Студопедия — O kəslər ki, Bizim ayələrimizi zəiflətməyə səy göstərirdilər, onlar Cəhənnəm sakinləri olacaqlar”.
Студопедия Главная Случайная страница Обратная связь

Разделы: Автомобили Астрономия Биология География Дом и сад Другие языки Другое Информатика История Культура Литература Логика Математика Медицина Металлургия Механика Образование Охрана труда Педагогика Политика Право Психология Религия Риторика Социология Спорт Строительство Технология Туризм Физика Философия Финансы Химия Черчение Экология Экономика Электроника

O kəslər ki, Bizim ayələrimizi zəiflətməyə səy göstərirdilər, onlar Cəhənnəm sakinləri olacaqlar”.






Onlar əllərindən gələn hər şeyi edirdilər ki, İslama zərər vursunlar və zənn edirdilər ki, istədiklərinə nail ola biləcəklər. Lakin onlar gur alışdırılmış Cəhənnəm odunun sakinləri olmağa məhkumdurlar. Ora onların əbədi məskəni olacaqdır. Onların dəhşətəngiz əzabları azaldılmayacaq və hətta işgəncələrə bir anlığa belə ara verilməyəcək.

Bütün deyilənlərdən aydın olur ki, kim Quranın əleyhinə mübarizə aparmağa cəhd göstərirsə və müsəlmanların ziddinə gedirsə və səhvən zənn edirsə ki, onlara üstün gələ və istədiyinə nail ola bilər, onda o, əbədi olaraq Cəhənnəm Alovuna qovuş­durulacaq.

 

ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟﮠ ﮡ ﮢ ﮣ ﮤ;

 

Sənə qədər Biz elə bir elçi və ya peyğəmbər göndərməmişik ki, o, ayəni oxuyarkən şeytan onun oxuduğuna vəsvəsə salmasın. Allah isə şeytanın vəsvəsəsini məhv edir. Sonra Allah Öz ayələrini mükəmməlləşdirir, çünki Allah Biləndir, Müdrikdir”.

 

Öz qüsursuz idrakına müvafiq olaraq Fövqəluca xəbər verir ki, Muhəmmədin (ona Allahın salavatı və salamı olsun!) gəlişinə qədər çoxsaylı peyğəmbərlər və elçilər olmuşdur ki, şeytan onlara ayələri oxumağa, insanlara nəsihət verməyə, onları yaxşılıq etməyə çağırmağa və qınanılan əməllərdən çəkindirməyə mane olmağa çalışmışdır. Şeytan fitnə-fəsadlar qurmuş və onların sözlərinə vəhylərə zidd olan şeylər qatmağa cəhd göstərmişdir. Lakin Fövqəluca Allah elçilərin Onun adından insanlara çatdır­dıqları hər şeyi qorumuşdur. Allah nazil etdiyi ayələri mühafizə edir və onları məxluqların sözləri ilə dəyişik salmağa və ya qarışdırmağa yol vermir. Şeytan onları təhrif etməyə çalışır, lakin onun cəhdləri uğursuzluğa uğrayır və uzun sürmür. O, peyğəm­bərlərə vəsvəsə verməyə cəhd edirdi, lakin hər dəfə keçilməz maneələrlə rastlaşıb, geri çəkilirdi. Bax elə buna görə, Allah bildirir ki, O (Pak və Müqəddəs Olan), şeytanın azdırmalarını heçə endirir. Allah yalanı məhv edir və Vəhyə heç bir aidiyyəti olmayan şeyləri izah edir. Sonra isə Allah nazil etdiyi Vəhyi təsdiq edir, onu yazmaqda və əzbərləməkdə insanlara kömək edir və bunun sayəsində o, şeytanın ona qoşmağa cəhd göstərmək istədiyi yalansız, olduğu kimi qorunub saxlanılır.

Həqiqətən, Allah məhdudiyyətsiz hakimiyyətə və hüdud­suz fövqəlqüdrətə malikdir və onların sayəsində O (Pak və Müqəddəs Olan) çətinliklərsiz Öz Vəhyinin qayğısını çəkir və onu şeytandan müdafiə edir. Lakin bununla yanaşı O, idrak sahibidir və onun sayəsində hər şeyi öz yerində yerləşdirir və şeytanlara fitnə salmaq və insanların qəlbinə vəsvəsə salmağa icazə verir. Buna görə də, daha sonra O, şeytan vəsvəsələrinin mənası haqqında xəbər verərək, belə buyurur:

 

ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ;

 

O, şeytanın vəsvəsəsini qəlbində mərəz olanlar və qəlbi sərtləşənlər üçün sınağa çevirir. Həqiqətən, zalımlar haqla dərin ayrılıq içindədirlər”.

