Студопедия — Onlar sizə müəyyən vaxtadək fayda verərlər, onların kəslmə yeri isə qədim Evin yanındadır”.
Студопедия Главная Случайная страница Обратная связь

Разделы: Автомобили Астрономия Биология География Дом и сад Другие языки Другое Информатика История Культура Литература Логика Математика Медицина Металлургия Механика Образование Охрана труда Педагогика Политика Право Психология Религия Риторика Социология Спорт Строительство Технология Туризм Физика Философия Финансы Химия Черчение Экология Экономика Электроника

Onlar sizə müəyyən vaxtadək fayda verərlər, onların kəslmə yeri isə qədim Evin yanındadır”.






Qurbanlıq dəvələrin və digər heyvanların sahibləri onlar­dan minik kimi istifadə edə, onları sağa və heyvanlara əziyyət verməmək şərti ilə onları başqa məqsədlər üçün istifadə edə bi­lərlər. Bu müəyyən vaxtadək, yəni qurbanlıq heyvanlar kəsi­lənədək davam edə bilər. Heyvanları kəsilmə yerinə sürüb gətirdikdən sonra, onlar qurban kəsilməli, sonra onların ətindən yeyilməli, hədiyyə edilməli və nəsibsiz kasıblara paylamaq üçün istifadə edilməlidir. Qurbanların kəsildiyi yer qədim məbəd olan Mina vahəsi və müqəddəs Məkkənin digər yerləridir.

 

ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐﮑ ﮒ ﮓ ﮔ;

 

(22. 34) “Biz hər ümmətə qurbangah təyin etdik ki, Allahın onlara ruzi kimi bəxş etdiyi heyvanları orada kəsərkən Allahın adını çəksinlər. Sizin Allahınız – Vahid Allahdır. Ona təslim olun. Sən isə itaətkarları müjdələ!”

Allah keçmişdə hər bir dini icma üçün qurban mərasimi təyin etmişdir. Ey Allahın qulları! Xeyirxahlıq etməyə tələsin ki, qoy Rəbbiniz sizlərdən kiminizin yaxşılıq etməkdə başqalarını ötüb keçdiyini görsün. Həqiqətən, Allah qurban vermənizi ona görə müəyyən etmişdir ki, insanlar öz Rəbbini yad edib xatır­lasınlar və Ona nazil etdiyi nemətlərə görə şükür etsinlər. Allah ayədə bunu xatırlatdıqdan sonra bildirir ki, təkcə Vahid Rəbb olan Allah vardır. Müxtəlif dini icmaların şəriətləri bir-birindən fərqlənə bilər, lakin onların hamısı bir yeganə əsasa istinad edir. Bu əsas tövhid – tək olan Allaha ibadət və bütpərəstlikdən imtina etməkdir. Məhz buna görə, sonra Allah əmr edir ki, başqasına deyil, ancaq Ona itaət edib, tabe olsunlar. İslam - əmin-amanlıq və səadət məskəninə aparan yoldur. Qoy öz Rəbbinin hökmlərini itaətkarlıqla yerinə yetirən və Onun qullarına təkəbbürlə yanaşmayan müti qullar sevinsinlər ki, onlara həm bu dünyada, həm də öldükdən sonra xoşbəxt həyat hazırlanmışdır.

Daha sonra, Fövqəluca Allah həmin müti insanların məziyyətlərini sadalayır və belə buyurur:

 

ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ;

Onların ürəkləri Allahın adı çəkiləndə titrəyər, onlar qismətlərinə düşənə səbirlə dözər, namaz qılar və Bizim əta etdiyimiz ruzidən sərf edərlər”.

 

Allahın adı çəkiləndə onların ürəkləri qorxudan və ehtiram­dan vəcdə gəlib titrəyir. Onlar ancaq Allahın qarşısında qorxu hissi keçirirlər və bu onları günahlardan və hər cür haramlardan çəkinməyə məcbur edir. Onlara çətinlik və bəd­bəxtlik üz verəndə isə, onlar narazılıq etmir və hiddətlənmirlər. Əksinə, dözümlülük və səbirlilik göstərir və bununla öz Rəbbinin razılığına nail olmağa can atır və Onun mükafatına ümid bağlayırlar. Bununla yanaşı onlar namazlarını qüsursuz qılır və bu ibadət ayininin fərz və könüllü hökmlərini ürəklə və canları ilə yerinə yetirirlər. Onlar fərz sədəqələr paylayır, yəni, zəkatlarını ödəyir, günahlarının yüngül­ləş­diril­məsi üçün ianələr verir, öz ailə üzvləri, xidmətçiləri və qohumlarına qayğı göstərirlər. Lakin bundan başqa, onlar könüllü sədəqələr də paylayır və digər məcburi sayılmayan yaxşılıqlar edirlər.

