Студопедия — Bax gör, onlar sənə necə məsəllər çəkirlər. Onlar azmışlar və yolu tapa bilmirlər”.
Студопедия Главная Случайная страница Обратная связь

Разделы: Автомобили Астрономия Биология География Дом и сад Другие языки Другое Информатика История Культура Литература Логика Математика Медицина Металлургия Механика Образование Охрана труда Педагогика Политика Право Психология Религия Риторика Социология Спорт Строительство Технология Туризм Физика Философия Финансы Химия Черчение Экология Экономика Электроника

Bax gör, onlar sənə necə məsəllər çəkirlər. Onlar azmışlar və yolu tapa bilmirlər”.






Qəribədir! Onlar sənə ən mənasız məsəllər çəkirlər və həqiqətdən ən uzaq olan iddialar irəli sürürlər. Onlar dərin azğınlıq içindədirlər və bunun səbəbi onların öz mühakimələrini yanlış ehtimallar üzərində qurmaları ilə bağlıdır. Axı yaxşı məlumdur ki, əsassız zənnə istinad edən mülahizələr daha böyük yanlışlıqlardan ibarətdir. Onlar doğru yola gəlməyə qabil deyillər – onların nəsibi tam azğınlıq və açıq-aşkar zalımlıqdır.

 

ﰋﰌﰍﰎﰏﰐﰑﰒﰓ ﰔ;

 

(17.49) “Onlar deyəcəklər: “Doğrudanmı bizdən ancaq sür-sümüklər qaldıqdan sonra, biz yenidən xəlq edilərək diril­diləcə­yik?”

 

Fövqəluca dirilməni inkar edən və onu tamamilə mümkün­süz hesab edən kafirlərin sözlərini Elçisinə (s.ə.s.) xəbər verir. Onlar deyirlər: “Doğrudanmı bizim bədənlərimiz çürüyən­dən sonra biz diriləcəyik? Doğrudanmı biz yeni simada bərpa olunacağıq?” Onlar bunu mümkün saymırlar və bu onların təsəv­vür olun­mayacaq cahilliyini təsdiq edir. Onlar Allahın Elçisini (s.ə.s.) yalan­çılıqda ittiham edir, onun çoxsaylı möcüzələrini inkar edir və öz cüzi imkanlarını, göyləri və yeri yaratmış Rəbbin fövqəlqüdrəti ilə müqayisə edirlər. Onlar elə zənn edirlər ki, özləri ölənləri dirildə bilmədikləri kimi, Allah da bunu edə bilməz.

Pak Allah qulları arasında elələrini yaratmışdır ki, onlar özlərini ən ağıllı və savadlı məxluqlar hesab edirlər, lakin ən sadə, ən asan, ən inandırıcı və ən gözəl şeylərdən xəbərləri yoxdur! Pak Allah bu minvalla göstərir ki, əgər O, qullarını yardımından və doğru təlimatdan məhrum edərsə, onda onlar məhvə və azğınlığa məhkum edilmiş olarlar! Ey Rəbbimiz! Sən bizi doğru yola yönəltdikdən sonra, qəlblərimizi haqdan döndərmə və bizə Öz mərhəmətini bəxş et, axı Sən – Bəxşedənsən!

 

ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝﭞ ﭟ ﭠ ﭡﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ;

(17.50) “De: “Siz hətta əgər daş və ya dəmir”

(17.51) “və yaxud ürəklərinizdə sizə güclü təsiri bağış­la­yan başqa bir məxluq olsanız da”. Onlar soruşacaqlar: “Bəs bizi kim qaytaracaq?” De: “Sizi ilk dəfə xəlq edən!” Lakin onlar başlarını yelləyib belə deyəcəklər: “Bu nə vaxt baş verəcək?” De: “Ola bilsin ki, bu çox tezliklə baş verəcəkdir!”

 

Ey Muhəmməd! Öldükdən sonra dirildilmənin mümkün olmadığını hesab edən günahkarlara de: “Hətta əgər siz daş və ya dəmir və yaxud siz qüdrətli hesab etdiyiniz istənilən digər məxluq olsanız belə, yenə də Allahın hakimiyyəti altında qala­caqsınız və O, sizinlə istədiyini edə bilər. Sizin kimliyinizdən, hansı keyfiy­yətlərə malik olmanızdan asılı olmayaraq, sizə Onun qüdrətini azaltmaq müyəssər olmayacaqdır. Siz nə bu dünyada yaşadığınız zaman, nə də ölümünüzdən sonra özünüz özünüzə sərəncam çəkmək ixtiyarına malik deyilsiniz. Qoy sizin talelərinizə, bütün varlıqların üzərində hökmdar Olan və bütün məxluqları elmi ilə Əhatəedən sərəncam çəksin!”

Sən onlara dirildilmənin lehinə bu təkzibolunmaz dəlili gətirsən, onlar soruşacaqlar: “Bəs bizi kim dirildəcək?” Deyərsən: “Sizi Allah dirildəcəkdir. İlk dəfə də sizi O, xəlq etmişdi. Siz heç yox idiniz, lakin O, sizi yoxluqdan yaratdı. Ölümünüzdən sonra isə sizi yeni bir qiyafədə dirildəcəkdir”. Bununla əlaqədar Fövqəluca belə buyurur: “Biz məxluqları, onları ilk dəfə yarat­dığımız kimi, yenidən yaradacağıq. Biz belə vəd etmişdik. Həqiqətən də, Biz bunu edəcəyik” (Ənbiya, 21/104).

