Студопедия — Xeyr! Onlar əvvəlkilərin dediyini deyirlər”.
Студопедия Главная Случайная страница Обратная связь

Разделы: Автомобили Астрономия Биология География Дом и сад Другие языки Другое Информатика История Культура Литература Логика Математика Медицина Металлургия Механика Образование Охрана труда Педагогика Политика Право Психология Религия Риторика Социология Спорт Строительство Технология Туризм Физика Философия Финансы Химия Черчение Экология Экономика Электроника

Xeyr! Onlar əvvəlkilərin dediyini deyirlər”.






(23. 82) “Onlar deyirlər: “Doğrudanmı biz ölüb, toz-tor­pağa və sür-sümüyə çevrildikdən sonra dirildiləcəyik?”

İndiki kafirlər də dirilməni inkar edən və onu mümkün olmayan bir şey sayan öz əvvəlki kafir nəsllərinin ardınca gedir­lər. Onlar təsəvvür edə bilmirlər ki, insanlar toz-torpağa, sür-sümüyə çevrildikdən sonra necə dirildiləcəklər. Bir də onlar belə deyirlər:

 

ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ;

Bu bizə vəd edilir, bundan əvvəl də atalarımıza vəd edilmişdi. Bu – sadəcə, qədim xalqların əfsanələridir”.

Qiyamət gününün gələcəyi haqqında hətta bizim qədim əcdadlarımızı da xəbərdar etmişdilər, lakin biz bu vaxtadək onu görməmişik. Həmin gün indiyə qədər başlamamışdır. Həqiqətən, bu – sadəcə köhnə nağıllardır ki, insanlar onları əylənmək xatiri­nə danışırlar. Onların gerçəkliklə heç bir əlaqəsi yoxdur[117].

Allah onları rüsvay etsin! Onlar dirilməni yalan saydılar, halbuki Allah onlara ecazkar möcüzələr nazil etmişdi ki, onlar dirilmədən daha böyük idi və ya ondan geri qalmırdılar. Bu barədə Fövqəluca buyurmuşdur: “Həqiqətən, göylərin və yerin yaradıl­ması insanın yaradılmasından daha əzəmətlidir, lakin insanların əksəriyyəti bilmir” (Ğafir, 40/57);

“Məgər insan görmür ki, Biz onu nütfədən yaratmışıq? O isə açıq-aşkar mübahisə edir! O Bizə misal çəkdi, amma öz yaradılışını unutdu. O dedi: “Çürümüş sümükləri kim canlan­dı­­racaq?” De: “İlk dəfə Yaradan onları dirildəcək. O, bütün məx­­­­luq­lardan xəbərdardır”. O, sizin üçün yaşıl ağacdan od ya­ratmış­dır və indi siz onu yandırırsınız” (Yasin, 36/77-80);

“Sən torpağı qupquru görürsən. Biz ona yağış nazil edən kimi, o hərəkətə başlayır, qabarır və müxtəlif gözəl bitkilər törədir. Bu – Allahın Haqq olduğundandır, ölüləri dirildir və hər şeyə qadirdir, çünki şübhə olunmayan Saat mütləq gələcək­dir və buna görə Allah qəbirdə olanları dirildəcəkdir” (Həcc, 22/5-7).

 

ﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚ ﯛ ﯜﯝ ﯞ ﯟ ﯠ ﯡ;

 

(23. 84) “De: “Əgər bilirsinizsə, deyin, Yer kimə məxsus­dur?”

(23. 85) “Onlar deyəcəklər: “Allaha”. De: “Doğrudanmı siz nəsihəti xatırlamayacaqsınız?”

