Ey Rəbbimiz! Bizi buradan çıxart. Əgər biz qayıtsaq[119], onda həqiqətən zalımlardan olarıq”.
Fasiqlərin bu sözləri yalan olacaqdır, çünki Fövqəluca Allah belə buyurur: “Əgər onları geri qaytarsaydılar, onlar mütləq onlara qadağan olunana qayıdardılar. Həqiqətən, onlar – yalançıdırlar” (Ənam, 6/28). Allah onlara, törətdikləri cinayətlərinə görə özlərinə bəraət qazandırmaları üçün heç bir imkan yeri qoymamışdır. O (Pak və Müqəddəs Olan) onları öz xeyirlərinə hər hansı dəlildən məhrum etmiş və bu dünyada insanın düşünməsi və günah işlətməkdən çəkinməsi üçün kifayət qədər olan möcüzələrlə yayındırmışdır. Buna görə Cəhənnəmdə əzab çəkənlərə Allahın cavabı çox sərt olacaqdır.
ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ;
(23. 108) “Allah buyuracaq: “Orada biabırçılıqla qalın, bir daha Mənimlə danışmayın!” Allah bizi bundan saxlasın! Bu, günahkarların Axirətdə eşidəcəkləri ən sərt sözlərdən olacaqdır. Bu sözlər günahkarlar üçün ümidin kəslməsi, rüsvayçılıq, alçaldılma, zərər, yaxşı nəticə əldə edilə biləcəyinə son ümidin itirilməsi və sonsuz bədbəxtliyin dərk edilməsini bildirəcəkdir. Rəhmli Rəbbin acıqlı nitqi belə olacaq və bu, günahkarlara Odsaçan Cəhənnəmdəki cəzanın əzabından daha şiddətli əzab verəcəkdir. Sonra Allah bu əzaba düçar edilmişlərin Cəhənnəmə düşmələrinin və Onun mərhəmətindən məhrum olmalarının səbəbini xəbər verir:
ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ;
Həqiqətən, Mənim qullarımdan bəziləri deyirdilər: “Ey Rəbbimiz! Biz iman gətirdik. Bizi bağışla və rəhm et, çünki Sən – rəhmlilərin ən Xeyirlisisən”.
Bu möminlər nəinki onlara xeyirxah əməllər işlətməyi vacib edən iman sahibi olmuşdular, onlar həm də öz Rəbbinə bağışlanmaları və rəhm edilmələri haqqında dua edirdilər. Onlar Onun əta etdiyi haqq dinə görə şükür edərək və Onun hökmranlığını, hüdudsuz mərhəmətini və hərtərəfli xeyirxahlığını qəbul edərək Ona yaxınlaşmağa cəhd göstərirdilər. Şübhəsiz ki, bütün bunlar möminlərin itaətkarlığına, mütiliyinə, təqvalılığına və Ona təvəkkül etmələrinə dəlalət edir.
ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ;
|