Gər siz özünüz kimi bir adama tabe olsanız, mütləq zərərə düşərsiniz”.
Onun xalqının başçıları naşükürlük, inadcıllıq, dirilməyə və əvəz veriləcəyinə inamsızlıq kimi keyfiyyətləri birləşdirirdilər. Onlar dünyəvi nemətlərin bolluğu ilə pozğunlaşmışdılar və peyğəmbərə (ə) müqavimət göstərməyə cəsarət edirdilər. Onlar onu (ə) yalançı saydılar və insanları ondan çəkindirməyə çalışaraq belə deyirdilər: “Bu, sizin kimi sadə bir adamdır. O sizin kimi yeyib, içir. O, sizin hamınızdan nə ilə üstündür? Bax, əgər o, yemək yeməyən və su içməyən mələk olsaydı! Lakin əgər siz sizdən heç nə ilə üstün olmayan bir insanın ardınca getsəniz və onu öz rəhbəriniz etsəniz, ağıldan məhrum olan adamlar kimi davranmış olarsınız və hökmən etdiyinizdən peşman olarsınız”. Kafirlərin sözləri qəribə idi. Zərərə düşən və etdiklərinə təəssüflənən təkcə peyğəmbərlərin yolu ilə getməyənlər və onlara tabe olmayanlar ola bilərlər. Allahın ona Öz vəhylərini nazil etməklə və peyğəmbərlik əta etməklə ehtiram göstərdiyi insana itaət etməyə təkəbbürü imkan verməyən şəxslər gör necə də cahil və axmadırlar! Ağaclara və daşlara ibadət etməyə aldanmış kəslər isə gör necə də cahil və axmaqdırlar! Bu ayə aşağıdakı sözlərə necə də oxşayır: “Səmudlular xəbərdarlığı yalan saydılar. Onlar dedilər: “Doğrudanmı biz özümüzdən olanın ardınca gedəcəyik? Bu halda biz azğınlığa uğramış olarıq və əzab-əziyyət çəkərik (və ya haqdan uzaqlaşarıq). Doğrudanmı bizim hamımızın aramızdan Zikr təkcə onamı göndərilmişdir? Heç də yox! O – lovğa yalançıdır!” (Qəmər, 54/23-25). Onlar öz peyğəmbərini yalançı sayıb, rədd etdikdən, ölümdən sonra dirilməyə və edilən əməllərə görə əvəz alınacağına iman gətirməyərək, belə dedilər:
ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ;
(23. 35) “Doğrudanmı o, sizə vəd edir ki, siz öldükdən, toz-torpağa və sür-sümüyə çevrildikdən sonra dirildiləcəksiniz?”
|