Студопедия — Biz onun duasına cavab verdik və onu qəmdən qurtardıq. Biz möminlərə belə nicat veririk”.
Студопедия Главная Случайная страница Обратная связь

Разделы: Автомобили Астрономия Биология География Дом и сад Другие языки Другое Информатика История Культура Литература Логика Математика Медицина Металлургия Механика Образование Охрана труда Педагогика Политика Право Психология Религия Риторика Социология Спорт Строительство Технология Туризм Физика Философия Финансы Химия Черчение Экология Экономика Электроника

Biz onun duasına cavab verdik və onu qəmdən qurtardıq. Biz möminlərə belə nicat veririk”.






Fövqəluca buyurur: “Əgər o, Bizi mədh edənlərdən olma­saydı, mütləq dirildiləcəkləri günə qədər onun bətnində qa­lardı” (Saffat, 37/143-144). Allah onu (ə) böyük bir müsibətdən qurtarır – O, möminləri belə xilas edir. Bu, kədərə və ya fəlakətə düçar olmuş bütün möminlər üçün təyin olunmuş vəd və müjdədir. Allah onları qəm-qüssədən azad etməyi və onların talelərini yüngülləşdirməyi, təkcə iman sahibi olduqlarına görə, onlara vəd etmişdir. Həmin səbəbə görə, O, Yunus peyğəmbəri (ə) də fəlakətdən qurtarmışdı.

 

ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ;

(21. 89) “Rəbbinə: “Ey Rəbbim! Məni tənha qoyma, Sən varislərin ən yaxşısısan” – deyə, dua edən Zəkəriyyanı da xatırla!”

 

Ey Muhəmməd! Bizim qulumuz və elçimiz Zəkəriyyanı (ə) və onun gözəl məziyyətlərini də xoş sözlərlə yad et! Onun (ə) gözəl xüsusiyyətləri və məziyyətləri arasında eləsi də var ki, ətrafında­kılar haqqında səmimi qayğıkeşliyinə və Allahın ona göstərdiyi mərhəmətinə dəlalət edir. Bu gözəl cəhətlərdən biri də onun (ə) Rəbbinə müraciət edərək onu (ə) tək qoymamağını xahiş etdiyi duasıdır. Quran ayələrində xəbər verilir ki, Zəkəriyyə peyğəmbər (ə) demişdir: “Ey Rəbbim! Həqiqətən, sümüklərim zəifləmiş və başım tamamilə ağarmışdır. Axı əvvəllər sənə etdiyim dualarım sayəsində, ey Rəbbim, mən bədbəxt deyil­dim. Mən məndən sonra qohumlarımın törədəcəklərindən ehtiyat edirəm, çünki mənim zövcəmin uşağı olmur. Mənə Özündən bir varis əta et ki, o, mənə və Yaqubun ailəsinə varis olsun. Onu, ey Rəbbim, elə et ki, ondan razı qalasan!” (Məryəm, 19/4-6). Bu sözlərdən aydın olur ki, saleh peyğəmbər (ə) ölü­münün yaxınlaşdığını hiss edirdi və qorxurdu ki, ondan sonra Allahın dinini təbliğ edən və insanlara nəsihət verən bir adam olmasın. O ehtiyat edirdi ki, onun yanında onu əvəz edən, başladığı işi davam etdirən bir adam olmasın. O demişdi: “Ey Rəbbim! Sən – varislərin ən yaxşısısan. Sənin sonun yoxdur və mütləq bizim nailiyyətlərimizə varis olacaqsan. Sən insanlara müqayisəedilməz dərəcədə məndən çox qayğı bəsləyirsən. Lakin mən cəsarət edib Səndən bunu xahiş edirəm ki, özümü, öz qəlbimi sakitləşdirim və mükafatımı artırım”.

 

ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤﯥ ﯦ ﯧﯨ ﯩ ﯪ ﯫﯬ ﯭ ﯮﯯﯰ ﯱﯲ;

 

Biz onun duasına cavab verdik, ona Yəhyanı bəxş etdik və onun zövcəsini buna qadir etdik. Həqiqətən, onlar yaxşılıq etməyə tələsər, Bizə ümid və qorxu ilə dua edərdilər və qarşımızda müti idilər”.