 

Şeytanın vəsvəsələri, Allahın biganə qaldığı iki qrup insanlar üçün sınağa çevrilir. Onlar – ürəyi zəifliyə tutunmuş, kamil imandan və möhkəm etiqaddan məhrum olmuşlardır. Bu səbəbə görə ən kiçik şübhələr belə onların ürəyinə təsir etməyə qadirdir və onlar şeytanın vəsvəsəsini eşidən kimi haqqa şübhə etməyə başlayır və bu vəsvəsələr onlar üçün sınağa çevrilir. Onlara həmçinin ürəkləri sərtləşənlər də aiddir. Bu səbəb üzün­dən onlar Allahın və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun!) öyüd və nəsihətlərini qəbul etməyə qadir deyillər. Onlar şeytanın vəsvəsəsini eşidən kimi, onu yalan və naqis baxışların xeyrinə olan doğru dəlillər kimi qəbul edirlər. Onlar beləcə də yalanı müdafiə edir, Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) müqavimət göstərirlər.

Məhz buna görə Fövqəluca qeyd edir ki, fasiqlər haqla böyük ziddiyyət içindədirlər. Onlar Allaha müqavimət göstərir və inadkarlıqla haqqa qarşı döyüşürlər. Onlar doğru yoldan sonsuzluğa qədər uzaqdırlar. Bu iki qrupdan olan insanlar üçün şeytanın vəsvəsəsi imtahandır və onun sayəsində onların qəlbin­də gizlədilən pislik aşkar edilir. Üçüncü qrup insanlara gəldikdə isə, onlar üçün şeytanın vəsvəsələri – mərhəmətdir[91]. Onların haqqında Fövqəluca Allah sonra xatırladır və buyurur:

 

ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ;

 

Qoy elm verilənlər bilsinlər ki, bu – sənin Rəbbin­dən əta edilən Haqdır və onlar ona iman gətirsinlər, ürəkləri də ona mütiliklə tabe ola bilsin. Həqiqətən, Allah möminləri doğru yola yönəldir”.

 

Ayədə söhbət Allahın elm bəxş etdiyi insanlardan gedir ki, bunun sayəsində onlar doğrunu yalandan, doğru yolu isə azğınlıqdan ayırırlar. Onlar Allahın təsdiq etdiyi həqiqəti tanıyır və yalanı aşkar edirlər və sonuncu təzahür etsə də, sonra mütləq heçə çıxır. Möminlər onları – haqqa və yalana məxsus olan keyfiyyət­lərinə əsasən tanıyırlar. Bu ona görə belə baş verir ki, möminlər Müdrik Allahın insanları öncədən müəyyən etdiyi sınaqdan keçirəcəyini bilsinlər, çünki bu sınaq insanların qəlbin­də gizlədilən xeyri və şəri aşkar edir. Bu biliyin sayəsində insanlar iman sahibi olur, sonra da onlara aşılanan şübhələri rədd edirlər və bu onların imanını və etiqadını daha da gücləndirir. Onların qəlbi Allahın müdrikliyi qarşısında mütilik və itaətkar­lıqla dolur və bütün bunlar Allahın bu insanları doğru yola yönəltməsinin nəticəsidir.

Möminlərin ürəklərində kök salmış haqq din xatirinə Allah onlara həqiqəti dərk etməkdə və əldə etdikləri biliklərə uyğun olaraq davranmaqda kömək edir. Allah möminləri qüdrətli sözü ilə həm bu dünyada, həm də ölümdən sonra müdafiə edir və bu, Allahın yardımının bir növüdür.