Fövqəluca müsəlmanları öz malından sədəqə kimi, onun ancaq kiçik bir hissəsini paylamağa çağırır. Bununla O (Pak və Müqəddəs Olan), Allahın hökmlərinin sadəliyini və yüngüllü­yünü göstərir və insanları bu hökmləri yerinə yetirməyə ruh­landırır. İnsan müstəqil olaraq özünü təmin etməyə qadir deyil, lakin Allah insanların həyatını asanlaşdırır və onlara ruzi nazil edir. Ey Allahın mərhəməti ilə iltifatını göstərdiyi qul! Allahın sənə qismət etdiklərindən sədəqə ver və O (Pak və Müqəddəs Olan), sənə mütləq yenə də əta edəcəkdir və sənin var-dövlətini Öz mərhəməti ilə daha da çoxaldacaqdır.

 

ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ;

 

Qurbanlıq dəvələrini Biz sizin üçün Allahın ayinlərinin rəmzi etdik. Onlar sizə fayda verirlər. Onlar cərgə ilə dayananda Allahın adını çəkin. Onlar böyür üstə yıxılanda isə, onlardan yeyin, azla qane olanları və istəməyə məcbur qalan fağırları da yedirin. Beləcə, Biz onları (dəvələri) sizə tabe etdik ki, bəlkə naşükür olmayasınız”.

Bu ayə ona dəlalət edir ki, dinə aidiyyəti olan istənilən bütün əşyalar, yerlər və ayinlər Allahın rəmzləri hesab edilir. Biz öncə demişdik ki, Allahın nişanələrinə ehtiramla yanaşma insan qəlbinin dindarlığını və təqvalı olduğunu təsdiq edir. Qurbanlıq heyvanları da Allahın nişanələrinə aiddir və bu barədə mövcud olan iki rəydən birinə görə, söhbət dəvələrdən və inəklərdən gedir. Müsəlmanlar bu ilahi rəmzlərinə qayğı ilə yanaşmalı, qurbanlıq üçün kök mallardan seçilməli və bu ayin ən mükəmməl surətdə yerinə yetirilməlidir. İnsanlar qurbanlıq heyvanların ətini yeyir, Allahdan savab qazanmaq ümidi ilə sədəqə kimi paylayır və digər məqsədlər üçün istifadə edirlər.

Heyvanları kəsərkən Allahın adı çəkilməli, yəni: “Bismillah!” deyilməlidir. Dəvənin kəslməsi isə, daha bir özəlliklə fərqlənir. Heyvanın sol ön ayağını bağlayır və o üç ayağı üstə dayanır və sonra onu kəsirlər. Sonra qəssab kəsilmiş heyvanın dərisini soyur, ətini yerə atır və sonra da onu hazırlayıb yeyirlər.

Daha sonra Allah qurban verənlərə müraciət edərək, onlara kəsdikləri ətdən yeməyi əmr edir. Bu o deməkdir ki, heyvanı qurban verən insanın ondan yemək haqqı vardır. Bununla yanaşı isə qurbanlıq heyvanın ətindən təvazökarlığı üzündən əl açmağa utanan və yardımı açıqca istəyən kasıblara paylanmalıdır. Həm birinci, həm də ikincilərin qurbanlıq heyvanların ətindən bir hissəyə haqqı vardır.

Allah insanları heyvanlar üzərində hakimiyyətə sahib et­mişdir ki, onlar buna görə öz Rəbbinə minnətdarlıq etsinlər. Əgər Allahın yardımı olmasaydı, onda insanlar heyvanları heç vaxt özlərinə ram edə bilməzdilər. Lakin Allah insanlara rəhm etmiş­dir və onlar da buna görə Ona həmd etməlidirlər.

 

ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷﯸ ﯹ ﯺ ﯻ;

 

(22. 37) “Onların nə əti, nə də qanı Allaha çatmır. Ancaq sizin təqvalılığınız Ona çatır. Beləcə, O, onları sizə ram etmişdir ki, sizi doğru yola yönəltdiyinə görə Onu ucaldasınız. Sən isə xeyirxahlıq edənləri müjdə ilə sevindir!”

Qurban ayininin mahiyyəti heyvanı təkcə kəsməkdən ibarət deyil, çünki nə onun əti, nə də qanı gedib Allaha çatmır. O (Pak və Müqəddəs Olan), buna ehtiyac duymur və ancaq hər növ tərifə layiqdir. Lakin xalis səmimiyyət, savab qazanmağa ümid və pak niyyət Allaha yetişir. Bu barədə bildirdikdən sonra, Allah müsəlmanları qurbanı məhz Allah xatirinə ixlasla kəsməyə dəvət edir. Şöhrət, təriflənmə, nümayiş etdirmək və ya ata-babaların ənənələrini davam etdirmək xatirinə heyvanları qurban kəsmək olmaz və eyni məsələ digər ibadət ayinlərinə də aiddir. Səmimi­likdən və təqvalılıqdan məhrum olan ibadət, ətsiz olan meyvə qabığına və ya cansız meyitə bənzəyər.