 

Allah Zəkəriyyəyə (ə) mömin bir oğul – əvvəllər bənzərini yaratmadığı Yəhya peyğəmbəri (ə) bağışladı. Bundan ötrü O, Zəkəriyyənin (ə) zövcəsini doğmağa qadir etdi. Qadın bəhrəsizdi, lakin Allah Zəkəriyyənin xatirinə onu sağlamlaşdırdı. Bu insanın mömin şəxslə yağınlığından necə faydalana biləcəyini dəlalət edir. Mömin ər zövcəsinə çoxlu xeyir gətirir. Sadəcə olaraq Zəkəriyyə peyğəmbərin (ə) ailəsinə gəldikdə isə, onların ittifa­qının nəticəsi – Yəhya peyğəmbərin (ə) doğulması oldu.

Bir neçə və elçiləri ayrı-ayrı yada saldıqdan sonra Fövqəluca Allah onların hamısını birlikdə tərifləyir və buyurur ki, onların hamısı xeyirxah işlər görməkdə səy göstərmişlər. Onlar yaxşılıq etməyə tələsir və onu ən şərəfli saatlarda yerinə yeti­rirdilər. Bu zaman onlar xeyirxah əməlləri ən mükəmməl tərzdə icra edərdilər və əgər onların xeyirli iş görmək imkanı yaran­dıqda, onlar belə imkanı əldən buraxmazdılar. Onlar Allaha ümid və qorxu ilə dua edər, Ondan onlara həm bu dünyada, həm də ölümdən sonra əmin-amanlıq nəsib etməyi diləyər və həmçinin hər iki dünyada zərər verə biləcək hər şeydən onları qorumasını yalvarırdılar. Onlar yaxşılığa can atırdılar və laqeyd qullar sırasında deyildilər. Bununla yanaşı onlar Onun qarşısında müti və Ona tabe idilər ki, bu da onların Onu nə dərəcədə dərk etməyi bacardıqlarını sübut edir.

 

ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ;

 

Bəkarətini qoruyanı da yada sal! Biz Ruhumuz vasitəslə ona üfürdük, onu və oğlunu aləmlər üçün bir dəlil etdik”.

Ey Muhəmməd! Məryəmin (ona salam olsun!) gözəl xatirə­sini hörmətlə yad et və onu layiqincə təriflə! O öz qoynunu gü­nahdan qorudu və hətta ona heç yaxınlaşmadı da. Bundan başqa, o (ona salam olsun!) öz qoynunu yol veriləndən də qorudu və ərə getmədi, çünki özünü bütövlüklə Allaha ibadətə və səmimi xidmətə həsr etmişdi. Mələk Cəbrail (ə) onun qarşısında gözəl boy-buxunlu, yaraşıqlı gənc kişi simasında peyda olduqda isə, Məryəm ona belə dedi: “Mən Mərhəmətliyə sığınıram ki, O, məni səndən qorusun, əgər sən təqvalısansa” (Məryəm, 19/18). Onun layiq olduğu mükafat – Allahın ona uşaq əta etməsi və uşağın ata iştirakı olmadan doğulması (Allahın iradəsi ilə mələk Cəbrail (ə) onun qoynuna yeni həyat üfürmüşdü) xeyirxah əməllərinə bütünlüklə uyğun idi.

Məryəm (ona salam olsun!) və oğlu (ə) aləmlər üçün möcüzə oldular, çünki hər hansı bir kişinin iştirakı olmadan o hamilə oldu və uşaq doğdu. Sonra isə təzə doğulmuş körpə beşikdə ikən dil açıb danışdı və anasının ünvanına söylənən ittihamları təkzib etdi. O (ə) həmçinin özünün böyük təyinatı haqqında xəbər verdi. Sonra Allah onu (ə) qəribə möcüzələrlə şərəfləndirdi ki, onların haqqında bu gün yaxşı məlumdur. Bunun sayəsində Məryəm və oğlu, həqiqətən, Allahın möcüzələri adlandırılmağa layiqdirlər. İnsanlar onların barəsində hekayətləri nəsldən-nəslə ötürürlər, ağıl sahibi olan kişilər isə, onlardan faydalı nəticələr çıxarırlar.

ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ;

 

(21. 92) “Həqiqətən, bu sizin dininiz – tək bir dindir. Mən isə sizin Rəbbinizəm. Təkcə Mənə ibadət edin!”

 

Peyğəmbərlər haqqında xatırlatmadan sonra Fövqəluca Allah insanlara bildirir ki, yuxarıda adları çəkilən bütün elçilər təqlid edilməyə layiq olan rəhbərlərdir və digər insanlar onlara oxşamalıdırlar. Allahın qulları onların yolu ilə getməli, bir dinə etiqad etməli vahid hökmlərə əsaslanmalı və tək olan bir Rəbbə ibadət etməlidirlər. Buna görə də Allah hamını xəbərdar edir ki, O, bütün insanların Rəbbidir. O, bəşəriyyəti xəlq etmiş, Öz səxavəti ilə onu tərbiyələndirmiş, ona mənəvi və maddi nemətlər əta etmişdir. Bütün insanların vahid bir Rəbbi, vahid peyğəmbəri və vahid dini vardır ki, o, şəriki olmayan bir Allaha ibadətə əsaslanır. Bu isə o deməkdir ki, bütün insanlar öz vəzifələrini yerinə yetirməli və öz Rəbbinə ibadət etməlidirlər. Bu ayənin mətni özü ona dəlalət edir ki, Ona ibadət bu ayənin başlanğıcında deyilənlərin nəticəsidir.

 

ﭦﭧﭨﭩﭪﭫ ﭬﭭ;

 







Дата добавления: 2015-09-04; просмотров: 550. Нарушение авторских прав; Мы поможем в написании вашей работы!



Обзор компонентов Multisim Компоненты – это основа любой схемы, это все элементы, из которых она состоит. Multisim оперирует с двумя категориями...

Композиция из абстрактных геометрических фигур Данная композиция состоит из линий, штриховки, абстрактных геометрических форм...

Важнейшие способы обработки и анализа рядов динамики Не во всех случаях эмпирические данные рядов динамики позволяют определить тенденцию изменения явления во времени...

ТЕОРЕТИЧЕСКАЯ МЕХАНИКА Статика является частью теоретической механики, изучающей условия, при ко­торых тело находится под действием заданной системы сил...

Тема: Кинематика поступательного и вращательного движения. 1. Твердое тело начинает вращаться вокруг оси Z с угловой скоростью, проекция которой изменяется со временем 1. Твердое тело начинает вращаться вокруг оси Z с угловой скоростью...

Условия приобретения статуса индивидуального предпринимателя. В соответствии с п. 1 ст. 23 ГК РФ гражданин вправе заниматься предпринимательской деятельностью без образования юридического лица с момента государственной регистрации в качестве индивидуального предпринимателя. Каковы же условия такой регистрации и...

Седалищно-прямокишечная ямка Седалищно-прямокишечная (анальная) ямка, fossa ischiorectalis (ischioanalis) – это парное углубление в области промежности, находящееся по бокам от конечного отдела прямой кишки и седалищных бугров, заполненное жировой клетчаткой, сосудами, нервами и...

Вопрос 1. Коллективные средства защиты: вентиляция, освещение, защита от шума и вибрации Коллективные средства защиты: вентиляция, освещение, защита от шума и вибрации К коллективным средствам защиты относятся: вентиляция, отопление, освещение, защита от шума и вибрации...

Задержки и неисправности пистолета Макарова 1.Что может произойти при стрельбе из пистолета, если загрязнятся пазы на рамке...

Вопрос. Отличие деятельности человека от поведения животных главные отличия деятельности человека от активности животных сводятся к следующему: 1...

Studopedia.info - Студопедия - 2014-2024 год . (0.008 сек.) русская версия | украинская версия