 

Ey Muhəmməd! Onlar sənə cavab vermək əvəzində başlarını yelləyərək sənə öz inamsızlıqlarını və heyrətləndiklərini göstərə­cəklər. Onlar soruşacaqlar: “Vəd edilən nə vaxt baş verəcək? Sənin boşboğazlıq etdiyin dirilmə haçan başlayacaq?” Bu sözlər onların dirilmənin labüdlüyünə iman gətirmələrini bildirməyəcək. Bu sözlər onların axmaqlığını və öz zəifliklərini göstərmək istəyini təsdiq edəcəkdir. Buna görə onlara de: “Ola bilsin ki, bu çox tezliklə baş versin. İnsanları Qiyamət gününün başlaması vaxtı haqqında xəbərdar etmək mənasızdır, çünki insanlardan onun başlayacağına təkcə iman gətirmələri tələb olunur. Qiyamət gününün başlayacağının mütləqliyini nəzərə alaraq, onun yaxın olduğunu demək olar”.

 

ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ;

Həmin Gün O, hamınızı çağıracaq və siz Ona həmd edəcək və zənnə qapılacaqsınız ki, dünyada tamamilə az bir müddət qalmışsınız”.

Qiyamət günü mələk Sura üfürəcək və Allah Öz qullarını qəbirlərindən çıxmağa çağıracaq. Onlar dinməz-söyləməz Onun əmrinə itaət edəcək və Onun hökmünə itaətsizlik göstərməyə­cəklər. Allah qullarını bir yerə toplayacaq ki, onların hər biri öz layiq olduğu əvəzi alsın. Onun bu rəftarı da ən böyük tərifə layiqdir. Həmin gün insanlara elə gələcək ki, dirilmə elə tez baş verib ki, onlar hətta, ümumiyyətlə, dünyəvi nemətlərdən ləzzət almağa macal tapa bilməyiblər. Bu gün kafirlər soruşurlar: “Qiyamət günü nə vaxt başlayacaq?” Qiyamət qopanda isə onlar törətdikləri əməllər barədə acı-acı təəssüf edəcəklər və onda onlara deyiləcək: “Bu – sizin yalan saydığınız fərqləndirmə Günüdür” (Saffat, 37/21).

 

ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅﮆ ﮇ ﮈ ﮉ ﮊﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ;

 

Mənim qullarıma de ki, ən yaxşı sözlər danış­sınlar, çünki şeytan onların arasında ədavət salır. Həqiqətən, şeytan insanın aşkar düşmənidir”.

Bu ayə Allahın qullarına bəslədiyi mərhəmətinin dəlilidir. O, insanlara gözəl əxlaqlı olmağı, saleh əməllər işlətməyi və onlara həm bu dünyada, həm də öldükdən sonra xoşbəxtlik əldə etməyə kömək göstərən ən yaxşı sözlərdən istifadə etməklə danışmağı əmr edir. Allah buyurur ki, insanlar ancaq Ona yaxın­laşdıran sözlər danışsınlar. Buna aid olanlara Quran oxunması, Allahı xatırlama, xeyirli biliklərin öyrənilməsi, sədəqə verməyə və günahlardan çəkinməyə çağırış, insanlarla, onların vəzifəsi və lazım olmasından asılı olmayaraq ehtiramla davranma daxildir. Buraya həmçinin iki gözəl əməldən, əgər hər ikisini yerinə yetirmək imkanı yoxdursa, onda ən yaxşısını seçmək hökmü daxildir. Həqiqətən də, gözəl nitq insanı yüksək əxlaqi keyfiy­yətlərlə xeyirxahlaşdırır və onu faydalı işlər görməyə ruhlandırır, çünki əgər insan öz dilini günah ifadələrdən saxlaya bilirsə, onda o, özün hər hansı günahlardan da saxlaya bilir.

Fövqəluca həmçinin bildirir ki, şeytan həmişə can atır ki, insanların maddi və mənəvi firavanlığına ziyan vursun. Ona qarşı duruş gətirə bilmək üçün isə insan şeytanın onu təhrik etdi haqsız, xoşagəlməz söhbətlərdən qaçmalıdır. O, ətrafdakılara qarşı xeyirxah və iltifatlı olmalıdır ki, insanlar arasında nifaq salan şeytanı üstələyə bilsin. Həqiqətən də, şeytan insanın əsl düşmə­nidir, çünki o, insanlara Cəhənnəm odunun sakinləri ol­mağı təklif edir. Onunla döyüşmək lazımdır. Əgər şeytan qardaşlar arasında düşmənçilik salmağa nail olursa, onda onlar sağlam düşüncə ilə hərəkət etməli və öz düşmənlərinin iradəsi əleyhinə çıxmalıdırlar. Onlar günah işlətməyə sövq edən və şeytanın onların qəlbinə girməsi üçün qapı olan öz təbii insani ehtiraslarına üstün gəlməlidirlər. Ancaq belə olduqda onlar öz Rəbbinə müti olar və doğru yolla gedərlər.

 

ﮓ ﮔ ﮕﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ;

 

Rəbbiniz sizi daha yaxşı tanıyır. O, istəyərsə, sizə rəhm edər, istərsə də sizi əzaba düçar edər. Biz səni onlara hami və mühafizəçi göndərməmişik”.

