Студопедия — O, onları məmnun qalacaqları bir yerə daxil edəcəkdir. Həqiqətən, Allah – Biləndir, Həlimdir”.
Студопедия Главная Случайная страница Обратная связь

Разделы: Автомобили Астрономия Биология География Дом и сад Другие языки Другое Информатика История Культура Литература Логика Математика Медицина Металлургия Механика Образование Охрана труда Педагогика Политика Право Психология Религия Риторика Социология Спорт Строительство Технология Туризм Физика Философия Финансы Химия Черчение Экология Экономика Электроника

O, onları məmnun qalacaqları bir yerə daxil edəcəkdir. Həqiqətən, Allah – Biləndir, Həlimdir”.






 

Bu məkan fəth edilmiş torpaqlar ola bilər. Xüsusilə, bu şərəfli Məkkəyə aiddir. Onun ələ keçirilməsi müsəlmanlara böyük sevinc və razılıq hissi gətirdi. Ola bilsin ki, həmçinin söhbət, möminlər Axirətdə Cənnətə düşərkən mükafatlandırı­lacaq­larından gedir.Bu o deməkdir ki, şərh etdiyimiz ayədə həm yerdə nəsib olacaq qismət, həm də Axirət həyatında mükafat nəzərdə tutulur. Bu şərhlərin hər ikisi bu ayənin sözlərinə eynilə uyğun gəlir və düzgün məna kəs edir və buna görə onları birləşdirməkdə bizə heç nə mane olmur.

Allahın gözəl adları arasında – Bilən və Həlim adları. O (Pak və Müqəddəs Olan), bütün varlıq haqqında hər şeyi bilir və həmçinin baş vermiş və ya gələcəkdə baş verəcək əməllərin aşkar və gizli cəhətlərindən agahdır. İnsanlar Ona itaətsizlik edir, Onun iradəsinə müqavimət göstərir və hətta ağır günahlar törədirlər, lakin O (Pak və Müqəddəs Olan) cəzalandırmağa tələsmir, halbuki insanları cəzalandırmasına Ona heç nə maneə deyil. Lakin O (Pak və Müqəddəs Olan) bunu etmir və Öz qullarına ruzi nazil etməyi davam etdirərək, onlara bol-bol ənamlar verir.

 

ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ;

 

Beləcə, əgər kimsə onu cəzalandırdıqları kimi cəza verərsə və sonra ona yenidən zalımlıq edilərsə, onda Allah mütləq ona kömək edər. Şübhəsiz ki, Allah – Əfvedəndir və Bağışlayan­dır”.

 

Əgər insanı ədalətsizcəsinə sıxışdırır və ya incidirlərsə, onda belə adama onu incidənə eynilə cavab verməyə icazə verilir. Əgər o bunu etsə, onda heç kimin haqqı yoxdur ki, buna görə onu qınasın. Əgər bundan sonra onu daha böyük əziyyətə məruz qoysalar, Allah mütləq ona kömək edər, çünki incidilmiş insan öz haqqı olduğunun əvəzini çıxdığına görə ətrafındakılar ona əda­lətsiz münasibət bəsləməməli idilər. Əgər Allah, incidilənin, inci­dənə cavab verdiyin­dən sonra, ona kömək edirsə, onda, o, öz incidən­lə­rinə cavab vermədiyinə baxmayaraq, Allahın yardımına daha yüksək dərəcədə layiq olar.

Allahın gözəl adları arasında – Əfvedən və Bağışlayan adları. O (Pak və Müqəddəs Olan) günahkarlara qarşı mərhəmət­li­dir və cəzalandırmağa tələsmir. O (Pak və Müqəddəs Olan) günahları bağışlayır və onları və həmçinin onların yaramaz nəti­cə­lərini təmizləyir. Bu məziyyətlər Allahın ilahi mahiyyətinə həmişə məxsus olmuşdur, çünki O (Pak və Müqəddəs Olan) Öz qullarına həmişə həlimliklə və hər şeyi bağışlama qayğısı ilə yanaşır.

Ey incidilib sıxışdırılanlar! Sizə, sizi incidənləri bağışlamaq və mərhəmətli olmaq lazımdır ki, Allah da, sizin Onun qulları ilə rəftar etdiyiniz kimi, sizinlə rəftar etsin. Fövqəluca buyurur: “Pisliyin əvəzi eyni dərəcəli pislikdir. Lakin kim bağışlayıb sülh yaradarsa, onun mükafatı Allaha aid olacaqdır. Həqiqətən, O, zalımları sevmir” (Şura, 42/40).

 

ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ;

Beləcə, Allah gecəni gündüzə qarışdırır və gün­düzü də gecəyə qarışdırır, çünki Allah – Eşidəndir, Görəndir”.

