Sən pisliyi yaxşılıqla dəf et. Biz onların şərik qoşduqlarını daha yaxşı tanıyırıq”.
Fövqəluca Öz Elçisinə (s.ə.s.) əmr edir ki, gözəl əxlaqi əsasları pozmasın və pisliyə yaxşılıqla cavab versin. Ey Muhəmməd! Əgər sənin düşmənlərin sənə sözləri və ya rəftarları ilə pislik etsələr, onlara pisliklə cavab vermə. Hərçənd insan onu incidənə eyni pisliklə cavab verməyə haqlı olsa da, sən belə etmə və sənə yönəldilən haqsızlıqlara təkcə yaxşılıqla cavab ver. Beləliklə, sən səni incidənlərə mərhəmət göstərmiş olarsan və bu sənə böyük fayda gətirmiş olar. Sənin rəftarın sənə edilmiş pisliyi həm hal-hazırda, həm də gələcəkdə azaldar və səni incidəni haqqa meyil etməyə kömək göstərər, onu etdiyi pisliyə görə peşmançılıq çəkməyə və tövbə etməyə yönəldər. Onu incidənləri bağışlayan insan xeyirxahdır, çünki o, öz düşməni – şeytan üzərində üstünlük qazanır və öz Rəbbinin mükafatına layiq görülür. Fövqəluca belə buyurur: “Pisliyin əvəzi eyni dəyərli pislikdir. Lakin kim bağışlasa və barışıq yaratsa, onun mükafatını Allah verəcək” (Şura, 42/40); “Yaxşılıq və pislik bərabər deyil. Yaxşılıqla dəf et və onda düşmənçilik etdiyin kəs, sanki sənin üçün yaxın sevən qohumuna çevrilər. Lakin bu, səbirli olanlardan başqa heç kimə əta edilməyəcək və bu, böyük qismətə malik olanlardan başqa heç kimə əta edilməyəcəkdir” (Fussilət, 41/34-35). Ey Muhəmməd! Onların küfrlə və haqqı danmaqla dolu olan sözləri Bizə yaxşı məlumdur. Biz bunu incəliklərinə qədər bilirik, lakin səbirlilik və dözümlülük göstəririk. Biz, onların Bizi inkar etmələrinə və Bizə iman gətirmək istəməməklərinə baxmayaraq, onlara möhlət veririk. Buna görə sən də onların sözlərinə səbirlə yanaşmalı və onlara ancaq yaxşılıqlar etməlisən. Qulun ona pislik edən insanlara qarşı vəzifəsi belədir. Allahın qullarına pislik edən şeytanlara gəldikdə isə, onlara yaxşılıq etməyin mənası yoxdur, çünki şeytanlar öz əlaltılarını təkcə ona görə çağırırlar ki, onlar alov püskürən Cəhənnəmin sakinləri olsunlar. Buna görə qulların şeytanlara qarşı vəzifəsi – Allahın aşağıdakı hökmünü yerinə yetirmələridir:
ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ;
|