Студопедия — And içirik ki, Biz Musaya Kitabı, onlar düz yolla getsinlər deyə, əta etdik”.
Студопедия Главная Случайная страница Обратная связь

Разделы: Автомобили Астрономия Биология География Дом и сад Другие языки Другое Информатика История Культура Литература Логика Математика Медицина Металлургия Механика Образование Охрана труда Педагогика Политика Право Психология Религия Риторика Социология Спорт Строительство Технология Туризм Физика Философия Финансы Химия Черчение Экология Экономика Электроника

And içirik ki, Biz Musaya Kitabı, onlar düz yolla getsinlər deyə, əta etdik”.






Firon məhv edildikdən və Musa (ə) israillilərlə birlikdə xilas edildikdən sonra, peyğəmbərin (ə) Allahın hökmlərinə uy­ğun olaraq öz xalqını idarə etməsinə və Onun qanunlarını açıq bəyan etməyə imkan yarandı. Allah ona (ə) vəd etmişdi ki, qırx gün ərzində Tövrat nazil ediləcəkdir və buna görə o (ə) şərtləşdikləri yerə yola düşdü. Fövqəluca buyurur: “Biz onun üçün lövhələrdə hər şey haqqında nəsihətlər və hər şeyin izahını yazdıq...” (Əraf, 7/145). Bütün bunlar ona görə edilmişdi ki, İsrail oğulları düz yola gəlsinlər, axı onlar dinin hökmlərini və qadağalarını təfsilatı ilə vəhyin sayəsində öyrənər, mükafatlan­dırma və cəzalandırmanın nə olduğunu bilər və həmçinin öz Rəbbini Onun gözəl adları və sifətləri vasitəslə dərk edə bilərdilər.

 

ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ;

Biz Məryəm oğlunu və anasını bir möcüzə etdik, onları xəlvət bir yüksəklikdə bulaq başında sığındırdık”.

 

Allah həmçinin özünün böyük mərhəməti ilə Məryəm oğlu İsanı (ə) himayə etmişdir. O (Pak və Müqəddəs Olan) onu (ə) və anasını (Allah ondan razı olsun) Özünün ən böyük möcüzələrin­dən biri etmişdir. Məryəm kişi iştirakı olmadan hamilə olmuş və bir oğul dünyaya gətirmiş və uşaq hələ beşikdə ikən danışmış və Allahın iradəsi ilə insanlara çoxlu möcüzələr göstərmişdir. Allah onları sakit, xəlvət və yüksək bir yerdə yerləşdirmişdi ki, onun yaxınlığında da bulaqlar axırmış. Güman etmək olar ki, bu, Məryəmin doğum ərəfəsində baş vermişdir, çünki bunu aşağı­dakı ayə də təsdiq edir: “Beləliklə, Məryəm hamilə oldu və onun­la birlikdə uzaq bir guşəyə çəkildi. Doğuş sancıları zama­nı o bir xurma ağacının yanına gəlib çıxdı və dedi: “Kaş ki, bu halımadək öləydim və həmişəlik yaddan çıxarılaydım! Onda o, aşağıdan ona belə səsləndi: “Qəm yemə! Rəbbin alt tərəfində çeşmə açmışdır. Xurmanı silkələ, üstünə təzə xurmalar tökülə­cək. Ye, iç və sevin!”” (Məryəm, 19/22-26). Bu vəhydən belə bir nəticə çıxır ki,Məryəm hündür bir yerdə imiş və ondan aşağıda isəbulaq axırmış.

 

ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ;

Ey elçilər! Halal şeylərdən yeyin və saleh işlər görün. Həqiqətən, nə etdikləriniz Mənə məlumdur”.

Fövqəluca Öz elçilərinə əmr etmişdir ki, təmiz halal yolla qazanılmış qida məhsullarını yesinlər və Allaha həmd edərək, elə xeyirxah işlər görsünlər ki, onlar qəlbləri və bədənlərini, həm də dünyəvi və Axirət həyatını nizama salmağa qadir olsun. Allah onlara bildirir ki, O, onların bütün əməllərindən xəbərdardır. Hər hansı əməl və hər hansı niyyət Allaha mütləq aydın olur və O, insanların əməllərini əvəzsiz qoymur. Şübhəsiz ki, elçilərə verilə­cək əvəz ən yaxşı və ən əlasından olacaqdır. Bütün bu deyilən­lərdən aydın olur ki, bütün elçilərə təmiz və keyfiyyətli yeməklər yemək halal, pis yeməklər isə haram edilmişdi və xeyirxah işlər görmək əmr olunmuşdu. Hərçənd müxtəlif peyğəmbərlərə veril­miş bəzi dini hökmlər fərqlənirdilər, amma onların hamısı saleh əməllər sırasına daxil idi. Onların arasında olan fərqlər bu və ya digər zamanın tələbatları ilə izah edilirdi.

