Студопедия — Sonra Rəbbi onu seçdi, tövbəsini qəbul edib, doğru yola yönəltdi”.
Студопедия Главная Случайная страница Обратная связь

Разделы: Автомобили Астрономия Биология География Дом и сад Другие языки Другое Информатика История Культура Литература Логика Математика Медицина Металлургия Механика Образование Охрана труда Педагогика Политика Право Психология Религия Риторика Социология Спорт Строительство Технология Туризм Физика Философия Финансы Химия Черчение Экология Экономика Электроника

Sonra Rəbbi onu seçdi, tövbəsini qəbul edib, doğru yola yönəltdi”.






Adəm tezliklə tutduğu işə görə tövbə etdi və aşağıdakı sözlərlə Allah müraciət etdi: “Ey Rəbbimiz! Biz özümüzə qarşı zalımcasına davrandıq və əgər Sən bizi bağışlamasan və bizə rəhm etməsən, biz mütləq zərərə uğramışlardan olarıq” (Əraf, 7/23). Allah onu (Adəm əleyhissalamı) Özünün seçilmiş qulu etdi və ona tövbə etməkdə köməklik göstərdi. Allah onun (ə) törətdiyi əməli ona bağışladı, onu doğru yola yönəltdi və bunun sayəsində onun (ə), tövbədən sonra imanı, əvvəlkinə nisbətən, daha da artdı. Məkrli düşmən uğursuzluğa düçar oldu və onun fitnə-fəsadları özünə qarşı çevrildi. Adəm (ə) və onun nəslləri isə böyük mərhəmətə layiq görüldülər ki, bu da onları öz Rəbbinə şükür etməyi, Ona nazil etdiyi nemətlər üçün həmd etməyi və gecə-gündüz pusqudan qəfil hücum etməyə hazır olan düşmən­dən qorunmağı zəruriləşdirir. Fövqəluca buyurur: “Ey Adəm oğulları! Şeytana, sizin valideynlərinizi Cənnətdən çıxartdırdığı kimi, sizi də azdırmağa imkan verməyin. O, onların libaslarını soyun­durub, onların ayıb yerlərini onlara göstərdi. Həqiqətən, o və onun törəmələri sizi sizin görə bilmədiyiniz yerdən görürlər. Həqiqətən, Biz şeytanları iman gətirməyənlərin hami­si və köməkçiləri etdik” (Əraf, 7/27).

 

ﯞ ﯟ ﯠ ﯡﯢ ﯣ ﯤ ﯥﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ;

 

O buyurdu: “Bir-birinizə düşmən olaraq hamı­nız oradan enin. Məndən sizə haqq rəhbərlik gəldikdə, kim Mənim doğru yol Təlimatımın ardınca getsə, yoldan azmış və bədbəxt olmayacaq”.

 

Fövqəluca bildirir ki, Adəmə və İblisə yer üzünə enmək əmr olundu. Adəm və onun nəslləri, həmçinin özlərini şeytandan qorumalı, onu özlərinin ən qatı düşməni saymalı və onunla yorulmadan mübarizə aparmalıydılar. Onlara vəd edilmişdi ki, Allah Yerə Kitab nazil edəcək və elçilər göndərəcək, onlar isə insanları qatı düşmən barədə xəbərdar edəcək və Allaha doğru və Cənnət məkanına aparan düz yola necə gəlməyi izah edə­cəklər. Onlara deyilmişdi ki, Allahın Təliminə diqqətlə yana­şan, elçilərin və Kitabların ardınca gedən hər bir kəs Allahın hökm­lərini yerinə yetirməyə başlayacaq, haramları pozmayacaq, heç vaxt nə bu dünyada, nə də ölümdən sonra düz yoldan çıxma­yacaq. Belə bir insan bədbəxt olmayacaq, çünki o bu dünyada dönmədən düz yolla gedəcək və Axirət həyatında xoşbəxtlik və təhlükəsizlik əldə edəcəkdir.

