Студопедия — O dedi: “Ey Rəbbim! Məni yalançı saydıqlarına görə mənə kömək et”.
Студопедия Главная Случайная страница Обратная связь

Разделы: Автомобили Астрономия Биология География Дом и сад Другие языки Другое Информатика История Культура Литература Логика Математика Медицина Металлургия Механика Образование Охрана труда Педагогика Политика Право Психология Религия Риторика Социология Спорт Строительство Технология Туризм Физика Философия Финансы Химия Черчение Экология Экономика Электроника

O dedi: “Ey Rəbbim! Məni yalançı saydıqlarına görə mənə kömək et”.






Nuh peyğəmbər (ə) gördükdə ki, təbliğatı həmqəbilələrini haqdan daha da uzaqlaşdırır, Rəbbindən kömək dilədi. O (ə), adamların onun (ə) nəsihətlərini rədd etmələrinə və Allahın elçi­lərinə iman gətirməkdən boyun qaçırmalarına hiddətlənərək dedi: “Ey Rəbbim! Yer üzündə bir nəfər də kafir sakin qoyma! Əgər sən onlardan saxlasan, onlar Sənin qullarını azdıracaq və təkcə günahkar kafirlər törədəcəklər” (Nuh, 71/26-27). Quranda həmçinin belə deyilir: “Nuh Bizə dua etdi, Biz isə dualara gözəl cavab veririk” (Saffat, 37/75).

 

ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂﰃ ﰄ ﰅ ﰆﰇ ﰈ ﰉ ﰊ ﰋ ﰌﰍ ﰎ ﰏ ﰐ;

 

Biz ona belə vəhy etdik: “Gözlərimizin qarşı­sında və vəhyimizə uyğun bir gəmi düzəlt. Əmrimizin gəldiyi və təndir qaynayıb coşmağa başladığı zaman, həm hər canlıdan bir cüt, həm də, qərq ediləcəkləri barədə öncədən hökmümüz verilmişlər istisna olmaqla, ona öz külfətini mindir. Amma zalımlıq edənlər barəsində mənə müraciət etmə, çünki onlar suda mütləq qərq ediləcəklər”.

Fövqəluca Öz peyğəmbərinin (ə) duasını qəbul etdi və ona (ə) xilasa necə nail olmaq və fəlakət baş verməmişdən öncə ona hazırlaşmağı öyrətdi. O (Pak və Müqəddəs Olan) gəmini Onun gözləri qarşısında inşa etməyi ona (ə) təlqin etmişdi. Bu ifadə ona dəlalət edir ki, Nuh (ə) gəmini Allahın iradəsi ilə və Onun köməyi sayəsində hazırlayırdı[105]. Allah onu (ə) mühafizə edir və onun (ə) qayğısını çəkirdi, çünki həmişə onu (ə) görür və dualarını eşidirdi. Allah ona (ə) vəhy etmişdi ki, çox yaxın vaxtlarda daşqın baş verəcək və o, kafirlər üçün cəza olacaqdır. Onda su hər yerdən fontan vurub fışqıracaq və hətta, adətən, həmişə odun şölələndiyi və suyun olmadığı sobalardan belə su axıb töküləcək. Buna görə, Nuha (ə) əmr olunmuşdu ki, hər növ heyvanların hərəsindən bir dişi və bir erkək olmaqla bir cütünü gəmidə yerləşdirsin ki, sonradan onlar öz növlərini təkrar artıra bilsinlər və Allahın ilahi müdrikliyinə müvafiq olaraq yer üzündə heyvanların varlığı saxlanıla bilsin. Ona (ə) həmçinin əmr olun­muşdu ki, həlak ediləcəyi öncədən müəyyən edilmişlərdən başqa, yerdə qalan öz ailə üzvlərini də gəmidə yerləşdirsin. Bu bəd­bəxtlərdən biri də xeyirxah peyğəmbərin (ə) oğlu idi. Bununla bərabər, Allah Nuha (ə), fasiqlərin xilas olunması məqsədi ilə Ona dua etməyə yasaq qoymuşdu, çünki Allahın təyin etdiyi qədərinə müvafiq olaraq, onlar daşqında mütləq həlak olmalıydılar.

 

ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ;

(23. 28) “Sən səninlə olanlarla birlikdə gəmiyə mindikdən sonra, de: “Bizi zalım insanlardan xilas edən Allaha həmd olsun!”

Siz gəmidə yerləşdikdən sonra, o sizi açıq dənizə apara­caqdır və onda Allaha həmd edin, xilasınıza və əmin-amanlığa çıxmağınıza görə Ona şükür edin. Onu, sizi fasiq adamlardan xilas etməsinə görə tərifləyin. Fövqəluca, Nuha (ə) və onun ardınca gedənlərə öz Rəbbinə hansı sözlərlə minnətdarlıq etməyi, onları cəzadan xilas etdiyinə və zalım qəbilədaşlarının çəngindən qurtar­dığına görə Ona necə həmd etməyi öyrədir.

 

ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ;

 

(23. 29) “Həmçinin de ki: “Ey Rəbbim! Məni bərəkətli bir yerə çıxart, axı Sən – məskunlaşdıranların Ən Xeyirlisisən!”