 

Ey Muhəmməd! Dirilmənin haqq olduğunu inkar edən və bəzi məxluqları Allaha bərabər tutan kafirlərə müraciət et. Onların Allahı Vahid Rəbb və Kainatın Hökmdarı saymalarından istifadə edərək, onları əmin et ki, Allah həm də ibadətə layiq Vahid Allahdır. Həmçinin onların Allahı əzəmətli və nəhəng məxluqları yaradan olaraq qəbul etmələrini nəzərə alıb, onları inandır ki, O, bunlardan daha az mürəkkəb olan əməlləri də etmək və ölüləri diriltmək qüdrətinə malikdir.

Onlardan soruş: “Yerin, həmçinin onun üstündə olan heyvanların, bitkilərin, cansız əşyaların, dənizlərin, çayların və dağların Xaliqi kimdir? Bunların hamısı kimə məxsusdur? Əgər sən onlardan bu barədə soruşsan, onda onlar mütləq deyəcəklər ki, bütün bunlar tək Allaha məxsusdur. Əgər onlar bunu etiraf etsələr, onda de: “Niyə sizə yaxşı məlum olan və sizin təh­təl­şüurunuza yeridilmiş şeylər üzərində düşünmürsünüz? Allah bunları sizə xatırladır, çünki insan haqdan dönə və onu müəyyən vaxta qədər nəzərdən qaçıra bilər. Lakin əgər siz bu nəsihət üzərində düşünsəniz, onda sizə aydın olar ki, Kainatın Hökmdarı Vahid Rəbb olan Allahdır və qullara ibadət etmək ən yüksək dərəcədə əbəs və yanlışdır”. Sonra Allah daha vacib bir məsələyə keçir və belə əmr edir:

 

ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ;

(23. 86) “De: “Yeddi göyün [118] Rəbbi və əzəmətli Ərşin Rəbbi kimdir?”

(23. 87) “Onlar deyəcəklər: “Allah”. De: “Məgər siz qorx­mur­sunuz?”

Ey Muhəmməd! Onlardan soruş: “Kim göylərə və onlarda səpələnmiş qüdrətli göy cisimlərinə və həmçinin hərəkət edən və hərəkətsiz planetlərə hökmranlıq edən kimdir? Kim Ərşə - ən uca, ən nəhəng və ən əzəmətli məxluqa hökmranlıq edir? Kim bu məxluqları yaratmışdır və bildiyi kimi onları idarə edir?” Onlar mütləq etiraf edəcəklər ki, bu məxluqların Vahid Rəbbi Allahdır. Belə olduqda, onlara de: “Doğrudanmı siz köməksiz məxluqlara ibadət etməkdən əl çəkməyəcəksiniz və hakimiyyəti, qüdrəti hüdudsuz olan Böyük Rəbdən qorxmursunuz?” Bu ayə ona dəla­lət edir ki, Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) öz həmsöhbətlərinə qarşı xeyirxah və yumşaq davranırdı. O (s.ə.s.) sanki onlara Allahdan qorxmağı təklif edirdi, onlara öz seçim­lərini etməyi təklif edirdi, çünki belə yanaşma insanlarda açıq-aydın heyranlıq hissi yaradır. Sonra Allah daha vacib bir məsə­ləyə keçir və belə əmr edir:

 

ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂﰃ ﰄ ﰅ ﰆ ﰇ;

 

(23. 88) “De: “Bütün şeylər üzərində hakimiyyət kimin Əlindədir? Kim qoruyur və Kimdən qorunmaq mümkün deyil? Məgər bilirsiniz?”

(23. 89) “Onlar: “Allah” deyəcəklər. De: “Bəs niyə bu qədər aldadılmışsınız?”

