Студопедия — Göylərdə olanlar da, yerdə olanlar da Ona məxsusdur. Həqiqətən, Allah – Zəngindir, Həmdolunandır”.
Студопедия Главная Случайная страница Обратная связь

Разделы: Автомобили Астрономия Биология География Дом и сад Другие языки Другое Информатика История Культура Литература Логика Математика Медицина Металлургия Механика Образование Охрана труда Педагогика Политика Право Психология Религия Риторика Социология Спорт Строительство Технология Туризм Физика Философия Финансы Химия Черчение Экология Экономика Электроника

Göylərdə olanlar da, yerdə olanlar da Ona məxsusdur. Həqiqətən, Allah – Zəngindir, Həmdolunandır”.






 

Göylərin və yerin bütün sakinləri Allahın məxluqları və qullarıdır. O, onları Öz ilahi hakimiyyəti, kamil idrakı və həm də Özünün mükəmməl fövqəlqüdrəti sayəsində idarə edir. Məx­luqlara gəldikdə isə, onlar heç bir hakimiyyətə malik deyillər.

Allahın gözəl adları arasında – Zəngin adı. Onun zənginliyi kamildir və hərtərəflidir. O (Pak və Müqəddəs Olan) Öz qullarının heç birinə möhtac deyil. Onun onlara güzəştə getməsi Özünün zəifliyi ilə və ya onları, Öz tənhalığı üzündən, çoxsaylı yaratması ilə əlaqədar deyildir.Onun nə zövcəsi, nə də övladı olmasına ehtiyacı yoxdur. O (Pak və Müqəddəs Olan) əbədidir və yemək - içmək zəruriyyətinə malik deyildir. O (Pak və Müqəddəs Olan) Öz yaratdıqlarının möhtac olduqları tələbatlara qətiyyən ehtiyac duymur. O (Pak və Müqəddəs Olan) ruzi nazil edir, amma Özünün ona ehtiyacı yoxdur və bütün bunlar Onun ilahi Özübəsliyinin dəlilidir. Onun məxluqlarına gəldikdə isə, onların hamısı Rəbbinə möhtacdırlar. Onlar xəlq edilməyə, uyğunlaş­mağa və müdafiə olunmağa möhtacdırlar və bunlarsız dinə etiqad etməyi və özləri­nin bu dünyadakı həyatını abadlaşdırmağı bacarmazdılar. Bu da Allahın zənginliyinin və Özünəbəsliyinin təcəssümüdür. Əgər göylərin və yerin bütün məskunları, canlılar da, cansızlar da hamısı bir yerə yığışıb birlikdə uca bir yerə çıxaraq, Allahdan, hər kəsin ağlına gələn hər şeyi istəsəydilər, bundan Onun zənginliyi qətiyyən azalmazdı və bu, Allahın ilahi Özünəbəsliyinə dəlalət edir. Bu məziyyətləri sayəsində Allah gecə-gündüz Öz qullarına bol-bol nemət bəxş edir və Öz mərhəmətini onlardan bir an belə əsirgəmir. Bununla yanaşı O (Pak və Müqəddəs Olan) Səxavət Yurdu yaratmışdır ki, orada baxışların görmədiyi, qulaqların barəsində eşitmədiyi və insanın heç xəyalına belə gətirmədiyi şeylər toplanmışdır. Bunlar da Allahın zənginliyinin və Özünəbəsliyinin dəlillərindəndir.

