Студопедия — Siz bundan sonra mütləq öləcəksiniz”.
Студопедия Главная Случайная страница Обратная связь

Разделы: Автомобили Астрономия Биология География Дом и сад Другие языки Другое Информатика История Культура Литература Логика Математика Медицина Металлургия Механика Образование Охрана труда Педагогика Политика Право Психология Религия Риторика Социология Спорт Строительство Технология Туризм Физика Философия Финансы Химия Черчение Экология Экономика Электроника

Siz bundan sonra mütləq öləcəksiniz”.






(23. 16) “Sonra isə, Qiyamət günü, siz hökmən dirildi­lə­cəksiniz!”

 

İnsana ruh verildikdən sonra, o, növbəti mərhələlərin birin­də ölməlidir. Qiyamət günü isə o dirildiləcək və etdiyi yaxşı və pis əməllərinin əvəzini alacaqdır. Bu barədə Fövqəluca belə buyurur: “Doğrudanmı insan zənn edir ki, o nəzarətsiz qoyu­lacaq? Məgər o, axan toxumun damlası deyildi? Sonra o, qan laxtasına çevrildi, sonra da O onu yaratdı və ona mütənasib bir sima verdi. O, ondan cütlük: kişi və qadın yaratdı. Məgər O, ölüləri diriltməyə qadir deyil?” (Qiyamə, 75/36-40).

ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱﯲ;

 

And içirik ki, Biz sizin üzərinizdə bir-birinin üs­tündə olan yeddi göy yaratmışıq. Heç vaxt Biz yaratdıqlarımız­dan xəbərsiz olmamışıq”.

 

Fövqəluca Allah insanın xəlq edilməsini yada saldıqdan sonra, onun mənzil və çoxsaylı digər nemətlərlə təmin edildiyini bildirir. Bu nemətlər insana hər tərəfdən axıb gəlməkdədir. Allah yeddi göy yaratmışdır ki, onların biri digərinin üstündədir və onları insanlar üçün dam etmişdir. Bununla yanaşı onlar məxluq­lara çoxlu digər faydalar da verir. Onlar ulduzlarla, günəş və ayla bəzədilmiş saysız-hesabsız nemətlərin mənbəyin­dən ibarətdir.

Lakin Allah təkcə məxluqları yaratmamışdır – Onun ilahi elmi bütün varlığı əhatə etmişdir. Buna görə də elə bir məxluq tapılmaz ki, o, Allah tərəfindən unudulsun və ya yaddan çıxa­rılsın. Rəbb Öz qullarını sonradan onları unutmaq üçün yaratma­mışdır. O (Pak və Müqəddəs Olan) göyləri unutmur ki, yerə düş­sünlər, hətta dənizin dibinə çökən və ya ucsuz-bucaqsız səhralara yayılan bir qum zərrəsini belə nəzərindən qaçırmır. O (Pak və Müqəddəs Olan) bütün canlı varlıqlarını ruzi ilə təmin edir və buna görə O (Pak və Müqəddəs Olan) belə buyurur: “Yer üzündə bir canlı belə yoxdur ki, Allah onu ruzi ilə təmin etməsin. Allah onların olduğu və saxlandığı yeri bilir. Bütün bunlar aydın Kitabdadır” (Hud, 11/6).

Fövqəluca Allah çox tez-tez Kainatı yaratdığını və bütün varlıqlar haqqında hər şeyi bildiyini eyni vaxtda xatırladır. Fövqəluca buyurur: “Məgər Lütfkar və Hərşeyibilən Yaradan bunu bilməzmi?” (Mülk, 67/14); “Doğrudanmı göyləri və yeri Yaradan onlara oxşarını xəlq edə bilməzmi? Əlbəttə, axı O – Xaliqdir, Alimdir” (, 36/81). Bunlardan aydın olur ki, Kainatın yaradılması Xaliqin hüdudsuz elminin və müdrikliyinin təkzib­olunmaz dəlillərindən biridir.

 

ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ;

 

Biz göydən kifayət qədər su nazil etdik və onu yerdə yerləşdirdik. Şübhəsiz ki, Biz suyu geri götürməyə də qadirik”.

