Студопедия — Yaxud bağının suları yerin altına gedər və sən onlardan yararlana bilməzsən”.
Студопедия Главная Случайная страница Обратная связь

Разделы: Автомобили Астрономия Биология География Дом и сад Другие языки Другое Информатика История Культура Литература Логика Математика Медицина Металлургия Механика Образование Охрана труда Педагогика Политика Право Психология Религия Риторика Социология Спорт Строительство Технология Туризм Физика Философия Финансы Химия Черчение Экология Экономика Электроника

Yaxud bağının suları yerin altına gedər və sən onlardan yararlana bilməzsən”.






Mən Allahı özümün Vahid Rəbbi sayıram. Mən Ona itaət və ibadət edirəm. Mən heç vaxt Allahla bərabər məxluqlara ibadət etmərəm və Ona şəriklər qoşmaram. Mənim doğrudan da varidatım böyük deyil və övladlarım da azdır, lakin əvəzində Allah mənə, əsl nemət olan həqiqi iman və haqq dinlə Öz himayəsini bəxş etmişdir. Digər nemətlərə gəldikdə isə, onlar fanidir və insanı çox vaxt əzab və əziyyətə məhkum edir. Sən fəxr edirsən ki, sənin mənimkindən çox sərmayən və övladların var. Axı Allahın mükafatı daha yaxşı və uzunmüddətlidir. Biz məhz buna can atmalıyıq, çünki Allahın mərhəməti və səxavəti, bütün bu dünyada insanların əldə etmək üçün bir-biri ilə yarışdığı maddi nemətlərdən üstündür. Bağın səni aldatmışdır və səni yol verilən həddi aşıb keçməyə sövq etdirmişdir, amma onu da bil ki, Rəbbim mənə ondan daha yaxşısını bəxş edə bilər, sənin bağına isə leysan yağışla qasırğa və ya göydən digər cəza göndərər və bundan sonra bütün ağacların kökü ilə yerindən çıxarılar, mey­vələrin məhv edilər, əkin sahələrini isə sel basar və yaxud bağından axan çaylar yerin dibinə çökər və sən heç bir vasitə ilə, nə kərki, nə də başqa vasitələrlə su əldə edə bilməzsən.

Bu sözlərdən aydın olur ki, mömin öz Rəbbinin əvəzinə qəzəblənmişdi və Onu, müsahibini aldadıb azdıran bağı məhv etməsinə çağırmışdı. Mömin ona görə belə etmişdi ki, yoldaşı ayılıb ağlını başına yığsın və doğru yola qayıtsın. Fövqəluca Allah da onun duasını qəbul etdi.

 

ﯔﯕﯖ ﯗﯘﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠﯡﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ;

 

(18.42) “Onun bəhrələri məhv edildi və o, əllərini ovuş­dura-ovuşdura, təngləri çardağı ilə yeksan olmuş üzümlüyə çəkdiyi məsrəfə təəssüflənib deyirdi: “Keşkə mən Rəbbimə heç kimi şərik qoşmayaydım!”

Allahın nazil etdiyi cəza hər iki bağı məhv etdi. Çox böyük sərvətdən heç nə qalmadı. Meyvələr, ağaclar və əkinlər – hər şey məhv oldu və ancaq bundan sonra bu bağların sahibi törət­diklərinə acı-acı təəssüfləndi. O, əllərini ovuşdurmağa başlaya­raq, saysız-hesabsız sərvətini sərf etdiyi bağların əlindən çıxma­sına peşmançılıq çəkirdi. Budur artıq onlardan əsər-əlamət qalmamışdır və o, əvəzində heç bir şey almayacaqdır. O həm də Allaha şərik qoşduğuna görə də təəssüfləndi və özünün törətdiyi cinayətlərdən ötrü tövbə etdi.

ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ;

 

Onun elə adamları yox idi ki, Allahın əvəzinə ona kömək edəydilər və o, özü də özünə kömək göstərə bil­mədi”.

Lap yaxın vaxtlarda o özünün çox böyük sərvəti və çox­saylı köməkçiləri olması ilə fəxr edirdi. Amansız qisas onu çul­ğayan kimi, o, öyündüyü hər şeydən məhrum oldu. Hər şeydən çox köməyə ehtiyacı olduğu o anda, heç kim ona yardım etməyə gələ bilmədi və o özü də bəlanın qarşısını ala bilmədi. Axı kim özünü və ya başqalarını Allahın qədərindən qorumağa qadirdir?! Qədər danışıqsız icra edilir və əgər göylərin və yerin bütün sakinləri bir yerə yığışıb Allahın öncədən müəyyən etdiyi bir şeyin qarşısını almaq istəsələr də, onlar bunu bacarmazlar.

Allahın öz var-dövlətini itirmiş insana mərhəmət göstərmə­sində də qəribə heç bir şey yoxdur, çünki O, ona öz zalımlığına görə tövbə etməkdə və doğru yola qayıtmaqda yardım göstər­mişdir. Bunun lehinə, bağların sahibinin tövbəsində dediyi sözlərivə bu dünyada ona nəsib olan cəza dəlalət edir. Allah onu həddi aşmağa məcbur edən şeylərdən məhrum etdi və əgər Allah insana yaxşılıq etmək istəyirsə, onda O, onu elə bu dünyada cəzalandırır. Həqiqətən də, insan təfəkkürü Allahın mərhəmətini dərk etmək imkanına malik deyil və onu inkar edənlər təkcə zalım cahillərdir.

 

ﯴ ﯵ ﯶ ﯷﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ;

 

(18.44) “Belə hallarda yardım göstərə bilən təkcə Haqq olan Allahdır. Ən yaxşı mükafat vermək və yaxşı sonluq nəsib etmək – Ona məxsusdur!”