Onun gözəl adları arasında həmçinin Həmdəlayiq adı keçməkdədir. Allahın ilahi mahiyyəti, gözəl adları, kamil məziy­yət­ləri, həm də ədalət, xeyirxahlıq, mərhəmət və müdriklik kimi keyfiyyətlərlə zəngin olan əməlləri, - bütün bunlar ən fövqəlyük­sək tərifə layiqdir. Bu, Onun nazil etdiyi və açıq-aşkar və ya mümkün ola bilən faydalı əməllər işlətməyi əmr edən və insanlara ancaq açıq-aşkar və ya mümkün ola biləcək zərərli əməlləri qadağan edən Şəriətinə da aiddir. Rəbbə yönəldilən həmd və sənalar göyləri, yeri və bunların arasındakıları doldu­rub-daşırır. Bu həmd, həm də Allahın onunla kainatımızın föv­qündə doldurmaq istədiyi hər şeyi əhatə edir. Buna baxma­yaraq, qullar Allahı layiqincə tərifləməyə qadir deyillər, çünki O (Pak və Müqəddəs Olan) Öz qullarının istənilən təriflərindən ucadır və buna görə də təkcə O (Pak və Müqəddəs Olan) Özü Özünü layiqincə mədh etməyə qadirdir. O (Pak və Müqəddəs Olan) bəzi insanları doğru yola yönəltdiyinə, digərlərini isə Öz yardımından məhrum etdiyinə görə hər növ ucaldılmağa layiqdir. Onun zənginliyi və özünəbəsliyi Həmdəlayiq olmasında özünü büruzə verir və O (Pak və Müqəddəs Olan), məhz zənginliyinə və özünəbəsliyinə görə Həmdəlayiqolandır.

 

ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ;

 

Məgər sən görmürsən ki, Allah yerdə olanları da, əmri ilə dənizdə üzən gəmiləri də sərəncamınıza vermişdir? O, göyü saxlayır ki, Onun izni olmadan, yerə düş­məsin. Həqiqə­tən, Allah insanlara Acıyandır və Rəhmedəndir”.

Məgər sən Rəbbinin ecazkar nemətləri və Onun hüdudsuz səxavətini görmür və onların barəsində düşünmürsənmi? Allah yer üzündə nə varsa hamısını: heyvanları, bitkiləri və bütün qeyri-üzvi aləmi sizə tabe etmişdir. O (Pak və Müqəddəs Olan) yerin təkində olanları da sizə həvalə etmişdir. Siz heyvanlardan minik və yük daşıma vasitəsi kimi istifadə edirsiniz. Onlar ağır işlərdə siz kömək edir, sonra da siz onların ətindən yeyirsiniz və ya digər məqsədlər üçün istifadə edirsiniz. Siz öz ehtiyaclarınız üçün ağaclardan və onların meyvələrindən də bəhrələnirsiniz. Axı siz ancaq Allahın mərhəməti sayəsində ağac əkə və onun barından istifadə edə bilirsiniz. Bununla yanaşı siz filiz və qızıl mədənlərindən yararlanır və onlardan faydalı qazıntılar əldə edirsiniz. Allah sizə gəmi inşa etməyi öyrətmiş, dənizləri və oke­an­ları sizə ram etmişdir. Gəmilər sizi və yüklərinizi bir ölkədən digərinə daşıyır. Dənizin dibindən, sizin üçün bəzək əşyaları rolunu oynayan qiymətli şeylər əldə edirsiniz. Allah Öz mərhə­məti sayəsində göylərə yerin üstünə düşməyə imkan vermir. Əgər Onun şəfqəti və hədsiz qüdrəti olmasaydı, artıq göylər çox­dan yerin üstünə düşüb, onun bütün sakinlərini həlak edərdi. Fövqəluca buyurur: “Həqiqə­tən də, Allah göyləri və yeri sax­layır ki, yerlərindən tərpənmə­sinlər. Əgər tərpənsələr, onda Ondan başqa heç kəs onları artıq saxlaya bilməz. Həqiqətən, O – Təmkinlidir, Bağışlayan­dır” (Fatir, 35/41).

Həqiqətən, Allah insanlara qarşı şəfqətli və rəhmlidir. O (Pak və Müqəddəs Olan) insanlara onların doğma valideynlə­rindən daha çox mərhəmət göstərir. O (Pak və Müqəddəs Olan) təkcə xeyirxahlıq arzulayır, halbuki onlar özləri özlərinə həddən ziyadə pislik istəyirlər. Allahın mərhəmətinə gəldikdə isə, insanlar məhz onun sayəsində yer üzündə hökmranlıq edirlər.

 

ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴﭵ ﭶ ﭷ ﭸ ﭹ;

 

O – sizə həyat bəxş edən, sonra sizi vəfat etdirən, daha sonra isə yenidən Dirildəndir. İnsan isə, həqiqətən, naşü­kürdür”.