Allah insanların və heyvanların istifadəsi üçün göydən yağış nazil edir. Yağış suyu, bir qayda olaraq, məxluqların ehtiya­cını ödəyəcəyi miqdarda yağdırılır. Əgər o az yağdırılsaydı, onda insanların yaşayışı pozular, bitkilər və ağaclar məhv olardı. Lakin bu baş vermir, çünki Allah məxluqların ehtiyacı olduqda onlara yağış yağdırır və sonra onun kəslməsini əmr edir ki, su onlara ziyan vurmasın.

Yağış yağdıqdan sonra torpaq suyu canına çəkir və bunun sayəsində su bitkilərə nəsib olur. Bundan başqa, su yeraltı saxlanclarda toplanır. O, bu saxlancların dibinə çatana kimi torpağın dərinliklərinə çökməkdə davam edir. Lakin Allah məx­luqları bu mərhəmətindən məhrum etmək ixtiyarına malikdir. O (Pak və Müqəddəs Olan) elə edə bilər ki, yerə yağış yağmasın. O (Pak və Müqəddəs Olan) həmçinin elə edə bilər ki, yağış yağan kimi torpağın altına çöksün. O (Pak və Müqəddəs Olan) həm də elə edə bilər ki, insanlar sudan faydalana bilməsinlər. Bütün bunların Allahın qullarına xəbərdarlığı olduğunu onlar bilməli və nazil etdiyi nemətinə görə onları Rəbbinə şükür etməyə yönəltməli və düşündürməlidir. Allah onları sudan məhrum etsə, nələr baş verə bilər. Bu barədə Fövqəluca Allah buyurur: “De: “Necə bilirsiniz, sizin suyunuz yerin altına gedərsə, kim sizə bulaq suyu əta edə bilər?” (Mülk, 67/30).

 

ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ;

 

Onun vasitəslə Biz sizin üçün yediyiniz bol meyvə yetişən xurma bağları və üzümlüklər salırıq”.

Allah xurmalıqlara və üzümlüklərə xüsusi diqqət yetirir, çünki bu ağaclar qalan bitkilərdən üstündür və məxluqlara çox böyük fayda verir. Şübhəsiz ki, bütün qalan o biri ağac və bitkiləri də Allah yaratmışdır. Buna görə ayənin sonunda Allah insanların yediyi hər cür növdən olan meyvələri xatırladır. Bunlar - əncir, limon, nar, alma və bir çox başqalarıdır.

 

ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ;







Дата добавления: 2015-09-04; просмотров: 434. Нарушение авторских прав; Мы поможем в написании вашей работы!



Практические расчеты на срез и смятие При изучении темы обратите внимание на основные расчетные предпосылки и условности расчета...

Функция спроса населения на данный товар Функция спроса населения на данный товар: Qd=7-Р. Функция предложения: Qs= -5+2Р,где...

Аальтернативная стоимость. Кривая производственных возможностей В экономике Буридании есть 100 ед. труда с производительностью 4 м ткани или 2 кг мяса...

Вычисление основной дактилоскопической формулы Вычислением основной дактоформулы обычно занимается следователь. Для этого все десять пальцев разбиваются на пять пар...

Объект, субъект, предмет, цели и задачи управления персоналом Социальная система организации делится на две основные подсистемы: управляющую и управляемую...

Законы Генри, Дальтона, Сеченова. Применение этих законов при лечении кессонной болезни, лечении в барокамере и исследовании электролитного состава крови Закон Генри: Количество газа, растворенного при данной температуре в определенном объеме жидкости, при равновесии прямо пропорциональны давлению газа...

Ганглиоблокаторы. Классификация. Механизм действия. Фармакодинамика. Применение.Побочные эфффекты Никотинчувствительные холинорецепторы (н-холинорецепторы) в основном локализованы на постсинаптических мембранах в синапсах скелетной мускулатуры...

Типология суицида. Феномен суицида (самоубийство или попытка самоубийства) чаще всего связывается с представлением о психологическом кризисе личности...

ОСНОВНЫЕ ТИПЫ МОЗГА ПОЗВОНОЧНЫХ Ихтиопсидный тип мозга характерен для низших позвоночных - рыб и амфибий...

Принципы, критерии и методы оценки и аттестации персонала   Аттестация персонала является одной их важнейших функций управления персоналом...

Studopedia.info - Студопедия - 2014-2024 год . (0.013 сек.) русская версия | украинская версия