Allah həddi aşan və dünya həyatına üstünlük verən zalımı cəzalandırdı və iman gətirmiş, xeyirxah işlər görən, Rəbbinə minnətdarlıq edən və ətrafdakılarını da buna çağıran möminə isə iltifat göstərmişdir. Bunun sayəsində aydın olmuşdur ki, təkcə Allah həqiqi Himayəçidir. O, Ona səmimi qəlbdən iman gətirən və təqvalılığa etiqad bəsləyən hər kəsə hamilik edir. O, belə insanları ən müxtəlif rütbələrlə şərəfləndirir və onları şərdən, cəzalandı­rılmadan qoruyur. Əgər insan Rəbbinə iman gətirmək­dən boyun qaçırırsa, onda O, onu Allahın himayəsindən, maddi və mənəvi nemətlərdən məhrum edir. Həmin adamı ən dəhşətli qismət həm bu dünyada, həm də ölümdən sonra haqlayır.

Bu ibrətamiz hekayət, Allahın maddi zənginlik bəxş etdiyi kəslərin vəziyyəti ilə əlaqədar insanları düşünməyə çağırır. Əgər bu zənginlik insanı azdırırsa, Axirət həyatından yayındırırsa və günah törətməyə məcbur edirsə, onda o mütləq tükənir və yox olur. Belə insana maddi nemətlərdən çox qısa müddətdə ləzzət almaq imkanı verilir və bundan sonra ona artıq xoşbəxtlik əldə edə bilməyəcəkdir. Bax buna görə Allahın qulu mal-mülkünə və övladlarının olmasına aldanmamalıdır və həmişə Allahı yad etməli və unutmamalıdır ki, o, Kimin mərhəməti sayəsində maddi nemətlər əldə etmişdir. Belə hallarda müsəlman deməlidir: “İnşallah! Allahdan başqa qüdrət sahibi olan yoxdur!” (Kəhf, 18/39). Bu sözlər Allaha minnətdarlığın bildirilməsidir və insana qazandıqlarının qorunub saxlanılmasında kömək edir. Mömin öz cahil həmsöhbəti olan iki bağ sahibinə məhz belə etməyi məsləhət görmüşdü.

Bu əhvalatda dünya ləzzətlərinə və gözəlliklərinə əhəmiy­yət verməmək və Allahın dərgahında onu gözləyən mükafat haqqında tez-tez düşünmək barədə hökm vardır. Bax buna görə mömin kişi demişdir: “...Sən hesab edirsən ki, mənim var-döv­lətim və övladlarım səninkindən azdır, axı Rəbbim istəsə, mənə sənin bağından da yaxşısını əta edər...” (Kəhf, 18/39-40).

Buradan aydın olur ki, insan Allaha itaət etməzsə, onun var-dövləti və övladları ona fayda verməyə qabil olmazlar. Fövqəluca buyurur: “Siz iman gətirmədikcə və xeyirxah əməllər işlət­mədikcə, nə sizin var-dövlətiniz, nə də övladlarınız sizi Bizə yaxınlaşdırmırlar...” (Səba, 34/37).

Burada öz rifahlarına görə halalın sərhədlərini aşan insan­ların mülkiyyətinin məhv olması haqqında dua vardır. İlk növ­bədə bu, öz zənginliyinə görə qürrələnərək, özünü möminlər­dən üstün tutmağa cəsarət edənlərə aiddir.

Ayədən aydın olur ki, kimə himayə etməyi və kimi isə himayəsindən məhrum etməyi Allah tək Özü qərarlaşdırır. Bu himayədarlığın nəticələri zülmət yox olduğu və qisas vaxtı çatdığı zaman bəlli olacaqdır. Bax o zaman zəhmətkeşlər layiq olduqları mükafatları alacaqlar və buna görə Fövqəluca Allah buyurur: “Belə hallarda yardım göstərə bilən təkcə Haqq olan Allahdır. Ən yaxşı mükafat vermək və yaxşı sonluq nəsib etmək – Ona məxsusdur!” (Kəhf, 18/44).

 

ﯿ ﰀ ﰁ ﰂ ﰃ ﰄ ﰅ ﰆ ﰇ ﰈ ﰉ ﰊ ﰋ ﰌ ﰍ ﰎ ﰏﰐ ﰑ ﰒ ﰓ ﰔ ﰕ ﰖ ﰗ;

 

Onlara dünya həyatı haqqında bir məsəl çək. O, Bizim göydən nazil etdiyimiz suya bənzər. Yer bitkiləri onunla (və ya onun sayəsində) canlanır, sonra isə küləyin hər tərəfə yaydığı qupquru ot saplağına çevrilir. Həqiqətən, Allah hər şeyə qadirdir”.

 