Allah insanlar haqqında onların özlərinin bildiyindən daha çox bilir. O, onlara ancaq xeyir arzulayır və onlara özlərinə ancaq fayda verən işləri görməyi əmr edir. Lakin insanlar özləri çox vaxt bir şeyi istədikləri halda, xeyir onun əksi olan başqa bir şeydə olur. Bəzi insanlara Allah Özünün mərhəmət yollarından istifadə etməyə yardım göstərir, digər insanlara isə O, Öz köməyini əsirgəyir və onlar da azaraq cəzaya layiq görülürlər. Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) gəldikdə isə, Allah ona (s.ə.s.) insanların talelərini idarə etməyi və törətdikləri əməllərə görə onlara qarşılığını verməyi əmr etmə­mişdi. Allah məxluqlarının talelərini Özü həll edir və həm də onların vəkilidir. Peyğəmbərlik isə doğru yola istiqamətləndir­mədir.

 

ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰﮱ ﯓ ﯔ ﯕ ﯖ;

Sənin Rəbbin göylərdəkiləri də, yerdəkiləri də daha yaxşı tanıyır. Biz bəzi peyğəmbərlərə digərlərinə nisbətən üstünlük vermişdik. Davuda isə Biz Zəbur verdik”.

Bütün həyat formaları və məxluqatının bütün növləri Allaha çox gözəl məlumdur. Allah Öz qullarının hər birinə Öz ilahi hikmətinə tam uyğun olaraq bütün zəruri şeyləri əta etmişdir. O, yaratdıqlarının bir qismini, digərlərinə nisbətən, əlavə fiziki bacarıqlar və ya mənəvi özəlliklərlə təmin edərək, üstünlük verir. Beləliklə də, Allah bəzi peyğəmbərlərinə, digər­lərinə nisbətən, üstünlük vermişdir. Hərçənd peyğəmbərlərin hər biri vəhylər alırdılar, lakin onlardan bəzilərinə xüsusi lütfkarlıq göstərilərək, fövqəladə özəl keyfiyyətlərə layiq görülmüşdülər. Bu keyfiyyətlər onların tərifəlayiq, Allahın razı qaldığı əxlaqında, saleh əməllə­rində, ardıcıllarının çoxsaylı olmasında və ya peyğəmbərlərdən bəzilərinə şəriətə və etiqad məsələlərinə aid hökmləri əhatə edən Səmavi Kitabların nazil olunmasında təza­hür edirdi. Bu Kitablardan biri – Zəburdur ki, Davud peyğəmbərə (ə) nazil edilmişdi. Əgər Fövqəluca Allah bəzi pey­ğəm­bərlərə digərlərinə nisbətən üstünlük verir və onlara Kitab nazil edirsə, onda niyə kafirlər Muhəmmədin (ona Allahın salavatı və salamı olsun!) peyğəmbərliyini və ona (s.ə.s.) nazil edilmiş Vəhyi rədd edirlər? Niyə onlar Allahın onu (s.ə.s.) pey­ğəm­bərliklə və Səmavi Kitabla şərəfləndirməsi ilə razılaşmırlar?

 

ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ;

 

De: “Onunla bərabər saydıqlarınıza dua edin. Onlar müsibətinizin qarşısını almaq və ya onu başqasına yönəltmək qüdrətinə malik deyillər”.

Ey Muhəmməd! Allahı məxluqlarına bərabər sayan, onlara dua edən və Tək Allaha ibadət etdikləri kimi, onlara ibadət edən müşriklərə təklif et ki, onlar bəyan və etiqad etdikləri baxışlarının düzgünlüyünü sınaqdan keçirsinlər. Əgər onlar doğrudan da öz tanrılarına inanırlarsa, onda qoy yardım üçün onlara müraciət etsinlər və baxıb görsünlər ki, tanrı bildikləri onlara fayda verə biləcəklərmi və ya müsibəti onlardan uzaqlaşdıra biləcəklərmi? Həqiqətən, tanrı adlandırdıqları məxluqlar onları xəstəliklərdən, dilənçilikdən, bədbəxtliklərdən və ya digər bəlalardan xilas etməyə qadir deyillər. Onlar insanlardan fəlakəti uzaqlaşdırmağı nəinki bacarmırlar, hətta onun bir hissəsini belə başqasına verməyə qadir deyillər ki, birincinin qismətini bir qədər yüngülləşdirə bilsinlər.

Əgər ilah hesab etdikləri belə əhəmiyyətsiz keyfiyyətlərə malikdirlərsə, onda müşriklər niyə Allaha dua etmək əvəzinə, onlara müraciət edirlər? Həqiqətən, bu “ilahlar” naqisdirlər və fayda verməyə qabil deyillər. Onlara ibadət edənlər o şəxslərdir ki, pozğun dinə etiqad edirlər, sağlam təfəkkürdən məhrumdur­lar və axmaq qərarlar qəbul edirlər.

Qəribədir ki, yolunu azmış əcdadlarının dinini mənimsə­yən insanlar, bir qayda olaraq, öz yanlış baxışlarını doğru və tamamilə ağıllı hesab edirlər və tək Allaha – məxluqlarına gözə görünən və gözlə görünməyən bütün nemətləri bəxş edən Yeganə Xeyirxaha səmimi ibadəti axmaqlıq adlandırırlar. Fövqəluca, müşriklərin dedikləri barədə belə xəbər verir: “Doğrudanmı o, ilahları Vahid Allaha çevirmişdir? Həqiqətən, bu – çox qəribə bir şeydir!” (Sad, 38/5). Lakin, əslində, qəribə olan onların öz mülahizələridir.