Quranda deyilir: “Biz buyurduq: “Hamınız buradan aşağı enin!” Sizə Məndən haqq Təlimat gəldikdə, Mənim Təlimatıma riayət edənlər qorxu bilməyəcək və kədərlənməyəcəklər” (Bəqə­rə, 2/38). Doğru yolla gedənlərin, Səmavi Vəhyə iman gə­tirənlərin və Haqqa qarşı müxtəlif şübhəli dəlillər irəli sürmə­yənlərin, dinin hökmlərini yerinə yetirənlərin və nəfslərinə uya­raq onlardan üz döndərməyənlərin mükafatı belə olacaqdır.

ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ;

Gər kimsə Mənim Zikrimdən üz çevirsə, onun həyatı sıxıntılar içində keçəcək, Qiyamət günü isə Biz onu kor halda dirildəcəyik”.

Səmavi Kitab insanlara ən müqəddəs məqsədi xatırladır və əgər insan ondan üz döndərirsə və ya ona iman gətirməkdən, ümumiyyətlə, boyun qaçırırsa, onda onun bu ağılsız cəsarəti öz əleyhinə bir cəza kimi qayıdır. Şərhçilər belə hesab edirdilər ki, “sıxıntılar içində keçəcək həyat” ifadəsi ilə, qəbirdə veriləcək əzab nəzərdə tutulur, çünki qəbir daralaraq əzabkeşləri sıxır. Bu ayə, qəbirdə cəzanın gerçək olmasını təsdiq edən bir sıra vəhylərdən biridir.

Fövqəluca buyurur: “Sən zalımları can verərkən və mələk­lərin onlara əllərini uzadıb: “Canınızı verin! Bu gün sizə Allah haqqında yalan danışdığınıza və özünüzü Onun ayələ­rindən üstün tutduğunuza görə alçaldıcı əvəz veriləcək” dedikləri zaman görəydin!” (Ənam, 6/93).

“Lakin ən böyük işgəncələrdən başqa, Biz onlara mütləq kiçik əzablar da daddıracağıq” (Səcdə, 32/21).

“Allah onu onların hazırladıqları şərdən qorudu, Fironun tayfasını isə çox dəhşətli əzablar bürüdü – səhər və günortadan sonra atıldıqları Od. Amma Saatın başladığı Gün Firon tayfa­sını ən amansız işgəncələrə məruz qoyun!” (Ğafir, 40/45-46).

Bütün bu ayələr qəbirdə cəzanın gerçək olduğunu təsdiq edir. Şərh etdiyimiz ayəyə gəldikdə isə, saleh sələflərimiz onu bu tərzdə ona görə təbir edirdilər ki, o, Qiyamət günü cəza haqqında xatırlatma ilə bitirdi. Bütün bunlar haqqında ən yaxşı bilən təkcə Allahdır.

Bəzi müfəssirlər elə hesab edirdilər ki, Allahı xatırlamaq­dan üz döndərən insanların ağır həyatı yer üzündə əziyyətlərdən, qəbirdə iztirablardan və həm də Qiyamət günü qayğılardan, qəm-qüssədən, çətinliklərdən və məşəqqətlərdən ibarətdir. Belə ki, onlar öz iddialarını, Allahın çətinlikləri insan həyatının müəy­yən mərhələsi ilə əlaqələndirmədiyi ilə əsaslandırırdılar.

Sonra Fövqəluca Allah bildirir ki, kafirlər Qiyamət günü görməkdən məhrum ediləcəklər. Bu barədə Quranda deyilir: “Qiyamət günü Biz onları üzü üstə uzanmış, kor, kar, lal halda toplayacağıq” (İsra,17/97).

 

ﰀ ﰁ ﰂ ﰃ ﰄ ﰅ ﰆ ﰇ ﰈ;

 

(20.125) “O deyəcək: “Ey Rəbbim! Niyə Sən, mən əvvəllər gördüyüm halda, məni kor diriltdin?”

Kafirlər alçaldılacaq və pərt olacaqlar. Onların vəziyyəti onlara dözülməz əzab verəcək və onlar yadlarına salacaqlar ki, dünya həyatında gözləri görürdü. Buna görə soruşacaqlar ki, niyə onlar belə yaramaz vəziyyətə düşüblər.

