Студопедия — Heç bir ümmət öz əcəlini nə qabaqlaya, nə də yubandıra bilər”.
Студопедия Главная Случайная страница Обратная связь

Разделы: Автомобили Астрономия Биология География Дом и сад Другие языки Другое Информатика История Культура Литература Логика Математика Медицина Металлургия Механика Образование Охрана труда Педагогика Политика Право Психология Религия Риторика Социология Спорт Строительство Технология Туризм Физика Философия Финансы Химия Черчение Экология Экономика Электроника

Heç bir ümmət öz əcəlini nə qabaqlaya, nə də yubandıra bilər”.






(23. 44) “Sonra Biz bir-birinin ardınca Öz elçilərimizi göndərirdik. Hər dəfə, elçi hər hansı bir xalqın yanına gəldikdə, onlar onu yalançı adlandırırdılar. Biz onları bir-birinin ardınca göndərirdik və onları əfsanələrin mövzusu edirdik. Məhv olsun kafirlər!”

Bu inadkar kafirlərin həlak edilməsindən sonra Allah insanların digər nəsllərini yaratdı. Hər bir xalq üçün müəyyən əzəl təyin edilmişdi ki, insanlar onların gəlişini nə tezləşdirə, nə də ləngidə bilməzdilər. Onların yanına bir-birinin ardınca Allahın elçiləri göndərilirdi ki, insanlar iman gətirsinlər[107] və haqqı başqalarına da izah etsinlər. Lakin naşükürlük və inkarçılıq yolsuz xalqların ayrılmaz xassələrindəndir. Hər dəfə Allah elçisi zalım kafirlərin yanına gələndə, onlar onu, çoxsaylı möcüzələr göstərməsinə baxmayaraq, yalançı adlandırırdılar, halbuki bu hər biri ayrılıqda kifayət idi ki, insan iman gətirsin. Bu xalqlardan sadəcə olaraq peyğəmbərlərin onlara söylədiklərinə və hökmlə­rinə diqqətlə qulaq asmaq tələb olunurdu ki, bunun əsasında da onlar Allahın elçilərinin (onlara salam olsun!) bütün gətirdiklə­rinin həqiqət olmasına əmin olaydılar. Buna görə Allah kafir xalqları sonuncu nəfərinə kimi məhv edir, məskənlərini viran qoyur və onların haqqında hekayətləri müdriklik qaynağı olan əfsanələrə çevirirdi. İnsan bir-birilərinə bu xalqlar haqqında əfsanələr rəvayət edirdilər ki, bunlar da təqva sahibləri üçün nəsihətamiz dastan, allahsızlar üçün isə cəza və rüsvayçılıq rolunu oynayırdı. Allah onları məhv etsin! Onlar necə də bədbəxtdirlər! Allah onları yox etsin! Onların əqdləri necə də ziyanlıdır!

Bir dəfə mən adını xatırlaya bilmədiyim ilahiyyatçılardan birinin sözlərini oxumuşdum. O belə hesab edirdi ki, Musanın (ə) gəlişindən və Tövratın nazil edilməsindən sonra, Allah kafir xalqların kökünü kəsmir, möminlərə inadkarlıqla kafirlik edənlərə qarşı mübarizə aparmaq hökmü vermişdir. O vaxt mən bu ilahiyyatçının nəyə istinad etdiyini bilmirdim. Mən bu ayələr və “əl-Qəsəs” surəsinin vəhyləri üzərində düşünməyə başlayan­da, mənə onun dəlilləri aydın oldu. Şərh etdiyimiz ayələrdə Allah, bizə Musa peyğəmbəri (ə) Tövrat ilə göndərənədək bir-birini əvəz edən kökləri kəslmiş xalqlar haqqında xəbər ver­miş­dir. Bu, Allahın Fironu məhv etməsi ilə ziddiyyət təşkil etmir, çünki onun qoşunları Tövratın nazil edilməsindən öncə məhv olmuşdu. “Əl-Qəsəs” surəsinin ayələri məsələyə bir daha aydın­lıq gətirir. Fironun məhv olmasını xatırlatdıqdan sonra, Fövqəluca Allah buyurur: “İlk nəslləri həlak edərək, Biz Musa­ya, insanlara əyani nəsihət, haqq Təlim və mərhəmət kimi Kitab əta etdik ki, onlar nəsihəti xatırlaya bilsinlər” (Qəsəs, 28/43). Tamamilə aydındır ki, Allah Musaya (ə) Kitabı kafir xalq­ları həlak etdikdən sonra vermişdir. O (Pak və Müqəddəs Olan) bildirir ki, bu Kitab mömin­lərdən ötrü düz yol üçün əyani nəsihət, Təlimat və mərhəmət olmalıdır.

Yəqin ki, aşağıdakı vəhyi məhz belə izah etmək olar: “On­dan sonra Biz onların xalqlarına elçilər göndərdik. Elçilər on­lara açıq-aydın dəlillər gətirirdilər, lakin onlar, əvvəllər rədd etdiklərinə iman gətirmək istəmirdilər. Biz cinayətkarların ürə­yini belə möhürləyirik. Onlardan sonra Biz Musanı və Harunu Öz möcüzələrimizlə Fironun və onun əyanlarının yanına gön­dərdik, lakin onlar təkəbbürlülük göstərdilər. Onlar günahkar xalq idi” (Yunus, 10/74-75). Bunun ən yaxşısı Allaha məlumdur.