 

ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ;

 

Onların dua ilə müraciət etdikləri, özləri, başqa­larını qabaqlamağa çalışaraq, öz Rəbbinə yaxınlaşmağa yol axtarırlar. Onlar Onun mərhəmətinə ümid bəsləyir və Onun əzabından dəhşətə gəlirlər. Həqiqətən, sənin Rəbbinin əzabın­dan çəkinmək lazımdır”.

Fövqəluca bu ayədə bildirir ki, müşriklərin Onunla yanaşı ibadət etdikləri məxluqlar onlara heç bir diqqət yetirmirlər, çünki özləri Onun mərhəmətinə bərk möhtacdırlar və Ona yaxınlaş­mağa cəhd göstərirlər. Peyğəmbərlər, saleh insanlar, mələklər – onların hamısı Rəbbə yaxınlaşmağa can atmaqda bir-biriləri ilə bəhsə girirlər və onlar müqəddəs məqsədlərinə çatmaq üçün mümkün qədər çoxlu xeyirxah əməllər yerinə yetirirlər. Onlar öz Rəbbinin lütfkarlığına ümid bəsləyir və onları amansız cəzaya məhkum edə bilən hər şeydən çəkinirlər. Həqiqətən də, Allahın cəzası və insanı ona məhkum edən bütün əməllərdən doğrudan da çəkinmək lazımdır.

Beləliklə, Fövqəluca Allah ona yaxın olan möminləri hər hansı xoşbəxtliyin əsası və mənbəyi olan üç keyfiyyətlə səciy­yələndirir. Bu – Allah qarşısında qorxudur, Ona ümid etmək və Ona məhəbbət bəsləməkdir. Əgər insan tam mənada bu keyfiy­yətlərə malikdirsə, onda onun bütün təşəbbüsləri kamil olacaqdır. Yox, əgər onun qəlbi bu məziyyətlərin birindən məhrum olarsa, onda o, böyük nemətdən məhrum olar və şərlə əhatə edilər. Fövqəluca Rəbbin bildirdiyi Allaha məhəbbətin əlaməti insanı Allaha yaxınlaşdıran istənilən əməllərin səylə icra edilməsi və həmçinin xeyirxahlıq etməyi təkcə Onun xatirinə və ancaq ən kamil formada yerinə yetirməyə şövqlə can atmaqdır. Əgər insan bu keyfiyyətlərə malik olmadan Allahı sevdiyini iddia edirsə, onda o - yalançıdır.

 

ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃ ﰄ ﰅﰆ ﰇ ﰈ ﰉ ﰊ ﰋ ﰌ;

 

Elə bir məskən qalmayacaq ki, Biz onu Qiyamət qopmazdan əvvəl məhv etməyək və ya ağır işgəncələrə məruz qoymayaq. Bu, Qorunan Kitabda belə yazılmışdır”.

Əhalisi arasında elçilərə iman gətirməkdən boyun qaçıran şəhər və kəndlərdən eləsi yoxdur ki, Allah onları Qiyamət günü qopana qədər məhv etməsin və ya şiddətli cəzaya məruz qoy­masın. Bu, Allahın Kitabında belə yazılmışdır və Allahın qədəri mütləq gerçəkləşəcəkdir. Bu isə o deməkdir ki, iman gətirmə­yənlər tələsməlidirlər ki, vəd edilən cəza onlara yetişincəyə qədər, Allah qarşısında tövbə etməyə və Onun elçilərinə iman gətirməyə macal tapa bilsinlər.

 

ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ;

 

Bizim möcüzələr göndər­­məməyimizin səbəbi əv­vəl­ki­lə­rin onları yalan saymaları idi. Biz sə­mudlulara gözləri görə-görə bir dişi dəvə bəxş etdik, lakin on­lar ona zülm etdilər. Biz möcü­zələri yal­nız qor­xutmaq üçün nazil edirik”.

 

Fövqəluca Allah bildirir ki, Onu müşriklərin tələb etdiyi möcüzələri nazil etməməyinin səbəbi Özünün rəhmdilliyindən irəli gəlmişdi. Allah o möcüzələri ona görə nazil etməmişdi ki, kafirlər onları yalan saymasınlar. Axı əgər onlar bunu etsəydilər, onlar qarşısıalınmaz və ləngidilməyən intiqama məruz qalardılar və onlara möhlət belə verilməzdi. Allahın möcüzələrini yalan sayan kafirlərin əvvəlki nəsllərinə məhz belə bir aqibət nəsib olmuşdu.

Allahın ən böyük dəlillərindən biri, Onun səmudlulara nazil etdiyi möcüzə olmuşdu. Bu nəhəng və füsunkar bir dişi dəvə idi və o qədər çox süd verirdi ki, bütün səmudlulara bəs edirdi. Lakin müşriklər bu möcüzəni inkar etdilər və onda, Allahın Öz Kitabında bizə xəbər verdiyi cəza onların başına gəldi. Belə aqibət, öz Rəbbinin əzəmətli dəlillərinə iman gətirməkdən boyun qaçıran indiki müşriklərə də nəsib ola bilər. Onların haqq dinə gəlməməyi peyğəmbər moizələrinin doğruluğuna şübhə etdiklərinə görə deyil. Həqiqətən, Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) öz təliminin doğruluğunu təsdiq edən və haqqı axtaran hər bir kəsə düz yola gəlməyi vacib edən çoxsaylı dəlillər və möcüzələr təqdim etmişdi. Əgər insan­la­ra digər möcüzələr göstərilsə belə, onlar Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) gətirdiklə­rindən çox da fərqlənməyəcək­di. Başqa möcüzələrə inanmağa hazır olan insanlar, elə bunlara da inanmalıdırlar. Bax elə buna görə də Allah insanlara onların tələb etdiyi möcüzələri göstərmə­di. Doğrusu, onlar mövcud vəziyyətdən daha çox fayda əldə edə bilərlər.