 

ﭑ ﭒ ﭓ ﭔ ﭕﭖ ﭗ ﭘ ﭙ ﭚ;

O buyuracaq: “Belədir! Ayələrimiz sənə çatdı, lakin sən onları unutqanlığa saldın. Sən də bu gün eynilə unudu­lacaqsan”.

 

Sən sənə nazil edilən Kitabı unutdun və ondan üz dön­dərdin və buna görə də bu gün sən də unudulacaqsan Cəhənnəm əzabları burulğanına atılacaqsan. Sənin törətdiyin cinayətin belə idi və sən tam layiqincə əvəzini alırsan. Sən Allahın nəsihətlərinə kor kimi yanaşdın, onlardan uzaq qaçdın, onları yada salmadın və öz vəzifələrini xatırlamadın və buna görə Allah səni gör­məkdən məhrum etdi. Cəhənnəmə səni kor, kar və lal olduğun halda qovub gətirdilər və Allah da səndən üz döndərdi və səni Cəhənnəm Odunda yanmağa atdı.

 

ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ;

Həddini aşanları və Rəbbinin ayələrinə iman gətirməyənləri Biz belə cəzalandırırıq. Axirət əzabları isə daha ağır və sürəkli olacaqdır”.

 

Belə qisas, yol verilən əməllərin həddini aşan, günah işlədən və Allahın ona icazə verdiyi ilə qane olmayanların və həmçinin dinin doğruluğunu və zəruriliyini aydın sübut edən ayələrini rədd edən hər bir kəsi gözlə­məkdədir. Allah belə insanlarla ədalətsiz davranmayacaq və onlara layiq olmadıqları cəzanı verməyə­cəkdir, çünki onlar özləri həddi aşmışdılar, küfrə etiqad etmişdilər və özləri özlərini əzab-əziyyətə məhkum etmiş­dilər. Onlar bu dünyada cəza alırlar, lakin Axirətdə alacaqları cəza bundan qat-qat ağrı-acılı olacaqdır, çünki onun sonu isə heç vaxt olmayacaqdır. Bütün bunlar o deməkdir ki, insan Axirət həyatındakı cəzadan qorxmalı və çəkinməlidir.

 

ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ;

 

Doğrudanmı, onlaradək, məskənlərində gəzib dolaşdıqları neçə-neçə əvvəlki nəslləri məhv etməyimiz onları doğru yola gətirmədi? Həqiqətən, bunda – ağıl sahibləri üçün ibrət vardır”.

 

Doğrudanmı qədim xalqların başına gələnlər inadkar kafirləri doğru yolu gəlməyə və azğınlıqdan, özbaşınalıqdan çə­kinməyə sövq etmir? Onlar o xalqların tarixini yaxşı bilirlər, onlar haqqında hekayətləri nəsllərdən nəsllərə ötürürlər və onların xarabalıqlarını öz gözləri ilə görürlər. Onlar Hudun, Salehin və Lutun, Allahın elçilərini rədd edən, Səmavi Kitablardan üz dön­dərən və məşəqqətli cəzaya məruz qoyulan xalqları haqqında məlumata malikdirlər. Niyə onda kafirlər özlərini Allahın, vaxtilə onlardan əvvəlki nəslləri sarsıtmış cəzasından təhlükəsizlikdə olduqlarını sanırlar? Fövqəluca buyurur: “Məgər sizin kafirlər onlardan yaxşımı idilər? Yaxud da sizin Kitablarda keçən toxu­nul­mazlığınızmı var?” (Qəmər, 54/43). Kafirlərin mühafizə olun­ması haqqında fərman yoxdur və onlar özlərindən əvvəlkilər­dən heç də daha yaxşı olmamaqla, cəzadan xilas edilməyə də layiq deyillər. Bundan da başqa, onlar əvvəlki kafirlərdən daha pis­dirlər, çünki elçilərin ən yaxşısına iman gətirməkdən boyun qaçırmışlar və ən yaxşı Kitabdan üz döndərmişlər. Allah onlara xilas vədi verməmişdir və onların çoxsaylı olmaları onlara fayda verməyəcək və onları cəzadan qurtarmayacaq. Əksinə, onların hamısı alçaldılıb rüsvay ediləcək.