Bu ayələrdə, Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) öz qardaşları-peyğəmbərlərin izi ilə getməsinə dəlillər vardır. Bir dəfə o (s.ə.s.) ən-Nəcm surəsini oxuyurdu və: “Siz əl-Latı və əl-Uzzanı və bir də üçüncünü – Mənatı görmə­miş­di­nizmi?” sözlərinə çatdıqda, şeytan Quranın oxunuşuna mü­daxilə edərək, onu (s.ə.s.): “Bu – şəfaət edəcəyinə təvəkkül edil­məli uca durnadır” deməyə sövq etdi. Bu hadisə Muhəmməd Peyğəmbəri (ona Allahın salavatı və salamı olsun!) bərk kədərlən­dirdi və insanlar üçün sınağa çevrildiyinə görə Fövqəluca Allah onun haqqında xəbər vermişdir. O vaxt şərh etdiyimiz ayə nazil edilmişdi:

 

ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ;

 

Kafirlər isə, Saat qəfildən başlamadıqca və ya onları bəhrəsiz bir gündə əzab yaxalamadıqca, ona şübhə etməkdən əl çəkməyəcəklər”.

Fövqəluca bu ayədə Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) təbliğatı ilə əlaqədar daima şübhə edən kafirlərin haqqında xəbər verir. Bu ona görə baş verir ki, onlar inadkarcasına haqdan üz döndərirlər. Fövqəluca həm­çinin bildirir ki, Qiyamət saatı onları qəfildən yaxalayanadək və yaxud onlara heç bir xeyir gətirməyəcək Həşr günü[92] başlaya­nadək onlar elə bu vəziyyətdə qalacaqlar.

Qiyamət saatı çatdıqda və insanların dirildilməsi başladıq­da, kafirlər başa düşəcəklər ki, onlar yanılırmışlar. Onlar tövbə etməyə başlayacaqlar, lakin tövbələri onlara heç bir fayda vermə­yəcək. Belə olduqda, onlar öz uğurlarına ümidlərini itirəcək və acı-acı təəssüflənəcəklər ki, niyə bəs Allahın Elçisinə (ona Allahın salavatı və salamı olsun!) iman gətirmədilər və onun (s.ə.s.) yolu ilə getmədilər. Allah, kafirləri inadkarcasına iddia etdikləri şübhələri və yalanları barədə beləcə xəbərdar edir.

 

ﭑ ﭒ ﭓ ﭔ ﭕﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ;

 

Həmin Gün hakimiyyət təkcə Allaha məxsus ola­caqdır və O, onların arasında hökm verəcəkdir. Onda iman gətirib, xeyirxah işlər görənlər Nəim Cənnətində olacaqlar”.

Qiyamət günü hakimiyyət bütövlükdə təkcə Vahid Allaha məxsus olacaqdır və Ondan başqa heç kəsə verilməyəcəkdir. O, Öz qəti və ədalətli hökmünü verdikdə, Allaha, Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) və onun gətirdiyi Təlimə iman gətirmiş möminlər öz imanını xeyirxah əməllərlə təsdiq edərək Səadət bağlarına daxil olacaqlar. Onlar ruhlarına, ürəklərinə və vücudlarına çoxlu sevinc gətirən gözəlliklərdən zövq alacaqlar. Bu füsunkarlıqları və ləzzətləri nə təsvir etmək, nə də təsəvvürə gətirmək mümkün deyil.

 

ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ;

O kəslər ki, iman gətirməyib, Bizim ayələrimizi yalan sayırdılar, onlara alçaldıcı əzablar hazırlanmışdır”.

Bu günahkarlar Allaha və Onun elçilərinə (onlara Allahın salamı olsun!) iman gətirməkdən imtina etdilər. Onlar, haqqı və doğru yolu göstərən ayələrimizi yalan saydılar, onlardan üz döndərdilər və onlara inadla müqavimət göstərdilər. Bununla da onlar özləri özlərini alçaldıcı cəzaya məhkum etdilər. O cəza əzabverici və iztirablı olacaqdır və alov onların ürəyini hər tərəfdən qarsalayacaqdır. Onlar Allahın elçilərinə və ayələrinə etinasızlıqla yanaşdılar və Allah da onları Öz cəzası ilə alçaltdı.

 

ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ;

 

Allahın yolunda hicrət edənlərə və sonra öldürü­lənlərə və ya ölənlərə Allah gözəl ruzi nəsib edəcəkdir. Həqiqətən, Allah ruzi verənlərin ən xeyirlisidir”.