 

Ey Nuh! Sizi xilas etməkdən başqa yenə bir nemət gözləyir və buna görə Allaha dua edin ki, onu sizə əta etsin. Allaha dua edin ki, bərəkətli bir yer tapmaqda sizə köməklik göstərsin. Mö­min­lər bu hökmü yerinə yetirmişdilər və Allah da onların duala­rını qəbul etmişdi.

Fövqəluca buyurur: “Su çəkildi və hökmümüz gerçək­ləşdi. Gəmi əl-Cudiyə yan aldı və deyildi: “Məhv olsun zalım adamlar! Nuh Rəbbinə dua etdi: “Ey Rəbbim! Oğlum – ailəmin bir hissəsi­dir. Sənin vədin haqdır və Sən – hakimlərin ən Müdrikisən. O buyurdu: “Ey Nuh! O – sənin ailənin bir hissəsi deyil, belə dav­ranış yaxşı deyil. Bilmədiyin şeyi Məndən soruşma. Həqiqətən, Mən səni cahillərdən biri olmamağa dəvət edirəm. O dedi: “Ey Rəbbim! Bilmədiyim şeyi Səndən soruş­maqdan Sənə sığınıram. Əgər Sən məni bağışlamasan və əfv etməsən, mən ziyana uğra­mışlardan olaram”. Ona belə buyu­ruldu: “Ey Nuh! Sənə və səninlə birlikdə olan ümmətlərə Bizim bəxş etdiyimiz əmin-amanlıq və bərəkətlə gəmidən düşün! Lakin elə ümmətlər də olacaq ki, bir müddət onları faydalandıracağıq, sonra da onlar Bizim tərəfimizdən şiddətli əzaba məruz qoyulacaqlar";(Hud, 11/44-48).

ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ;

 

Uuml;bhəsiz ki, bunda ibrət götürülməli dəlillər var­dır və, həqiqətən, Biz imtahandan belə keçiririk”.

 

Bu hekayətdə çoxlu ibrət götürüləsi hikmətlər vardır ki, onlar Allahın ibadətə layiq Vahid Rəbb olmasına və Allahın elçisi Nuhun (ə) doğruçuluğuna, onun yalançı həmqəbilələrinin yara­maz­­lığına dəlalət edir. Bu əhvalatda elə sübutlar vardır ki, onlar Onun Öz qullarına bəslədiyi mərhəmətini göstərir. Bu mərhəmət – bəşəriyyəti onun əcdadı olan Nuhun (ə) belində[106] nəhəng bir gəmi ilə xilas etməsində özünü göstərmişdi, halbuki yer üzünün qalan bütün sakinləri suya qərq edilib boğulmuşdular. Digər bir dəlil gəminin özü idi ki, Fövqəluca onun barəsində belə bu­yurmuşdu: “Biz onu taxta və mismardan ibarət gəmidə apardıq. O, Bizim Gözlərimiz qarşısında iman gətirməyənlərə dərs olsun deyə üzürdü. Biz onu bir dəlil olaraq saxladıq. Lakin bunu xatırla­yanlar varmı?” (Qəmər, 54/13-15). Bax buna görə bu heka­yətdən ibarət olan şərh etdiyi­miz ayədə çoxsaylı dəlillərdən və çıxarılmış faydalı nəticələrdən bəhs edilməkdədir.

ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ;







Дата добавления: 2015-09-04; просмотров: 426. Нарушение авторских прав; Мы поможем в написании вашей работы!



Вычисление основной дактилоскопической формулы Вычислением основной дактоформулы обычно занимается следователь. Для этого все десять пальцев разбиваются на пять пар...

Расчетные и графические задания Равновесный объем - это объем, определяемый равенством спроса и предложения...

Кардиналистский и ординалистский подходы Кардиналистский (количественный подход) к анализу полезности основан на представлении о возможности измерения различных благ в условных единицах полезности...

Обзор компонентов Multisim Компоненты – это основа любой схемы, это все элементы, из которых она состоит. Multisim оперирует с двумя категориями...

Тема: Кинематика поступательного и вращательного движения. 1. Твердое тело начинает вращаться вокруг оси Z с угловой скоростью, проекция которой изменяется со временем 1. Твердое тело начинает вращаться вокруг оси Z с угловой скоростью...

Условия приобретения статуса индивидуального предпринимателя. В соответствии с п. 1 ст. 23 ГК РФ гражданин вправе заниматься предпринимательской деятельностью без образования юридического лица с момента государственной регистрации в качестве индивидуального предпринимателя. Каковы же условия такой регистрации и...

Седалищно-прямокишечная ямка Седалищно-прямокишечная (анальная) ямка, fossa ischiorectalis (ischioanalis) – это парное углубление в области промежности, находящееся по бокам от конечного отдела прямой кишки и седалищных бугров, заполненное жировой клетчаткой, сосудами, нервами и...

Вопрос. Отличие деятельности человека от поведения животных главные отличия деятельности человека от активности животных сводятся к следующему: 1...

Расчет концентрации титрованных растворов с помощью поправочного коэффициента При выполнении серийных анализов ГОСТ или ведомственная инструкция обычно предусматривают применение раствора заданной концентрации или заданного титра...

Психолого-педагогическая характеристика студенческой группы   Характеристика группы составляется по 407 группе очного отделения зооинженерного факультета, бакалавриата по направлению «Биология» РГАУ-МСХА имени К...

Studopedia.info - Студопедия - 2014-2024 год . (0.007 сек.) русская версия | украинская версия