Bütün deyilənlərdən aydın olur ki, əvvəlki nəsllərin məhv edilməsi, insanların doğru yola gəlməsi üçün olan şərtlərdən biridir. Bu şərtlər Allahın elçilərinin doğruluğuna və azğın xalqla­rın qüsurlu mövqe tutduqlarına dəlalət edir. Lakin heç də hamı Allahın ayələrindən faydalanmaq qabiliyyətində olmur. Bu şərəfə, ancaq aydın mühakimə yürütmək qabiliyyəti, təmiz qəlbi və onu hər cür pislikdən və əxlaqsızlıqdan uzaqlaşdıran sağlam düşüncə sahibi olan insanlar nail olurlar.

 

ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ;

 

Rəbbin tərəfindən öncədən vəd edilmiş Söz və müəyyənləşdirilmiş bir vaxt olmasaydı, əzab onları artıq müt­ləq yaxalamışdı”.

Allah bu sözləri ilə Peyğəmbərinə (s.ə.s.) təsəlli verir və onu haqdan üz döndərən kafirlərin ünvanına lənət oxumaqdan çəkinməyə çağırır. Kafirlik və allahsızlıq onsuz da bu insanları xilas ola bilməyəcəkləri əzab və işgəncələrə məhkum edir, çünki Allah cəzanı günahların və cinayətlərin labüd nəticəsi etmişdir. Kafirlər artıq bu yolu tutublar, lakin Allah onlara cəza vermə vaxtını uzatmışdır və müəyyən olunmuş müddət çatana qədər qullarını müdhiş cəzaya məruz qoymayacağına söz vermişdir. Əgər günahkarlar Allahın vədinin icra edilməsinədək öz Rəbbi­nin yoluna qayıdırlarsa, onda O (Pak və Müqəddəs Olan), onların tövbəsini qəbul edir və onları cəzadan qurtarır.

ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ;

Buna görə onların dediklərinə səbirlə yanaş, günəşin doğmasından və batmasından öncə Rəbbini həmd ilə şərəfləndir, Onu gecənin müəyyən vaxtlarında, həmçinin gü­nün əvvəlində və sonunda təriflə. Ola bilsin ki, Allahın razı­lığını qazanasan”.

 

Fövqəluca Öz Elçisinə (ona Allahın salavatı olsun!) əmr edir ki, müşriklərin ona qarşı etdikləri haqsızlıqlara səbirlə dözsün və ən gözəl saatlarda: günəşin tülu və qürub etməsindən əvvəl, günün başlanğıcında və sonunda və həmçinin gecənin yarısında, Onu tərifləmək sayəsində Allahdan yardım diləsin. Ey Muhəmməd! Sən belə etsən, ola bilsin ki, bu dünyada yaşadığın zaman və ölümündən sonra sənə nəsib olacaq mükafatdan razı qalacaqsan. Rəbbinə ibadətin sayəsində rahatlığa nail olacaq və böyük həzz alacaqsan və bu qəbilədaşlarının sənə qarşı etdikləri təhqirləri unutmağa və layiqincə səbirli olmağa kömək göstə­rəcəkdir.

 

 

ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ;

 

Bizim sınamaq üçün onlardan bəzilərinə əta etdiklərimizə təəccüblənmə. Bu – dünya həyatının bər-bəzəyi­dir, Rəbbinin ruzisi isə daha xeyirli və əbədidir”.

Yerdəki var-dövlətə və onlardan həzz alan insanlara çox fikir vermə. Gözəl dadlı yeməklər, ətirli içkilər, təmtəraqlı zinət əşyaları, dəbdəbəli imarətlər, gözəl qadınlar – bütün bunlar yer həyatının parıltılarıdır ki, o həyata aldananları heyran qoyur. Onlar maddi nemətlərdən istifadə edir, ancaq Axirət həyatından üz döndərirlər, çünki zalım insanlardır. Bu zövqlərin ardı çox tezliklə kəsləcək və bütün dünya cazibədarlıqları yox olub gedə­cəkdir. Bu zaman dünya həyatına vurulanlar məhv olacaq­lar. Onlar acı-acı təəssüflənəcək, lakin bu onlara fayda verməyə­cək. Qiyamət günü başlayanda isə, onlar öz fəlakət içində olduq­ları vəziyyəti dərk edəcək və başa düşəcəklər ki, bütün maddi nemətlər bir aldanma və sınaq imiş ki, onun sayəsində kim keçici zövqlərə uymuş, kim də xeyirxah əməllər işləməyi üstün tut­muşdu. Fövqəluca buyurur: “Həqiqətən, yerdə olan hər şeyi Biz onun üçün bəzək etdik ki, insanları sınaqdan keçirib görək ki, kimin əməlləri daha yaxşı olacaqdır. Həqiqətən, yerdə olan hər şeyi Biz cansız quma çevirəcəyik” (Kəhf, 18/7-8).

