Студопедия — Firon öz qoşunu ilə onların ardınca cumdu, lakin dəniz onların hamısını çulğalayıb qərq etdi”.
Студопедия Главная Случайная страница Обратная связь

Разделы: Автомобили Астрономия Биология География Дом и сад Другие языки Другое Информатика История Культура Литература Логика Математика Медицина Металлургия Механика Образование Охрана труда Педагогика Политика Право Психология Религия Риторика Социология Спорт Строительство Технология Туризм Физика Философия Финансы Химия Черчение Экология Экономика Электроника

Firon öz qoşunu ilə onların ardınca cumdu, lakin dəniz onların hamısını çulğalayıb qərq etdi”.






Musa (ə) Firona və onun xalqına çoxsaylı dəlillər nümayiş etdirdikdən sonra, Misirdə qaldı və insanları Allaha itaət göstər­məyə dəvət etməyə başladı. O (ə) əlindən gələni edirdi ki, İsrail oğullarını Firondan və çəkdikləri əzab-əziyyətdən xilas etsin. Allah zalım hökmdara, Müqəddəs Quranda təfərrüatı ilə təsvir edilmiş ecazkar möcüzələr göstərdi. Lakin o, haqdan təkəbbürlə üz döndərdi və İsrail oğullarını əsarət altında saxla­mağa davam etdi. Buna görə onlar öz dinini misirlilərdən gizlə­məyə və ibadəti öz evlərində icra etməyə məcbur olmuşdular. Onlar Fironun özbaşınalığına və verdiyi əzab-əziyyətə səbirlə dö­zürdülər. Belə bir şəraitdə Fövqəluca Allah qərara alır ki, onları nifrətamiz düşməndən xilas etsin və onlara güc və qüdrət bağış­lasın ki, on­lar öz Rəbbinə açıq tərzdə ibadət edə bilsinlər və Onun hökm­lərini yerinə yetirsinlər. Allah Musaya (ə) əmr edir ki, İsrail oğulları ilə onların Misiri tərk edəcəkləri günü razılaşdırsın və bunu misirlilərdən gizli saxlasınlar. Onlara tapşırılmışdı ki, gecə­nin qaranlıq çağında yola çıxsınlar və istirahət üçün belə dayan­madan hərəkət etsinlər. Çünki Firon və onun qoşunu hökmən onların ardınca düşəcəklər.

İsrail oğulları gecənin ilk saatlarında Misiri tərk etdilər. Onların arasında hətta qadınlar və uşaqlar da var idi. Misirlilər səhərə yaxın bunu bildilər. Onlar öz qullarını çağırırdılar, qulları isə çağırışa cavab vermirdilər. Belə olduqda, Firon bərk qəzəb­ləndi. O, Misirin hər yerindən böyük bir qoşun toplamağı əmr etdi və günəş çıxandan sonra həmin qoşunla İsrail oğullarının izinə düşdü. Bu iki nəhəng qüvvə bir-birini gördükdə, Musanın (ə) ardıcılları dedilər: “Bizi hökmən yaxalayacaqlar” (Şüəra, 26/61). Onlar həyəcanlandılar və qorxdular: onların qarşısında dəniz, arxalarında isə Fironun qoşunu idi. O, israillilərin hərəkə­tin­dən lap quduzlaşmışdı. Lakin Musa (ə) sakitliyini saxlayırdı, çünki o (ə) Allahın vədinin gerçəkliyinə qətiyyətlə inanırdı. O (ə) ucadan səsləndi: “Yox! Rəbbim – mənimlədir və O mənə doğru yol göstərəcək” (Şüəra, 26/62).

Allah ona (ə) əsası ilə suya vurmağı əmr etdi və o (ə) bunu edən kimi, dəniz aralandı və onun içində on iki cığır əmələ gəldi ki, onların sağ və sol tərəflərində yüksək dağlara bənzər nəhəng su sütunlarıydı. Allahın iradəsi ilə yaranmış cığırlar qupquru idi və Rəbb İsrail oğullarına buyurdu ki, Fironun onları yaxalama­sından və ya dənizdə boğulmaqdan qorxmasınlar. Belə olduqda İsrail oğulları dənizi bu cığırlarla adlayıb keçməyə başladılar, Firon və onun döyüşçüləri də onların ardınca getdilər. Musanın (ə) bütün ardıcılları sahilə çıxdıqda və Fironun bütün qoşunu isə aralanmış dənizə daxil olduqda, Allah dənizə əmr etdi ki, onların üzərində qapansın. Dəniz kafirləri uddu və onlar bir nəfər kimi məhv oldular. İsrail oğulları isə düşmənlərini haqlayan aqibəti müşahidə edir və onların necə məhv olduqlarını gözləri ilə görür­dülər.

 

ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ;

 







Дата добавления: 2015-09-04; просмотров: 632. Нарушение авторских прав; Мы поможем в написании вашей работы!



Картограммы и картодиаграммы Картограммы и картодиаграммы применяются для изображения географической характеристики изучаемых явлений...

Практические расчеты на срез и смятие При изучении темы обратите внимание на основные расчетные предпосылки и условности расчета...

Функция спроса населения на данный товар Функция спроса населения на данный товар: Qd=7-Р. Функция предложения: Qs= -5+2Р,где...

Аальтернативная стоимость. Кривая производственных возможностей В экономике Буридании есть 100 ед. труда с производительностью 4 м ткани или 2 кг мяса...

ОПРЕДЕЛЕНИЕ ЦЕНТРА ТЯЖЕСТИ ПЛОСКОЙ ФИГУРЫ Сила, с которой тело притягивается к Земле, называется силой тяжести...

СПИД: морально-этические проблемы Среди тысяч заболеваний совершенно особое, даже исключительное, место занимает ВИЧ-инфекция...

Понятие массовых мероприятий, их виды Под массовыми мероприятиями следует понимать совокупность действий или явлений социальной жизни с участием большого количества граждан...

Ученые, внесшие большой вклад в развитие науки биологии Краткая история развития биологии. Чарльз Дарвин (1809 -1882)- основной труд « О происхождении видов путем естественного отбора или Сохранение благоприятствующих пород в борьбе за жизнь»...

Этапы трансляции и их характеристика Трансляция (от лат. translatio — перевод) — процесс синтеза белка из аминокислот на матрице информационной (матричной) РНК (иРНК...

Условия, необходимые для появления жизни История жизни и история Земли неотделимы друг от друга, так как именно в процессах развития нашей планеты как космического тела закладывались определенные физические и химические условия, необходимые для появления и развития жизни...

Studopedia.info - Студопедия - 2014-2024 год . (0.01 сек.) русская версия | украинская версия