 

Allah sizi heçdən yaratmışdır. Sonra O, sizi vəfat etdirəcək ki, daha sonra yenidən dirildib, hər birinizə etdiyiniz yaxşılıqların və pisliklərin əvəzini versin. Lakin insanın təbiəti belədir ki, onların əksəriyyəti, Allahın nazil etdiyi nemətlər üçün minnət­dar­lıq etməkdən boyun qaçırır. Onlar Onun göstərdiyi mərhəməti qəbul etmirlər, bəziləri hətta dirildilmənin gerçəkliyini və öz Rəbbinin fövqəlqüdrətini etiraf etməkdən imtina edirlər. Bunu etməyənlər isə, təkcə Allahın qoruduqlarıdır.

 

ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿﮀ ﮁ ﮂ ﮃ ﮄﮅ ﮆ ﮇ ﮈﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ;

 

Hər ümmətdən ötrü Biz onların icra edə biləcəyi ayinlər müəyyənləşdirmişik və qoy onlar bu barədə səninlə mübahisə etməsinlər. Öz Rəbbinə dua et! Həqiqətən, sən – doğru yoldasan”.

Fövqəluca bildirir ki, hər bir ümmət üçün ibadət etməkdən ötrü yerlər və müvafiq ayinlər təyin etmişdir. Bunlar bir-birindən müəyyən dərəcədə fərqlənə bilər, lakin onların hər birinin əsası ədalət və hikmətdən ibarətdir. Fövqəluca buyurur: “Sizin hər birinizə Biz qanun və yol müəyyənləşdirmişik. Əgər Allah istəsəydi, sizi bir ümmət edərdi, lakin O belə etmişdir ki, sizə əta etdikləri ilə sizi sınasın. Xeyirxah işlərdə yarışın. Sizin hamınız Allaha qayıdacaqsınız və O, nədə ixtilaf etdiyinizi sizə bildirəcək” (Maidə, 5/48).

İnsanlar dinin hökmlərini öz imkanlarına uyğun olaraq yerinə yetirməlidirlər və onların Allahın qanunlarına müqavimət göstərmək haqqı yoxdur. Xüsusi ilə də bu, savadsız, müşriklik girdabında və açıq-aşkar cahil olan insanlara aiddir. Əgər insan Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) peyğəm­bər­­li­yinin həqiqiliyinə əmin olursa, onda o, Elçinin (s.ə.s.) təbliğ etdiyi hər şeyi qəbul etməli, onun (s.ə.s.) hər bir əmrinə itaət etməli və heç vaxt ona (s.ə.s.) etiraz etməməlidir.

Ey Muhəmməd! Kafirlər dinin hökmləri barəsində ağılla­rına gələn düşüncəsiz dəlillərə əsaslanaraq səninlə höcətləşmə­məli­dirlər. Məhz bu dəlillərə əsasən onlar ölü ətinin yeyilməsinə qoyulan qadağanla bağlı mübahisə etməyə cəhd göstərirlər. Onlar yersiz müqayisələr apararaq, belə deyirlər: “Məgər siz özünüz öldürdüyünüzü yeyirsiniz, amma Allahın öldürdüyün­dən imtina edirsiniz?” Onlar həm də belə deyirlər: “Ticarət də sələmçiliyə oxşayır”. Onlar bu qəbildən olan çoxsaylı etirazlara yol verirlər və onların hər birinə ayrı-ayrılıqda cavab verməyin mənası yoxdur, çünki bu adamlar peyğəmbərliyin əsasını heç qəbul belə etmirlər. Onlar dinin bəzi müddəalarını inkar etməsə­lər də, dinə qarşı, ümumiyyətlə, etiraz edirlər.