Fövqəluca Öz Peyğəmbərinə (ona Allahın salavatı və salamı olsun!) və ondan (s.ə.s.) həqiqi biliklər əldə etmiş hər kəsə əmr edir ki, insanlara dünya həyatı haqqında məsəl çəksinlər ki, onların hər bir nəfəri yer üzündə həyatın aşkar və görünməyən tərəfləri haqqında tam təsəvvür əldə etsinlər. Bunun sayəsində insanlar dünya həyatını ölümdən sonra əbədi həyatla müqayisə etmək imkanı alsınlar və onlardan ən layiqlisinə üstünlük ver­sinlər. Dünya həyatı yerə yağan və bitkiləri böyüməyə və yaşıllaşmağa məcbur edən yağışa bənzəyir. Onlar gül açır və insanlara çoxlu sevinc bəxş edir və bununla yanaşı çoxsaylı laqeyd cahillərin baxışlarını özlərinə cəlb edirlər. Lakin sonra elə bir vaxt gəlir ki, onlar küləyin hər tərəfə yaydığı qupquru ot saplaqlarına çevrilir. Heyranedici yaşıllıq, əlvan rənglər və gözəl mənzərələr – onlar hamısı yox olur və yer üzü toz və qumla örtülür. İnsanlar onlara baxıb artıq zövq almır və onlardan üz çevirirlər. Eyni şeyi dünya həyatı haqqında da demək mümkün­dür. İnsan özünün gəncliyin­dən həzz alır, dostlarını və yaşıdla­rını ötüb keçməyə çalışır, dirhəm[32] və dinarlar[33] qazanır, yer üzündəki gözəlliklərdən məmnunluq duyur və hər dəqiqə də özünün artan istəklərini təmin etməyə cəhd göstərir. O elə fikirləşir ki, bu həyatı sonsuzluğa qədər davam edəcəkdir. Lakin qəflətən o, bu həyatdan ayrılır və ya var-dövlətini itirir. O, artıq sevinmir və ləzzətlərdən məhrum olur, ürəyi isə əzab-əziyyətlə dolur. İnsan gəncliyi ilə vidalaşır, əvvəlki gücünü itirir, zənginli­yindən məhrum olur və özünün yaxşı və pis əməlləri ilə təklikdə qalır. Belə olduqda günahkar öz vəziyyətinin bütün ağırlığını dərk edir və öz barmaqlarını çeynəməyə başlayır. O, həyatını bu dünyanın gözəlliklərindən bir daha zövq almaq üçün deyil, səmimi tövbə və saleh əməllər sayəsində etmədiklərinin əvəzini, yerini doldurmaq üçün yenidən yaşamaq istəyir. Ağıl sahibi olan əməlisaleh insan özünü həmişə belə bir insanın yerində hiss edir və özü-özünə deyir: “Təsəvvür et ki, sən ölmüşsən, çünki sən bu qismətdən onsuz da qaça bilməyəcəksən. Sən hansı vəziyyətə düşməyi istəyirsən? Sən dünya həyatını seçib ondan, otlaq heyvanlarının etdiyi kimi, ləzzət ala bilərsən. Lakin başqa seçim də vardır. Sən insanın əbədi nemətlərindən zövq alacağı, sərin kölgəliyində istirahət edəcəyi və bolluğundan istifadə edəcəyi, ürəklərə sevinc bəxş edəcəyi və baxışların zillənib qaldığı həyat xatirinə də zəhmət çəkə bilərsən”. Bu seçimə görə müəyyən etmək olar ki, Allah kimi doğru yola yönəldəcək, kimi də öz taleyi ilə baş-başa buraxacaq, kimə böyük qismət, kimə də ziyana düşmək nəsib olacaqdır. Bax buna görə də Fövqəluca Allah belə buyurur:

 

ﭑ ﭒ ﭓ ﭔ ﭕﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ;

 

Var-dövlət və oğullar – dünya həyatının bəzəyi­dir, lakin əbədi xeyirxahlıqlar Allah qarşısında mükafatlandı­rılman üçün daha yaxşıdır və onlara ümid bəsləmək daha yaxşıdır”.

Var-dövlət və övladlar dünya həyatında qalırlar və təkcə əbədi olan xeyirxah yaxşılıqlar insanı hər yerdə müşayiət edərək, ona çox böyük fayda gətirir və ona sevinc bəxş edir. Bu, bütün vacib və arzuedilən saleh əməllərə aiddir ki, insan onları yerinə yetirərkən Allah qarşısında və Onun qulları qarşısında öz vəzifələrini həyata keçirmiş olur. Belə xeyirxahlıqlara aid olanlar: namaz, zəkatın ödənməsi, sədəqə paylanması, həcc və ümrə ziyarətinin icra edilməsi, Allahı ucaltmaq və şərəfləndirmək, Quran oxumaq, faydalı biliklər əldə etmək, Allahın bəyəndiyi əməlləri yerinə yetirməyə dəvət etmək və günahlardan, yaramaz­lıqlardan çəkindirmək, qohumluq əlaqələri saxlamaq, valideyn­lərinə, zövcələrinə, xidmətçilərinə və heyvanlara qayğı göstərmək və həmçinin insanın ətrafındakılara göstərdiyi istənilən yaxşılıq­dır. Bu xeyirxahlıqlar əbədi qalaraq insana ən bol mükafat gətirir və onlara ümid bəslənilməsinə layiqdir. Bu mükafat nəinki saxlanır, o, həm də artırılır və insan zəruriyyət yarandıqda ona ümid bağlaya bilər. Bax bunlara görə yarışmaq istəyən insanlar bir-biriləri ilə yarışmalıdırlar! Bax bunun xatirinə əməksevərlər rəqabət aparmalı və əməlisalehlər səy göstərməlidirlər!

Düşün ki, Allah əvvəlcə qismətinə yox olmaq yazılmış yer aləminin nə olduğunu təsəvvür etmək üçün məsəl çəkmiş və sonra isə bütün maddi aləmin iki növünün olduğunu bəyan etmişdir. Birinci növə aid olanlar: var-dövlət, övladlar və insana qısamüddətli zövq verən maddi ləzzətlərdir ki, heç bir fayda vermədən yox olur və bəzən hətta qarşısıalınmaz ziyan vurur. İkinci növə aid olanlar əbədi xeyirxahlıqlardır ki, onlar insanın əbədi mülkiyyətinə çevrilirlər.

Sonra Fövqəluca Allah Qiyamət günü baş verəcək dəhşətli və həyəcanlı hadisələrdən xəbər verərək buyurur:

 

ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ;

O Gün Biz dağları da yerindən tərpədəcəyik və sən görəcəksən ki, yer yastılanmışdır. Biz onların hamısını toplaya­cağıq və heç kimi gözdən qaçırmayacağıq”.

