляция (от лат. translatio — перевод) — процесс синтеза белка из аминокислот на матрице информационной (матричной) РНК (иРНК...

Условия, необходимые для появления жизни История жизни и история Земли неотделимы друг от друга, так как именно в процессах развития нашей планеты как космического тела закладывались определенные физические и химические условия, необходимые для появления и развития жизни...

Метод архитекторов Этот метод является наиболее часто используемым и может применяться в трех модификациях: способ с двумя точками схода, способ с одной точкой схода, способ вертикальной плоскости и опущенного плана...

Studopedia.info - Студопедия - 2014-2024 год . (0.012 сек.) русская версия | украинская версия