Студопедия — Biz bu Quranda izahat veririk ki, onlar nəsihət­ləri yada salsınlar, lakin bu onların ancaq kin-küdurətini artırır”.
Студопедия Главная Случайная страница Обратная связь

Разделы: Автомобили Астрономия Биология География Дом и сад Другие языки Другое Информатика История Культура Литература Логика Математика Медицина Металлургия Механика Образование Охрана труда Педагогика Политика Право Психология Религия Риторика Социология Спорт Строительство Технология Туризм Физика Философия Финансы Химия Черчение Экология Экономика Электроника

Biz bu Quranda izahat veririk ki, onlar nəsihət­ləri yada salsınlar, lakin bu onların ancaq kin-küdurətini artırır”.






Fövqəluca bu ayədə xəbər verir ki, Quran ayələrində istəni­lən dini hökmlər izah edilmişdir. Onlarda Quranın dəvət etdiyi şeylərin xeyrinə olan çoxsaylı dəlillər vardır. Onlarda insanların özlərinə xeyir gətirməsi və onlara zərər vura bilməsi ilə əlaqədar tez-tez xatırlanması üçün müəyyən edilmiş öyüd-nəsihətlər vardır. Belə olarsa, onlar zərərli və təhlükəli olan hər şeydən çəkinərək faydalı əməllər yerinə yetirə bilərlər. Lakin insanların əksəriyyəti kəramətli Quran ayələrindən üz çevirməyi üstün tuturlar. Bunun səbəbi isə ondadır ki, onlar həqiqətə nifrət edirlər və etiqad etdikləri yanlış baxışlara aludədirlər. Onlar öz yalan­larına o dərəcədə fanatikcəsinə qapılıblar ki, Allahın ayələrinə qulaq asmaq və onlara diqqət yetirmək istəmirlər.

Onu da qeyd etmək lazımdır ki, Quran ayələrinin əksəriy­yəti və onların inandırıcı dəlilləri tək Allaha ibadətin zəruriliyinə həsr edilmişdir, çünki tövhid imanın ən mühüm əsasıdır. Allah tövhidə etiqad etməyi əmr etmiş və Ona şərik qoşmağı isə yasaqlamışdır. O, Öz sözlərini çoxsaylı nasslar[15] və məntiqi dəlillərlə sübuta yetirmişdir. Əgər insan, heç olmazsa, bu dəlillə­rin bir hissəsi üzərində düşünərsə, onun qəlbində tək Allaha ibadət etməyin zəruriliyinə kiçicik şübhə yeri belə qalmaz. Növbəti ayədə Fövqəluca bu məntiqi dəlillərdən birini xatırladır.

 

ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅﮆ ﮇ ﮈ ﮉ ﮊ;

 

De: “Əgər, onların söylədiyi kimi, Onunla bəra­bər digər tanrılar mövcud olsaydılar, onda onlar hökmən Ərşin Rəbbinə yol arayardılar”.

EyMuhəmməd! Allahla bərabər digər tanrıların olduğuna inanan müşriklərə de: “Əgər sizin uydurmalarınız və yanlış ehtimallarınız həqiqət olsaydı, onda bütün tanrılar özlərini Allaha ibadət etməyə həsr edər, Onun yaxınları arasında olmaq ümidi ilə Ona doğru can atardılar. Niyə öz Rəbbinə ibadət etməyə güclü ehtiyacı olan Allahın zəif və köməksiz qulları Onunla bərabər digər ilahlara ibadət etməyə başlayırlar? Məgər bu ən böyük zalımlıq və dəhşətli bir axmaqlıq deyilmi?!!”

Belə bir şərh nəzərə alınarsa, onda təfsir etdiyimiz ayə Quranın aşağıdakı vəhyinə oxşayacaqdır: “Onların dua etdikləri, özləri, digərlərini qabaqlayaraq, öz Rəbbinə yaxınlaşmağa yol­lar arayırlar. Onlar Onun lütfkarlığına ümid bəsləyir və Onun əzabından qorxurlar” (İsra, 17/57).

“O Gün O, onları və onların Allahın yerinə ibadət etdik­lərini toplayacaq və deyəcək: “Sizmi Mənim bu qullarımı azğınlığa salmışdınız və ya onlar özləri yollarını azmışdılar?” Onlar deyəcəklər: “Sən paksan! Bizə Sənin əvəzinə özümüzə hamilər və köməkçilər götürmək yaraşmazdı. Lakin Sən onlara və atalarına nemətlərindən faydalanmağa imkan verdin, onlar isə Zikri unutdular. Onlar islaholunmaz xalq idi” (Furqan, 25/17-18).

Lakin şərh etdiyimiz ayənin digər təfsiri də mövcuddur və ona uyğun olaraq belə bir nəticə çıxarılmışdır ki, əgər Allahla bərabər digər ilahlar mövcud olsaydılar, onlar Fövqəluca Allaha üstün gəlməyə cəhd göstərərdilər və digərlərini özünə tabe edən ilah Vahid Rəbb olan Allah olardı. Amma müşriklər etiraf edirlər ki, onların ibadət etdikləri ilahlar Allahdan tam asılı vəziyyət­də­dirlər və Kainatda müstəqil sərəncam çəkməyə qadir deyillər. Onlar öz allahlarını fövqəlqüdrət sahibləri hesab etmirlər. Bu­nunla əlaqədar Fövqəluca buyurur: “Allah Özünə oğul götür­məmişdir və Onunla yanaşı başqa ilah yoxdur. Əks təqdirdə, hər bir ilah özü ilə yaratdıqlarını aparardı və onlardan bəziləri digərləri üzərində ucalardı. Allah onların Ona aid etdiklərin­dən Ucadır!” (Muminun, 23/91).

ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ;

 







Дата добавления: 2015-09-04; просмотров: 509. Нарушение авторских прав; Мы поможем в написании вашей работы!



Картограммы и картодиаграммы Картограммы и картодиаграммы применяются для изображения географической характеристики изучаемых явлений...

Практические расчеты на срез и смятие При изучении темы обратите внимание на основные расчетные предпосылки и условности расчета...

Функция спроса населения на данный товар Функция спроса населения на данный товар: Qd=7-Р. Функция предложения: Qs= -5+2Р,где...

Аальтернативная стоимость. Кривая производственных возможностей В экономике Буридании есть 100 ед. труда с производительностью 4 м ткани или 2 кг мяса...

Потенциометрия. Потенциометрическое определение рН растворов Потенциометрия - это электрохимический метод иссле­дования и анализа веществ, основанный на зависимости равновесного электродного потенциала Е от активности (концентрации) определяемого вещества в исследуемом рас­творе...

Гальванического элемента При контакте двух любых фаз на границе их раздела возникает двойной электрический слой (ДЭС), состоящий из равных по величине, но противоположных по знаку электрических зарядов...

Сущность, виды и функции маркетинга персонала Перснал-маркетинг является новым понятием. В мировой практике маркетинга и управления персоналом он выделился в отдельное направление лишь в начале 90-х гг.XX века...

Обзор компонентов Multisim Компоненты – это основа любой схемы, это все элементы, из которых она состоит...

Кран машиниста усл. № 394 – назначение и устройство Кран машиниста условный номер 394 предназначен для управления тормозами поезда...

Приложение Г: Особенности заполнение справки формы ву-45   После выполнения полного опробования тормозов, а так же после сокращенного, если предварительно на станции было произведено полное опробование тормозов состава от стационарной установки с автоматической регистрацией параметров или без...

Studopedia.info - Студопедия - 2014-2024 год . (0.009 сек.) русская версия | украинская версия