Dağlar yerindən tərpədiləcək və onlar qum təpələrinə çev­ri­­lə­cək. Sonra onlar daranmış yun kimi yumşalacaq, daha sonra isə havaya sovrulmuş kül kimi yox olacaq və bundan sonra yer üstündə nə təpəliyi, nə də çökəkliyi olmayan hamar düzəngaha çevriləcəkdir. Allah Özünün bütün məxluqlarını onun üstündə toplayacaq və bu toplanışda kimsə iştirak etməkdən qaçına bil­mə­yəcəkdir. İnsanların hüdudsuz səhraların və dənizlərin arasın­da yaşamış ilk və sonrakı nəslləri, bir-birilərindən ayrı düşdüklə­rindən və heçliyə çevrildiklərindən sonra bir yerə toplanacaqlar. İnsanlara yeni həyat veriləcək və onlar Allahın qarşısında cərgə-cərgə dayanacaqlar ki, O, onların əməllərinə nəzər salsın və Öz ədalətli hökmünü çıxartsın. Bununla əlaqədar Fövqəluca buyu­rur:

ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ;

Onlar sənin Rəbbinin qarşısında cərgə-cərgə da­yana­caqlar: “Siz Bizim yanımıza Biz sizi ilk dəfə yaratdığımız halda gəlmişsiniz. Lakin siz güman edirdiniz ki, Biz sizə görüş təyin etməmişik”.

 

Siz öz var-dövlətinizdən məhrum edilmisiniz və öz ailələri­nizdən, qohum-əqrəbalarınızdan ayrılmısınız. Sizin etdiyi­niz əməl­lərdən və qazandığınız xeyir və şərdən başqa heç nəyiniz yoxdur. Allah qullarına belə buyuracaq: “Siz Bizim yanımıza, Biz sizi ilk dəfə xəlq etdiyimiz kimi tək-tənha gəlmişsiniz və Bizim sizə əta etdiklərimizi tərk edib gəlmişsiniz. Biz, sizin özünüz üçün Allahın şərikləri hesab etdiyiniz havadarlarınızı sizinlə birlikdə gör­mürük...” (Ənam, 6/94).

 

ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐﮑ ﮒ ﮓ ﮔ ﮕﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ;

 

Kitab qoyulacaq və sən görəcəksən ki, günah­karlar onda olanlardan necə əsməyə düşəcəklər. Onlar deyə­cəklər: “Vay halımıza! Bu nə kitabdır! Onda nə kiçik, nə də böyük günahlar nəzərdən qaçırılmamışdır – hər şey hesablan­mışdır”. Onlar öz qarşılarında bütün etdiklərini aşkar edəcək­lər və sənin Rəbbin heç kimlə ədalətsiz rəftar etməyəcək”.

 

Ey kafirlər! Siz dirilməni inkar edirdiniz, lakin indi öz gözünüzlə görüb onun doğruluğuna əmin oldunuz. Siz törətdi­yiniz əməllərə görə əvəz veriləcəyinə inanmırdınız və Allahın vədini və xəbərdarlığını yalan sayırdınız. İndi isə budur baxın həqiqəti görün və əvəzi dadın! Bu gün alicənab mələklər hər birinizin bütün əməlləriniz yazılmış kitabınızı sizə təqdim edə­cəklər və qalaların belə dağılmağa və əriməyə hazır olduğu qorxu və dəhşətdən ürəkləriniz sarsılacaqdır. Günahkarlar və cinayət­karlar özlərinə aid yazılmış və hesablanmış sözlərini və əməl­lərini gör­dükdə vahiməyə düşəcəklər və belə deyəcəklər: “Vay halımıza! Bu nə kitabdır! Onda nə kiçik, nə də böyük günahlar nəzərdən qaçırılmamışdır – hər şey hesablanmışdır”. Bütün kiçik və böyük günahlar, gizli saxladıqları fikirlər və törətdikləri əməlləri və həmçinin gecə və gündüz etdikləri əməlləri – hər şey yazılmışdır və heç nə unudulmamışdır.

Fasiqlər özlərinin bütün əməllərini qarşılarında görəcək və gördükləri gerçəkliyi inkar edə bilməyəcəklər. Allah onlarla ədalətsizcəsinə davranmayacaq, çünki onlar öz törətdikləri günahları etiraf edəcək, rüsvay ediləcək və onlardan layiq olduq­ları qisas alınacaqdır. Fövqəluca buyuracaq: “Bu - əlləri­nizlə et­diklərinizə görədir, axı Allah qullarına zalımlıq etmir” (Həcc, 22/10). O, Öz hökmünü ya mərhəməti, ya da ədaləti üzrə verə­cəkdir.

 

ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔﯕ ﯖ ﯗ ﯘ ﯙ;

(18.50) “Budur Biz mələklərə buyurduq: “Adəmin qarşı­sında səcdə qılın!” Onların hamısı, İblisdən başqa, səcdə etdi. O, cinlərdən idi və öz Rəbbinin iradəsinə itaətsizlik göstərdi. Doğrudanmı siz onu və onun nəslini, onlar sizin düşməniniz olduqları halda, Mənim əvəzimə özünüzə himayəçi və köməkçi qəbul edirsiniz?”

 

Fövqəluca Allah İblisin Adəmə (ə) və onun nəsllərinə bəslə­diyi nifrətdən xəbər verir. Allah Adəmi yaratdıqdan sonra mələk­lərə ona (ə) səcdə qılmağı əmr etdi və bununla ona (ə) həm ehtiram göstərməyi, həm də Rəbbin əmrini yerinə yetirmək hök­münü verdi. Mələklər Allahın iradəsinə itaət etdilər, lakin İblis bunu etməkdən boyun qaçırdı. O, cinlərin tayfasından idi və öz Rəbbinə itaətsizlik göstərdi. O dedi: “Doğrudanmı mən Sənin tor­paqdan yaratdığının qarşısında səcdəyə qapılmalıyam?” (İs­ra, 17/61). O, həm də belə dedi: “Mən ondan yaxşıyam. Sən məni oddan, onu isə palçıqdan yaratmısan” (Sad, 38/76). Şeytan bu sözləri ilə Allaha və bəşəriyyətin ulu babasına bəslədiyi nif­rətini aşkar etdi. Bəs niyə onda insanlar İblisi və onun nəsllərini Allahın əvəzinə özlərinə hami qəbul edirlər? İnsanları əxlaq pozğunlu­ğuna və yaramazlığa çağıran, Öz qullarına xoşbəxtlik, sevinc və uğur bəxş etməyə qadir Olan Mərhəmətli Allahın hima­yəsindən boyun qaçıran şeytanın havadarlığını üstün tutanların seçimi necə də pisdir!

