Yaxud da onlar deyirlər ki, o cinlidir? Əksinə, o onlara haqqı gətirmişdir, amma onların əksəriyyəti haqqı sevmirlər”.
Müşriklər deyirdilər ki, Muhəmməd (s.ə.s.) ağlını itirmişdir və ağzına gələni danışır. Onlar onu (s.ə.s.) divanə adlandırırdılar. Adətən, belə adamın ətrafında olan onun söylədiyi sözlərə qulaq asmamalı və onlara əhəmiyyət verməməlidir. Yaxşı məlumdur ki, psixi pozğunluğa məruz qalan xəstələr sərsəmləyir və cəfəngiyat danışırlar. Lakin Allah belə ittihamları təkzib etdi və Muhəmmədin (ona Allahın salavatı və salamı olsun!) təlimini haqq təlim adlandırdı. Onun qəti inamla söylədiyi xütbələri əsl həqiqət idi və onlarda uydurmalara və ziddiyyətli mühakimələrə yer yoxdu. Məgər ağlına hakim olmayan adam belə bir təlimi təbliğ etməyə qadir ola bilərdimi?! Onda niyə insanlar özünün biliyi, məntiqi mühakiməsi və təqdirəlayiq əxlaqi məziyyətləri ilə Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) ən əzəmətli yüksəklikləri fəth etdiyini etiraf etmirdilər? Onun (s.ə.s.) yolu ilə getmək bütün digər insanlar üçün böyük şərəfdir, çünki onun (s.ə.s.) davamçıları sırasına düşmək bəşəriyyətin ən yaxşı nümayəndələrinə nəsib olacaqdır.
ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ;
Gər haqq onların istəklərindən asılı olsaydı, onda göylər, yer və onların arasında olanlar xarabalığa dönərdi. Biz onlara[115] Zikri əta etdik, lakin onlar öz Zikrindən üz döndərdilər”.
Onlar Allahın nazil etdiyi nəsihətdən üz döndərib, özlərini bədbəxtliyə məhkum edərək, ən doğru təlimdən məhrum oldular. Bu barədə Fövqəluca belə buyurur: “...Onlar Allahı unutdular. Allah da onları unutdu...” (Tövbə, 9/67); “Allahı unudanlara oxşamayın, O, onları özlərini unutmağa məcbur etdi. Onlar – mürtəddirlər” (Həşr, 59/19). Quran və onu bəşəriyyətə gətirmiş Peyğəmbər (s.ə.s.) – iki ən böyük nemətdir ki, onları Allah Məkkə müşriklərinə bəxş etmişdi. Lakin onlar hər ikisindən imtina etdilər və üz döndərdilər. Belə bir şəraitdə iman gətirməkdən boyun qaçıran insanın bundan da ağır itkisi nə ola bilər? ﯵﯶ ﯷ ﯸﯹ ﯺﯻ ﯼ ﯽ ﯾ ﯿ; Məgər sən onlardan vergi istəyirsən? Sənin Rəbbinin verəcəyi daha xeyirlidir və O – ruzi bəxş edənlərin ən Xeyirlisidir”. Ey Muhəmməd! Doğrudanmı onlar sənin ardınca getməkdən ona görə boyun qaçırırlar ki, sən öz xütbələrinə görə onlardan, vəziyyətlərini ağırlaşdıran mükafat istəyirsən? Əgər sən onlardan mükafat və ya töycü yığmaq istəsəydin sənin yolunla getməyə onların gücü çatmazdı. Lakin bu belə deyil. Rəbbinin mükafatı hər şeydən üstündür. Məhz buna görə Allahın hər bir peyğəmbəri (onlara salam olsun!) öz həmqəbilələrinə dəfələrlə deyirdilər: “Ey mənim xalqım! Mən bunlara görə sizdən mükafat istəmirəm, çünki məni Yaradan Özü məni mükafatlandıracaqdır. Məgər siz başa düşmürsünüz?” (Hud, 11/51). Peyğəmbərlər (onlara salam olsun!) insanlar arasında təbliğat apararkən onlardan maddi nemətlər əldə etmək məqsədi güdmürdülər. Əksinə, onlar insanları haqq dinə gəlməyə çağırır və onlara səmimiyyətlə xeyirxahlıq və əmin-amanlıq arzulayırdılar. Demək olar ki, elçilər insanların özlərindən daha artıq onların qayğısına qalırdılar. Allah o şərəfli insanları, öz davamçıları üçün etdikləri bütün xeyirxahlıqlara görə, ən gözəl tərzdə Öz rəhmətinə qovuşdursun! Allah bizə də bütün təşəbbüslərimizdə onların yolunu davam etdirməkdə yardımçı olsun! ﰀ ﰁ ﰂ ﰃ ﰄ ﰅ ﰆﰇﰈﰉ ﰊ ﰋﰌﰍﰎ;
|