Студопедия — Onlar deyəcəklər: “Biz bir gün və ya onun bir azı qədər qaldıq. Yaxşı olar ki, sayanlardan soruşasan”.
Студопедия Главная Случайная страница Обратная связь

Разделы: Автомобили Астрономия Биология География Дом и сад Другие языки Другое Информатика История Культура Литература Логика Математика Медицина Металлургия Механика Образование Охрана труда Педагогика Политика Право Психология Религия Риторика Социология Спорт Строительство Технология Туризм Физика Философия Финансы Химия Черчение Экология Экономика Электроника

Onlar deyəcəklər: “Biz bir gün və ya onun bir azı qədər qaldıq. Yaxşı olar ki, sayanlardan soruşasan”.






Bu sözlər on dəlalət edir ki, kafirlər öz dünya həyatını çox qısa sayacaqlar. Sadəcə demək kifayətdir ki, onun dəqiq müddəti­nin heç bir mənası yoxdur. Lakin kafirlər Allahdan xahiş edə­cəklər ki, bu barədə hesabı aparanlardan soruşsun, çünki onlar alacaqları cəzanın ağırlığından yer üzündə neçə il yaşadıq­larını unuda­caqlar[120].

 

ﮣ ﮤ ﮥ ﮦ ﮧﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ

(23. 114) “O buyurur: “Siz çox az qaldınız, heyf ki, bil­mir­siniz!”

(23. 115) “Doğrudanmı siz elə güman edirdiniz ki, Biz sizi əylənmək üçün yaratmışıq və Bizə qaytarılmayacaqsınız?”

 

Siz çox qısa bir həyat yaşamışsınız vəyaşadığınız günlərin dəqiq sayını bilib-bilməməyiniz vacib deyildir. Məgər Bizim əbəs yerə sizi yaratdığımızımı zənn edirdiniz? Doğrudanmı siz elə fikirləşirdiniz ki, Biz sizə yemək, içmək, şıltaqlıq etmək və maddi nemətlərdən həzz almaq imkanı verib, sizi unutmuşuq? Doğru­danmı siz düşünürdünüz ki, Biz sizi ehkamsız və qadağasız, mükafatsız və cəzasız qoyacağıq? Məgər sizin ağlınıza gəlirdi ki, Bizə qaytarılacaqsınız?

 

ﯘ ﯙ ﯚ ﯛﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ

(23. 116) “Haqq Hökmdar olan Allah hər şeydən Fövqəl­ucadır! Ondan – kəramətli Ərşin Rəbbindən başqa ilah yox­dur!”

 

Allah, Onun ilahi müdrikliyinin qeyri-kamilliyini nəzərdə tutan hər hansı mühakimələrdən üstündür. O, bütün varlığın əsl hökmdarıdır. Onun sözləri, vədi və təhdidləri bütünlüklə haqdır. Öz kamilliyi və Özünün qüsursuzluğu sayəsində O, məhəbbətə və ibadətə layiqdir. O – Əzəmətli Ərşin və qalan bütün məxluq­ların Rəbbidir. Bu isə o deməkdir ki, O, bəşəriyyəti əyləncə xati­rinə xəlq etməmişdir.

 

ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ

 

Allahla bərabər digər ilahlara ibadət edənin lehinə heç bir dəlili yoxdur. Onun hesabı Rəbbinin yanında saxlanılır. Həqiqətən, kafirlər uğur qazanmazlar”.

Allahla yanaşı digər “ilahlara” ibadət edən hər bir kəs, onun haqlı olduğunu təsdiq edə bilən inandırıcı dəlil və sübutlara istinad etmir. Bu qayda bütün hallarda doğrudur. Allahdan başqa kiməsə ibadət etmənin lehinə sübutlar yoxdur və ola da bilməz. Əksinə, istənilən inandırıcı dəlillər uydurulmuş ilahlara ibadətin əbəsliyini və yanlışlığını təsdiq edir. Əgər insan bu dəlillərdən üz döndərirsə, onda o, zalımlıq edir və inadkarlıq göstərir. O, öz Rəbbinin hüzurunda durduqda öz əməllərinə görə əvəzini alacaqdır. Onda aydın olacaq ki, onun uğurlu qismətdə payı yoxdur, çünki o, kafirdir. Kafirlər isə heç vaxt uğur qazanmaya­caqlar, çünki kafirlik müvəffəqiyyətə doğru yolda keçilməz maneədir.

ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ

 

(23. 118) “De: “Ey Rəbbim, bağışla və rəhm et, axı Sən – rəhmlilərin ən Xeyirlisisən!”

Ey Muhəmməd! Öz Rəbbinə ixlasla müraciət edib de: “Ey Rəbbim! Bizi bağışla ki, hər hansı xoşagəlməzliklərdən xilas ola bilək və bizə rəhm et ki, Sənin mərhəmətin sayəsində hər nemətə nail ola bilək. Sən – rəhm edənlərin ən Xeyirlisisən. Əgər hər hansı bir məxluq Sənin quluna mərhəmət göstərərsə də, o, Səninlə heç vəchlə müqayisə edilə bilməz. Həqiqətən, Sənin Öz qullarına bəslədiyin qayğı, ananın öz övladına göstərdiyi qayğıdan daha böyükdür. Sən onlara onların özlərindən də çox mərhəmət göstərirsən”.