Bu ayə insanları şeytanla düşmənçilik etməyə və onun vəsvəsələri ilə mübarizə aparmağa dəvət edir. Ayədə həmçinin şeytana belə münasibətin səbəbi də xatırlanır və göstərilir ki, təkcə zalım insanlar şeytanın tərəfdarları olurlar. Bəs onda kömək üçün özünün amansız düşməninə müraciət edəndən və Həmdəlayiq Rəbbin himayəsindən boyun qaçıran kəslərdən daha zalım kim ola bilər?!! Fövqəluca buyurur: “Allah – iman gətirən­lərin Himayədarıdır. O, onları zülmətdən işığa çıxarır. Kafir­lərin himayədarları və köməkçiləri – insanları işıqdan zülmətə salan tağutlardır” (Bəqərə, 2/257);

“Onlar iblisləri Allahın əvəzinə özlərinin himayəçiləri və köməkçiləri hesab etdilər və güman edirlər ki, doğru yolla gedirlər” (Əraf, 7/30).

 

ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ;

Mən onları göylərin, yerin və özlərinin yaradılı­şı­nın şahidləri etmədim. Mən başqalarını azdıranları köməkçi götürmürəm”.

Allah iblisləri və başqa adamları azdırıb yoldan çıxaran günahkarları göylərin, yerin və onların özlərinin yaradılışının şahidləri etmir. Həmin vaxt onlar orada deyildilər və Allah qərar qəbul edəndə onlarla məsləhətləşməmişdi. Daha dəqiq desək, onlar yaradılışın gedişatında iştirak etmirdilər!! Allah Vahid Xaliq və Hökmdardır. O, hər şeyi öncədən müəyyənləşdirir, məxluqları yaradır və Özünün ilahi müdrikliyinə müvafiq olaraq onları idarə edir. Bəs onda fasiqləri, şeytanları özlərinə hami qəbul edərək və təkcə Allaha ibadət etməli olduqları kimi onlara tabe olaraq, Ona şərik qoşmağa vadar edən nədir? Axı insanları yaradan şeytanlar deyil. Bundan başqa, onlar hətta Kainatın yaradılmasında iştirak etməmişdilər və bu işdə Allaha kömək etməmişdilər. Bax elə buna görə O, bəyan edir ki, başqalarını azdıranları Özünə köməkçi götürmür. Ona yaraşmır ki, belə məxluqlara Kainatın işləri ilə məşğul olmağa səlahiyyət versin, çünki onlar Onun qullarını azğınlığa salırlar və Onunla düşmənçilik edirlər. Belə məxluqlar Ona yaxın olmağa layiq deyillər və onları başqa qismət gözləyir.

ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ;

Həmən gün O, buyuracaq: “Mövcudluğunu gü­man etdiyiniz şəriklərimi çağırın”. Onlar çağıracaqlar, amma çağırı­lanlar onlara cavab verməyəcəklər. Biz onların arasında məhvedici bir yer (maneə) ucaldarıq”.

 

Fövqəluca Allah bu dünyada müşriklərin taleyini xatırlat­dıq­dan sonra, onların yaramazlığını ən parlaq şəkildə ifşa etmiş və yalançı ilahlara ibadət edənlərin hər birinin cahilliyi və axmaqlığı barədə xəbər vermiş və O, bütpərəstlər və onların “ilah” kimi qəbul etdikləri bütləri arasında Qiyamət günü baş verəcək hadisəni xatırlamışdır. Müşriklər Allaha şərik qoşurdu­lar, amma nə göy­lərdə, nə də yerdə Ondan başqa ibadətə layiq haqq məbud yoxdur. Buna görə də O, onlara əmr edir ki, öz uydurduqları “ilahları”, onları böyük fəlakətlərdən xilas etmələri üçün dəvət etsinlər. Müşriklər, əlbəttə ki, yardım üçün öz “ilahlarına” müra­ciət edərlər, lakin çağırılanlar çağıranların hara­yına səs verməyə­cəklər, çünki Həmin gün hakimiyyət təkcə Vahid Allaha məxsus olacaqdır və heç bir məxluq nə özünə, nə də ətrafındakılara zərrə qədər də fayda verə bilməyəcəklər. Müşrik­lərin və bütlərin arasına həlakedici sədd çəkiləcəkdir ki, onları bir-birindən ayırsın. Həmin gün onlar bir-birilərinə nifrət edəcək və bir-birilərindən üz döndərəcəklər və buna görə Fövqəluca Allah buyurur: “Allahdan başqa Qiyamət gününə qədər onlara cavab verməyənlərə və onların çağırışından xəbərləri olmayan­lara dua edənlərdən daha da azğın kim ola bilər? İnsanlar toplandıqdan sonra onlar bir-birilərinin düşmənlərinə çevrilə­cək və insanların onlara ibadət etmələrini inkar edəcəklər” (Əhqaf, 46/5-6).

ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ;

Günahkarlar Odu görəcəklər və onlara aydın olacaqdır ki, onlar oraya düşəcəklər. Onlar oradan xilas ola bilməyəcəklər”.

