Bu gün bağırmayın! Həqiqətən, Biz sizə kömək göstərməyəcəyik”.
(23. 66) “Sizə Mənim ayələrimi oxuyanda, siz onlardan geri çəkilirdiniz”, Əgər Allah onlara kömək etməsə, onda onlar hər cür yardımdan məhrum olacaqlar. Onlar özləri özlərinə kömək edə bilməyəcəklər və heç kim də onlara kömək etməyəcək. Axı niyə onlar bu dərəcəyə düşdülər? Sanki bu suala cavab verərək, Allah bildirir ki, bu günahkarlara Quran ayələri oxunurdu ki, onlar vəhylərə iman gətirə bilsinlər. Lakin onlar bunu etmədilər. Əksinə, ayələrdən üz çevirdilər və dal-dalı çəkildilər. Əgər onlar Quran ayələrinin ardınca getsəydilər, onda irəliyə gedərdilər. Lakin onlar ayələrdən üz döndərdilər, geriyə çəkildilər və Cəhənnəmin lap dibinə düşdülər. ﮞ ﮟ ﮠ ﮡ ﮢ;
(23. 67) “həm də onunla [113] qürrələnir və gecələr yaramaz sözlər danışırdınız”.
Quranı təfsir edənlər iddia edirlər ki, bu ayədə əvəzlik məbədə aiddir. Bu, ola bilsin ki, kafirlərin tez-tez xatırladıqları məbəd və ya Kəəbədir. Haram məbəd onların özlərini başqalarından üstün tutub təkəbbürlənmələrinə səbəb olmuşdu. Onlar özlərini haram torpağın sakinləri adlandırır və özlərini hamıdan üstün sayırdılar. Axşamlar Kəəbənin yanında yığışaraq, Allahın Müqəddəs Quranda qınadığı danışıqlara qurşanırdılar. Onlar nəinki özləri Qurandan üz döndərirdilər, həm də ətrafdakıları da belə davranmağa çağırırdılar. Fövqəluca bildirir ki, kafirlər bir-birilərinə belə deyirdilər: “Bu Qurana qulaq asmayın, mənasız sözlər danışın [114]. Ola bilsin üstün gələsiniz” (Fussilət, 41/26). Fövqəluca buyurur: “Doğrudanmı siz bu hekayətə təəccüblənirsiniz, gülürsünüz, ancaq ağlamırsınız və əylənirsiniz?” (Nəcm, 53/59-61); “Ya da onlar belə deyirlər: “O onu uydurmuşdur!” Qətiyyən belə deyil! Onlar sadəcə iman gətirmirlər” (Tur, 52/33). Onların bu sadalanan alçaq keyfiyyətlərin hamısına birdəfəliyə malik olduqları halda, onların əzaba düçar olacaqlarında təəccüb ediləsi bir şey yoxdur. Cəza onları yaxalayanda isə, heç kim onların köməyinə gəlmədi və onlara amansız cəzalandırmadan xilas olmağa kömək etmədi. Əksinə, onlar törətdikləri yanlış əməllərinə görə qınandıqlarını eşitdilər. ﮣﮤﮥﮦ ﮧﮨ ﮩ ﮪ ﮫﮬﮭ;
(23. 68) “Doğrudanmı onlar bu Söz barədə heç düşünmürlərmi? Ya da onların ulu əcdadlarına verilməyənlər, onlaramı verilmişdir?”
Doğrudanmı onlar Quran haqqında düşünmürlərmi? Doğrudanmı onlar onun mənası barədə fikirləşmirlərmi? Əgər onlar düşünsəydilər, onda bu onlara iman gətirməyə kömək edərdi və onları kafirlikdən saxlayardı. Lakin onlar ondan üz çevirdilər və bu onların böyük bir bədbəxtliyə məruz qalmasına səbəb oldu. Bu ayədən məlum olur ki, Quran barədə düşünmək insana hər hansı xeyirxah işi dərk etməyə və şərdən qorunmağa kömək edir. Lakin insanın ürəyi qıfılla kilidlənmiş olduqda, o, onun haqqında düşünmür. Doğrudanmı günahkarlar ona görə haqq dinə gəlməkdən boyun qaçırırlar ki, onlara Elçi və Quran gəldiyi halda, ulu babaları onlara layiq görülməmişlər? Doğrudanmı onlar öz yolunu azmış atalarının izi ilə getməyi üstün tutmuş və onların yanlış adətlərinə zidd olan hər şeyə müqavimət göstərməyi qərara almışlar? Bu, həqiqətən də, belədir və buna görə Allah Məkkə müşrikləri və onların tayı olan kafirlər haqqında belə buyurur: “Qətiyyən yox! Onlar dedilər: “Həqiqətən, biz atalarımızı bu yolda görmüşük və biz onların izi ilə sədaqətlə gedirik. Beləliklə, Biz sənə qədər hansı xəbərdaredici nəsihətçini hər hansı bir kəndə göndərsək də, oranın zənginlik içində rahatlığa alışmış sakinləri hökmən deyirdilər: “Həqiqətən, biz atalarımızı bu yolda görmüşük və biz onların yolunu sidq ilə davam etdiririk”. O dedi: “Əgər mənim sizə gətirdiyim, sizin atalarınızınkılardan daha doğrudursa?” Onlar dedilər: “Biz sizin gətirdiyinizə inanmırıq” (Zuxruf, 43/22-24). Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) onlara haqqa tabe olmağı və onun (s.ə.s.) ardınca getməyi təklif edən kimi, onların əcdadlarının izi ilə getmələrinin əsl səbəbi – kafirliyi aşkar oldu.
ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ;
(23. 69) “Bəlkə, onlara göndərilmiş Elçini tanımayıb, onu inkarmı edirlər?” Doğrudanmı onlar Muhəmməd Peyğəmbəri (ona Allahın salavatı və salamı olsun!) yaxşı tanımadıqlarına görəmi haqqa itaət etməkdən imtina edirlər? Bu belə olsaydı, onlar deyərdilər: “Biz bu adamı tanımırıq və onun doğruçuluğuna əmin deyilik. Gözləyin, çünki biz onunla yaxşı tanış olmalıyıq və onun barəsində onu tanıyanlardan soruşmalıyıq”. Lakin hər şey əksinə olmuşdu, çünki məkkəlilər Allahın Elçisini (ona Allahın salavatı və salamı olsun!) gözəl tanıyırdılar. Şəhərin bütün yaşlı və gənc sakinləri onun (s.ə.s.) gözəl əxlaqi məziyyətlərinə, doğruçuluğuna, sadiqliyinə və etibarlılığına bələd idilər. Hələ peyğəmbərliyinə qədər onu “əl-Əmin” adı ilə çağırırdılar ki, bu da “Sədaqətli” olmağı bildirir. Niyə bəs onda o (s.ə.s.) açıq-aşkar haqqı və aydın həqiqəti təbliğ etməyə başladıqda, onlar ona (s.ə.s.) inanmaqdan boyun qaçırırdılar?
ﯗ ﯘ ﯙ ﯚﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ;
|