Allah qurbanlıq heyvanları insanlara həm də ona görə ram etmişdir ki, onlar öz Rəbbini ucaltsınlar və Ona ehtiram göstər­sinlər. Onlar ancaq bu üsulla Rəbbə, onları doğru yola yönəlt­diyinə görə, öz minnətdarlıqlarını bildirə bilərlər. Həqiqətən, O (Pak və Müqəddəs Olan), ən mükəmməl tərifə və ən gözəl tərzdə ucaldılmaya layiqdir.

Kim ki, Allaha Onu görürmüş kimi ibadət edirsə, sevinsin. Kim ki, bu yüksək iman dərəcəsinə hələ ucalmağa nail olma­mışsa, qoy onda o, Onun onu gördüyünə və müşahidə etdiyinə əmin olaraq, Ona ibadət etsin. Kim ki, bununla yanaşı qullara xeyirxahlıq edirsə, onlara maddi yardım göstərirsə, faydalı biliklər öyrədirsə, onlara havadar çıxırsa, səmimiyyətlə xeyirli məsləhətlər verirsə, bəyənilən əməllər yerinə yetirməyi əmr edir və qınanılan bütün əməllərdən çəkindirirsə və ya heç olmazsa onlara xoş sözlər söyləyirsə, onda qoy belə insan sevinsin!

Belə möminlər həm bu dünyada, həm də öldükdən sonra uğur qazanacaqları haqqında müjdə almağa layiqdirlər. Allah onlara Ona səmimi ibadət etdiklərinə və Onun qullarına yaxşılıq göstərdiklərinə görə mütləq nemət bəxş edəcəkdir. Fövqəluca buyurur: “Yaxşılığa yaxşılıqdan başqa bir şeylə əvəz veri­lərmi?” (ər-Rahman, 55/60); “Yaxşılıq edənlərə - ən yaxşısı və ondan daha yaxşısı hazırlanmışdır və onların nə üzü qaralacaq, nə də zillət görəcəkdir. Onlar Cənnət sahibləridir və orada əbədi qalacaqlar” (Yunus, 10/26).

 

ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂﰃ ﰄ ﰅ ﰆ ﰇ ﰈ ﰉ ﰊ ﰋ;

 

Həqiqətən, Allah iman gətirənləri müdafiə edir. Doğrudan da, Allah xainlərin və inkarçıların heç birini sevmir”.

Bu ayə iman gətirənlər üçün hekayət, vəd və müjdədən ibarətdir. Allah onları hər pislikdən və xoşagəlməz şeylərdən qorumağı vəd etmişdir. Onlar öz imanları sayəsində, kafirlərin törədə biləcəyi şərdən, şeytanların şərindən və vəsvəsəsindən və həmçinin öz nəfslərinin və cinayətlərinin şərindən mühafizə olunurlar. Onların qismətinə öhdəsindən gələ bilməyəcəkləri çətinliklər və fəlakətlər düşməyə başladıqda, Allah onların nəsibi olacaq əzab-əziyyəti lap azaldır. Hər bir möminə belə müdafiə və şərəf onun imanının gücündən asılı olaraq göstərilir.

Allah, onlara göstərilən etibara xəyanət edənləri, Onun qarşısında öz vəzifələrini yerinə yetirməyənləri, onlara inanan insanları aldadanları sevmir. O (Pak və Müqəddəs Olan), Onun lütfkarlığına küfrlə və itaətsizliklə cavab verən nankor qulları sevmir. Bundan da başqa, O (Pak və Müqəddəs Olan) belə insan­lara nifrət bəsləyir və onlardan hər biri öz xəyanətinə və kafirliyinə görə mütləq əvəz alacaqlar.

Bütün bu deyilənlərdən belə çıxır ki, Allah öz vədinə sadiq olanları, öz vəzifələrini yerinə yetirənləri və öz Himayədarına həmd edənləri sevir.

ﭑ ﭒ ﭓ ﭔ ﭕﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ;

(22. 39) “Döyüşməyə məcbur edilənlərə döyüşməyə icazə verilmişdir, çünki onlar zülmə məruz qoyulmuşlar. Şübhəsiz ki, Allah onlara kömək etməyə qadirdir!”

 

İslamın yayıldığı ilk illərdə müsəlmanlara kafirlərlə döyüş­mək qadağan edilmişdi və əmr olunmuşdu ki, məruz qoyul­duqları əzab-əziyyətlərə səbirlə dözsünlər. Bu hökm Allahın müdrikliyinə əsaslanırdı. Lakin Mədinəyə hicrət etdikdən sonra müsəlmanlar güc və qüdrət sahibi oldular və onda onlarla dö­yüşən kafirlərə qarşı vuruşmağa icazə verildi[89].

