Студопедия — Allah, düşdüyünüz ixtilaf barəsində Qiyamət günü aranızda hökm verəcəkdir”.
Студопедия Главная Случайная страница Обратная связь

Разделы: Автомобили Астрономия Биология География Дом и сад Другие языки Другое Информатика История Культура Литература Логика Математика Медицина Металлургия Механика Образование Охрана труда Педагогика Политика Право Психология Религия Риторика Социология Спорт Строительство Технология Туризм Физика Философия Финансы Химия Черчение Экология Экономика Электроника

Allah, düşdüyünüz ixtilaf barəsində Qiyamət günü aranızda hökm verəcəkdir”.






 

Allah Öz Elçisinə (s.ə.s.) buyurur ki, haqqı anlamağa can atmayanlar arasında düşən mübahisələrdən vaz keçsin. Allaha onların əsl məqsədləri və niyyətləri yaxşı məlumdur və onların hər biri öz niyyətlərinə görə əvəz alacaqlar. Doğru yolla gedən hər kəs Cənnət sakinləri arasında olacaq, haqq rəhbərlikdən yayınanlar isə mütləq Cəhənnəm məskunları arasına düşəcəklər. Gələcək Məhkəmə mükəmməl olacaqdır, çünki o, elm əsasında aparıla­caqdır. Məhz buna görə, sonra Allah bildirir ki, Onun elmi hər şeyi əhatə edir və var olan nə varsa, hamısı Onun Kitabında[95] yazıl­mışdır.

 

ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩﮪ ﮫ ﮬ ﮭ ﮮﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ;

 

(22. 70) “Məgər sən göydə və yerdə olanların Allaha agah olduğunu bilmirsən? Şübhəsiz ki, bunlar Kitabda vardır. Həqiqətən də, bu, Allah üçün asandır!”

Heç bir şey Allahdan gizli qala bilməz. Ona aşkarda olan da, qeybdə olan da, açıqda və gizlində olan da, keçmiş də, gələcək də məlumdur. Göylərdə və yerdə baş verənlərin hamısı haqqında bu ilahi bilik Mühafizəolunan Kitabda yazılmışdır. Allah qələmi yaradanda ona buyurdu: “Yaz!” O soruşdu: “Nə yazım?” Bu zaman O ona buyurdu ki, Qiyamət gününə kimi baş verəcək hər şeyi yazsın. Əlbəttə, bu, Allah üçün heç də problem deyildi. Hərçənd insanın belə bir şeyi təsəvvür etməsi çox çətindir, Fövqəluca Allah isə çətinlik çəkmədən Öz elmi ilə bütün varlığı əhatə edir və Mühafizəolunan Kitabda yazılan biliklər Kainatda baş verən proseslərə tamamilə uyğun gəlir.

 

ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ;

(22. 71) “Onlar Allahın əvəzinə Onun dəlil nazil etmədiyi və barəsində qətiyyən bilikləri olmayana ibadət edirlər. Zalımların köməkçisi olmayacaqdır!”

Fövqəluca Allah bu ayədə Onu öz “ilahlarına” bərabər tutan müşrik­lərin vəziyyəti haqqında xəbər verir. Həqiqətən də onların vəziyyəti ən dəhşətli və çirkindir. Onlar öz əməllərini əsaslandırmağa qadir deyillər və onların barəsində heç bir biliyə malik deyillər. Onlar təkcə öz yollarını azmış ata-babalarının izi ilə kor-koranə gedirlər. İnsan öz etdiyi əməl barəsində səhih məlumata malik olmaya bilər, amma buna baxmayaraq onun haqlı olduğunu sübut etmək olar. Lakin Fövqəluca Allah bildirir ki, O, heç vaxt müşriklərə onların doğruçuluğunu təsdiq edən dəlillər nazil etməmişdir. Əksinə, O, müşriklərin mənfur və yanlış baxışlara etiqad etdiklərini sübuta yetirən inandırıcı və təkzibolun­maz dəlillər nazil etmişdir. Sonra Fövqəluca Allah haqqa inadkar­lıqla müqavimət göstərən mürtədləri hədələyərək, bildirir ki, heç kim onları Allahın cəzasından qurtarmağa kömək etməyəcək.

Lakin öz vəziyyətlərinin ağırlığını dərk etməmiş şərəfsiz­lərin Allahın ayələrini əsas tutacaqları və doğru yola yönəlmək istəyə­cəkləri hələ aydın deyildir. Bəlkə onlar yalana etiqad etmə­lərindən razıdırlar? Sanki buna cavab olaraq Fövqəluca Allah belə buyurur:

 

ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂﰃ ﰄ ﰅ ﰆ ﰇ ﰈﰉ ﰊ ﰋ ﰌ;

(22. 72) “Onlara Bizim aydın ayələrimiz oxunanda, sən onların üzündə inkarçılıq ifadəsi görürsən. Onlar Bizim ayələri­mizi oxuyanların üstünə atılmağa hazırdırlar. De: “Sizə bundan da pis olan barəsində xəbər verimmi? Bu – Oddur ki, Allah onu iman gətirməyənlərə vəd etmişdir. Bu qalınacaq məskən necə də pisdir!”

