Студопедия — Və onlardan təkcə hamar düzənlik qalacaqdır”.
Студопедия Главная Случайная страница Обратная связь

Разделы: Автомобили Астрономия Биология География Дом и сад Другие языки Другое Информатика История Культура Литература Логика Математика Медицина Металлургия Механика Образование Охрана труда Педагогика Политика Право Психология Религия Риторика Социология Спорт Строительство Технология Туризм Физика Философия Финансы Химия Черчение Экология Экономика Электроника

Və onlardan təkcə hamar düzənlik qalacaqdır”.






Onun üzərində nə çökəklik, nə də təpəliklər görməyəcəksən”.

Ey Muhəmməd! İnsanlar səndən soruşacaqlar ki, Qiyamət günü dağlar necə olacaq və onlar əvvəlki kimi yerlərində qala­caqlarmı? Onlara xəbər ver ki, sənin Rəbbin dağları kökündən qoparacaq və bundan sonra onlar daranmış yun kimi yumşaq olacaqlar. Sonra onlar quma çevriləcək, daha sonra isə toz olub havaya sovrulacaq. Dağlar yoxa çıxıb, yerlə yeksan olacaq və o da çökəyi və hündürlüyü olmayan hamar düzənliyə çevriləcək. Yer tamamilə yastılanacaq və bütün məxluqlar onun üstündə yerlə­şəcəklər. İnsanlar bir yerdə toplanacaq və carçının çağırışını asanlıqla eşidəcəklər. Buna görə daha sonra Fövqəluca belə buyurur:

 

ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ;

Həmin gün onlar ancaq carçının ardınca gedəcək və başqa tərəfə meyil etməyə artıq imkanları olmayacaq. Rəhmanın qarşısında onların səsi itaətkarcasına çıxacaq və sən təkcə ahəstə səslər eşidəcəksən”.

İnsanlar qəbirlərindən dirilib çıxan kimi, onlar carçının çağırışını eşidəcəklər. O, onlara Qiyamət günü meydanına gəl­məyi əmr edəcək. Onlar carçının çağırışına tələsik cavab verə­rək, Məhşər meydanına gəlməyə üz tutacaqlar. Bu zaman bir insan belə geriyə, sağa və ya sola dönməyəcək. Carçının çağırışı doğru və həqiqi olacaq və bütün insanlar onu eşidəcək və itaətkarlıqla Mərhəmətli Allahın hüzuruna gələcəklər. Ətrafda sakitlik hökm sürəcək ki, onu ancaq ayaq səsləri və qorxa-qorxa edilən pıçıltılar pozacaq. İnsanları qorxu bürüyəcək və sakitcə Mərhəmətli Allahın hökmünü gözləyəcəklər, onların çöhrəsində isə itaətkar­lıq və mütilik öz əksini tapacaqdır. Varlılar və kasıblar, kişilər və qadınlar, sərbəst olanlar və kölələr, hökmdarlar və sadə insanlar – bu əzəmətli saatda hamısı sakitcə baxışlarını yerə dikərək və başlarını aşağı salaraq, qarşıda onları nəyin gözlədiyini bilmədən diz üstə dayanacaq. Fövqəluca buyurur: “Qulaqbatırıcı Səs gəl­dikdə, həmin gün insan öz qardaşını, anasını və atasını, ar­va­dını və övladlarını atacaq, çünki hər bir insanın öz qay­ğıları kifayət qədər olacaq” (Əbəsə, 80/33-37). Həmin anda Ədalətli Hakim möminləri bol-bol mükafatlarla təltif etmək, günah­kar­ları isə böyük zərərə uğratmaq üzrə Öz hökmünü verəcək. La­kin eyni zamanda bütün məxluqlar öz Fövqəlsəxavət­li, Mərhəmət­li və Rəhmli Rəbbinin mərhəmətinə, xeyirxahlığına və hüdudsuz bağışlamasına əmin ola biləcəklər.

İlahi mərhəmətinin hüdudsuzluğunu nə sözlərlə ifadə et­mək, nə də təsəvvürə gətirmək mümkün deyildir. Lakin Qiyamət günü bütün məxluqlar, Allaha və Onun elçilərinə iman gətirən möminlərin bu mərhəmətə necə layiq görüldüklərinin şahidi olacaqlar.

Biz niyə buna ümid bəsləməyə cəsarət edirik? Niyə biz buna inanırıq? Çünki biz qəti bilirik ki, Allahın mərhəməti Onun qəzəbini üstələyir. Onun geniş rəhmət sahibi olması bütün varlığı əhatə edir və buna əmin olmaq üçün, Onun məxluqlarına saysız-hesabsız maddi nemətlərlə iltifat göstərməsinə nəzər salmaq kifayətdir. Axirət həyatına gəldikdə isə, onun haqqında xatırla­yar­kən Fövqəluca Allah dəfələrlə Özünü Mərhəmətli adlandır­mış­dır: “Onların səsi Mərhəmətlinin qarşısında itaətkar olacaq­dır”; “Ruh və mələklər cərgə-cərgə dayandıqları həmin Gün Mərhəmətli­nin icazə verdiklərindən başqa heç kim danışma­yacaq” (Nəbə, 78/38); “Həmin gün hakimiyyət gerçək olacaq və Mərhəmətliyə məxsus olacaqdır” (Furqan, 25/26).

Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) demişdir: “Allahın mərhəməti yüz hissədən ibarətdir və O, onun təkcə bir hissəsini Öz qullarına nazil etmişdir ki, onun sayəsində onlar bir-biriləri ilə mərhəmət və rəhmlə davranırlar. Hətta heyvan da ayağını qaldırır ki, öz dölünü tapdalayıb əzmə­sin, çünki onun da ürəyinə rəhm hissi daxil edilmişdir. Qiyamət günü başladıqda isə, bu bir hissə mərhəmətə qalan doxsan doqquz hissə də birləşdiriləcəkdir və onların sayəsində Allah Öz qulları­na rəhm edəcəkdir”. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) həmçinin demişdir: “Allah Öz qullarına, ananın öz kör­pə­sinə bəslədiyindən daha çox rəhm göstərir”.

İnsan Allahın mərhəməti haqqında istənilən şeyi deyə bilər, lakin o, onsuz da bütün deyilənlərdən üstün olacaqdır. İnsan Allahın mərhəmətini özlüyündə istədiyi kimi təsəvvür edə bilər, lakin o, daha yüksək olacaq. Bağışlayarkən və mükafatlandırar­kən, hətta ədalətlə cəzalandırarkən mərhəmət Göstərən Pakdır! Mərhəməti bütün varlıq aləmini himayəsi altına alan və fövqəlxeyirxahlığı ilə hər məxluqu Əhatəedən Pakdır! Qullarına ehtiyacı olmadan onlara Rəhmgöstərən şan-şöhrət Sahibidir. Onun qulları fasiləsiz olaraq Onun qayğısına möhtacdırlar və bir anlığa belə Onun bol nemətləri olmadan yaşamağa qadir deyillər.

 

ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ;

 

Həmin gün Mərhəmətlinin icazə verdiyi və sözündən razı qalacağı kəslərdən başqa kimsənin şəfaəti fayda verməyəcəkdir”.

Allah icazə vermədən heç kim Onun qarşısında insanlar üçün şəfaət istəyə bilməz. Bu şəfaətçilər peyğəmbərlər və elçilər, həmçinin digər yaxın qullar ola bilər. Onlar ancaq səmimiyyətlə haqq dinə etiqad etmiş və Allahın mərhəmətini qazanmış insanlara şəfaətçilik edə bilərlər. Bu şərtlər yerinə yetirilməsə, onda heç kim Allah qarşısında başqaları üçün şəfaətçilik edə bilməz.

 

ﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪ ﯬ ﯭ ﯮ ﯯﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ;

 







Дата добавления: 2015-09-04; просмотров: 398. Нарушение авторских прав; Мы поможем в написании вашей работы!



Шрифт зодчего Шрифт зодчего состоит из прописных (заглавных), строчных букв и цифр...

Картограммы и картодиаграммы Картограммы и картодиаграммы применяются для изображения географической характеристики изучаемых явлений...

Практические расчеты на срез и смятие При изучении темы обратите внимание на основные расчетные предпосылки и условности расчета...

Функция спроса населения на данный товар Функция спроса населения на данный товар: Qd=7-Р. Функция предложения: Qs= -5+2Р,где...

Тема: Изучение приспособленности организмов к среде обитания Цель:выяснить механизм образования приспособлений к среде обитания и их относительный характер, сделать вывод о том, что приспособленность – результат действия естественного отбора...

Тема: Изучение фенотипов местных сортов растений Цель: расширить знания о задачах современной селекции. Оборудование:пакетики семян различных сортов томатов...

Тема: Составление цепи питания Цель: расширить знания о биотических факторах среды. Оборудование:гербарные растения...

Роль органов чувств в ориентировке слепых Процесс ориентации протекает на основе совместной, интегративной деятельности сохранных анализаторов, каждый из которых при определенных объективных условиях может выступать как ведущий...

Лечебно-охранительный режим, его элементы и значение.   Терапевтическое воздействие на пациента подразумевает не только использование всех видов лечения, но и применение лечебно-охранительного режима – соблюдение условий поведения, способствующих выздоровлению...

Тема: Кинематика поступательного и вращательного движения. 1. Твердое тело начинает вращаться вокруг оси Z с угловой скоростью, проекция которой изменяется со временем 1. Твердое тело начинает вращаться вокруг оси Z с угловой скоростью...

Studopedia.info - Студопедия - 2014-2024 год . (0.007 сек.) русская версия | украинская версия