Sizə gözəl və ədalətli qanunlar nazil edən Allah tarixin gedişini öncədən müəyyənləşdirir və Kainatı idarə edir. O (Pak və Müqəddəs Olan) gündüzü gecənin hesabına, gecəni də gündüzün hesabına uzadır. Gecə gündüzü əvəz edir, gündüz də gecəni əvəz edir və gecə-gündüzün bir hissəsi o biri hissəsinin hesabına bərabər artıb-azalır, sonra beləcə davam edir. Bunun sayəsində ilin vaxtları müəyyənləşir, insanlar isə həm gündüz, həm də gecə saatlarından faydalanmaq imkanı əldə edirlər. Onlar günəş və aydan istifadə edir ki, bunların hamısı Allahın Öz qullarına göstərdiyi ən əzəmətli lütfkarlıqlarındandır və onlar bunsuz yaşamaq qabiliyyətində olmazdılar.

Allahın gözəl adları arasında Eşidən və Görən adları. O (Pak və Müqəddəs Olan) Öz qullarının Ona müxtəlif dillərdə və müxtəlif səbəblərə görə müraciət etdikləri səslərini eşidir. O (Pak və Müqəddəs Olan) qatı qaranlıq gecədə belə nəhəng qayalığın altında qara qarışqanı görür. Fövqəluca belə buyurur: “Siz danışığınızı gizlətdikdə və ya ucadan danışdıqda da, gecə gizlən­dikdə və ya gündüz açıq hərəkət etdikdə də - hamınız eynisiniz” (Rədd, 13/10).

 

ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔﯕﯖﯗﯘﯙﯚ;

 

Beləcə, Allah – Haqdır, onların isə, Ondan başqa ibadət etdikləri, şübhəsiz ki, uydurmadır, çünki Allah – Fövqəlalidir, Böyükdür”.

 

Allahın gözəl adları arasında – Haqq adı. O (Pak və Müqəddəs Olan) həmişə olmuşdur və daima mövcud olacaqdır. O – Əvvəlincidir və Ona qədər heç nə olmayıb. O – Sonuncudur və sonda da Ondan başqa heç nə olmayacaqdır. Onun adları və sifətləri qüsursuz və kamildir, Onun vədi doğrudur. Onunla görüş – bir həqiqətdir, Onun dini – həqiqətdir və Ona ibadət – həqiqətdir. Təkcə ibadət fayda verə bilər və bu fayda heç vaxt tükənmə­yəcəkdir. Daş heykəllərə və digər bütlərə gəldikdə isə, onların arasında canlı məxluqlar da, cansız əşyalar da var, onlar insana kömək etməyə qadir deyildir. Onlara ibadət etmək də əbəsdir və faydasızdır, çünki belə ibadət mütləq öləcək və ya yox olacaq yaradılmışlara yönəldilmiş olur. Bu isə o deməkdir ki, belə ibadət heç bir faydalı bəhrə verə bilməz.

Allahın gözəl adları arasında – Fövqəlali və Böyük adları. Allah Öz yaratdığı məxluqlarından yüksəkdədir və Öz kamil sifətləri ilə onlardan misilsiz dərəcədə üstündür. Bütün varlıqlar Onun hakimiyyəti altındadırlar. Böyüklük Allahın adlarına və sifətlərinə də məxsusdur. O (Pak və Müqəddəs Olan) o dərəcədə əzəmətli və şan-şöhrətlidir ki, Qiyamət günü Yer kürəsi Onun ovcunda yerləşəcək, göylər isə Onun sağ əli ilə büküləcəkdir. O (Pak və Müqəddəs Olan) o dərəcədə əzəmətli və şan-şöhrətlidir ki, Onun Ərşi yeddi göyü və yeri əhatə edir. O (Pak və Müqəddəs Olan) o dərəcədə əzəmətli və şan-şöhrətlidir ki, bütün qullarının taleyi Onun əlindədir. Onların etdikləri bütün əməllər Onun ilahi iradəsi ilə baş verir. Onlar istirahət edəndə və ya işləyəndə - bunu təkcə Onun razılığı ilə edirlər.

Allahın əsil əzəməti və böyüklüyü Onun Özündən başqa heç kəsə məlum deyil. Onu tam mənada dərk etmək nə Onun Ona yaxın olan mələklərinə, nə də göndərdiyi peyğəmbərlərə nəsib edilməmişdir. Kamillik, əzəmət və qüdrət sifətlərinin hamı­sı ən mükəmməl formada təkcə Ona məxsusdur. Onun böyük­lüyü və əzəmətinin dəlili – göylərin və yerin bütün məxluq­larının, Ona həmd edərək və Onu şərəfləndirərək, Ona ibadət etməsidir. Məhz buna görə Allahın ucaldılması[94] ifadələri ən şərəfli ibadət ayinlərini fərqləndirən əlamətlərdəndir ki, namaz da bunlara daxildir.