Dirilmə günü və insanların əməllərinə görə hesabat ver­məsi başladıqda, hər bir adam özü kimi insanların arasında öz yerini tutacaqdır. Cinayətkarlar və günahkarlar cəzaya məhkum edilə­cəklər. Onlar odlu Cəhənnəmi oraya düşənə qədər görəcək­lər və onda onları təsvir olunmaz bir həyəcan bürüyəcək. Onlar başa düşəcəklər ki, çox yaxın vaxtlarda Cəhənnəm Odunun içində olacaqlar. Şərhçilər qeyd edirlər ki, ərəb feli olan “zənnə” (fikirləşmək, zənn etmək) sözü bu ayədə ona dəlalət edir ki, günahkarlar artıq Cəhənnəmə atılacaqlarına qəti əmin olmuşdu­lar. Onlar Odlu Məkandan xilas ola bilməyəcəklər, çünki onlar sərt aqibətdən qaçmağı bacarmayacaqlar və heç kim Allahın iradəsinin əleyhinə olaraq onlara Allah qarşısında havadar çıxmağa çalışmayacaq. Rəbb bu sözləri ilə Öz qullarını qorxudur və xəbərdar edir.

 

ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ;

Biz bu Quranda insanlara istənilən məsəli izah etmişik, lakin insan mübahisə etməyə hər şeydən çox meyl göstərir”.

Fövqəluca Allah ən müxtəlif məsəllər verilmiş Müqəddəs Quranda əzəmət, gözəllik və universallıqdan bəhs edir. Bu hikmətli məsəllər sayəsində insanlar faydalı biliklər və əbədi bəxtiyarlıq əldə etmək, şərdən və məhv olmaqdan qurtulmaq imkanı qazanırlar. Onlar halal və haram barədə rəvayət edir, görülmüş əməllərə görə veriləcək əvəzdən bəhs edir, adamları bol mükafatlarla cəlb edir və sərt cəza ilə qorxudur. Onlarda insanların ürəklərinə fayda verən, onların düzgün baxışlarını möhkəmlən­dirən, onlara əminlik gətirən və onları parlaq işıqla nurlandıran həqiqi hadisələr təsvir olunur. Bütün bunlar insanları Müqəddəs Qurana itaət etməyə, onun hökmlərini rəhbər tutmağa və onları heç vaxt mübahisə mövzusuna çevirməməyə yönəldir. Lakin bunlara baxmayaraq, bir çox insanlar Haqq onlara məlum olduqdan sonra onun barəsində höcətləşməkdən əl çəkmirlər. Onlar həqiqəti yalançı sübutlar vasitəslə təkzib etməyə cəhd göstərirlər və Allah buna görə buyurur ki, insan başqalarından daha çox mübahisə etməyə meyil göstərir. O, yalanı zalımcasına müdafiə edir, hərçənd ona belə hərəkət etmək yaraşmır. Onu bu rəftarı etməyə təkan verən isə Allaha iman gətirməməyidir. Onun iman gətirməkdən boyun qaçırmasının səbəbi sübut və dəlillərin çatışmazlığı deyil, öz zalımlığının və inadkarlığının üzündəndir. Əgər bu belə olmasaydı, onda Allahın cəzası onları belə bir dəhşətli vəziyyətdə yaxalamazdı. Elə buna görə, daha sonra Fövqəluca Allah buyurur:

 

ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ;

 

(18.55) “Haqq rəhbərlik onlara nazil edildikdə, iman gətirmək və öz Rəbbindən bağışlanma diləmək barədə insan­lara maneçilik törədən, onlarla üzbəüz dayanacaq ilk nəsllərin talelərinə və əzab-əziyyətə doğru can atmaları deyildimi?”

 

İlahi rəhbərliyi aldıqdan və onun sayəsində haqqı yalan­dan, doğru yolu isə azğınlıqdan fərqləndirməyi öyrəndikdən son­ra insanları həqiqi dindən çəkindirən nə oldu? Allah insanlara dəlillər nazil etdi və onlara Haqqın izahını verdi və əgər onlar iman gətirməkdən boyun qaçırdılarsa, onda bu onların zalımlı­ğının və həqiqətə bəslədikləri nifrətin nəticəsi idi. Buna görə onlara ancaq, əvvəlkilərin talelərindən fərqli olacaq öz qismətlə­rini gözləməlidirlər, çünki Allah Öz qulları ilə eyni ədalətlə rəftar edir. Əgər onlar iman gətirməkdən boyun qaçırırlarsa, onda cəza onları ya bu dünyada haqlayır, ya da açıq-aşkar onların gözü qarşısında dayanır. Qoy kafirlər onlara nəsib olacaq aqibətdən qorxsunlar və xilas ola bilməyəcəkləri cəza onların üstünə düşənə qədər, küfrlərini tövbə etsinlər.

 

ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ;

Biz elçilərimizi ancaq müjdə verən və xəbərdarlıq edən nəsihətçilər kimi göndəririk. Lakin kafirlər saxta dəlillər vasitəslə onlarla mübahisəyə girirlər ki, haqqı təkzib etsinlər, Mənim ayələrimi və onlara xəbərdarlıq edilənləri məsxərəyə qoysunlar”.

