Студопедия — O onların gələcəyini də, keçmişini də bilir, lakin onlar Onu öz bilikləri ilə qapsamağa qadir deyillər”.
Студопедия Главная Случайная страница Обратная связь

Разделы: Автомобили Астрономия Биология География Дом и сад Другие языки Другое Информатика История Культура Литература Логика Математика Медицина Металлургия Механика Образование Охрана труда Педагогика Политика Право Психология Религия Риторика Социология Спорт Строительство Технология Туризм Физика Философия Финансы Химия Черчение Экология Экономика Электроника

O onların gələcəyini də, keçmişini də bilir, lakin onlar Onu öz bilikləri ilə qapsamağa qadir deyillər”.






Bütün üzlər, Diri Mütləq Hakim qarşısında baş əyəcək, zülm yükü daşıyanlar isə uğursuzluğa düçar olacaqlar”.

Mömin olaraq xeyirxah işlər görənlər isə nə zalımlıqdan, nə də sıxıntılardan qorxmayacaqlar”.

Həmin gün insanlar iki qrupa bölünəcəklər. Bir qrupa küfrə etiqad edən zalım günahkarlar daxil olacaqlar. Onların qisməti uğursuzluq, məhrumiyyət, məşəqqətli Cəhənnəm əzabı və Ədalətli Hakimin qəzəbi olacaqdır. İkinci qrup isə Allahın iman gətirilməsinə əmr etdiyi bütün şeylərə iman gətirmiş və dinin bütün vacib və arzu edilən tələblərini yerinə yetirmiş möminlər­dən ibarət olacaqdır. Onlar zalımlıqdan və sıxıntılardan ehtiyat etməyəcəklər, çünki heç kim onlara törətmədikləri cinayətləri aid etməyəcək və onların etdikləri xeyirxah əməlləri gizlətməyəcək. Əksinə, onların günahları və nöqsanları bağışlanacaq, mükafatları isə artırılacaq. Fövqəluca buyurur: “Allah kimsəyə zərrə qədər də zülm etməz, əgər yaxşı əməl ən kiçik də olsa belə, onun savabını qat-qat artırar” (Nisa, 4/40).

 

ﰃ ﰄ ﰅ ﰆ ﰇ ﰈ ﰉ ﰊ ﰋ ﰌ ﰍ ﰎ ﰏ ﰐ ﰑ;

 

Beləliklə, Biz onu Quran kimi ərəb dilində nazil etdik və Öz təhdidlərimizi təfsilatı ilə izah etdik ki, onlar qorxsunlar və ya bu onlar üçün bir nəsihət olsun”.

Bu Kitab hər bir ərəb üçün anlaşıqlı və aydın nəcib ərəb dilində nazil edilmişdir. İnsanlar bu Vəhyin sözlərini başa düşür, onun mənalarını dərk edir və nazil edilmiş təhdid və xəbərdarlıq­lardan agah olurlar. Bəzən Allahın ədalətliliyinin və qisas alınacağının labüdlüyünün dəlili olan adları bu təhdidləri xatırla­dır. Bəzən isə onları, xalqların taleləri haqqında olan ibrətamiz hekayətlər yada salır. Onların kökü keçmiş zamanlarda kəslmişdi və onlar sonrakı nəsllər üçün ibrət olmuşdular. Bəzən, günahların və qəbahətlərin mənfur nəticələri, bəzən, Qiyamət günü baş verəcək dəhşətli və həyəcanəngiz hadisələr, bəzən də Cəhənnə­min və dözülməz Cəhənnəm əzablarının təsviri onları yada salır. Bütün bunlar Allahın insanlara bəslədiyi mərhəmə­tidir, çünki onları Rəbdən qorxmağa, cinayətlərdən, itaətsizlikdən və insana zərər verə biləcək hər şeydən çəkinməyə məcbur edir.

Bununla yanaşı Müqəddəs Quran elə bir nəsihətdir ki, insanlar ondan Allaha necə itaət etməyi və böyük fayda verəcək xeyirxahlıq göstərməyi öyrənirlər. Quran, ərəb dilində nazil edilməsi və aydın təhdidlərdən ibarət olması sayəsində, insanlara Allahdan qorxmağa etiqad etməyə və saleh əməllər işləməyə təkan verir. Əgər o, başqa dildə göndərilsəydi və insanların gü­nah­larının dəhşətli nəticələrini onlara izah etməsəydi, onda o, insanlara belə təsir göstərməzdi.

Yuxarıda xatırlanan ədalətli əvəz verilməsi və həmçinin Kitabda nazil edilən dini hökmlər İlahi hakimiyyətinin nəticələ­ridir və buna görə Fövqəluca sonra belə buyurur:

 

ﭑ ﭒ ﭓ ﭔﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ;

Gerçək Hökmdar Allah hər şeydən ucadır! Sənə nazil edilən vəhylər bitənədək Quranla tələsmə! De ki: “Ey Rəbbim! Biliklərimi artır”.

