Onlar Allahın Elçisini (ona Allahın salavatı və salamı olsun!) divanə adlandırır və bir-birilərinə onun (s. ə. s.) ölümünü gözləməyi təklif edirdilər. Kafirlərin Elçinin (s. ə. s) peyğəmbərliyini inkar etməyə cəhd göstərərək gətirdikləri şübhəli dəlilləri onların öz imansızlığına və inadkarlıqlarına sübut idi. O dəlillər həm də kafirlərin hədsiz cahilliyinə və azğınlığına dəlalət edirdi. Belə dəlillər heç vəchlə haqqa qarşı duruş gətirməyə qadir ola bilməz. Biz bu barədə öncə xatırlatmışdıq. Bundan başqa bu sübutlar ziddiyyətlidir və bir-birilərini inkar edir. Başlanğıc dönəmdə kafirlər Peyğəmbəri (s.ə.s.) onlar kimi olan və onlara rəhbərlik etmək istəyən adi insan adlandırırdılar. Onlar onun, onlara hökmranlıq etmək üçün hiylə işlətməyə cəhd göstərən ağlı başında bir insan olduğunu qəbul etmişdilər. Onlar bir-birilərini ondan (s.ə.s) çəkinməyə çağırırdılar ki, kimsə onun (s.ə.s) təbliğatına uymasın. Amma məgər kafirlərin bu rəftarını divanəlikdə təqsirləndirməklə necə uzlaşdırmaq olar? Halbuki onlar sonradan Peyğəmbərə (s.ə.s) məhz belə böhtanlar atırdılar. Həqiqətən, belə davranış tələyə düşmüş azğınların nəsibi olur və onlar istənilən yolla öz baxışlarını müdafiə etməyə cəhd göstərirlər. Amma Nuhun (ə) qəbilədaşları öz məqsədlərinə nail ola bilmədilər, çünki Fövqəluca Allah istəmişdir ki, Onunla və Onun elçiləri ilə düşmənçilik edən hər kəs alçaldılsın və rüsvay edilsin.
ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ;