Студопедия — Bu sənin Rəbbinin qulu Zəkəriyyəyə göstərdiyi mərhəmətinin xatırlanmasıdır”.
Студопедия Главная Случайная страница Обратная связь

Разделы: Автомобили Астрономия Биология География Дом и сад Другие языки Другое Информатика История Культура Литература Логика Математика Медицина Металлургия Механика Образование Охрана труда Педагогика Политика Право Психология Религия Риторика Социология Спорт Строительство Технология Туризм Физика Философия Финансы Химия Черчение Экология Экономика Электроника

Bu sənin Rəbbinin qulu Zəkəriyyəyə göstərdiyi mərhəmətinin xatırlanmasıdır”.






Ey Muhəmməd! Biz sənə bir hekayət açıqlayacağıq və Zəkəriyyə peyğəmbər (ə), onun saleh əməlləri və şərəfli məziy­yətləri haqqında sənə müfəssəl rəvayət edə­cəyik. Həqiqətən, bu hekayət öyüd-nəsihətlərə qulaq asanlar üçün bir ibrət, haqqın ardınca getməyi arzulayanlar üçün isə mükəmməl dərsdir. Allahın Öz mömin qullarına mərhəmət göstərməsinə aid ayələr və onların belə yüksək məqamlara layiq görülmələri insanlarda Ona qarşı məhəbbət oyadır və onları Onu tez-tez xatırlamağa və bütün mümkün vasitələrlə Onu başa düşməyə can atmağa sövq edir. Fövqəluca Allah Zəkəriyyəni seçərək, ona peyğəmbərlik ver­məklə və Vəhy nazil etməklə onu şərəfləndirmişdir. Pak peyğəmbər (ə), digər elçilərin etdiyi kimi, öz vəzifəsini qüsursuz yerinə yetirməyə başlamışdı. O (ə) qulları Rəbbinin yoluna dəvət edirdi və onlara Onun öyrətdiklərini mənimsədirdi. O (ə), onlara həyatda və öldükdən sonra necə davranmaq haqqında faydalı məsləhətlər verir və Allahın digər elçilərinin, onların ardıcılları­nın izi ilə gedirdi. O (ə), artıq getdikcə zəiflədiyini gördükdə və ölümünün yaxınlaşdığını hiss etdikdə, qorxdu ki, insanları Rəbbin yoluna dəvət etmək və onlara düzgün nəsihətlər vermək üçün onun (ə) yerini tutan olmayacaq. Belə olduqda o (ə) bədəni­nin və ruhunun zəifləməsinə görə Rəbbinə şikayət etdi. O (ə) Allaha gizlicə müraciət edirdi ki, duası daha kamil, daha gözəl və daha səmimi olsun.

 

ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ;

 

(19.3) “Budur, o, öz Rəbbinə gizlicə dua edib”,

Dedi: “Ey Rəbbim! Həqiqətən də sümüklərim zəif­lə­­mişdir, başım isə artıq tamamilə ağarmışdır. Axı əvəllər Sənə etdiyim dualarımın sayəsində, ey Rəbbim, mən bədbəxt de­yildim”.

Sümüklər insan orqanizminin binövrəsidir, onlar zəiflə­dikdə, bütün bədən zəifləmiş olur. Zəkəriyyə peyğəmbərin (ə) saç­la­rının ağarması isə onun (ə) zəifliyinin və qocalığının daha bir dəlili idi. Məhz saçın ağarması ölümün qasidi[44], onun xəbərçisi və sələfi idi. Pak peyğəmbər (ə) bunu xatırladaraq, öz zəifliyini və köməksizliyini nəzərə çatdırır ki, Fövqəluca Allah onun (ə) duasına tez cavab versin. Allah istəyir ki, insanlar öz zəifliklərini və gücsüzlüklərini etiraf edərək, Ona yaxınlaşmağa cəhd göstər­sinlər, çünki məhz belə etdikdə, onlar öz ümidlərini Onun qüd­rəti və yardımı ilə bağlayırlar.