Fövqəluca həmçinin buyurmuşdur ki, O, Öz möcüzələrini ancaq qorxuducu xəbərdarlıq üçün nazil edir. Bu o deməkdir ki, Allahın möcüzələri insanların haqq dinə gəlmələri üçün mütləq şərt deyildir. Onlar təkcə təhdid edici amillərdir və insanları törətdikləri günahlardan əl çəkməyə təkan verir.

 

ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃﮄ;

Budur, Biz sənə demişdik ki, Rəbbin insanları həqiqətən əhatə edir. Biz sənə yuxu və insanları azdırmaq üçün Quranda lənətlənmiş ağacı göstərdik. Biz onları qorxuduruq, lakin bu onların böyük itaətsizliyini daha da artırır”.

Allah insanları Öz Elmi və Fövqəlqüdrəti ilə əhatə edir. Elə bir sığınacaq yoxdur ki, orada onlar Allahdan gizlənə və ya Onun verəcəyi cəzadan xilas ola bilsinlər. Bu bəs edər ki, istənilən ağıllı adam Rəbbin nifrətinə səbəb olan günahları törətməkdən çəkinsin.

Sonra Fövqəluca Allah Muhəmməd Peyğəmbərə (ona Allah­ın salavatı və salamı olsun!) göstərdiyi yuxu və ağac haq­qında xəbər verir və sonuncu insanlar üçün sınaq vasitəsi edil­mişdi. Quran şərhçilərinin əksəriyyəti belə hesab edirdilər ki, bu ayədə söhbət Peyğəmbərin (s.ə.s.) gecə səyahəti haqqındadır. Quranda lənətlənmiş ağac isə, zəqqum ağacıdır ki, kökü Cəhən­nəmin ən dərin dibindən başlanğıc götürür.

Bu ayənin mənasından aydın olur ki, Peyğəmbərin (s.ə.s.) gecə səyahəti və kökü Cəhənnəmin dibindən başlayan ağac kafirləri öz küfründə daha da möhkəmlənməyə məcbur edir və onların şərəfsizliyini artırır, inamı az olanları isə haqdan tamamilə əl çəkməyə vadar edir. Bu onunla izah olunur ki, Məscidulhəram­dan əl-Əqsa məscidinə gecə səyahəti zamanı baş vermiş çoxlu qəribə və təsəvvürolunmaz hadisələr və Cəhənnə­min dibindən çıxıb boy atan ağacın mövcudluğu zalım insanlara haqqı danmağa təkan verir.

Onda bəs kafirlər tələb etdikləri daha böyük və əzəmətli dəlillərin və möcüzələrin şahidləri olsaydılar, özlərini necə aparardılar?! Məgər bu onların nifrətini və imansızlığını artır­mazdımı?! Bax elə buna görə də Allah onlara rəhm edərək həmin möcüzələri onlara göstərmədi. Buradan aydın olur ki, niyə Quran ayələrində və səhih hədislərdə uzaq keçmişlərdə cərəyan etmiş hadisələr təfsilatı ilə təsvir edilmir. Bu, insanlara daha çox fayda verir, çünki bənzərini öz gözləri ilə görmədikləri hadisələri insanların təfəkkürü, ola bilər ki, qəbul etməsin. Onlar bir sıra möminlərin də ürəyinə şübhə sala, İslamı qəbul etmək istəyən bəzi insanlara maneə ola və adamları Allahın dinindən uzaq­laş­dıra biləcəyi halda, Onun nazil etdiyi ümumi məlumatlar insan­lara hər şeyə nail olmağa kömək göstərir. Bu barədə ən yaxşı bilən Allahdır. O, qullarını möcüzələri ilə qorxudur, amma bu möcüzələr onların bəzilərinin itaətsizliyini və zalımlığını artırır. Bu – şəri sevməyin və onu törədərək xeyrə nifrət bəsləməyin və onu rədd etməyin necə də dəhşətli təzahürüdür.

 

ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ;

(17.61) “Budur, Biz mələklərə dedik: “Adəmə səcdə edin!” Onlar səcdə etdilər, İblisdən başqa. O dedi: “Mən palçıqdan yaratdığına səcdə qılım?”

Fövqəlxeyirxah və Fövqəluca Allah bu ayədə bildirir ki, şeytan insana hədsiz nifrət bəsləyir və hər vasitə ilə onu azğınlığa salmağa çalışır. Allah Adəmi torpaqdan yaratdıqdan sonraməhzşeytan təkəbbürlə Adəmə təzim etməkdən boyun qaçırmışdı. Məhz şeytan qərara almışdı ki, o, Adəmdən üstündür, çünki Rəbb onu oddan yaratmışdır. Biz artıq əvvəllər də bu mülahi­zənin qüsurlu olması haqqında bir neçə dəlillər gətirmişdik. İblisə aydın olmuşdu ki, Allah insana üstünlük vermişdir və bu zaman o cəsarət edib Ona bir təkliflə müraciət etmişdi.

