Onlar hər ikisini yalançı saydılar və özlərini ölümə məhkum etdilər”.
Onların sözləri onların təkəbbürlüyünün və xudpəsəndliyinin dəlili idi və düşüncəsiz insanları qorxutmaq və aldatmaq üçün nəzərdə tutulmuşdu. Firon və onun əlaltıları özlərindən əvvəlkilərin sözlərini eynən təkrar edirdilər. Onların qəlbi eyni küfrə etiqad edirdi və buna görə də onların sözləri və əməlləri oxşar idi. Onlar, Allahın Musanı (ə) və Harunu (ə) peyğəmbərlik risaləsi ilə şərəfləndirməsini qəbul etməkdən boyun qaçırmışdılar və bəhanələri də o idi ki, İsrail oğulları onlara[108] xidmət edirdilər və onların ən ağır işlərini görürdülər. Bu barədə Fövqəluca Allah belə buyurur: “Budur Biz sizi Fironun adamlarının əlindən xilas etdik. Onlar sizi dəhşətli əzab-əziyyətə düçar edirdilər, oğullarınızı öldürür, qadınlarınızı isə öldürmürdülər. Bu sizin üçün Rəbbinizdən böyük bir sınaq idi” (Bəqərə, 2/49). Firon və Misir zadəganları belə deyirdilər: “Doğrudanmı, insanlar bizə itaət etdikdən sonra, biz onlara itaət edəcəyik? Doğrudanmı bizim qullarımız bizə ağalıq edəcəklər?” Onların sözləri Nuhun (ə) qəbilədaşlarının sözlərinə bənzəyir. Onlar deyirdilər: “Doğrudanmı biz, sənin ardınca ən aciz insanların getdiyinə görə inana bilərik?” (Şüəra, 26/111). Onun adlı-sanlı həmqəbilələri deyirdilər: “Biz görürük ki, sən də bizim kimi insansan. Biz həm də görürük ki, bizim aramızdan olan ən alçaq səviyyəlilər sənin ardınca gedirlər, lakin onlar da düşünmədən sənə qoşulmuşlar. Biz görmürük ki, siz bizdən nə iləsə üstün olasınız. Əksinə, biz sizi yalançı sayırıq” (Hud, 11/27).Tamamilə aydındır ki, belə “sübutlar” haqqı inkar etməyə qadir deyil. Onlar sadəcə haqqı yalan saymağa cəhd etmək və ona faydasız müqavimət göstərməkdir. Buna görə, Fövqəluca buyurur ki, kafirlər özlərini ölümə məhkum etdilər. Onlar İsrail oğullarının gözləri qarşısında dənizdə qərq edildilər.
ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ;
|