Sonra saleh peyğəmbər (ə) etiraf edir ki, əvvəllər Rəbbi onu (ə) mərhəmətindən ümidini kəsməyə qoymur və arzuladıqla­rın­dan məhrum etmirdi. Əksinə, O həmişə onun (ə) ehtiyaclarından yaxşı xəbərdar idi, onun (ə) dualarına cavab verir və onu (ə) Öz qayğısı ilə himayə edirdi. O (ə) da qərara almışdı ki, Onun əvvəllər ona (ə) göstərdiyi mərhəməti vasitəslə Ona yaxınlaşsın və xahiş edir ki, özünün (ə) bu duasına cavab versin və xatırladır ki, əvvəllər O, onun (ə) dualarına həmişə cavab verərdi. O (ə) öz Xeyirxahına yalvarır ki, bundan sonra da ona (ə) Öz mərhəmətini əsirgəməsin.

 

ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀﮁ ﮂ ﮃ ﮄ ﮅ;

 

(19.5) “Mən özümdən sonra qohumlarımın laqeydliyin­dən qorxuram, çünki zövcəm qısırdır. Öz dərgahından mənə bir vərəsə bəxş et ki,

(19.6) “mənə və Yaqub ailəsinə varis olsun. Ey Rəbbim, onu Özündən razı et!”

Mən ehtiyat edirəm ki, mənim ölümümdən sonra İsrail oğullarını idarə edən hökmdarlar Sənin dininin öyüd-nəsihətlə­rini layiqincə yerinə yetirməsinlər və Sənin qullarını doğru yola çağırmasınlar.

Bu ayənin aydın mənasından görünür ki, Zəkəriyyə peyğəmbər (ə) öz xalqı arasından təqlid edilməyə layiq ruhani nəsihətçi və nümunəvi bir insan olmadığını görürdü. Bu, saleh peyğəmbərin (ə) rəhmdilliyi və səmimiyyətinə dəlalət etməkdə­dir. O (ə) Allahdan xahiş edir ki, ona (ə) bir övlad nəsib etsin. Lakin bu zaman o (ə), başqa insanların kimi, heç də dünyəvi məqsədlər güdmürdü. Onu (ə) buna sövq edən – Allahın dininə fayda gətirməyə can atması, dini unudulmaqdan qorumaq niy­yəti idi, çünki o (ə) görürdü ki, xalqı arasında bu işə yarayan bir adam yox idi.

Əməlisaleh peyğəmbərin (ə) ailəsi ən mömin və ən dindar ailə kimi məşhur idi. Bu ailə peyğəmbərliyin xəzinəsi və xeyir­xahlıq mənbəyi olmuşdu. Məhz buna görə Zəkəriyyə Allahdan xahiş etmişdi ki, onun (ə) özünə övlad qismət etsin ki, onun (ə) nəsli ölümündən sonra dinin hökmlərinə riayət etmək haqqında qayğı çəkə bilsin. Lakin onun (ə) zövcəsinin övladı heç olmurdu və buna görə o (ə), Allaha övrətinin qısır olmasından şikayət etmişdi. O (ə) özü də elə bir ahıl yaşında idi ki, bu zaman kişilər çox nadir hallarda qadına meyl edirlər və uşaq törətməyə qabil olurlar. Buna baxmayaraq, o (ə) Allahdan xahiş edir ki, ona varis əta etsin və o da öz növbəsində peyğəmbərliyi, bilikləri və saleh əməllərə can atmanı ondan (ə) qəbul edə bilsin. O (ə) Allahdan oğul istəyirdi ki, o, atasına (ə) və Yaqubun bütün ailəsinə varis olsun. O (ə) həmçinin Allaha dua edirdi ki, övladını Onun mömin qulu və pak övliyası etsin və ona tək Allaha ibadətə məhəbbət aşılasın. Bir sözlə, peyğəmbər (ə) Allahdan xeyirxah və mömin oğul diləyirdi, o, öz atasının (ə) ölümündən sonra Allahın peyğəmbəri və İsrail oğullarının ağsaqqalına çevrilsin, Allahın lütfkarlığına və xalqının məhəbbətinə layiq olsun. Həqiqətən, bundan daha kamil keyfiyyətlərə malik oğul yoxdur və ola da bilməz. Əgər Allah Öz quluna mərhəmət göstərirsə, onda O, ona ən gözəl əxlaqi keyfiyyətlərə və tərifəlayiq məziyyətlərə malik olan mömin oğul bəxş edir.