 

Allahın əzəmətli ayələri haqqı yalandan fərqləndirməyə kömək edir. Lakin kafirlər onlardan üz çevirirlər və onlara etina göstərmirlər. Onlara bu ayələri oxuyanda, üzlərində haqqa qarşı kin və nifrət görmək olar. Onlar qaşqabaqlarını sallayır, baxışları da sərtləşir. Onların haqqa bəslədikləri nifrət o qədər böyükdür ki, onlar Allahın ayələrini onlara oxuyanları öldürməyə və ya ölənə qədər döyməyə hazır olurlar. Bu kafirlərin vəziyyəti necə də yamandır! Törətdikləri cinayət necə də böyükdür! Lakin irəlidə onları daha dəhşətli və daha mənhus sonluq gözləyir. Bu – Cəhənnəm Alovudur və onun pisliyi daha böyük və əbədidir, verəcəyi əzab və əziyyətlər hər an daha da artacaq və daha dəhşətəngiz və işgəncəli olacaqdır.

Sonra Allah bir ibrətamiz misal çəkir ki, insanları bütlərə ibadət etməyin, müşriklərin düşüncəsizliyinin, bütlərin və onlara sitayiş edənlərin murdarlığına inandırsın. Fövqəluca buyurur:

 

ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫﭬ ﭭ ﭮ ﭯ ﭰ;

Ey insanlar! Bir məsəl çəkilir, ona qulaq asın. Həqiqətən, sizin Allahdan başqa ibadət etdikləriniz, bir yerə yığışsalar belə, bir milçək də yarada bilməzlər. Milçək onlardan bir şey götürsə, onlar götürdüyünü ondan geri ala bilməzlər. Buna nail olmaq istəyən də, nail olunması istənilən də acizdir”.

Bu məsəl təkcə möminlərə deyil, habelə kafirlərə də aiddir. O, möminlərə əlavə bilik qazanmağa yardım edəcək və onların daha da fərasətli olmasına kömək göstərəcəkdir, kafirləri isə cahilliklərinə görə bəraət qazanmaqdan məhrum edəcəkdir.

Ey insanlar! Bu sözlərə qulaq asın və onların mənaları üzərində düşünün. Qoy sizin ürəkləriniz – laqeyd, qulaqlarınız isə tıxanmış olmasın! Bu məsəli təkcə qulağınızla deyil, qəlbinizlə də dinləyin!

Allahla bərabər ibadət etdiyiniz bütün uydurma “ilahları­nız” hətta bir milçək belə yaratmağa qabil deyillər, halbuki milçək ən cüzi və ən kiçik məxluqdur. Əgər sizin “ilahlarınız” bu ən kiçicik məxluqu yaratmağa qadir deyillərsə, onda daha böyük olan bir şeyi yaradılması barədə nə demək olar?! Onlar hamısı bir yerə yığışsalar da, bu onlara milçək yaratmağa kömək etməz. Əgər o milçək onlardan bir şey götürüb, uçub gedərsə, onlar onun götürdüyünü geri qaytara bilməzlər. Həqiqətən, bu – zəifliyin və gücsüzlüyün son həddidir! Xahiş edən də zəifdir, xahiş olunan də zəifdir. Allahla bərabər ibadət edilən “ilah” da zəifdir, milçək də zəifdir. Onların hər ikisi də zəifdir, lakin köməksiz “ilaha” ümid bəsləyən və onu aləmlərin Rəbbinin səviyyəsinə qaldıran şəxs daha da zəifdir.

 

ﭱﭲﭳﭴ ﭵﭶ ﭷ ﭸ ﭹ ﭺﭻ;

 







Дата добавления: 2015-09-04; просмотров: 409. Нарушение авторских прав; Мы поможем в написании вашей работы!



Композиция из абстрактных геометрических фигур Данная композиция состоит из линий, штриховки, абстрактных геометрических форм...

Важнейшие способы обработки и анализа рядов динамики Не во всех случаях эмпирические данные рядов динамики позволяют определить тенденцию изменения явления во времени...

ТЕОРЕТИЧЕСКАЯ МЕХАНИКА Статика является частью теоретической механики, изучающей условия, при ко­торых тело находится под действием заданной системы сил...

Теория усилителей. Схема Основная масса современных аналоговых и аналого-цифровых электронных устройств выполняется на специализированных микросхемах...

Экспертная оценка как метод психологического исследования Экспертная оценка – диагностический метод измерения, с помощью которого качественные особенности психических явлений получают свое числовое выражение в форме количественных оценок...

В теории государства и права выделяют два пути возникновения государства: восточный и западный Восточный путь возникновения государства представляет собой плавный переход, перерастание первобытного общества в государство...

Закон Гука при растяжении и сжатии   Напряжения и деформации при растяжении и сжатии связаны между собой зависимостью, которая называется законом Гука, по имени установившего этот закон английского физика Роберта Гука в 1678 году...

Гносеологический оптимизм, скептицизм, агностицизм.разновидности агностицизма Позицию Агностицизм защищает и критический реализм. Один из главных представителей этого направления...

Функциональные обязанности медсестры отделения реанимации · Медсестра отделения реанимации обязана осуществлять лечебно-профилактический и гигиенический уход за пациентами...

Определение трудоемкости работ и затрат машинного времени На основании ведомости объемов работ по объекту и норм времени ГЭСН составляется ведомость подсчёта трудоёмкости, затрат машинного времени, потребности в конструкциях, изделиях и материалах (табл...

Studopedia.info - Студопедия - 2014-2024 год . (0.009 сек.) русская версия | украинская версия