 

Bu, Allah yolunda, Onun xatirinə, Onun dininə kömək etmək məqsədilə evini və vətənini tərk edənlər, öz uşaqlarından və var-dövlətindən ayrılanlar, səmimi qəlblə hicrət edənlər üçün böyük bir müjdədir. O (Pak və Müqəddəs Olan) belə insanları, onların yataqda ölməsindən və ya döyüş meydanında qəhrəman­casına həlak olmasından asılı olmayaraq, mükafatlandır­mağı Öz öhdəsinə götürmüşdür.

Onlar dünya həyatından ayrıldıqda Allah onlara gözəl ruzi nəsib edəcək, Qiyamət günü başladıqda isə, onlar Cənnət bağlarına girəcək və orada onlar rahatlıq və ruhuna və bədəninə sevinc bəxş edəcək qeyri-adi çoxsaylı füsunkarlıqlar tapacaqlar. Başqa bir şərhə görə isə, Allah Onun xatirinə hicrət edənləri, onların yataqda ölməsindən və ya şəhid olmasından asılı olmayaraq, bu dünyada bol ruzi ilə təmin etməyi Öz öhdəsinə götürmüşdür. Mühacir­lərdən[93] hər biri mütləq ruzi alacaqdır, qoy heç kim fikirləşməsin ki, o öz evini tərk etsə və öz var-dövlə­tindən Allah xatirinə ayrılarsa, ehtiyac içində olacaq. Həqiqətən, ruzi bəxş edənlərin Ən Yaxşı Olanı onun zəruri ehtiyaclarını mütləq təmin edəcəkdir.

Hər şey məhz Allahın vəd etdiyi kimi də oldu. Başqala­rın­dan daha əvvəl İslamı qəbul etmiş mühacirlər Allahın dininə kömək etmək üçün evlərini tərk etdilər və uşaqlarından və var-dövlətlərindən ayrıldılar. Lakin cəmisi bir neçə il keçməmişdi ki, O (Pak və Müqəddəs Olan) çox böyük ölkələri və bütöv xalqları ələ almaqda onlara kömək göstərdi. Onlar saysız-hesabsız var-dövlətə sahib oldular və yer üzündə ən zəngin insanlara çevrildilər.

Növbəti ayəni də eynilə belə şərh etmək olar. Fövqəluca Allah həmin ayədə buyurur:

 

ﭼ ﭽ ﭾﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ;

 







Дата добавления: 2015-09-04; просмотров: 428. Нарушение авторских прав; Мы поможем в написании вашей работы!



Картограммы и картодиаграммы Картограммы и картодиаграммы применяются для изображения географической характеристики изучаемых явлений...

Практические расчеты на срез и смятие При изучении темы обратите внимание на основные расчетные предпосылки и условности расчета...

Функция спроса населения на данный товар Функция спроса населения на данный товар: Qd=7-Р. Функция предложения: Qs= -5+2Р,где...

Аальтернативная стоимость. Кривая производственных возможностей В экономике Буридании есть 100 ед. труда с производительностью 4 м ткани или 2 кг мяса...

Искусство подбора персонала. Как оценить человека за час Искусство подбора персонала. Как оценить человека за час...

Этапы творческого процесса в изобразительной деятельности По мнению многих авторов, возникновение творческого начала в детской художественной практике носит такой же поэтапный характер, как и процесс творчества у мастеров искусства...

Тема 5. Анализ количественного и качественного состава персонала Персонал является одним из важнейших факторов в организации. Его состояние и эффективное использование прямо влияет на конечные результаты хозяйственной деятельности организации.

Гидравлический расчёт трубопроводов Пример 3.4. Вентиляционная труба d=0,1м (100 мм) имеет длину l=100 м. Определить давление, которое должен развивать вентилятор, если расход воздуха, подаваемый по трубе, . Давление на выходе . Местных сопротивлений по пути не имеется. Температура...

Огоньки» в основной период В основной период смены могут проводиться три вида «огоньков»: «огонек-анализ», тематический «огонек» и «конфликтный» огонек...

Упражнение Джеффа. Это список вопросов или утверждений, отвечая на которые участник может раскрыть свой внутренний мир перед другими участниками и узнать о других участниках больше...

Studopedia.info - Студопедия - 2014-2024 год . (0.01 сек.) русская версия | украинская версия