 

ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ;

 

Ey Zəkəriyyə! Həqiqətən, Biz səni adı Yəhya olan bir oğulla müjdələyirik. Biz əvvəllər bu adla heç kimi xəlq etməmişik”.

 

Rəbb Öz peyğəmbərinin (ə) dualarını qəbul edib, onlara cavab vermişdir. Fövqəluca Allah mələklərin dili ilə onu (ə) yaxın vaxtlarda Yəhya adlı oğlunun dünyaya gəlməsi ilə müjdələyir. Allah ona (ə), onun (ə) məqamına müvafiq gələn bir ad verir, çünki ərəb sözü olan “yəhya” “maddi həyatla yaşamaq” mənasını bildirir. Lakin Allah ona (ə) xüsusi bir mərhəmət göstərir ki, o (ə), gözəl mənəvi bir həyatla yaşasın. Onu vəhy ilə, biliklərlə və din ilə şərəfləndirir.

Allah əvvəllər heç kimi bu adla adlandırmamışdı. Təfsirlər­dən birinə uyğun olaraq bu Quran ifadəsi onu göstərir ki, əvvəllər Yəhya peyğəmbərin (ə) tayı-bərabəri olanlar yox imiş. Bələ olduğu halda, deməli, mələklər Zəkəriyyə peyğəmbərə (ə) gətirdikləri müjdədə onun (ə) oğlunun ən kamil və tərifəlayiq keyfiyyətlərə malik olacağını və özündən əvvəlkiləri üstünlüyü ilə ötəcəyini bildirmiş­dilər. Əgər bu şərhi düzgün saysaq, onda belə çıxır ki, burada İbrahim (ə), Musa (ə) və Nuh (ə) və digər peyğəmbərlər istisna edilməlidir, çünki onlar Yəhya peyğəmbər­dən (ə) öz xidmətlərinə görə üstün idilər.

 

ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ;

(19.8) “O dedi: “Ey Rəbbim! Əgər zövcəm qısırdısa və mən də qocalıb əldən düşmüş bir yaşdayamsa, oğlum necə ola bilər?”

Zəkəriyyə peyğəmbər (ə) Allaha dua edib Ondan dilədiyi oğlunun yaxın vaxtda dünyaya gələcəyi haqqında müjdə aldıqda, buna olduqca təəccübləndi. Zövcəsinin və onun (ə) vəziyyəti onlara uşaq dünyaya gətirməyə imkan vermirdi. O (ə) Allaha dua edərkən bu barədə fikirləşmirdi, çünki onun qəlbi ruhani güc və oğlu olması ilə bağlı şiddətli arzu ilə doluydu. Lakin indi, onun duaları qəbul edildikdən sonra, o (ə) buna heyrətlənmişdi.

 

ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ;

O dedi: “Hər şey belə də olacaq! Sənin Rəbbin buyurmuşdur: “Bu, Mənim üçün asandır, axı Mən öncə sənin özünü yaratmışam, halbuki sən ümumiyyətlə yox idin””.

Zəkəriyyə peyğəmbərin (ə) övladının olması doğrudan da qeyr-adi bir hadisə idi. O, Allahın məxluqlarının talelərini idarə etməsi qanunlarına ziddiyyət təşkil edirdi. Lakin Onun qüdrəti Ona bu qanunların əksinə olan hər hansı istədiyi varlığı yarat­mağa imkan verir. Buna görə Yəhyanı xəlq etməsi Allah üçün heç bir çətinlik təşkil etmirdi, həm də Allah əvvəlcə Zəkəriy­yənin (ə) özünü, o (ə), ümumiyyətlə mövcud olmadığı bir halda, yarat­mışdı.

 

ﮱ ﯓ ﯔ ﯕ ﯖﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ;

O dedi: “Ey Rəbbim! Mənə bir dəlil təyin et”. O buyurdu: “Tam sağlam olmağına baxmayaraq üç gecə insanlarla danışa bilməyəcəyin sənin dəlilin olacaqdır”.

(19.11) “O, mehrabdan çıxıb xalqının qarşısına gəldi və danışa bilmədiyi üçün onları işarə başa saldı ki, “Sübh çağı və gün batmazdan Allaha həmd edin!”

