Həm də, O, sizi yer üzündə yayıb Yerləşdirəndir və siz Onun dərgahında toplanılacaqsınız”.
Fövqəluca sizi yerin müxtəlif guşələrində yerləşdirmiş və sizə yaşamağınız üçün zəruri olan şeyləri əldə etməkdən ötrü və fayda verən qabiliyyət və bacarıqlar əta etmişdir. Bu nemətlər, sizin dünyəvi həyatınızı təmin etmək və Rəbbinizə ibadət etmək üçün kifayət qədərdir. Elə isə bilin ki, öldükdən sonra, siz Onun yanına qayıtmalı olacaqsınız və onda hər biriniz yer üzündə etdiyiniz xeyirxah və bəd əməllər üçün əvəz alacaqsınız. Yer isə onun üzərində baş verən hər şey barəsində Allaha xəbər verəcəkdir.
ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏﮐ ﮑ ﮒ ﮓ; (23. 80) “Həm də, O, Həyatverən və Öldürəndir. O, gecəni gündüzlə əvəzləyir. Məgər siz dərk etmirsiniz?”
Fövqəluca həyata və ölümə təkbaşına sərəncam çəkir. O, təklikdə gündüzü və gecəni bir-biri ilə əvəz edir. Əgər O istəsəydi ki, yer üzündə fasiləsiz gündüz olsun, heç bir uydurulmuş “ilah” yerdə gecə gəlməsini təmin etməyi bacarmazdı. Əgər O, istəsə ki, yerdə fasiləsiz gecə olsun, onda heç bir uydurulmuş “ilah” yeri işıqlandırmağı bacara bilməz. Lakin Allah Öz məxluqlarına qarşı rəhmlidir və buna görə də O, gecəni və gündüzü xəlq etmişdir ki, insanlar istirahət edə və Allahın nemətlərini axtarmaq üçün işləyə bilsinlər, - ola bilsin ki, insanlar buna görə şükür edərlər. Məhz buna görə bu ayədə Allah insanlara düşünməyi təklif edir. Ey insanlar! Əgər siz düşünsəniz, onda sizə aydın olar ki, sizə böyük nemətlər Bəxşedən Allah sizə eşitmək görmək qabiliyyəti və ağıl vermiş və sizi bütün yer üzünə yayıb yerləşdirmişdir və O, həyat və ölümə təkbaşına sərəncam çəkir, gecə və gündüzü bir-biri ilə əvəz edir, həqiqətən sizin səmimi ibadətinizə layiqdir. Siz, Ona şərik qoşmadan, tək Ona ibadət etməlisiniz, nə fayda verməyə, nə də ziyan vurmağa qadir olmayan, baş verən hadisələr üzərində hakimiyyətə malik olmayan və tamamilə köməksiz olan uydurulmuş “ilahlara” ibadətdən əl çəkməlisiniz. Əgər müşriklər sağlam təfəkkür sahibi olsaydılar, onda onlar heç vaxt belə “ilahlara” ibadət etməzdilər.
ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛﮜﮝﮞ ﮟ ﮠﮡ ﮢﮣ;
|