Bu ayənin mətnindən aydın olur ki, əvvəlcə müsəlmanlara kafirlərlə döyüşmək qadağan edilmişdi, lakin sonradan bu qadağa götürülmüşdü, çünki onlara qarşı zalımlıq edilmişdi. Onlara Allahın dininə etiqad etməyə maneçilik törədilir və əziy­yət verilirdi, bundan sonra da onları öz evlərindən qov­muşdular. Axı O (Pak və Müqəddəs Olan) möminlərə kömək etmək hakimiy­yətinə malikdir və bundan ötrü onlar, sadəcə olaraq, yardım üçün Ona müraciət etməlidirlər. Sonra isə, Fövqəluca Allah müşriklərin müsəlmanları məhz necə incitdikləri haqqında xəbər verir:

 

ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸﭹ ﭺ ﭻ ﭼ ﭽﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ;

 

Onlar təkcə: “Rəbbimiz – Allahdır!” dediklərinə görə öz diyarından haqsızcasına xaric edilmişdilər. Əgər Allah bəzi insanlara digərlərindən müdafiə olunmağa imkan vermə­səy­di, onda içində Allahın adı çox-çox çəkilən hücrələr, kilsələr, sinaqoqlar və məscidlər dağıdılardı. Allah Ona kömək edənlərə mütləq yardım göstərir. Həqiqətən, Allah – Fövqəlgüclüdür, Fövqəlqüdrətlidir”.

Müşriklər möminlərə əzab verirdilər, onları yoldan çıxarır və öz əməlləri ilə onları öz şəhərini tərk etməyə məcbur etmiş­dilər. Bu ən böyük ədalətsizlik idi, çünki müşriklər möminlərdən, onlar təkcə: “Rəbbimiz – Allahdır” dediklərinə görə, intiqam alırdılar. Onlar müsəlmanların yeganə günahı kimi, Vahid Rəbbə iman gətirmələrini və qəlbən Tək Ona ibadət etmələrini sayır­dılar. Əgər bu günah idisə, onda onlar doğrudan da günahkar idilər. Fövqəluca buyurur: “Onlar Fövqəlqüdrətli və Həmdəla­yiq Allaha iman gətirən möminlərdən intiqam alırdılar” (Buruc, 85/8).

Bütün bunlar iman uğrunda mübarizə hökmünün müdrik­li­yinə dəlalət edir. Müsəlmanlar cihadı möminlərə əziyyət verən və onları birinci olaraq sıxışdırmağa başlayan kafirlərə müqavi­mət göstərmək və onları dəf etmək məqsədi ilə başlayır və aparırlar. Cihad kafirlər tərəfindən zülmə və düşmənçiliyə son qoymağa imkan verir və möminlərə dinin hökmlərini aşkarlıq şəraitində yerinə yetirməyə kömək edir. Əgər Allah din uğrunda mübarizə aparanlara kafirlərlə döyüşmək ixtiyarı verməsəydi, kafirlərin zülmünə və düşmənçiliyinə son qoymaq mümkün olmazdı. Bax elə onda Kitab əhlinin hücrələri, yəhudilərin sina­qoqları, xristianların kilsələri və müsəlmanların məscidləri dağı­dılardı. Bu ibadət yerlərində Allahın adı tez-tez çəkilir, du­alar oxunur, Onun Kitabları oxunur və Onu ən müxtəlif üsullarla zikr edirlər. Əgər Allah möminlərə kafirlərlə döyüşmə­yə icazə vermə­səydi, onda allahsızlar müsəlmanlara qələbə çalardılar, məscidləri dağıdardılar və iman gətirənləri haqq dindən döndərərdilər. Bütün bu deyilən­lərdən aydın olur ki, cihadın məqsədi sadəcə ka­firlərlə döyüşmək deyil, işğalçılara və azğınlıq törədən əleyhdara qarşı qarşıdur­madır. İnsanların Allaha ibadət etdiyi, məscidlər tikilən və dinin bütün ayinlərinə riayət olunan müsəlman torpaq­larında əmin-amanlıq, şəkk-şübhəsiz, din uğrunda mübarizlərin xidmətidir. Allah onların əli ilə kafirləri sarsıtmışdır. Fövqəluca buyurur: “Əgər Allah insanların bəzisinin qarşısını digərlərinin vasitəslə saxlamasaydı, onda dünyanın nizamı pozulardı. Lakin Allah aləmlərə qarşı lütfkardır” (Bəqərə, 2/251).

Kimsə deyə bilər ki, bu gün müsəlman məscidləri ağzına qədər dolu olur və heç kim onları dağıtmağa cəhd göstərmir. Bununla yanaşı bir çox müsəlman ölkələri kiçik müstəqil dövlət­lərdən ibarətdir. Adama elə gəlir ki, müsəlmanların onlarla yan­bayan yaşayan avropalılarla döyüşməsi mümkündür. Lakin biz görürük ki, kafirlərin hökmranlıq etdiyi bir çox ölkələrdə məscid­lər ucaldılır və müsəlmanlar onlarda rahatlıqla Allaha ibadət edirlər, halbuki bu ölkələrin kafir hökmdarları bu məscidləri dağıda bilərlər. Allah deyir ki, əgər möminlər kafirlərdən özlərini qorumasaydılar, onların ibadət yerləri dağıdılardı. Bəs onda biz niyəheç bir qarşıdurma müşahidə etmirik?

İş orasındadır ki, şərh etdiyimiz ayə ümumi məna daşıyır, halbuki hazırkı şərait müstəsna haldır. Müasir ölkələrin dövlət quruluşu ilə tanış olan hər bir kəsə məlumdur ki, onlar istənilən dinin və millətlərin nümayəndələrini öz dövlətlərinin vətəndaşı qəbul edirlər və onlara həmin dövlətin qanunları şamil edilir. Hər bir vətəndaş, mənsub olduğu hər hansı bir dinin nümayəndələ­rinin sayından, bacarığından, zənginliyindən, təhsilindən və ya məşğul­lu­­ğundan asılı olmayaraq, cəmiyyətin bir hissəsi hesab edilir.

Qeyri-müsəlman dövlətlər öz vətəndaşlarının dini və dün­yəvi maraqlarına qayğı göstərərək, ehtiyat edirlər ki, bu mənafe­lərə riayət edilməməsi onların dövlətinin əsaslarının tənəz­zülünə və qanuniləşdirdikləri prinsiplərin pozulmasına səbəb olardı. Məhz buna görə, bu dövlətlərin hökumətləri öz vətəndaş­larının dinə etiqad etməsi üçün şərait yaradır və hətta məscidlər tikdi­rirlər və onlar – Həmd olsun Allaha! – iri qeyri-müsəlman dövlət­lərin, hətta paytaxtlarında belə, tam qaydasında saxlanır[90].

Bu müstəqil dövlətlər öz vətəndaşları olan müsəlmanların qayğısını çəkirlər, çünki xristian dövlətləri arasında mövcud olan qarşılıqlı düşmənçilik və həsəd, Allahın təsdiq etdiyinə görə, Qiyamət gününədək davam edəcəkdir. Bunun sayəsində, bu gün öz mənafelərini müstəqil surətdə müdafiə etməyə qadir olmayan müsəlman ölkələri, düşmən əhval-ruhiyyəli dövlətlərin vura bilə­cəyi zərərdən qoruna bilirlər. O ölkələrin arasında qarşılıqlı həsəd və anlaşılmazlıq hökm sürməkdədir və buna görə də heç bir əleyhdar dövlət müsəlmanlara hücum etməyi qərarlaşdıra bilmir, çünki onlar ehtiyat edir ki, digər bir iri dövlət müsəlman­lara havadar çıxar. Lakin Fövqəluca Allah onsuz da İslama və qələbə çalmaqda müsəlman­lara, Müqəddəs Quranda vəd edildiyi kimi, mütləq kömək göstərəcəkdir.

Həmd olsun Allaha! Bu gün müsəlmanlar dərk ediblər ki, dinin təntənəsi üçün onlar əsl İslam ağuşuna qayıtmalıdırlar. Şüurlu yanaşma isə hər bir təşəbbüsün əsasıdır və buna görə biz Allaha həmd edir və Ondan xahiş edirik ki, bundan sonra da Öz Mərhəmətini üstümüzdən əskik etməsin! O (Pak və Müqəddəs Olan), Ona kömək edənlərə yardımını göstərir və bu haqq vəd gerçəkliyə tamamilə uyğundur. Müsəlman Ona kömək etmək üçün dinin mənafelərini Onun xatirinə səmimi qəlblə müdafiə etməli və hətta lazım gəldikdə, buna görə döyüşməlidir ki, Allahın adını şərəfləndirsin, çünki Onun gözəl adları arasında Fövqəlgüclü və Fövqəlqüdrətli adları da vardır. Onun gücü kamil və qüdrəti isə hüdudsuzdur. Bütün məxluqlar Onun hökmü altındadır və Ona mütidirlər.

Ey müsəlmanlar, sevinin! Sizin sayınız azdır, imkanlarınız məhduddur, əleyhdarlarınız isə çox güclüdürlər. Lakin sizin sizi və əməllərinizi yaradan Fövqəlgüclü və Fövqəlqüdrətli Haminiz vardır ki, siz Ona təvəkkül edirsiniz. Ona tabe olun və Ona kö­mək haqqında dua edin və O (Pak və Müqəddəs Olan), mütləq sizə kömək göstərəcək və sizə qələbə qismət edəcək!

Fövqəluca buyurur: “Ey iman gətirənlər! Əgər siz Allaha kömək etsəniz, O da sizə kömək edər və qədəmlərinizi möh­kəm­­lədər” (Muhəmməd, 47/7). Ey müsəlmanlar! Düzgün baxışla­ra etiqad edin və saleh əməllər işlədin, çünki Quranda belə bu­yuru­lur: “Allah sizdən iman gətirənlərə və xeyirxah əməllər yerinə yetirənlərə vəd etmişdir ki, O, onları, onlara qədər olan­ları canişin etdiyi kimi, mütləq yer üzünün canişinləri edəcək­dir. O, hökmən onlara, onlar üçün bəyəndiyi dinə etiqad etmək imkanı bağışlayacaq və onların qorxusunu əmin-amanlıqla əvəz edəcək­dir. Onlar Mənə ibadət edir və Mənə şərik qoş­murlar” (Nur, 24/55).