Zəkəriyyə (ə) Allahdan möcüzə istəmişdi ki, ürəyi sakitlik tapsın və özünə yəqinlik hasil etsin. Bu isə qətiyyən o demək deyildir ki, o (ə) Allahın vədinə şübhə edirdi. Zəkəriyyənin (ə) sözləri İbrahim peyğəmbərin (ə) sözlərinə bənzəyirdi. Fövqəluca Allah o barədə belə buyurmuşdu: “Bax, İbrahim də belə de­mişdi: “Ey Rəbbim! Mənə ölüləri necə diriltdiyini göstər”. O buyurdu: “Məgər sən inanmırsan?” O dedi: “Əlbəttə inanıram! Lakin istəyirəm ki, ürəyim rahat olsun” (Bəqərə, 2/260). O (ə) bu barədə biliyini artırmaq üçün soruşmuşdu. O (ə) buna qəti əmin idi, amma dirildilməni öz gözləri ilə gördükdən sonra imanını daha da artırmaq istəyirdi. Buna görə Allah ona (ə) lütfkarlıq göstərərək, xahişini yerinə yetirdi.

Zəkəriyyə peyğəmbərə (ə) gəldikdə isə, Fövqəluca Allah ona belə buyurur: “Sənin dəlilin – üç gün insanlarla ancaq işarə ilə danışa bilməyin olacaqdır. Rəbbini çox zikr et və Ona gün batmamışdan və səhər çağı həmd et! (Ali-İmran, 3/41). Bu ayənin mənası müzakirə etdiyimiz ayənin mənasından fərqlənmir, çünki üç gün və üç gecə ifadələri ilə eyni zaman arası nəzərdə tutulur. Allah bununla Öz peyğəmbərinə (ə) gözəl bir möcüzə göstərir. O (Pak və Müqəddəs Allah), üç gün ərzində onu (ə) insanlarla da­nış­mağa qoymur, halbuki saleh peyğəmbər nə lal olmuşdu, nə də digər nitq qüsurlarına tutulmamışdı və tamamilə sağlamdı. Bu isə, Allahın qeyri-adi və qəribə şeylər yaratmaq hakimiyyətinə malik olmasının dəlili idi. Diqqət yetirilməsinə layiq olan o idi ki, Allah peyğəmbərinə (ə) insanlarla danışmağı qadağan etsə də, ona (ə) öz Rəbbini tərifləməklə ucaltmağa və Onu zikr etməyə icazə vermişdi. Əməlisaleh peyğəmbər (ə) bu dəlili aldıqdan sonra, tam əminlik əldə etdi. O (ə), müjdəyə görə çox sevindi, Allahın iradəsinə müti oldu və Ona həmd etməyə, ibadət etməyə və Onu şövq ilə yad etməyə başladı. O (ə) qərara gəldi ki, mehrabda tənhalığa çəkilib ibadət etsin və sonra insanların qarşısına çıxaraq, onlara işarə ilə Allahın şəninə tərif deməyi, Onu səhər-axşam şərəfləndirib ucaltmağı tapşırdı. O (ə), bunu ona görə belə etdi ki, Yəhyanın doğulacağı müjdəsi bütün xalq üçün sevinc və din üçün nemət idi.

ﭑﭒﭓﭔﭕ ﭖﭗ ﭘﭙ;

 

(19.12) “Ey Yəhya! Kitabı möhkəm tut. Biz, üç yaşı tamam olmamış, ona hikmət əta etdik”,

Yuxarıdakı ayələrdən aydın olur ki, Yəhya dünyaya gəlir, böyüyür və gözəl tərbiyə alır. O (ə), insandan tələb olunanı dərk etmə yaşı həddinə çatdıqda, Fövqəluca Allah ona (ə) əmr edir ki, Kitabdan möhkəm yapışsın. Buna görə ondan (ə) tələb edilirdi ki, Kitabın olduğu kimi saxlanmasından, onun həqiqi mənasını dərk etməkdən, onun hökm və qadağalarına riayət etməkdən ötrü var qüvvəsini sərf etsin. Ancaq bu hökmlərə riayət etməklə Yəhya peyğəmbər (ə) Səmavi Kitabdan möhkəm yapışa bilərdi və o (ə) da Rəbbinin iradəsinə itaət etdi və Vəhyin qorunması və öyrənilmə­sinin qayğısını çəkməyə başladı. Allah bunun üçün ona (ə) ağıl və uzaqgörənlik verdi ki, insanlardan digər heç kim onlara sahib deyildi və buna görə O (Pak və Müqəddəs Olan) bəyan edir ki, ona, o (ə) hələ körpə yaşında olarkən hikmət bəxş etmişdir.