Lakin böyük bir qismət var ki, o, dünya cazibədarlıqla­rından mahiyyətcə və keyfiyyətcə üstündür. Bu – doğru biliklər və haqq dindir ki, onlar insana bu dünya həyatında bəxş edilir, habelə əbədi nemətlər və dirildikdən sonra Mərhəmətli Rəblə qonşuluq­dakı olduqca rahat həyatdır. Bu qismət bu dünyadakı nemətlərdən daha uzunmüddətlidir, çünki o, heç vaxt tükənmə­yə­cəkdir. Fövqəluca buyurur: “Xeyr! Siz bu dünya həyatına çox üstünlük verirsiniz, halbuki Axirət həyatı – daha yaxşı və daha uzunmüd­dətlidir” (Əla, 87/16-17).

Şərh etdiyimiz ayədə göstərilir ki, əgər insan özünü maddi nemətlərə və dəbdəbəyə meyilli olmasını müşahidə edərsə, onda o, Rəbbin bol mükafatını xatırlamalı və onu fani dünya zövqləri ilə müqayisə etməlidir.

ﮰ ﮱ ﯓ ﯔ ﯕﯖ ﯗ ﯘ ﯙﯚ ﯛ ﯜﯝ ﯞ ﯟ ﯠ;

Ailənə namaz qılmağı tapşır və özün də onu səbirlə qıl! Biz səndən ruzi istəmirik, axı Biz sənə ruzi veririk. Xoş aqibət - Allah qorxusu ilə bağlıdır”.

Ailə üzvlərini fərz və könüllü namazları qüsursuz qılmağa çağır və onların üzülməsinə imkan vermə. Namazı qüsursuz qılmaq üçün insanlar onun, yarımçıq və natamam olmamağından ötrü, bütün zəruri rüknlərini yerinə yetirməlidirlər. Buna görə, əslində Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) tapşırılmışdı ki, namazı necə düzgün qılmağı və nəyin namazı batil etdiyini insanlara öyrətsin.

Bununla yanaşı onun özünə (s.ə.s.) əmr edilmişdi ki, namazı, onun vacib tərkib hissələrini yerinə yetirərək və Rəbbi qarşısında mütilik göstərərək, səbirlə qılsın. İnsan qəlbi bu hökmə könülsüz tabe olur, lakin hər bir müsəlman öz nəfsinə, istəklərinə qarşı mübarizə aparmalı, namazı qüsursuz qılmağa özünü vadar etməli və layiqincə səbirlilik göstərməlidir. Həqiqətən, əgər insan namazı müntəzəm olaraq lazımi qaydada qılırsa, onda o, dinin digər tələblərini də qüsursuz icra edir. Əgər o, namazda nöqsana yol verirsə, onda o, Rəbbin qalan digər hökmlərinə də etina­sızlıqla yanaşır.

Sonra Fövqəluca Allah Elçisinə (s.ə.s.) ruzi verəcəyini vəd edir ki, dünyəvi qayğılar onu (s.ə.s.) dinin hökmlərinə riayət etməkdən yayındırmasın. Lakin Allah ruzi nazil edəcəyini təkcə Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) deyil, bütün məxluqlara vəd etmişdi. Bu, ilk növbədə, Rəbbinin hökmlərini yerinə yetirən və Onu daima yad edənlərə aiddir. Maddi nemətlərin həm təqvalılara, həm də naşükür qullara verildiyini nəzərə alaraq, insan, hər şeydən öncə, Axirətdə əbədi səadətə qovuşmaq qayğısına qalmalıdır. Bu məqsədə nail olmaq isə təqvalılıq sayəsində mümkündür və buna görə Fövqəluca xatırladır ki, həm bu dünyada ikən, həm də ölümdən sonra gözəl aqibət, Allahın hökmlərini yerinə yetirən və Onun qadağalarını pozmaqdan qorunan təkcə təqvalı müsəlmanlar üçün hazırlan­mışdır. Fövqəluca həmçinin buyurmuşdur: “...Aqibət müttəqilə­rin­dir” (Qəsəs, 28/83).

ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ;

(20.133) “Onlar deyirlər: “O, niyə bizə Rəbbindən möcüzə gətirmədi?” Məgər ilk səhifələrdə olanlar haqqında onlara açıq-aydın dəlil gəlməmişdirmi?”

 

Kafirlər Muhəmməd Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun!) tələb edirdilər ki, onlara möcüzələr göstərsin və onu bunu edə bilməməsində günahlandırırdılar. Onlar deyirdilər: “Bizə yerdən bulaq çıxartmayınca sənə heç vəchlə inanmarıq və ya sənin xurma və üzüm bağın olmadıqca və ortasından çay axıtmadıqca və yaxud Allah və mələkləri ilə birlikdə bizim qarşımızda durmadıqca, ya da daş-qaşdan evlərin olmadıqca və ya sən göyə qalxmadıqca. Lakin biz sənin göyə çıxmağına da, bizim oxuyacağımız Kitabla yerə düşməyincə inanmayacağıq” (17/90-93). Bu, müşriklər tərəfindən ən böyük inadkarlığın və zalımlığıntəzahürü idi. Onlar da, Elçinin (s.ə.s.) özü kimi, sadəcə, Allahın qulları idilər və öz ehtiraslarına uyğun olaraq Ondan möcüzə tələb etmək haqqına malik deyildilər, çünki O, Öz qullarına təkcə Onun ilahi hikmətinə müvafiq gələn möcüzələri göstərir.

Müşriklərin onlara Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) doğruçuluğunu təsdiq edən möcüzə göstərilməməsi haqqında iddialarına gəldikdə isə, bunlar iftira­dır, çünki o (s.ə.s.) onlara həqiqi peyğəmbər olması haqqında o qədər qeyri-adi möcüzələr və təkzibolunmaz dəlillər göstər­mişdir ki, hətta onların bir hissəsi belə məqsədlərinə çatmaq üçün onlara bəs edərdi.

Ey müşriklər! Əgər siz doğru deyirsinizsə və həqiqətən haqqı axtarırsınızsa, onda qədim səhifələrdə barəsində bəhs edilən möcüzəyə nəzər salın. Bu – Müqəddəs Qurandır və Tövratda və İncildə nazil edilmiş vəhylərin gerçəkliyini təsdiq edir. Quran ayələri əvvəlki Kitablara zidd deyildir, ən başlıcası isə, bu Kitablar Quranın nazil ediləcəyi və Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) gələcəyi barədə öncədən xəbər verirdilər. Buna görə Fövqəluca buyurub: “Məgər Bizim onlara oxunan Kitabı sənə nazil etməyimiz onla­ra bəs etmirmi? Həqiqətən, bunda – iman gətirən insanlara mərhə­mət və nəsihət vardır” (Ənkəbut, 29/51).

 

ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃ;

 

(20.134) “Əgər Biz onları bundan əvvəl əzabla məhv etsəydik, onda deyərdilər ki: “Ey Rəbbimiz! Niyə biz alçaldılıb rüsvay edilənə qədər Sən bizə bir elçi göndərmədin ki, sənin ayələrinin ardınca gedəydik?”