Allah elçilərini əyləncə xatirinə göndərməmişdir və insan­lar­dan onlara ibadət etməyi tələb etməmiş və elçilərinə də buna çağırmaq hökmü verməmişdir. Onlar insanları hər cür xeyir­xahlığa çağırır və onları istənilən günah əməllərdən çəkindirir­dilər, Allahın əmrlərini yerinə yetirənlərə həm bu dünyada, həm də ölümündən sonra mükafatlandırılacaqları haqqında müjdə verir və Allahın hökmlərinə itaətsizlik göstərənləri isə həm bu dünyada, həm də ölümündən sonra sərt cəza gözlədiyi barədə xəbərdar edirdilər. Onlar haqqı insanların nəzərinə çatdırırdılar, lakin pozğun kafirlər onsuz da öz yalançı baxışlarını müdafiə edərək, çalışırdılar ki, onların vasitəslə Haqqı inkar etməyə cəhd göstərirdilər. Onlar yalanın qələbə çalması və haqqın məğlub olması üçün əllərindən gələni edirdilər. Onlar Allahın elçilərini lağa qoyur, Onun ayələrinə rişxənd edir və pərəstiş etdiklərinə sevinirdilər. Lakin Fövqəluca Allah Öz dininin nurunu, hətta kafirlərin ona nifrət etməsinə baxmayaraq, saxlamaq istəyirdi. O istəyirdi ki, haqq yalana qalib gəlsin və buna görə buyurdu: “Lakin Biz haqqı yalanın üstünə atırıq və o dağılıb yoxa çıxır...” (Ənbiya, 21/18). Fövqəlmüdrik Allahınmərhəməti sayəsindəkafirlər haqq tərəfdarları höcətləşməyə başlayırlar, onu öz yalançı sübutları vasitəslə təkzib etmək istəyirlər və buna görə insanlar həqiqəti və onun istinad etdiyi dəlilləri öyrənirlər, həm də azğın­lığınyanlışlığına əmin olurlar. Həqiqətən də hər şey müqayisə ilə öyrənilir.

 

ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ;

(18.57) “Rəbbinin ayələrini ona xatırlatdıqdan sonra, onlardan üz döndərən və əllərinin törətdiyini unudandan da zalım kim ola bilər? Biz, onu (Quranı) dərk edə bilməsinlər deyə, onların ürəklərinə pərdə çəkdik, qulaqlarını da tıxadıq. Əgər sən onları doğru yola çağırsan da, onlar heç vaxt doğru yolla getməzlər”.

 

Fövqəluca bu vəhydə, Allahın ayələrinin xatırladıldığı, haqq ilə yalan və həmçinin doğru yolla azğınlıq arasında fərqin göstərildiyi insanın törətdiyi ən böyük zalımlıq və ən ağır cinayət haqqında xəbər verir. Onu cəza ilə qorxudur, bol mükafatla şirnikləndirirlər, o isə nəsihətlərdən üz çevirir və onlardan fay­dalanmır. O, doğru yola gəlməyi rədd edir, törətdiyi cinayətləri yaddan çıxarır və hətta heç fikirləşmir ki, aşkardan da, gizlindən də Agaholan onu daima müşahidə edir. Həqiqətən, belə bir insan, Allahın möcüzələrinin şahidi olmayan və faydalı nəsihətləri eşitməyən adamdan daha çox günahkardır. Sonuncu da fasiqdir, lakin birincinin şərəfsizliyi və zalımlığı daha qatıdır, çünki ən ağır cinayətlər şüurlu surətdə törədilən günahlardır. Belə günahkar Allahın ayələrindən üz döndərir, öz işlətdiyi günahları yaddan çıxarır və ağır nəticələrini bilsə də özünün fəlakətli vəziyyəti ilə razılaşır. Buna görə Fövqəluca Allah onu cəzaya məruz qoyur və doğru yola aparan qapıları onun qarşısında bağlayır. Allah onun qəlbinə ağır pərdə örtür və bu da ona Onun ayələrinin mənalarını dərk etməyə imkan vermir. Hətta o, nəsihətləri eşitsə də, onları bütün qəlbi ilə dərk etmək iqtidarında olmur. Onun qulaqları tıxaclanmışdır və onu haqqı anlamaq və ondan faydalanmaq imkanından məhrum etmişdir. Həqiqətən, insan belə vəziyyətdə doğru yola gələ bilmək imkanına malik olmur.

Əgər sən onları doğru yolla getməyə çağırsan, onlar sənin çağırışına cavab verə bilməzlər, çünki, bir qayda olaraq, moizələrə, əvvəllər həqiqəti bilməyən şəxslər qulaq asırlar. Əgər insanın gözü açılmış və sonra görməkdən məhrum olmuşsa, doğru yolu tanıyaraq, sonra ondan üz çevirmişsə və azğınlığı ondan üstün tutmuşsa, onda Allah onu amansız cəzaya məruz qoyur və ürəyini möhürləyir və bundan sonra isə o artıq doğru yolla getməyə qadir olmur. Bütün bunlar haqqı öyrəndikdən, biləndən sonra ondan dönən hər bir kəsə sərt xəbərdarlıqdır, çünki belə davranış insanı sonradan, ən inandırıcı öyüd-nəsi­hətlər almasına baxmayaraq, doğru yola qayıtmaq imkanından məhrum edir.

 

ﮫ ﮬ ﮭ ﮮﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ;

 

Sənin Rəbbin Bağışlayandır, Mərhəmət Sahibi­dir. Əgər O, onları hər törətdiklərinə görə cəzalandırsaydı, onların əzab-əziyyətini tezləşdirərdi, lakin onlar üçün müəyyən müddət təyin edilmişdir və onlar ondan qurtula bilməyə­cək­lər”.

