Студопедия Главная Случайная страница Обратная связь

Разделы: Автомобили Астрономия Биология География Дом и сад Другие языки Другое Информатика История Культура Литература Логика Математика Медицина Металлургия Механика Образование Охрана труда Педагогика Политика Право Психология Религия Риторика Социология Спорт Строительство Технология Туризм Физика Философия Финансы Химия Черчение Экология Экономика Электроника

SURƏSİNİN. Mərhəmətli və Rəhmli Allahın ad ilə![98]





ŞƏRHİ;

ﭑ ﭒ ﭓ ﭔ;

Mərhəmətli və Rəhmli Allahın ad ilə! [98]

 

ﭑ ﭒ ﭓ ﭔ

 

(23. 1) “And içirəm ki, xilas olanlar – möminlərdir”,

Allah mömin qullarına iltifat göstərərək, onları Öz Kitab­ında xatırlamışdır. O (Pak və Müqəddəs Olan) xəbər vermişdir ki, möminlər səadətə və uğura nail olacaqlar və bunu necə əldə edəcəklərini də izah etmişdir. Bununla belə, O (Pak və Müqəddəs Olan) insanları bu möminlərin məziyyətlərinə uyğun olaraq öz mənəviyyatlarını nəcibləşdirməyə çağırmışdır. Qoy Allahın hər bir qulu özünü və ətrafındakıları bu ayələrin əsasında dəyərlən­dirsin. Ancaq belə olduqda o, özünün və ətrafındakı insanların imanının nə dərəcədə güclü və ya zəif olduğunu təyin etməyi bacarar. Fövqəluca bildirmişdir ki, insan böyük uğura nail olmaq və ən çox arzu etdiyi şeyi əldə etmək üçün Ona iman gətirməli və Onun elçilərinin həqiqiliyini təsdiq etməlidir. Sonra O (Pak və Müqəddəs Olan) belə iman sahiblərinin qüsursuz məziyyətlərini xatırladır:

ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ;

 

(23. 2) “onlar namazlarında mütidirlər”,

Namazı itaətkarcasına qılmaq – özünü Fövqəluca Allahın hüzurunda və Onun yaxınlığındaymışsan kimi hiss etməkdir. Bu duyğunun sayəsində insanın qəlbi rahatlanır və sakitləşir. O, artıq hərəkətlər etmir və ətrafa baxmır, çünki öz Rəbbinə müraciət etdiyi məqamda nəzakətliliyə riayət etməyə can atır. O, namazının əvvəlindən sonuna qədər söylədiyi və etdiyi hər şeydən mütəəssir olur, həyəcan keçirir. Bütün bunlar ona şeytanın vəsvəsəsindən və yararsız fikirlərdən xilas olmağa kömək göstərir. Bax elə buna görə mütilik müsəlmanın namazı­nın canı və mənasıdır. Allahın qulu bu halına görə böyük mükafat alır. Əlbəttə, insan namaz qılarkən bu duyğuya nail olmadıqda da mükafat alır, lakin böyük mükafat namaz zamanı söylədiklərini və etdiklərini bütün qəlbi ilə hiss edənlərə vəd edilmişdir.

ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ;

 

(23. 3) “onlar hər hansı faydasız sözlərdən çəkinirlər”,

Onlar hər hansı faydasız və xeyir gətirməyən danışıqlar aparmağı arzu etməzlər. Onlar belə söz-söhbətlərdən çəkinər və onlara baş qoşmağı ləyaqətli hərəkət hesab etməzlər. Əgər onlar boş və faydasız danışıqlardan ciddiyyətlə uzaqlaşırlarsa, onda insanlar günahkar danışıqlar apardıqda, onlar daha böyük ehtiyat­lılıq büruzə verirlər. Əgər onlar öz dillərini xeyir gətirmə­yən hər şeydən qorumağa nail olurlarsa, onda onlar bədənləri ilə günah işlətməkdən daha yüksək dərəcədə çəkinirlər. Bir dəfə Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) Muaz b. Cəbələ (A.o.r.) nəsihət verərkən, belə dedi: “Sənə əsasların əsası haqqında xəbər verimmi?” O dedi: “Xəbər ver, ey Allahın Elçisi!” Belə olduqda o (s.ə.s.) öz dilindən tutub dedi: “Bax bunu saxla!” Məhz buna görə möminlərin ən çox təriflənən məziyyətlərindən biri – mənasız və haram söhbətlərdən çəkinməkdir.

 

ﭡ ﭢ ﭣ ﭤ ﭥ;

 

(23. 4) “onlar zəkat verirlər”,

Onlar müxtəlif növ əmlaklarından vacib zəkat verərək, özlərini yaramaz əxlaqdan təmizləyir və bəd əməllərdən uzaqlaşırlar. Əgər insan onlardan təmizlənməyə nail olursa, o, mütləq öz qəlbini nəcibləşdirir. Bütün deyilənlərdən aydın olur ki, iman gətirənlər öz Xaliqinə qüsursuz ibadət edir, namazı müti halda qılır və həmçinin ətrafındakılara yaxşılıq edir və zəkat verirlər.

 

ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ;

 

(23. 5) “onlar öz övrət yerlərini qoruyurlar”,

(23. 6) “ancaq zövcələri və malik olduqları cariyələr istis­nadır. Onlara görə qınanmazlar”,

Onlar öz övrət yerlərini zinadan qoruyurlar. Amma bunu ən kamil tərzdə etməyə o şəxslər nail olurlar ki, onlar zinakarlığa sövq edə bilən hər şeydən çəkinmiş olsunlar. Belə zinakarlıq hallarına aid olan hərəkətlər: özgə qadına nəzər salmaq, ona toxunmaq və s. əməllərdir. Lakin möminlərə öz zövcələri və cariyələri[99] ilə intim əlaqəyə girməyə icazə verilir. Allah Öz qullarının bu davranışına icazə vermişdi və buna görə onlar qınanmırdılar[100].

ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ;

 

(23. 7) “lakin bundan artığını istəyənlər həddi aşan­lardır”;

 

Hər hansı bir insan onun zövcəsi və ya cariyəsi olmayan bir qadınla intim əlaqəyə girmək istəyirsə, həddini aşmış olur. O bunu etdikdə, halalla qane olmayaraq, Allahın haramlarını pozur. Bu ayə ən geniş mənaya malikdir və buna görə İslam şəriəti mü­vəqqəti nikah bağlamağı qadağan etmişdir. “Müvəqqəti nikah­da”, insanın yan-yana yaşamaq niyyətində olduğu qadın nə zövcə, nə də cariyə hesab olunmur. Bu ayədən həmçinin belə bir nəticə çıxır ki, üç dəfə boşanmış ər-arvadın yenidən evlənmələ­rinə icazə almaq məqsədilə nikah bağla­ma­ları da haram edil­mişdir.

Qeyd etmək lazımdır ki, qul sahibi öz cariyəsi ilə cinsi əlaqəyə girmək hüququna o zaman malik olur ki, cariyə təkcə ona tam mənsub olmuş olsun. Əgər cariyənin eyni vaxtda iki sahibi varsa, onda onlar onunla cinsi əlaqəyə girə bilməzlər. Bu hökm ərəb ifadəsi olan “ma mələkət əymənukum” (“əlinizə keçirdik­lərinizin”) tərkibindən irəli gəlir. Azad qadın eyni vaxtda iki kişinin zövcəsi ola bilməz və cariyə də eyni vaxtda iki ağaya tam mənsub ola bilməz.

ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ;

 

(23. 8) “onlar özlərinə etibar edilən əmanətə və əhdlərinə riayət edirlər”,

Ərəb sözü olan “əmənə” (“etibarlılıq”, “əmanət”) insanın Allah qarşısında və Allahın qulları qarşısında yerinə yetirməli olduğu bütün öhdəliklərinə aiddir. Bununla əlaqədar olaraq Fövqəluca Allah buyurur: “Biz göylərə, yerə və dağlara öhdələ­rinə məsuliyyət götürməyi təklif etdik, lakin onlar onu daşı­maq­­dan imtina etdilər və bundan qorxdular, insan isə onu daşımağa razılaşdı” (Əhzab, 33/72). Bu ayədə “əmənə” sözü “məsuliyyət” kimi tərcümə edilmişdir. Bu söz özlüyündə, insanın layiqincə yerinə yetirərək, qorumalı olduğu dinin bütün vacib hökmlərini ehtiva edir. Şübhəsiz ki, “əmənə” sözü həm də adam­ların, adətən, bir-birinə etibar etdikləri bütün əşyalara, sirlərə və çoxlu başqa şeylərə aiddir. Buna görə mömin insan Allah qarşı­sında və insanlar qarşısında öz vəzifələrinə diqqətlə yanaşma­lıdır. Fövqəluca buyu­rur: “Həqiqətən, Allah sizə əmr edir ki, sizə saxlanılmağa etibar edilmiş malı onun sahibinə qaytara­sınız” (Maidə, 4/58). Bununla yanaşı müsəlman insanlarla bağla­dığı əqdlərinə riayət etməlidir. Əgər insan müqavilə bağlayırsa, ona riayət etməli və onun şərtlərini yerinə yetirməlidir. Ona belə işlərdə səhlənkarlıq etmək və verdiyi vədlərə etinasızlıq göstər­mək qəti qadağandır.

 

ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ;

 







Дата добавления: 2015-09-04; просмотров: 540. Нарушение авторских прав; Мы поможем в написании вашей работы!




Вычисление основной дактилоскопической формулы Вычислением основной дактоформулы обычно занимается следователь. Для этого все десять пальцев разбиваются на пять пар...


Расчетные и графические задания Равновесный объем - это объем, определяемый равенством спроса и предложения...


Кардиналистский и ординалистский подходы Кардиналистский (количественный подход) к анализу полезности основан на представлении о возможности измерения различных благ в условных единицах полезности...


Обзор компонентов Multisim Компоненты – это основа любой схемы, это все элементы, из которых она состоит. Multisim оперирует с двумя категориями...

Этапы творческого процесса в изобразительной деятельности По мнению многих авторов, возникновение творческого начала в детской художественной практике носит такой же поэтапный характер, как и процесс творчества у мастеров искусства...

Тема 5. Анализ количественного и качественного состава персонала Персонал является одним из важнейших факторов в организации. Его состояние и эффективное использование прямо влияет на конечные результаты хозяйственной деятельности организации.

Билет №7 (1 вопрос) Язык как средство общения и форма существования национальной культуры. Русский литературный язык как нормированная и обработанная форма общенародного языка Важнейшая функция языка - коммуникативная функция, т.е. функция общения Язык представлен в двух своих разновидностях...

Трамадол (Маброн, Плазадол, Трамал, Трамалин) Групповая принадлежность · Наркотический анальгетик со смешанным механизмом действия, агонист опиоидных рецепторов...

Мелоксикам (Мовалис) Групповая принадлежность · Нестероидное противовоспалительное средство, преимущественно селективный обратимый ингибитор циклооксигеназы (ЦОГ-2)...

Менадиона натрия бисульфит (Викасол) Групповая принадлежность •Синтетический аналог витамина K, жирорастворимый, коагулянт...

Studopedia.info - Студопедия - 2014-2024 год . (0.013 сек.) русская версия | украинская версия