Sonra Fövqəluca, tövhidin haqq olduğuna və Allahın ka­mil­­liyinə dəlalət edən ayələri üzərində insanları düşünməyə çağırır:

 

ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ;

Doğrudanmı sən görmürsən ki, Allah göydən suyu nazil edən kimi, yer necə yaşıllaşır? Həqiqətən, Allah Lütfkardır və Xəbərdardır”.

Məgər sən görmürsən və düşünmürsən ki, Allah yağışı necə nazil edir? Yağış qum basmış və çoxdan saralıb-solmuş ağaclarla və ot-ələflə örtülmüş qupquru və itaətkar torpağa ya­ğır. Bu baş verən kimi, torpağın üstü dəyişir və o, müxtəlif gözəl bitkilərlə örtülür. Yer əla bər-bəzəyə qərq olur və Allah, qupquru torpağı həyata qaytarmağa Qadirolan, çürümüş sümükləri də həmçinin beləcə diriltməyə qadirdir.

Onun gözəl adları arasında – Lütfkar və Xəbərdar adları. Hər şeydən xəbərdar olması sayəsində O, baş verən bütün proseslərin həqiqi mahiyyətindən xəbərdardır. O, gizli olan və məxfi saxlanan fikirlərdən xəbərdardır. Öz lütfkarlığı sayəsində O, Öz qullarını mərhəməti ilə himayə edir və onları şərdən qoruyur, lakin O, bunu elə edir ki, qulları Allahın müdaxiləsini öz üzərlərində hiss etmirlər. Bununla Allah qullarına imkan verir ki, onlar Onun fövqəlqüdrətinə əmin olsunlar və bilsinlər ki, Onun alacağı intiqam sərt olacaqdır. Lakin onlar həlak olmağın bir addımlığında olanda, O, onlara lütfkarlıq göstərir və bu da Onun lütfkarlığına və hər şeydən xəbərdar olduğuna dəlalət edir. O, yağışın damlalarının hara düşməli olduğundan xəbərdardır və bitkilərin toxumlarının harada yerləşdiyini də bilir. Sonra isə O, yağış damlalarının gedib, yerini heç insanların da bilmədiyi, toxumlara çatmasına imkan verir və onlardan cürbəcür otlar cücərdir. Bu da Onun lütfkarlığına və xəbərdar olmasına dəlalət edir. Allahın gözəl adları arasında – Bilən adı. O, bütün gizli düşüncələri, məxfi saxlanan fikirləri, gizli əməlləri bilir.

 

ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ;

 







Дата добавления: 2015-09-04; просмотров: 457. Нарушение авторских прав; Мы поможем в написании вашей работы!



Картограммы и картодиаграммы Картограммы и картодиаграммы применяются для изображения географической характеристики изучаемых явлений...

Практические расчеты на срез и смятие При изучении темы обратите внимание на основные расчетные предпосылки и условности расчета...

Функция спроса населения на данный товар Функция спроса населения на данный товар: Qd=7-Р. Функция предложения: Qs= -5+2Р,где...

Аальтернативная стоимость. Кривая производственных возможностей В экономике Буридании есть 100 ед. труда с производительностью 4 м ткани или 2 кг мяса...

Меры безопасности при обращении с оружием и боеприпасами 64. Получение (сдача) оружия и боеприпасов для проведения стрельб осуществляется в установленном порядке[1]. 65. Безопасность при проведении стрельб обеспечивается...

Весы настольные циферблатные Весы настольные циферблатные РН-10Ц13 (рис.3.1) выпускаются с наибольшими пределами взвешивания 2...

Хронометражно-табличная методика определения суточного расхода энергии студента Цель: познакомиться с хронометражно-табличным методом опреде­ления суточного расхода энергии...

Толкование Конституции Российской Федерации: виды, способы, юридическое значение Толкование права – это специальный вид юридической деятельности по раскрытию смыслового содержания правовых норм, необходимый в процессе как законотворчества, так и реализации права...

Значення творчості Г.Сковороди для розвитку української культури Важливий внесок в історію всієї духовної культури українського народу та її барокової літературно-філософської традиції зробив, зокрема, Григорій Савич Сковорода (1722—1794 pp...

Постинъекционные осложнения, оказать необходимую помощь пациенту I.ОСЛОЖНЕНИЕ: Инфильтрат (уплотнение). II.ПРИЗНАКИ ОСЛОЖНЕНИЯ: Уплотнение...

Studopedia.info - Студопедия - 2014-2024 год . (0.008 сек.) русская версия | украинская версия