Sonra Allah Ona kömək edənlərin məziyyətlərini xatırladır. Belə möminləri həmin fərqləndirici əlamətlərinə görə tanımaq olar. Lakin əgər insan Allaha və Onun dininə kömək etdiyini bildirir və eyni zamanda həmin məziyyətlərə malik olmursa, onda o – yalançıdır. Fövqəluca buyurur:

 

ﮄ ﮅﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑﮒ ﮓ ﮔ ﮕ ﮖ;

 

Gər Biz onlara yerdə hakimiyyət bəxş etsək, onlar namaz qılar, zəkat verər, bəyəniləni əmr edib, qınanılanı qadağan edərlər. Bütün əməllərin sonu isə Allaha aiddir”.

Əgər belə insanlar hakimiyyətə gəldikdə, əleyhdarlar və narazı insanlar tərəfindən müqavimət göstərilmədən yerdə hökmranlıq etməyə başlayırlarsa, onda onlar namaz qılır, onun şərtlərini və vacib rüknlərini yerinə yetirirlər, cümə və camaat namazlarına gəlirlər, öz təbəələrindən ianə yığır və özləri də gerçək ehtiyacı olanlara zəkat verirlər, insanları Allah qarşısında və insanlar qarşısında öz vəzifələrini yerinə yetirməyə və həmçinin şəriətin və sağlam zəkanın bəyəndiyi əməllər yerinə yetirməyə dəvət edirlər və ətraflarındakıları şəriətin və sağlam zəkanın bəyənmədiyi hərəkətlərdən çəkindirirlər. Əgər insanlar İslam şəriətinin nəyi bəyəndiyini və nəyi qınadığını bilməsələr, bəyənilənin yerinə yetirilməsinə hökm vermək və qınanılanı qadağan etmək mümkün olmaz. Buna görə müsəlmanlar bunları həm özləri öyrənməli, həm də digərlərinə öyrətməlidirlər və bu baxımdan, Allaha kömək edən möminlər insanları dini mənimsə­məyə və onu ətrafdakılara öyrətməyə ruhlandırırlar. Bəyəniləni buyurmaq və qınanılanı qadağan etmək də həmçinin tərbiyələn­dirmə tədbirləri həyata keçirmədən mümkün deyildir. Onlardan bəziləri şəriətlə müəyyən edilmiş, bəziləri isə edilməmişdir. Sonunculara aid olanlar, məsələn, qınaq və töhmətlərdir. Buna görə də, zəruriyyət yarandıqda, Allaha kömək edən əməlisaleh insanlar insanları cəzalandırır və məhkum edirlər. İnsanların iş­lərə cəlb olunmasına zəruriyyət yarandıqda da onlar bu minvalla rəftar edirlər. Onlar həmçinin bəyənilənin buyurulma­sının və qınanılanın qadağan edilməsinin onlarsız mümkün olmadığı bütün digər hökmləri də yerinə yetirirlər.

Bütün əməllər Allaha qayıdır və O (Pak və Müqəddəs Olan) xəbər verir ki, xeyirli aqibət təkcə təqvalılara nəsib olacaq­dır. Əgər Allahın Öz qulları üzərində hakimiyyət verdiyi hökm­dar Onun hökmlərini qüsursuz yerinə yetirirsə, onda onu gözəl və tərifli sonluq gözləyir. Əgər o, hakimiyyətə öz gücünə güvə­nərək gəlirsə və öz istəklərinə uyğun olaraq idarə edirsə, onda onun hakimiyyətinə mütləq son qoyulacaq və onun aqibəti pis olacaqdır. İdarəçiliyi pis olanın sonu da pis olacaqdır.

Sonra Fövqəluca Allah Öz Peyğəmbərinə müraciət edərək, belə buyurur:

 

ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨﮩ ﮪ ﮫﮬ ﮭ ﮮﮯ ﮰﮱﯓ ﯔ;

 

(22. 42) “Əgər onlar səni yalançı hesab etsələr, bil ki, elə əvvəllər də Nuhun xalqı, adlar, səmudlar ( peyğəmbərləri ) yalançı saymışdılar”,

(22. 43) “İbrahimin xalqı, Lutun xalqı”

(22. 44) “və Mədyən camaatı da. Musanı da yalançı say­mış­dılar. Mən kafirlərə möhlət verdim, sonra isə onları yaxa­ladım. Gör Mənin onları inkarım necə oldu!”