 

ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ;

 

Demişdi: “Məndən üstün tutduğuna bir bax. Mənə Qiyamət gününə qədər möhlət versən, mən onun bütün nəsllərini, az bir qismi istisna olmaqla, özümə tabe edərəm”.

İblis Adəmin nəsllərini yoldan çıxaracağını və onları az­ğın­lığa salacağını vəd etdi. Amma o, yaxşı başa düşürdü ki, onların arasında elələri tapılacaq ki, onunla düşmənçilik edəcək və ona itaət etməyəcək.

 

ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ;

Buyurdu: “Rədd ol! Onlardan kimsə sənə tabe olsa, hamınızın cəzasının tam əvəzi Cəhənnəm olacaqdır”.

Səsinlə bacardıqlarını təhrik et, onlara qarşı süva­ri­lərini və piyadalarını göndər, onların var-dövlətinə və övlad­larına şərik çıx və onlara vədə ver. Həqiqətən, şeytanın vədi – sadəcə yoldan çıxartmaqdır”.

Hər kəs ardınca gələrsə və Rəbbi və Haqq Hamisi müqabi­lində sənə üstünlük verərsə, mütləq səninlə birlikdə Cəhənnəmə vasil olacaqdır. Siz orada əbədi qalacaqsınız və törətdiyiniz cinayətlərinizə görə tam əvəzini alacaqsanız. İnsanları istənilən vasitə ilə düz yoldan sapdır, onları öz səsinlə aldadaraq hər cür günahlar işlətməyi və Allaha itaətsizlik göstərməyi təklif et. Süvari və ya piyada olaraq günah işlətməyə yollananların xidmə­tindən istifadə et. Sən insanlar üçün sınaq rolunu oynayacaqsan və onları sözün və əməlinlə Allaha itaətsizlik etməyə çağıraraq, onların açıq düşməni olacaqsan. Sən onların var-dövləti və övladları ilə əlaqədar olan bütün günahlarının iştirakçısı olacaq­san. Onlar sənin məsləhətlərinə qulaq asaraq, zəkat və fərz sədə­qələr verməyə xəsislik edəcəklər, öz maddi vəzifələrini yerinə yetirməkdən boyun qaçıracaqlar, öz uşaqlarının tərbiyəsinə nəza­rət etməyəcəklər, onlara xeyirli işlər görməyi və pisliklərdən çəkinməyi öyrətməyə­cəklər, özgə malını zalımcasına mənimsəyə­cəklər, öz varidatını yanlış sərf edəcək və çirkli pullar qazana­caqlar.

Quranın bir çox şərhçiləri deyirdilər ki, bu, yəni şeytanın günahkarlarla onların var-dövlətinə və övladlarına şərik çıxması şeytan əməllərinin yeganə təzahürü deyildir, çünki insan yemək-içməkdən və ya cinsi yaxınlıqdan əvvəl Allahın adını xatırla­madığı halda şeytan onun bu təşəbbüslərinin müştərək iştirakçısı olur. Bu barədə Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) kəlamında xəbər verilir.

Bununla yanaşı şeytana imkan verilmişdir ki, insanlara gözəl, lakin yalan olan vədlər versin. Bu vədlərin gerçəkliklə heç bir əlaqəsi yoxdur. Şeytan onlardan öz ardıcıllarının gözü önündə günahları və pozğun baxışları yaraşıqlı göstərmək üçün istifadə edir. Onlar elə zənn edirlər ki, haqqa etiqad edirlər və buna görə şeytan onlara buna görə mükafat alacaqlarını vəd edir. Fövqəluca buyurur: “Şeytan sizi kasıblayacağınızla qorxudur və sizə yara­mazlıq etmək hökmü verir. Allah isə sizə Özündən bağış­lanma və mərhəmət vəd edir” (Bəqərə, 2/268).

 

ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩﯪ ﯫ ﯬ ﯭ ﯮ;

 

Həqiqətən, sən Mənim qullarım üstündə haki­miy­­yətə malik deyilsən. Rəbbinin onlara Vəkil olması kifa­yətdir”.

­­

Şeytanın əsl niyyəti və insanların Allaha səmimiyyətlə iba­dəti, öz Rəbbinə möhkəm inam və təvəkkülü sayəsində onun az­dırmasından qoruna biləcəkləri haqqında xatırlatdıqdan sonra, Fövqəluca Allah şeytana bildirir ki, o, insanlar üzərində hər hansı hakimiyyətdən məhrum edilmişdir. Əgər insan Allaha ixlasla iba­dət edərsə, onda O, onu hər hansı şərdən qoruyar və lənətə gəl­miş şeytanların vəsvəsəsindən xilas edər. Allahın vəkilliyi Ona tə­vəkkül edən və öz vəzifələrini yerinə yetirən hər kəs üçün kifayətdir.

ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ;

Mərhəmətini ummağınız üçün sizə görə dənizdə gəmilər üzdürən Rəbbinizdir. Həqiqətən, O, sizə rəhm edir”.