Lakin saleh əməllər arasında elə əməllər də vardır ki, onlar bütün zamanlarda nemət gətirir və buna görə həmin əməllər Allahın bütün peyğəmbərlərinin (onlara Allahın salamı olsun!) təlimlərinə və səmavi şəriətlərə məxsus idi. Bu – Allahın Vahid olmasına iman gətirmək və tək Ona səmimiyyətlə ibadət etmək, Onu sevmək, Onun qarşısında qorxu hissi keçirmək, Ona təvəkkül etmək, xeyirxahlıq göstərmək, ancaq doğru olanı danış­maq, verilən vədi həmişə yerinə yetirmək, qohumluq əlaqələrini kəsməmək, valideynlərə ehtiram bəsləmək, zəiflərə və ehtiyacı olanlara yardım göstərmək, yetimləri himayə etmək, canlı məxluqlara qarşı şəfqətli olmaq və bir çox digər xeyirxah əməllər etmək hökmüdür. Məhz buna görə, əvvəlki Səmavi Kitablar haqqında biliyə malik olan insanlar Muhəmmədin (ona Allahın salavatı və salamı olsun!) təbliğ etdiyi ehkam və qadağalarına istinad edərək, onun (s.ə.s.) peyğəmbərliyinin doğru olduğunu bilirdilər. Bunun nümunəsi kimi, imperator Heraklın[109] hekayəti və digər buna bənzər hekayət­ləri göstərmək olar. Muhəmməd Peyğəmbər (s.ə.s.) insanları xeyirxah işlər görməyə çağırırdı ki, bu işləri görməyə ondan əvvəlki peyğəmbərlər də çağırırdılar və insanlara günah işlətməyi qadağan edirdi. Əvvəlki peyğəmbərlər də bu günahlardan çəkindi­rirdilər. Bütün bunlar onun (s.ə.s.) Allahın elçilərinin şan-şöhrət sahibi olan dəstəsinin nümayəndəsi olduğunu və şər əməl­ləri təbliğ edən, insanları xeyirxahlıq etməyə qoymayan yalançılardan seçildiyini təsdiq edirdi.

 

ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ;

 

(23. 52) “Həqiqətən, bu – sizin dininiz – vahid bir ümmət­dir, Mən də sizin Rəbbinizəm. Məndən qorxun!”

Ey elçilər! Sizin ümmətiniz – vahid bir ümmətdir və təkcə bir dinə etiqad edir və bir olan Rəbbə ibadət edir. Buna görə, Rəbbinizin ehkamlarını yerinə yetirərək, təqvalı olun və Onun haramlarından çəkinin!

Bu ehkamlar təkcə Allahın elçilərinə (onlara Allahın salamı olsun!) deyil, elçilərdən nümunə götürən və onların yolu ilə gedən bütün möminlərə də aiddir. Fövqəluca buyurur: “Ey iman gətirənlər! Bizim sizə verdiyimiz hala nemətlərdən yeyin və Allah şükür edin, əgər siz Ona ibadət edirsinizsə” (Bəqərə, 2/172). Özünü Allahın elçilərinin davamçısı adlandıran hər bir insan onlardan nümunə götürməli və Allahın bu hökmünü yerinə yetirməlidir. Lakin kafir günahkarlar Ona itaətsizlik etməyi üstün tuturlar və buna görə, sonra O, belə buyurur:

 

ﯘ ﯙ ﯚ ﯛﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ;

 







Дата добавления: 2015-09-04; просмотров: 471. Нарушение авторских прав; Мы поможем в написании вашей работы!



Аальтернативная стоимость. Кривая производственных возможностей В экономике Буридании есть 100 ед. труда с производительностью 4 м ткани или 2 кг мяса...

Вычисление основной дактилоскопической формулы Вычислением основной дактоформулы обычно занимается следователь. Для этого все десять пальцев разбиваются на пять пар...

Расчетные и графические задания Равновесный объем - это объем, определяемый равенством спроса и предложения...

Кардиналистский и ординалистский подходы Кардиналистский (количественный подход) к анализу полезности основан на представлении о возможности измерения различных благ в условных единицах полезности...

Демографияда "Демографиялық жарылыс" дегеніміз не? Демография (грекше демос — халық) — халықтың құрылымын...

Субъективные признаки контрабанды огнестрельного оружия или его основных частей   Переходя к рассмотрению субъективной стороны контрабанды, остановимся на теоретическом понятии субъективной стороны состава преступления...

ЛЕЧЕБНО-ПРОФИЛАКТИЧЕСКОЙ ПОМОЩИ НАСЕЛЕНИЮ В УСЛОВИЯХ ОМС 001. Основными путями развития поликлинической помощи взрослому населению в новых экономических условиях являются все...

Деятельность сестер милосердия общин Красного Креста ярко проявилась в период Тритоны – интервалы, в которых содержится три тона. К тритонам относятся увеличенная кварта (ув.4) и уменьшенная квинта (ум.5). Их можно построить на ступенях натурального и гармонического мажора и минора.  ...

Понятие о синдроме нарушения бронхиальной проходимости и его клинические проявления Синдром нарушения бронхиальной проходимости (бронхообструктивный синдром) – это патологическое состояние...

Опухоли яичников в детском и подростковом возрасте Опухоли яичников занимают первое место в структуре опухолей половой системы у девочек и встречаются в возрасте 10 – 16 лет и в период полового созревания...

Studopedia.info - Студопедия - 2014-2024 год . (0.012 сек.) русская версия | украинская версия