 

Bütpərəstlər səni yalançı sayırlar, lakin sən – yalançılıqda günahlandırılan ilk peyğəmbər deyilsən və sənin qəbilədaşların da – Allahın elçisini inkar edən ilk xalq deyillər. Nuhun (ə) camaatı da, adlar da, səmudlar da, İbrahimin (ə) və Lutun (ə) qəbilədaşları da, həmçinin Mədyən əhalisi də - Şüeyb peyğəmbə­rin (ə) xalqı da eyni rəftara yol vermişdilər. Kafirlər hətta Musa peyğəmbəri (ə) də yalançı saymışdılar və buna baxmayaraq, sənin Rəbbin onları cəzalandırmağa tələsmədi. O (Pak və Müqəd­dəs Olan) onlara möhlət verdi ki, şərəfsizlik zülmətində veyil-veyil dolaşsınlar və imansızlıqla şərin burulğanına daha çox dal­sınlar. Sonra isə Allah, təkcə Fövqəlqüdrətli və Fövqəlgüclü Rəbbin bacardığı kimi, onları yaxalamışdır. Nankorluğa və kafir­liyə görə cəza necə də əzabvericidir! Həqiqətən, bu sərt və nümu­nəvi cəza idi. Xalqların bəziləri suda batırıldı, digərləri – dəhşət­əngiz çığırtı ilə həlak edildi, daha başqaları isə viranedici qasırğa ilə sovrulub yox oldular. Onların arasında yarılmış yerin altına gedən kafirlər də var idi. Elələri də var idi ki, cəzanı Kölgələr Günü daddılar. Qoy səni yalançı adlandıran kafirlər düşünsünlər ki, onları da, onlardan əvvəlkilərin məruz qaldıqları cəza yaxala­ya bilər. Həqiqətən, onlar kafirlərin əvvəlki nəsllərindən heç də üstün deyillər və Müqəddəs Kitablarda da onların toxunulmaz­lığı haqqında bir şey yazılmamışdır. Bir gör nə qədər çox kafir xalqlar artıq məhv edilmişdir! Onlar doğrudan da çox idilər və buna görə sonra Fövqəluca belə buyurur:

 

ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ;

 

(22. 45) “Nə qədər məskənləri əhalisinin zalımlığı üzün­dən Biz məhv etmişik və indi də onlar viranə halındadır. Gör nə qədər quyular və qəsrlər tərk edilmişdir!”

 

İman gətirməyənlərə bu dünyada çox böyük bir cəza və alçaldılma nəsib oldu. Bunun səbəbi onların Allaha və Onun elçilərinə iman gətirməməkləri idi və Allahın qisası onlara qarşı ədalətsizlik deyildi. Bu gün onların evləri və sarayları özülünə qədər uçulub dağılmışdır, halbuki onlar əvvəllər möhtəşəm və təmtəraqlı idi. Bu gün onlar viranədir və kimsəsizdir, halbuki əvvəllər onlarda həyat qaynayırdı. Əvvəllər bir vaxtlar ətrafla­rında çoxlu insanların toplaşıb su içmək və heyvanlarına su vermək istədikləri quyular nə qədər çoxdur! İnsanlar onları tərk etmişlər və bu gün onların ətrafına heç kim yaxınlaşmır. Nə qədər çoxsaylı imarətlər qalmışdır ki, onların inşa edilməsi insanlara böyük çətinliklər bahasına başa gəlmişdi. Onlar həmin sarayların divarla­rını ucaldır, onları möhkəmləndirir, gözəl naxışlarla bəzəyirdilər. Lakin bu saraylar sahiblərini Allahın cəzasından xilas edə bilmə­dilər. Onlar tərk edildilər və nəsihətlərə qulaq asan və düşünməyə qabil olan insanlar üçün ibrətamiz örnək oldu.

Buna görə də, sonra Allah öz qullarını yer üzündə səyahət etməyə, müşahidə aparıb, faydalı nəticələr çıxarmağa dəvət edir. Bununla əlaqədar Fövqəluca buyurur:

 

ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ;

(22. 46) “Məgər onlar yer üzündə səyahət edərkən ürək­ləri və qulaqları özlərilə deyildi ki, anlaya və eşidə biləydilər? Həqiqətən də, kor olan gözləri deyil, kökslərdə olan ürəkdir”

Məgər insanlar yer üzündə səyahətə qəlbi və bədəni iləçıxmırlar və Allahın ibrətamiz ayələri üzərində düşünmürlər? Məgər onlar onlara qədər yaşayan xalqlar haqqında və onların necə cəzalandırıldığı haqqında fikirləşmirlər? Əgər onlar sadəcə baxmaq, eşitmək və səyahət etmək istəyirlərsə, lakin düşünmək və ibrət dərsi almaq istəmirlərsə, onda bu onlara heç bir fayda verməz və onlara ülvi məqsədlərinə nail olmağa kömək etməz.

Kor olan onların gözləri deyil, kökslərində yerləşən ürəklə­ridir. Məhz belə korluq dinə çox böyük zərər vurur. Belə insan­ların ürəkləri haqqa qarşı kordur. Onlar, kor insanların özlərini əhatə edən aləmi görə bilmədikləri kimi, haqqı görmək bacarığına malik deyillər. Göz xəstəliyi olan korluq isə, insana ancaq bu dünyada zərər verə bilər.