Buna bənzər etirazlar edən hər kəs, əslində Allahın elçisi­nin peyğəmbərliyini qəbul etmir. Əgər o, bildirirsə ki, təkcə haqqı tapmağa cəhd göstərir, onda ona Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) peyğəmbərliyi­nin həqiqiliyini dəlillərlə sübuta yetirmək lazımdır. Əgər o, haqqı tapmağa səy göstər­mirsə, onda onun məqsədi müsəlmanları gücsüzlükdə və zəiflik­də ifşa etməkdir. Məhz buna görə, Allah Öz Elçisinə (s.ə.s.) bu­yurur ki, doğru yola dəvət müdrikliklə və xeyirxah nəsihətlərlə aparılsın və bu yolu, kafirlərin ona (s.ə.s.) etiraz edib-etməmə­yindən asılı olmayaraq, davam etdirmək lazımdır.

Ey Muhəmməd! Səni heç bir şey öz xütbələrindən əl çəkməyə vadar etməməlidir, çünki sən doğru yolla gedirsən və o səni mütləq müqəddəs məqsədinə çatdıracaqdır. Bu yol haqqı dərk etməkdən və saleh əməllər işləməkdən ibarətdir. Sən öz haqqına əminsən və dinində şübhəyə düşmürsən və bu səni Rəbbinin hökmlərini qüsursuz yerinə yetirməyə məcbur edir. Sənin baxışlarına şübhə etmək mümkün deyil və sənin danışdıq­ların da yalan deyil. Əgər sən onların yaramaz istəklərinə və rəylərinə qulaq assan, onlar sənə maneçilik törədər.

Bu ayə Fövqəlucanın aşağıdakı kəlamına bənzəyir: “Allaha təvəkkül et, çünki sən açıq haqqın tərəfdarısan” (Nəml, 27/79).Lakin şərh etdiyimiz ayədə belə bir göstəriş də var ki, kafirlər şəriətin bəzi hökmlərinin mükəmməl mənalarını aydınlaşdıra bildikdə onlarla razılaşırlar. Ərəb sözü olan “huda” (“doğru yol”, “rəhbərlik”) Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) təbliğ etdiyi hər şeyə aiddir və insanlar bunun sayəsində doğru yola gəlirlər. Bunlar dinin həm əsas, həm də fərdi məsələləri ola bilər ki, onların kamilliyi, ədalətliliyi və müdrikliyi sağlam düşüncə və korlanmamış təhtəlşüurla təsdiq edilir. Dinin ayrı-ayrı hökmləri və haramları üzərində fikirləşərkən buna asanlıqla əmin olmaq olar.

 

ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ;

 







Дата добавления: 2015-09-04; просмотров: 418. Нарушение авторских прав; Мы поможем в написании вашей работы!



Важнейшие способы обработки и анализа рядов динамики Не во всех случаях эмпирические данные рядов динамики позволяют определить тенденцию изменения явления во времени...

ТЕОРЕТИЧЕСКАЯ МЕХАНИКА Статика является частью теоретической механики, изучающей условия, при ко­торых тело находится под действием заданной системы сил...

Теория усилителей. Схема Основная масса современных аналоговых и аналого-цифровых электронных устройств выполняется на специализированных микросхемах...

Логические цифровые микросхемы Более сложные элементы цифровой схемотехники (триггеры, мультиплексоры, декодеры и т.д.) не имеют...

Броматометрия и бромометрия Броматометрический метод основан на окислении вос­становителей броматом калия в кислой среде...

Метод Фольгарда (роданометрия или тиоцианатометрия) Метод Фольгарда основан на применении в качестве осадителя титрованного раствора, содержащего роданид-ионы SCN...

Потенциометрия. Потенциометрическое определение рН растворов Потенциометрия - это электрохимический метод иссле­дования и анализа веществ, основанный на зависимости равновесного электродного потенциала Е от активности (концентрации) определяемого вещества в исследуемом рас­творе...

ИГРЫ НА ТАКТИЛЬНОЕ ВЗАИМОДЕЙСТВИЕ Методические рекомендации по проведению игр на тактильное взаимодействие...

Реформы П.А.Столыпина Сегодня уже никто не сомневается в том, что экономическая политика П...

Виды нарушений опорно-двигательного аппарата у детей В общеупотребительном значении нарушение опорно-двигательного аппарата (ОДА) идентифицируется с нарушениями двигательных функций и определенными органическими поражениями (дефектами)...

Studopedia.info - Студопедия - 2014-2024 год . (0.009 сек.) русская версия | украинская версия