Allah şan-şöhrət Sahibi, Böyük və Pakdır. O, hər hansı nöqsan və qüsurlardan azaddır. Allahın hakimiyyəti Onun ayrıl­maz sifətlərindəndir və buna görə bütün məxluqlar Onun qul­larıdır və Onun qədər və şəriət qanunlarına itaətkardırlar. Onun varlığı, hakimiyyəti və kamilliyi əsl həqiqətdir. Lakin bütün bu sifətlər o zaman kamil ola bilər ki, onlar gerçək Hökmdara məx­sus olsun. Bu özəllik məhz Allaha xasdır. Onun məxluqları da hakimiyyətə malik ola bilərlər, lakin onların hökmranlığı fani və qısadır, halbuki Əbədi Yaşayan Mütləq Hakim və şan-şöhrətli Hökmdarın hakimiyyəti əbədidir.

Ey Muhəmməd! Səbirli ol və Cəbrail (ə) Quran ayəsini sənə söyləyən zaman onları təkrarlamağa tələsmə. O (ə), ayənin nazil olmasını bitirəndən sonra, onun ardınca oxu. Həqiqətən, Allah Quranı sənin ürəyində bir yerə toplayacağını və onu sənə bütöv­lükdə oxuyacağını vəd etmişdir. Fövqəluca buyurur: “Dilini tər­pədərək onu təkrarlama ki, tez yadda saxlayasan. Onu toplayıb oxumaq Bizə aiddir. Biz onu oxuduqda, sən də ardınca oxu. Onu izah etmək də Bizə aiddir” (Qiyamə, 75/16-19).

Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) vəhyi tez yadda saxlamağa can atması onun (s.ə.s.) bilik­lərə göstərdiyi məhəbbətə dəlalət edir və buna görə Fövqəluca ona (s.ə.s.)əmr edir ki, biliklərinin artırılması üçün dua etsin. Həqiqətən də, bilik insana xeyir gətirir və insan bu neməti çoxalt­maq üçün xeyirxahlığını artırmalıdır. Lakin bilik təkcə Allahın sərəncamındadır və buna görə onu əldə etmək üçün səy göstər­mək və zəhmət çəkmək lazımdır. Bununla yanaşı insan biliklərə can atmalı, Allaha yalvarmalıdır ki, bu məqsədə nail olmaq üçün ona kömək göstərsin və hər an Allahın mərhəmətinə ehtiyacı olduğunu bildirməlidir.

Şərh etdiyimiz ayədən aydın olur ki, şagirdlər dərsdə özlərini necə aparmalıdırlar. Onlar səbirli olmalı, müəllimin və ya mühazirə oxuyanın mövzunu izah etdiyi zaman sözünü kəsmə­məlidirlər ki, onun öz fikirlərini ifadə etməsinə maneçilik olma­sın. Müəllim mövzunun izahını bitirdikdə, şagirdlər ona sual verə bilərlər. Əgər şagird sual verir və həm də müəllimin sözünü kəsirsə, o, özünü böyük nemətdən məhrum edir. Eyni zamanda, sual verilən müəllim suala axıradək qulaq asmalı, onu aydınlaş­dır­malı və ancaq bundan sonra şagirdə cavab verməlidir, çünki bu əxlaqi qaydaya riayət edilməsi müəllimə dəqiq və tam cavab verməyə imkan yaradır.

 

ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ;

 







Дата добавления: 2015-09-04; просмотров: 422. Нарушение авторских прав; Мы поможем в написании вашей работы!



Аальтернативная стоимость. Кривая производственных возможностей В экономике Буридании есть 100 ед. труда с производительностью 4 м ткани или 2 кг мяса...

Вычисление основной дактилоскопической формулы Вычислением основной дактоформулы обычно занимается следователь. Для этого все десять пальцев разбиваются на пять пар...

Расчетные и графические задания Равновесный объем - это объем, определяемый равенством спроса и предложения...

Кардиналистский и ординалистский подходы Кардиналистский (количественный подход) к анализу полезности основан на представлении о возможности измерения различных благ в условных единицах полезности...

Гидравлический расчёт трубопроводов Пример 3.4. Вентиляционная труба d=0,1м (100 мм) имеет длину l=100 м. Определить давление, которое должен развивать вентилятор, если расход воздуха, подаваемый по трубе, . Давление на выходе . Местных сопротивлений по пути не имеется. Температура...

Огоньки» в основной период В основной период смены могут проводиться три вида «огоньков»: «огонек-анализ», тематический «огонек» и «конфликтный» огонек...

Упражнение Джеффа. Это список вопросов или утверждений, отвечая на которые участник может раскрыть свой внутренний мир перед другими участниками и узнать о других участниках больше...

Мотивационная сфера личности, ее структура. Потребности и мотивы. Потребности и мотивы, их роль в организации деятельности...

Классификация ИС по признаку структурированности задач Так как основное назначение ИС – автоматизировать информационные процессы для решения определенных задач, то одна из основных классификаций – это классификация ИС по степени структурированности задач...

Внешняя политика России 1894- 1917 гг. Внешнюю политику Николая II и первый период его царствования определяли, по меньшей мере три важных фактора...

Studopedia.info - Студопедия - 2014-2024 год . (0.011 сек.) русская версия | украинская версия