ﭑﭒﭓ ﭔﭕﭖﭗﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ;

 

Onlar səni cəzanın tezləşdirilməsi ilə tələsdi­rirlər, lakin Allah Öz vədini pozmur və bir gün Rəbbinin dərgahında sizin hesabınızla min ilə bərabərdir”.

 

Ey Muhəmməd! Kafirlər öz nadanlığı, əxlaqsızlığı və inadkarlıqları ilə əlaqədar onlara veriləcək cəzanın tezləşdirilməsi üçün səni tələsdirirlər. Bununla onlar Allahı gücsüzlükdə, Onun elçilərini isə yalançılıqda ifşa etməyə cəhd göstərirlər. Lakin Allah heç vaxt Öz vədini pozmur. Kafirlərə vəd edilən cəza mütləq yerinə yetiriləcəkdir və onda heç kim onun qarşısını ala bilməyə­cəkdir. Qoy onların cəzanı tezləşdirməyə çağırmaları və Bizi zəiflikdə və gücsüzlükdə günahlandırmaları səni qorxutmasın, çünki irəlidə onları – Allahın insanların birinci və sonrakı nəsl­lərini toplayacağı və hər insana etdiyi əməllərinə görə əvəz verə­cəyi Qiyamət günü gözləyir. Bax onda onları əbədi və əzabverici cəza yaxalayacaqdır. Qoy onlara məlum olsun ki, Allahın dərga­hında bir gün insanların hesabı ilə min ilə bərabərdir. Həmin cəza günləri uzun, ağır və dəhşətli günlər olacaqdır. Onların dünya həyatında alacaqları cəzadan asılı olmayaraq, heç kim Qiyamət günündən qaçınmağa nail ola bilməyəcəkdir.

Başqa bir şərhə görə isə, bu, Allahın səbirli olmasına dəlalət edir. Kafirlər istəyirlər ki, onlara veriləcək cəza tezliklə onlara göstəril­sin, lakin Allahın nəzdində bir gün yer üzündəki min ilə bərabərdir. İnsanlara elə gəlir ki, cəza gecikdirilir, amma, əsil həqiqətdə, Allah onu təxirə salır. Lakin O (Pak və Müqəddəs Olan), heç vaxt onu yaddan çıxarmır. Amansız cəza günahkarları haqlayanda, onların heç biri xilas ola bilməyəcək.

 

ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ;

 

Neçə-neçə zalımlıq edən obalara Mən möhlət verdim! Sonra isə Mən onları yaxaladım. Onsuz da dönüşləri Mənədir”.

Onlar uzun müddət ərzində haqsızlıq etmişdilər və onların şərəfsizliyə doğru can atmaları, Allahı onların cəzalandırılmasını sürətləndirməyə sövq edə bilmirdi. Buna baxmayaraq cəza günah­karlara elə bu dünyada olduqları halda qismət oldu və bundan sonra isə onlar Allahın dərgahına dönməli olacaqlar ki, O (Pak və Müqəddəs Olan) onları törətdikləri günahlara görə daha dəhşətli cəzaya məruz qoyacaqdır. Buna görə günahkarlar Rəbbin verəcəyi cəzadan qorxmalı və onlara verilən möhlətə aldanmama­lıdırlar.

ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ;

 







Дата добавления: 2015-09-04; просмотров: 515. Нарушение авторских прав; Мы поможем в написании вашей работы!



Практические расчеты на срез и смятие При изучении темы обратите внимание на основные расчетные предпосылки и условности расчета...

Функция спроса населения на данный товар Функция спроса населения на данный товар: Qd=7-Р. Функция предложения: Qs= -5+2Р,где...

Аальтернативная стоимость. Кривая производственных возможностей В экономике Буридании есть 100 ед. труда с производительностью 4 м ткани или 2 кг мяса...

Вычисление основной дактилоскопической формулы Вычислением основной дактоформулы обычно занимается следователь. Для этого все десять пальцев разбиваются на пять пар...

Трамадол (Маброн, Плазадол, Трамал, Трамалин) Групповая принадлежность · Наркотический анальгетик со смешанным механизмом действия, агонист опиоидных рецепторов...

Мелоксикам (Мовалис) Групповая принадлежность · Нестероидное противовоспалительное средство, преимущественно селективный обратимый ингибитор циклооксигеназы (ЦОГ-2)...

Менадиона натрия бисульфит (Викасол) Групповая принадлежность •Синтетический аналог витамина K, жирорастворимый, коагулянт...

Характерные черты немецкой классической философии 1. Особое понимание роли философии в истории человечества, в развитии мировой культуры. Классические немецкие философы полагали, что философия призвана быть критической совестью культуры, «душой» культуры. 2. Исследовались не только человеческая...

Обзор компонентов Multisim Компоненты – это основа любой схемы, это все элементы, из которых она состоит...

Кран машиниста усл. № 394 – назначение и устройство Кран машиниста условный номер 394 предназначен для управления тормозами поезда...

Studopedia.info - Студопедия - 2014-2024 год . (0.01 сек.) русская версия | украинская версия