 

Ey Muhəmməd! Onlardan soruş: “Göylərdə və yerdə haki­miyyət və səltənət kimə məxsusdur? Zahirdə və batində olan məxluqların hamısı kimindir? Öz qullarını bəlalardan müdafiə edən və onları hər hansı təhlükədən və xoşagəlməzliklərdən qoruyan kimdir? Yeganə olaraq Ondan gizlənilməsi mümkün olmayan, qədərindən qaçınılması düşünməz olan, Qarşısında Özünün icazəsi olmadan kiməsə havadarlıq edilməsi mümkün­süz olan Kimdir?” onlar mütləq deyəcəklər ki, Allahdır – bütün varlığın Yeganə Hökmdarı və məhz O (Pak və Müqəddəs Olan), Öz qullarını bəlalardan qorumağa Qadirdir və Ondan müdafiə olunmaq mümkün deyildir. Belə olduqda, onları məcbur et ki, aldadıldıqlarını boyunlarına alsınlar. Onlara de: “Bütlərə ibadət edərkən, onların tamamilə iqtidarsız olduğunu və onların müstəqil hakimiyyətə malik olmadıqlarını və Allahla hakimiy­yətə şərik olmadıqlarını bildiyiniz halda, nə düşünürdünüz? Necə olmuşdu ki, siz, Kainatda baş verən hər şeyin sərəncamı əlində olan Böyük və Fövqəlqüdrətli Sultana səmimi qulluqdan boyun qaçırmışdınız? Əgər sizi bu yola sizin ağıllarınız itələ­mişdisə, onda siz dərindən aldadılmışsınız. Heç bir şübhə yoxdur ki, şeytan sizi şirnikləndirib, azğınlığa salmışdır. O, sizin gözü­nüzdə yanlış yolu bər-bəzəkli göstərmiş və yalanı sizə haqq kimi təqdim etmişdir. O, sizin ağlınızı, cadugərlər və sehrbazlar insan­ların baxışlarını ovsunladıq­ları kimi, ovsunlamışdır”.

 

ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ;

 







Дата добавления: 2015-09-04; просмотров: 351. Нарушение авторских прав; Мы поможем в написании вашей работы!



Практические расчеты на срез и смятие При изучении темы обратите внимание на основные расчетные предпосылки и условности расчета...

Функция спроса населения на данный товар Функция спроса населения на данный товар: Qd=7-Р. Функция предложения: Qs= -5+2Р,где...

Аальтернативная стоимость. Кривая производственных возможностей В экономике Буридании есть 100 ед. труда с производительностью 4 м ткани или 2 кг мяса...

Вычисление основной дактилоскопической формулы Вычислением основной дактоформулы обычно занимается следователь. Для этого все десять пальцев разбиваются на пять пар...

Принципы резекции желудка по типу Бильрот 1, Бильрот 2; операция Гофмейстера-Финстерера. Гастрэктомия Резекция желудка – удаление части желудка: а) дистальная – удаляют 2/3 желудка б) проксимальная – удаляют 95% желудка. Показания...

Ваготомия. Дренирующие операции Ваготомия – денервация зон желудка, секретирующих соляную кислоту, путем пересечения блуждающих нервов или их ветвей...

Билиодигестивные анастомозы Показания для наложения билиодигестивных анастомозов: 1. нарушения проходимости терминального отдела холедоха при доброкачественной патологии (стенозы и стриктуры холедоха) 2. опухоли большого дуоденального сосочка...

Приложение Г: Особенности заполнение справки формы ву-45   После выполнения полного опробования тормозов, а так же после сокращенного, если предварительно на станции было произведено полное опробование тормозов состава от стационарной установки с автоматической регистрацией параметров или без...

Измерение следующих дефектов: ползун, выщербина, неравномерный прокат, равномерный прокат, кольцевая выработка, откол обода колеса, тонкий гребень, протёртость средней части оси Величину проката определяют с помощью вертикального движка 2 сухаря 3 шаблона 1 по кругу катания...

Неисправности автосцепки, с которыми запрещается постановка вагонов в поезд. Причины саморасцепов ЗАПРЕЩАЕТСЯ: постановка в поезда и следование в них вагонов, у которых автосцепное устройство имеет хотя бы одну из следующих неисправностей: - трещину в корпусе автосцепки, излом деталей механизма...

Studopedia.info - Студопедия - 2014-2024 год . (0.008 сек.) русская версия | украинская версия