 

ﭚ ﭛ ﭜ ﭝﭞ ﭟ ﭠ ﭡ;

 

(19.13) “həmçinin Öz şəfqətimizi və paklıq əta etdik. O, təqvalı idi”,

Allah ona (ə) öz vəzifələrinin öhdəsindən gəlmək, işlərini sahmana salmaq və saleh əməllər etmək üçün xoşxasiyyətlilik və rəhmdillik nəsib etdi. Bununla yanaşı O, onu (ə) qüsurlardan və günahlardan təmizlədi. O, onun (ə) qəlbini də, ağlını da pak etdi və bunun sayəsində Yəhya (ə) qüsurlu sifətlərdən və pis əxlaqdan xilas oldu və özünü gözəl və tərifəlayiq mənəvi keyfiyyətlərlə bəzədi. Buna görə Allah onu (ə) təqvalı insan adlandırmışdır. Bu o deməkdir ki, o (ə) dinin hökmlərini yerinə yetirmişdir və günah işlətməkdən çəkinmişdir. Təqvalı mömin olan hər kəs, mütləq Allahın dostlarının sıralarında olacaqdır. Məhz belə insanlar təqvalı qullar üçün hazırlanmış Cənnətə düşəcəklər. Onlar həm bu dünya həyatında, həm də öldükdən sonra Allahın mükafatını alacaqlar ki, bu, təqvalılığa görə mükafat olacaqdır.

 

ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ;

 







Дата добавления: 2015-09-04; просмотров: 422. Нарушение авторских прав; Мы поможем в написании вашей работы!



Композиция из абстрактных геометрических фигур Данная композиция состоит из линий, штриховки, абстрактных геометрических форм...

Важнейшие способы обработки и анализа рядов динамики Не во всех случаях эмпирические данные рядов динамики позволяют определить тенденцию изменения явления во времени...

ТЕОРЕТИЧЕСКАЯ МЕХАНИКА Статика является частью теоретической механики, изучающей условия, при ко­торых тело находится под действием заданной системы сил...

Теория усилителей. Схема Основная масса современных аналоговых и аналого-цифровых электронных устройств выполняется на специализированных микросхемах...

Упражнение Джеффа. Это список вопросов или утверждений, отвечая на которые участник может раскрыть свой внутренний мир перед другими участниками и узнать о других участниках больше...

Влияние первой русской революции 1905-1907 гг. на Казахстан. Революция в России (1905-1907 гг.), дала первый толчок политическому пробуждению трудящихся Казахстана, развитию национально-освободительного рабочего движения против гнета. В Казахстане, находившемся далеко от политических центров Российской империи...

Виды сухожильных швов После выделения культи сухожилия и эвакуации гематомы приступают к восстановлению целостности сухожилия...

МЕТОДИКА ИЗУЧЕНИЯ МОРФЕМНОГО СОСТАВА СЛОВА В НАЧАЛЬНЫХ КЛАССАХ В практике речевого общения широко известен следующий факт: как взрослые...

СИНТАКСИЧЕСКАЯ РАБОТА В СИСТЕМЕ РАЗВИТИЯ РЕЧИ УЧАЩИХСЯ В языке различаются уровни — уровень слова (лексический), уровень словосочетания и предложения (синтаксический) и уровень Словосочетание в этом смысле может рассматриваться как переходное звено от лексического уровня к синтаксическому...

Плейотропное действие генов. Примеры. Плейотропное действие генов - это зависимость нескольких признаков от одного гена, то есть множественное действие одного гена...

Studopedia.info - Студопедия - 2014-2024 год . (0.012 сек.) русская версия | украинская версия