 

Quran ayələri möminlərə fayda verir, onların imanını və etiqadını artırır. O ki, qaldı onlardan boyun qaçıranlara və onlara müqavimət göstərənlərə, onlar Qurana iman gətirə və ondan faydalana bilməzlər. Fövqəluca buyurur: “Həqiqətən, barələ­rin­də Allahın Sözünün təsdiq olunduğu şəxslər, onlara hətta istədik­ləri möcüzələr göstərilsə də, əzab-əziyyətə düçar edilmə­dikcə iman gətirməzlər” (Yunus, 10/96-97). Lakin kafirlərə nazil edilən möcüzələr nəticəsiz qalmır, çünki bu möcüzələr onları bilməməz­lik­lərinə görə bəraət almaqdan məhrum edir. Onlar cəzanı gör­dükdə, özlərini artıq doğrulda bilməyəcəklər, çünki Elçi (s.ə.s.) gəlmişdir və onlar çoxsaylı möcüzələr və dəlillər görmüşlər. Buna görə sonra Fövqəluca buyurur:

 

ﰄ ﰅ ﰆ ﰇﰈ ﰉ ﰊ ﰋ ﰌ ﰍ ﰎ ﰏ ﰐ;

 

De: “Hamı gözləyir, siz də gözləyin. Yaxında siz kimin haqlı olduğunu, kimin doğru yolla getdiyini görəcək­si­niz”.

Ey Muhəmməd! Qoy kafirlər sənin ölümünü gözləsinlər. Sən isə cəzanın onları haqlayacağı günü gözlə. De: “Doğrudanmı siz, bizə iki nemətin birindən başqa nəyinsə düşəcəyini gözlə­yirsiniz? Biz də Allahın sizi Özü tərəfindən və ya bizim əli­mizlə əzaba düçar edəcəyini gözləyirik. Gözləyin, biz də sizinlə birlikdə gözləyirik” (Tövbə, 9/52). Bu ayədə xatırlanan iki nemət qələbə və şəhidlikdir.

Ey kafirlər! Siz çox tezliklə biləcəksiniz ki, haqq yola kim sadiq idi: siz və ya Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!). Doğru yolla gedən hər kəs müvəffəqiyyətə nail olacaq, xoşbəxtlik və xilas əldə edəcək. Amma bu yoldan kənara meyil edən hər kəsi isə ümidsizlik və əzabverici cəza yaxalaya­caqdır. Bizə çox yaxşı məlumdur ki, uğur Allahın Elçisini (ona Allahın salavatı və salamı olsun!) müşayiət edəcək və onun (s.ə.s.) düşmənləri və yağılar böyük ziyana uğrayacaqlar. Allahın Özü bu barədə daha yaxşı bilir.


Q







Дата добавления: 2015-09-04; просмотров: 506. Нарушение авторских прав; Мы поможем в написании вашей работы!



Аальтернативная стоимость. Кривая производственных возможностей В экономике Буридании есть 100 ед. труда с производительностью 4 м ткани или 2 кг мяса...

Вычисление основной дактилоскопической формулы Вычислением основной дактоформулы обычно занимается следователь. Для этого все десять пальцев разбиваются на пять пар...

Расчетные и графические задания Равновесный объем - это объем, определяемый равенством спроса и предложения...

Кардиналистский и ординалистский подходы Кардиналистский (количественный подход) к анализу полезности основан на представлении о возможности измерения различных благ в условных единицах полезности...

Стресс-лимитирующие факторы Поскольку в каждом реализующем факторе общего адаптацион­ного синдрома при бесконтрольном его развитии заложена потенци­альная опасность появления патогенных преобразований...

ТЕОРИЯ ЗАЩИТНЫХ МЕХАНИЗМОВ ЛИЧНОСТИ В современной психологической литературе встречаются различные термины, касающиеся феноменов защиты...

Этические проблемы проведения экспериментов на человеке и животных В настоящее время четко определены новые подходы и требования к биомедицинским исследованиям...

Характерные черты официально-делового стиля Наиболее характерными чертами официально-делового стиля являются: • лаконичность...

Этапы и алгоритм решения педагогической задачи Технология решения педагогической задачи, так же как и любая другая педагогическая технология должна соответствовать критериям концептуальности, системности, эффективности и воспроизводимости...

Понятие и структура педагогической техники Педагогическая техника представляет собой важнейший инструмент педагогической технологии, поскольку обеспечивает учителю и воспитателю возможность добиться гармонии между содержанием профессиональной деятельности и ее внешним проявлением...

Studopedia.info - Студопедия - 2014-2024 год . (0.01 сек.) русская версия | украинская версия