Fövqəluca ayədə, Öz mərhəməti sayəsində qullarına tabe etdirdiyi gəmiləri və karavellaları[17] xatırladır. Allah insanlara bu gəmiləri inşa etməyi öyrətdi[18] və coşqun dənizi onlara ram etdi ki, insanlar gəmilərin göyərtələrinə çıxıb dənizin ucsuz-bucaqsız ənginliklərini ötüb keçə bilsinlər, ağır yüklər daşısınlar və ticarət səfərlərinə çıxsınlar. Bütün bunlar Allahın Öz qullarına göstərdiyi mərhəmətin dəlilləridir. O, heç vaxt qullarının qayğısını çəkməyə fasilə vermir və yorulmadan onlara zəruri olan hər şeyi, onların arzu etdiklərini və firavan yaşamaları üçün ehtiyacları olan şeyi əta edir.

 

ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠﭡ ﭢ ﭣ ﭤﭥ;

 

Müsibət sizi dənizdə haqlayanda, Allahdan baş­qa dua etdikləri­nizin hamısı sizi tərk edirlər. O, sizi xilas edib quruya çıxartdıqda siz üz çevirirsiniz. Həqiqətən, insan nankor­dur”.

 

Allahın, təkcə Ona ibadətin zəruriliyini göstərən rəhmdilli­yinin daha bir təzahürü Onun dənizdə fəlakətə uğrayan insanlara bəslədiyi qayğısıdır. Dalğaların bir-biri ilə çulğaşdığını görən insanları ölüm qarşısında dəhşət bürüyür. Bu vəziyyətdə onlar Allahla yanaşı ibadət etdiklərinin hamısını unudurlar. Onlar xoşbəxt yaşadıqları vaxtda ibadət etdikləri diri və ölüləri, sanki onlara kömək üçün heç vaxt müraciət etməmişlər kimi, yaddan çıxarırlar. Bunun belə olmasının səbəbi, müşriklərə, zəif və köməksiz məxluqların onları müsibətlərdən xilas etməyə qadir olmadıqlarını gözəl bilmələridir. Buna görə də onlar yeri və göyləri Yaradana yalvarmağa başlayırlar, çünki tamamilə bütün məxluqlar bilirlər ki, fəlakət anında yardım üçün təkcə Ona ümid etmək olar. Bu zaman onlar xilas üçün səmimi olaraq Ona dua edir və Onun qarşısında itaətkarlıq göstərirlər.

Lakin Allah onları fəlakətdən xilas edib, gəmini sağ-sala­mat sahilə çıxartdıqda, müşriklər yenə də lap yaxın anlarda kömək üçün kimə yalvardıqlarını unudurlar. Onlar Ona şəriklər qoşmağa və onlara nə fayda verməyə, nə də zərər vurmağa, onlara nemət verməyə və ya onları mərhəmətdən məhrum etməyə qadir olmayan məxluqlara ibadət etməyə başlayırlar. Onlar öz Rəbbinə və Hökmdarına səmimi xidmət göstərməkdən boyun qaçırırlar ki, bu da cahilliyin və naşükürlüyün təzahürü­dür. Həqiqətən də, xeyirxahlıqlara şükür edənlər təkcə mömin­lərdir ki, Allah onları doğru yola yönəltmişdir, onlar sağlam düşüncə sahibidirlər və haqq yolla düz gedirlər. Belə insanlar bilirlər ki, məxluqları müsibətlərdən uzaqlaşdıran və fəlakətlər­dən xilas edən təkcə Allahdır və təkcə O, həm müsibət, həm də əmin-amanlıq zamanı ibadətə və səmimi xidmətə layiqdir.

Allahın yardımından məhrum edilmiş və öz zəif ağlı ilə tənha qalmış insanlara gəldikdə isə, onlar çətin anlarda ancaq mürəkkəb vəziyyətdən qurtulmaq və müsibətdən xilas olmaq haqqında düşünürlər. Onlar müsibətdən qurtaran kimi, öz nadanlıqları üzündən belə zənn edirlər ki, Allah onlara heç nə etməmişdir. Bu zaman onlar gələcəkdə hətta yer üzündə onları nəyin gözlədiyini düşünmürlər, halbuki burada, ölümdən sonra onları nəyin gözlədiyindən hələ danışılmır. Bax buna görə də daha sonra Allah buyurur:

 

ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ;

(17.68) “Doğrudanmı siz Onun qurunun bir hissəsini sizi udmağa məcbur edəcəyindən və ya üstünüzə daş-kəsəkli qasır­ğa göndərəcəyindən qorxmursunuz? Axı siz onda özünüzə və­kil tapmayacaqsınız!”

(17.69) “Və yaxud siz əminsiniz ki, O, üstünüzə fırtınalı külək göndərmək üçün sizi bir daha dənizə qaytarmayacaq və kafirliyinizə görə batırmayacaq? Axı belə olduqda heç kim sizdən ötrü Bizdən intiqam ala bilməyəcək!”

 

Allah bütün varlıq üzərində hökmrandır və əgər O istə­yərsə, sizə yerin altından da, göylərdən də cəza göndərə bilər. O, yerə əmr edərək sizi quruda batıra bilər və ya sizi qumlu qasırğaya düçar edər və onda siz məhv olarsınız. Elə düşünməyin ki, ölüm sizi ancaq okeanın ortasında gözləyir. Lakin siz belə düşünsəniz də, onsuz da əmin deyilsiniz ki, gələcəkdə bir daha dənizdə olmayacaqsınız. Əgər bu baş versə, onda Allah sizə fırtınalı külək göndərər ki, o da yolu üstündə olan hər şeyi məhv edər. Onda siz batırılacaqsınız və heç kim sizə havadar çıx­mayacaq, çünki Allah sizinlə zalımlıq etməyəcək.