 

Fövqəluca Özünün hər şeyi bağışlayan və həddi-hüdudu olmayan mərhəməti haqqında xəbər verir. O, hər kəsin günah­larını silir və törətdiklərinə peşman olanların tövbəsini qəbul edir. Allah belə insanları Öz mərhəməti ilə himayə edir və onlara bol hədiyyələr verir. Əgər Allah insanları etdikləri günahlara görə ləngitmədən, o saat cəzalandırsaydı, onlardan hər biri bu dünya­da cəzalandırılardı. Lakin Fövqəluca Allah Həlimdir və Səbirlidir. O, Öz qullarını cəzalandırmağa tələsmir və onlara möhlət bəxş edir. Amma günahkarlar, hətta onlara olduqca uzunmüddətli möhlət verilsə də belə, cəzasız qalmayacaqlar və buna görə Allah buyurur ki, O, onlara öncədən müəyyən bir müddət təyin etmiş­dir ki, heç kim ondan yayına bilməz! Bu müddətin sona yetməsi ilə hər bir insan etdiklərinin əvəzini alacaq və kimsə bu qismə­tindən qaça bilməyəcək. Fövqəluca Allah Öz qulları ilə belə rəftar edir. O, onları dərhal cəzalandırmır, onlara tövbə etməyə və doğru yola qayıtmağa imkan verir. Əgər onlar tövbə edib, düz yola qayıdırlarsa, onda Allahın bağışlamasına və mərhəmətinə layiq görülür və amansız cəzadan xilas olunurlar. Yox, əgər onlar öncədən müəyyən olunmuş müddətəcən inadkarcasına zalımlıq etməkdən əl çəkmirlərsə, onda onlardan dəhşətli qisas alınır. Bax buna görə Fövqəluca buyurur:

 

ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ;

Biz bu şəhərləri onlar zalımlıq etməyə başladıqda məhv etdik və onların fəlakətinin müddətini öncə müəyyənləş­dirdik”.

 

Allah günahkarları zalımlıq etdiklərinə görə cəzalandırır və heç vaxt Öz qullarını incitmir. O, onlara əvəz verilməsi üçün müəyyən vaxt qoymuşdur və heç kim onu nə yaxınlaşdıra, nə də uzaqlaşdıra bilməz.

 

ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ;

Budur, Musa xidmətçisinə dedi: “Mən iki dənizin qovuşduğu yerə çatıncayadək və ya səfərimə uzun illər sərf etmədikcə dayanmayacağam”.

Fövqəluca, Öz peyğəmbəri Musa (ə) və onun (ə) xeyirxah­lığa və biliklərə can atmasından xəbər verir. O (ə) Nun oğlu Yuşa adlı xidmətçisi ilə səfərə çıxır. Yeniyetmə əməlisaleh peyğəmbəri (ə) hər yerdə müşayiət edirdi və bir dəfə o (ə) ona deyir: “Mən, mə­nə ən ağır sınaqlardan keçmək lazım gəlsə belə, iki dənizin qovuşduğu yerə qədər səyahət edəcəyəm. Mənə vəhylə təlqin edilmişdir ki, məhz orada mən bilikdə məndən üstün olan Allahın bir qulu ilə görüşməliyəm”. Biliklərə güclü məhəbbət hissi Musanı (ə) belə bir qərar qəbul etməyə vadar etmiş və o (ə) yola düşmüşdü.

 

ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃ ﰄ;

Onlar dənizlərin qovuşduğu yerə çatdıqda, balığı yaddan çıxartdılar və o, sanki yeraltı yolla dənizə doğru hərəkət etdi”.

Musa (ə) və onun xidmətçisi yol üçün balıq götürmüşdülər ki, acdıqda onu yesinlər. Daha əvvəl isə Musaya (ə) vəd edilmişdi ki, o (ə) balığı itirəcəkləri yerdə müdrik qulla rastlaşacaqdır. Onlar dənizlərin qovuşduğu yerə çatdıqda, balıq qəribə halda (zənbildən sürüşüb) dənizə tərəf hərəkət edərək, üzə-üzə sahildən uzaqlaşdı və bu Allahın möcüzələrindən biri idi. Quranın şərhçi­ləri qeyd edirlər ki, Musa (ə) və onun xidmətçisi dənizə çatanda dəniz suyu balığa toxundu və o, Allahın iradəsi ilə suya düşdü və canlandı.

ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ;







Дата добавления: 2015-09-04; просмотров: 478. Нарушение авторских прав; Мы поможем в написании вашей работы!



Вычисление основной дактилоскопической формулы Вычислением основной дактоформулы обычно занимается следователь. Для этого все десять пальцев разбиваются на пять пар...

Расчетные и графические задания Равновесный объем - это объем, определяемый равенством спроса и предложения...

Кардиналистский и ординалистский подходы Кардиналистский (количественный подход) к анализу полезности основан на представлении о возможности измерения различных благ в условных единицах полезности...

Обзор компонентов Multisim Компоненты – это основа любой схемы, это все элементы, из которых она состоит. Multisim оперирует с двумя категориями...

ЛЕЧЕБНО-ПРОФИЛАКТИЧЕСКОЙ ПОМОЩИ НАСЕЛЕНИЮ В УСЛОВИЯХ ОМС 001. Основными путями развития поликлинической помощи взрослому населению в новых экономических условиях являются все...

МЕТОДИКА ИЗУЧЕНИЯ МОРФЕМНОГО СОСТАВА СЛОВА В НАЧАЛЬНЫХ КЛАССАХ В практике речевого общения широко известен следующий факт: как взрослые...

СИНТАКСИЧЕСКАЯ РАБОТА В СИСТЕМЕ РАЗВИТИЯ РЕЧИ УЧАЩИХСЯ В языке различаются уровни — уровень слова (лексический), уровень словосочетания и предложения (синтаксический) и уровень Словосочетание в этом смысле может рассматриваться как переходное звено от лексического уровня к синтаксическому...

Трамадол (Маброн, Плазадол, Трамал, Трамалин) Групповая принадлежность · Наркотический анальгетик со смешанным механизмом действия, агонист опиоидных рецепторов...

Мелоксикам (Мовалис) Групповая принадлежность · Нестероидное противовоспалительное средство, преимущественно селективный обратимый ингибитор циклооксигеназы (ЦОГ-2)...

Менадиона натрия бисульфит (Викасол) Групповая принадлежность •Синтетический аналог витамина K, жирорастворимый, коагулянт...

Studopedia.info - Студопедия - 2014-2024 год . (0.009 сек.) русская версия | украинская версия