O dedi: “Ey Rəbbim! Məni yalançı saydıqlarına görə mənə kömək et”.
Nuh peyğəmbər (ə) gördükdə ki, təbliğatı həmqəbilələrini haqdan daha da uzaqlaşdırır, Rəbbindən kömək dilədi. O (ə), adamların onun (ə) nəsihətlərini rədd etmələrinə və Allahın elçilərinə iman gətirməkdən boyun qaçırmalarına hiddətlənərək dedi: “Ey Rəbbim! Yer üzündə bir nəfər də kafir sakin qoyma! Əgər sən onlardan saxlasan, onlar Sənin qullarını azdıracaq və təkcə günahkar kafirlər törədəcəklər” (Nuh, 71/26-27). Quranda həmçinin belə deyilir: “Nuh Bizə dua etdi, Biz isə dualara gözəl cavab veririk” (Saffat, 37/75).
ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂﰃ ﰄ ﰅ ﰆﰇ ﰈ ﰉ ﰊ ﰋ ﰌﰍ ﰎ ﰏ ﰐ;
Biz ona belə vəhy etdik: “Gözlərimizin qarşısında və vəhyimizə uyğun bir gəmi düzəlt. Əmrimizin gəldiyi və təndir qaynayıb coşmağa başladığı zaman, həm hər canlıdan bir cüt, həm də, qərq ediləcəkləri barədə öncədən hökmümüz verilmişlər istisna olmaqla, ona öz külfətini mindir. Amma zalımlıq edənlər barəsində mənə müraciət etmə, çünki onlar suda mütləq qərq ediləcəklər”. Fövqəluca Öz peyğəmbərinin (ə) duasını qəbul etdi və ona (ə) xilasa necə nail olmaq və fəlakət baş verməmişdən öncə ona hazırlaşmağı öyrətdi. O (Pak və Müqəddəs Olan) gəmini Onun gözləri qarşısında inşa etməyi ona (ə) təlqin etmişdi. Bu ifadə ona dəlalət edir ki, Nuh (ə) gəmini Allahın iradəsi ilə və Onun köməyi sayəsində hazırlayırdı[105]. Allah onu (ə) mühafizə edir və onun (ə) qayğısını çəkirdi, çünki həmişə onu (ə) görür və dualarını eşidirdi. Allah ona (ə) vəhy etmişdi ki, çox yaxın vaxtlarda daşqın baş verəcək və o, kafirlər üçün cəza olacaqdır. Onda su hər yerdən fontan vurub fışqıracaq və hətta, adətən, həmişə odun şölələndiyi və suyun olmadığı sobalardan belə su axıb töküləcək. Buna görə, Nuha (ə) əmr olunmuşdu ki, hər növ heyvanların hərəsindən bir dişi və bir erkək olmaqla bir cütünü gəmidə yerləşdirsin ki, sonradan onlar öz növlərini təkrar artıra bilsinlər və Allahın ilahi müdrikliyinə müvafiq olaraq yer üzündə heyvanların varlığı saxlanıla bilsin. Ona (ə) həmçinin əmr olunmuşdu ki, həlak ediləcəyi öncədən müəyyən edilmişlərdən başqa, yerdə qalan öz ailə üzvlərini də gəmidə yerləşdirsin. Bu bədbəxtlərdən biri də xeyirxah peyğəmbərin (ə) oğlu idi. Bununla bərabər, Allah Nuha (ə), fasiqlərin xilas olunması məqsədi ilə Ona dua etməyə yasaq qoymuşdu, çünki Allahın təyin etdiyi qədərinə müvafiq olaraq, onlar daşqında mütləq həlak olmalıydılar.
ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ; (23. 28) “Sən səninlə olanlarla birlikdə gəmiyə mindikdən sonra, de: “Bizi zalım insanlardan xilas edən Allaha həmd olsun!” Siz gəmidə yerləşdikdən sonra, o sizi açıq dənizə aparacaqdır və onda Allaha həmd edin, xilasınıza və əmin-amanlığa çıxmağınıza görə Ona şükür edin. Onu, sizi fasiq adamlardan xilas etməsinə görə tərifləyin. Fövqəluca, Nuha (ə) və onun ardınca gedənlərə öz Rəbbinə hansı sözlərlə minnətdarlıq etməyi, onları cəzadan xilas etdiyinə və zalım qəbilədaşlarının çəngindən qurtardığına görə Ona necə həmd etməyi öyrədir.
ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ;
(23. 29) “Həmçinin de ki: “Ey Rəbbim! Məni bərəkətli bir yerə çıxart, axı Sən – məskunlaşdıranların Ən Xeyirlisisən!”
Ey Nuh! Sizi xilas etməkdən başqa yenə bir nemət gözləyir və buna görə Allaha dua edin ki, onu sizə əta etsin. Allaha dua edin ki, bərəkətli bir yer tapmaqda sizə köməklik göstərsin. Möminlər bu hökmü yerinə yetirmişdilər və Allah da onların dualarını qəbul etmişdi. Fövqəluca buyurur: “Su çəkildi və hökmümüz gerçəkləşdi. Gəmi əl-Cudiyə yan aldı və deyildi: “Məhv olsun zalım adamlar! Nuh Rəbbinə dua etdi: “Ey Rəbbim! Oğlum – ailəmin bir hissəsidir. Sənin vədin haqdır və Sən – hakimlərin ən Müdrikisən. O buyurdu: “Ey Nuh! O – sənin ailənin bir hissəsi deyil, belə davranış yaxşı deyil. Bilmədiyin şeyi Məndən soruşma. Həqiqətən, Mən səni cahillərdən biri olmamağa dəvət edirəm. O dedi: “Ey Rəbbim! Bilmədiyim şeyi Səndən soruşmaqdan Sənə sığınıram. Əgər Sən məni bağışlamasan və əfv etməsən, mən ziyana uğramışlardan olaram”. Ona belə buyuruldu: “Ey Nuh! Sənə və səninlə birlikdə olan ümmətlərə Bizim bəxş etdiyimiz əmin-amanlıq və bərəkətlə gəmidən düşün! Lakin elə ümmətlər də olacaq ki, bir müddət onları faydalandıracağıq, sonra da onlar Bizim tərəfimizdən şiddətli əzaba məruz qoyulacaqlar"(Hud, 11/44-48). ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ;
Uuml;bhəsiz ki, bunda ibrət götürülməli dəlillər vardır və, həqiqətən, Biz imtahandan belə keçiririk”.
Bu hekayətdə çoxlu ibrət götürüləsi hikmətlər vardır ki, onlar Allahın ibadətə layiq Vahid Rəbb olmasına və Allahın elçisi Nuhun (ə) doğruçuluğuna, onun yalançı həmqəbilələrinin yaramazlığına dəlalət edir. Bu əhvalatda elə sübutlar vardır ki, onlar Onun Öz qullarına bəslədiyi mərhəmətini göstərir. Bu mərhəmət – bəşəriyyəti onun əcdadı olan Nuhun (ə) belində[106] nəhəng bir gəmi ilə xilas etməsində özünü göstərmişdi, halbuki yer üzünün qalan bütün sakinləri suya qərq edilib boğulmuşdular. Digər bir dəlil gəminin özü idi ki, Fövqəluca onun barəsində belə buyurmuşdu: “Biz onu taxta və mismardan ibarət gəmidə apardıq. O, Bizim Gözlərimiz qarşısında iman gətirməyənlərə dərs olsun deyə üzürdü. Biz onu bir dəlil olaraq saxladıq. Lakin bunu xatırlayanlar varmı?” (Qəmər, 54/13-15). Bax buna görə bu hekayətdən ibarət olan şərh etdiyimiz ayədə çoxsaylı dəlillərdən və çıxarılmış faydalı nəticələrdən bəhs edilməkdədir. ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ;
|