 

ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ;

 

Biz Adəmin oğullarını dəyərləndirilməsi müm­kün olmayan nemətlərlə şərəfləndirdik və onlara quruda və dənizdə hərəkət etməyə imkan verdik. Biz onlara nemət bəxş etdik və bir çox digər məxluqlara nisbətən aşkar üstünlüklər bağışladıq”.

Fövqəluca Adəmin oğullarını onlara göstərdiyi, qiymətlən­dirilməsi mümkün olmayan, mərhəməti ilə şərəfləndirdi və onlara hər cür nemətlər bəxş etdi. O, onları biliklər və ağılla zəngin­ləşdirdi, onlara öz elçilərini göndərdi, Kitablarını nazil etdi, onlardan bəzilərini gerçək mömin və saleh qullarından etdi, onlara bir çox açıq və gizli nemətlər bəxş etdi. O, onları quruda dəvələr, yabılar və müxtəlif minik vasitələri üstündə hərəkət etməyi öyrətdi. O, həmçinin onları dənizdə gəmilər və digər üzən vasitələrlə hərəkət etməyə alışdırdı. O, onları hər növ yeməklər, içkilər ev əşyaları ilə təmin etdi və onlar üçün zövcələr yaratdı. Əgər insanların xeyirli nemətlərə ehtiyacı yarandıqda, Allah onları mütləq insana əta edir və insanlara onları əziyyətsiz əldə etməyə kömək göstərir. Bunlarla yanaşı Allah Adəmin oğullarını digər məxluqların malik olmadığı xüsusiyyətlər və məziyyətlərlə şərəfləndirmişdir. Qoy insanlar onların başına Özünün bol-bol səxavətini Səpənə, onları bəlalardan qurtaran Xilaskara minnət­dar olduqlarını bildirsinlər! Qoy dünya nemətləri insanları bu nemət­ləri Bəxşedəndən uzaqlaşdırmasın! Axı əgər bu baş versə, onda bu dünyanın maddi nemətləri qullara öz Rəbbinə ibadət etməyə maneçilik törədərlər və ya hətta onları günahlar törət­məyə sövq edərlər.

 

ﮡ ﮢ ﮣ ﮤ ﮥﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ;

Həmin Gün Biz bütün insanları onların başçıları ilə birlikdə bir yerə yığacağıq. O zaman kitabı sağ əlinə verilənlər, onu oxuyacaq və onlara hətta xurma çəyirdəyinin lifi qədər ədalətsizlik göstərilməyəcək”.

 

Fövqəluca, Qiyamət günü məxluqların onlara doğru yolla getməyi nəsihət edən başçıları ilə birlikdə çağırılıb bir yerə yığıla­caqları zaman hallarının necə olacağını bildirir. Onlar elçilər və onların işinin davamçıları olan xeyirxah möminlər olacaqlar. Hər bir icma bir yerdə toplanacaq və bu zaman onu doğru yola dəvət edən Allahın elçisi icmaya yaxınlaşacaqdır. Sonra insanların əməlləri Allahın elçisinin təbliğ etdiyi Kitabla tutuşdurulacaq və onda insanlar iki dəstəyə ayrılacaqlar.

Bəzilərinə can dəftəri sağ əlinə veriləcək, çünki onlar doğru yola çağıran başçılarının ardınca getmişdilər, onun Kitabına əsaslanmışdılar və çoxlu xeyirxah əməllər işləmiş və az günah əməllər etmişdilər. Bu mömin insanlar öz can dəftərlərini sevinc və heyranlıqla oxuyacaqlar, çünki onlarda yazılanlar onları vəcdə gətirəcək. Etdikləri yaxşılıqlar hətta xurma çəyirdəyinin lifi qədər belə azaldılmayacaq.

 

ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ;







Дата добавления: 2015-09-04; просмотров: 518. Нарушение авторских прав; Мы поможем в написании вашей работы!



Практические расчеты на срез и смятие При изучении темы обратите внимание на основные расчетные предпосылки и условности расчета...

Функция спроса населения на данный товар Функция спроса населения на данный товар: Qd=7-Р. Функция предложения: Qs= -5+2Р,где...

Аальтернативная стоимость. Кривая производственных возможностей В экономике Буридании есть 100 ед. труда с производительностью 4 м ткани или 2 кг мяса...

Вычисление основной дактилоскопической формулы Вычислением основной дактоформулы обычно занимается следователь. Для этого все десять пальцев разбиваются на пять пар...

В теории государства и права выделяют два пути возникновения государства: восточный и западный Восточный путь возникновения государства представляет собой плавный переход, перерастание первобытного общества в государство...

Закон Гука при растяжении и сжатии   Напряжения и деформации при растяжении и сжатии связаны между собой зависимостью, которая называется законом Гука, по имени установившего этот закон английского физика Роберта Гука в 1678 году...

Характерные черты официально-делового стиля Наиболее характерными чертами официально-делового стиля являются: • лаконичность...

Мотивационная сфера личности, ее структура. Потребности и мотивы. Потребности и мотивы, их роль в организации деятельности...

Классификация ИС по признаку структурированности задач Так как основное назначение ИС – автоматизировать информационные процессы для решения определенных задач, то одна из основных классификаций – это классификация ИС по степени структурированности задач...

Внешняя политика России 1894- 1917 гг. Внешнюю политику Николая II и первый период его царствования определяли, по меньшей мере три важных фактора...

Studopedia.info - Студопедия - 2014-2024 год . (0.01 сек.) русская версия | украинская версия