 

ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ;

 

(23. 45) “Sonra Biz Musanı və onun qardaşı Harunu Öz möcüzələrimizlə və aydın dəlillərimizlə”

Fironun və onun əyanlarının yanına göndərdik, lakin onlar təkəbbürlülük göstərdilər, axı onlar onsuz da dik­baş idilər”.

 

İmran oğlu Musa (ə) Rəhmli Rəbbin Özü ilə danışan elçi olmuşdur. O (ə) Allahdan xahiş etmişdi ki, qardaşı Harun (ə) da onunla (ə) birlikdə peyğəmbərlik yükünü onunla bölüşdürsün. Allah da onun (ə) xahişini qəbul etmişdir. O (Pak və Müqəddəs Olan) onları, doğruluqlarına şəhadət verən və bütün təbliğ etdiklərinin haqq olduğunu təsdiq edən dəlillərlə təchiz etmişdi. O (Pak və Müqəddəs Olan) onlara həmçinin aydın bir dəlil də vermişdi ki, bu dəlil o dərəcədə inandırıcı idi ki, zəhmət çəkmə­dən insanlarını ürəyini ələ ala bilirdi. Bunun sayəsində mömin­lərin ürəkləri haqqın qarşısında səcdəyə gəlir, inadkar allahsızlar isə özlərinə bəraət qazanmaq imkanından məhrum olurdular.

Bu ayələr aşağıdakılara bənzəyir: “Biz Musaya doqquz aydın möcüzə əta etdik. İsrail oğullarından soruş ki, Musa onların yanına necə gəlmişdi və Firon ona demişdi: “Ey Musa! Həqiqətən, mən güman edirəm ki, sən sehrlənmisən”. ( Musa ) dedi: “Sən artıq bilirsən ki, kimsə deyil, təkcə göylərin və yerin Rəbbi onları əyani dəlillər kimi nazil etmişdir. Ey Firon! Mən düşünürəm ki, sən həlak olacaqsan” (İsra, 17/101-102);

“Bizim möcüzələrimiz əyani olaraq onlara göstərildikdə, onlar dedilər: “Bu – açıq bir sehrdir”. Onlar dəlilləri zalımca­sı­na və təkəbbürlə rədd etdilər, halbuki onlar ürəklərində dəlil­lərin doğruluğuna əmin idilər” (Nəml, 27/13-14).

Bu surədə Fövqəluca xəbər verir ki, Musa və Harun Fir­onun, Hamanın və Fironun ətrafına daxil olan digər fasiqlərin yanına göndərilmişdilər. Lakin onlar Allaha iman gətirməkdən təkəbbürlə imtina etmiş və Onun elçiləri qarşısında təşəxxüs göstərmişdilər. Onlar özlərini əzəmətli və hakimiyyət sahibləri kimi hiss edirdilər və yer üzündə şərəfsizlik yayırdılar və onların haqqa qarşı bu rəftarlarında təəccüblü bir şey yoxdur.

 

ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ;

 

(23. 47) “Onlar dedilər: “Doğrudanmı biz, bizim kimi olan bu iki nəfərə inanmalıyıq, halbuki onların xalqı bizə xidmət edir?”







Дата добавления: 2015-09-04; просмотров: 432. Нарушение авторских прав; Мы поможем в написании вашей работы!



Вычисление основной дактилоскопической формулы Вычислением основной дактоформулы обычно занимается следователь. Для этого все десять пальцев разбиваются на пять пар...

Расчетные и графические задания Равновесный объем - это объем, определяемый равенством спроса и предложения...

Кардиналистский и ординалистский подходы Кардиналистский (количественный подход) к анализу полезности основан на представлении о возможности измерения различных благ в условных единицах полезности...

Обзор компонентов Multisim Компоненты – это основа любой схемы, это все элементы, из которых она состоит. Multisim оперирует с двумя категориями...

Огоньки» в основной период В основной период смены могут проводиться три вида «огоньков»: «огонек-анализ», тематический «огонек» и «конфликтный» огонек...

Упражнение Джеффа. Это список вопросов или утверждений, отвечая на которые участник может раскрыть свой внутренний мир перед другими участниками и узнать о других участниках больше...

Влияние первой русской революции 1905-1907 гг. на Казахстан. Революция в России (1905-1907 гг.), дала первый толчок политическому пробуждению трудящихся Казахстана, развитию национально-освободительного рабочего движения против гнета. В Казахстане, находившемся далеко от политических центров Российской империи...

Тема: Кинематика поступательного и вращательного движения. 1. Твердое тело начинает вращаться вокруг оси Z с угловой скоростью, проекция которой изменяется со временем 1. Твердое тело начинает вращаться вокруг оси Z с угловой скоростью...

Условия приобретения статуса индивидуального предпринимателя. В соответствии с п. 1 ст. 23 ГК РФ гражданин вправе заниматься предпринимательской деятельностью без образования юридического лица с момента государственной регистрации в качестве индивидуального предпринимателя. Каковы же условия такой регистрации и...

Седалищно-прямокишечная ямка Седалищно-прямокишечная (анальная) ямка, fossa ischiorectalis (ischioanalis) – это парное углубление в области промежности, находящееся по бокам от конечного отдела прямой кишки и седалищных бугров, заполненное жировой клетчаткой, сосудами, нервами и...

Studopedia.info - Студопедия - 2014-2024 год . (0.011 сек.) русская версия | украинская версия