 

(İNŞALLAH, ƏSƏRİN ARDI “NUR” SURƏSİ İLƏ BEŞİNCİ CİLDDƏ DAVAM EDƏCƏKDİR)

 


[1] Burada qeyd etmək yerinə düşərdi ki, Quran ayələrinin mətninə əslində olmayan söz və ifadələrin əlavə edilməsi qəti yolverilməzdir. Həmin (30-cu) ayənin həm Azərbaycan dilindəki və həm də türk dilindəki bir sıra tərcümələrində 19 ədədindən sonra “mələklər”, “gözətçi mələklər” kimi sözlər və s., guya izah etmək məqsədilə, ayəyə əlavə edilmişdir. Əslində isə bu əlavələr ayəni aydınlaşdırmaq, izah etmək əvəzinə, onu yanıltmış və Allahın ayəyə qoyduğu mənadan nisbətən uzaqlaşdırmışdır. Ayədə açıq-aşkar 19 ədədindən söz getdiyi halda, onun mənası pərdələnmişdir. Məhz bunu nəzərə alaraq mən rus dilindən tərcümə etdiyim Səədi Təfsirinin bu cildində ayələri də rus dilindən tərcümə edərək ərəb əsli və türk çevirmələri ilə yoxlamağı daha üstün tutdum. İnşallah əsərin əvvəlki cildlərinin yeni nəşrində bu özəlliklər tam nəzərə alınacaqdır. F.S.

[2] Bax: “Quran heç tükənməyən möcüzə”, səh. 361. F.S.

[3] Təəssüflər olsun ki, bu açıq və aydın ayənin (“Bu doğrudan da böyüklərdən biridir”) mənası Azərbaycan dilinə edilmiş Quran tərcümələrində açıq-aşkar təhrifə yol verilmiş – bir çeviridə “(Cəhənnəm) böyük bəlalardan biridir”, digərində isə “Doğrudan da o Cəhən­nəm ən böyük fəlakətdir” kimi tərcümə” edilmişdir. Mən Quranın otuza yaxın türk dilinə çevrilmiş tərcümələrini araşdırdıqda, bunların böyük əksəriyyətində 19 əvəzinə, Cəhən­nə­min nəzərdə tutulduğu fərz edilərək çevrilmiş, ancaq ingilis dilinə çevrilən iki tərcümədə bu ayəni çevirənlər “Cəhənnəmdən” uzaq olmuşlar. Görünür ana dilimizdəki tərcümələr də yanılmış­ların təkrar edilməsindən qaçına bilməmişlər. F.S.

[4] Qurandakı xarüqəladə 19 sayının daha çoxsaylı digər özəlliklərindən məlumat almaq istəyənlər “Quran heç tükənməyən möcüzlər” adlı elmi-tədqiqat əsərinin 368-369-cu səhifələrinə müraciət edə bilərlər. F.S.

[5] Bu surənin 36-cı ayəsində Fövqəluca Allah belə buyurur: “Haqqında məlumatın ol­ma­dığı bir işin dalınca getmə. Çünki qulaq, göz və ürək – bunların hamısı sahi­bi­nin əməlləri barəsində sorğu-sual olunacaqdır” (İsra, 17/36). Bu, Allahın Quranda əks etdirdiyi riyazi və digər elmi dəlillərini araşdıran insanlara bir müraciətdir. Allah Ka­­inatdakı və nazil etdiyi Kitabdakı dəlillərini araşdıraraq onları qəbul və tədqiq edən­­lərin dinini dəyərli sayır. Təqlid edərək, “filan şeyx belə dedi, filan övliya elə de­di” – deyərək dini yaşayanlar bilmədiklərinin ardınca gedirlər. Dini dollara, yev­ro­ya, qızıla sataraq etibar qazanmağa çalışanlardan, ağlını işlətmədən dini əfsanələr, xəyallar aləmi kimi göstərmək istəyənlərdən Allah hamımızı qorusun!” (“Quran heç tükənməyən möcüzə” adlı kitabdan iqtibas edilmişdir. İstanbul, 2005. səh. 289.). F.S.

[6] Quranın oxucularının nəzərini cəlb edən və “Bismilləhirrahmənirrahim” kimi ən çox oxunan “Bismillah” ifadəsidir. Deyə bilərik ki, dünyanın ən çox təkrarlanan söz birləş­məsi olan “Mərhəmətli və Rəhmli Allahın adı ilə” söz tərkibini ifadə edən Bismillahdır. Bismillah Quranın hər surəsinin əvvəlində verilmiş və 114 dəfə, yəni 19 x 6 = 114 dəfə təkrarlanmışdır. Lakin 9-cu Tövbə surəsi istisnadır. Tövbə surəsinin əvvəlində “Bismillah” ifadəsi və onun şifrəli kodunun izahı haqqında məlumata tərcüməçinin bu cildə yazdığı “Ön sözü”nə bax. F.S.

[7] İstiva etmuşdir. F.S.

[8] Mən, möhtərəm oxuculara bu ayənin təfsirinin mahiyyətinə xüsusi diqqət yetirməyi, ondan təkcə tarixi baxımdan deyil, həm də bu günümüzlə müqayisəli nəticə çıxartmağı tövsiyə edirəm. Çünki Fövqəluca Allahın hökmləri Qiyamətə qədər bütün zamanlar və bütün xalqlar üçün qüvvədədir. Hər hansı bir millətin böyük bir qisminin və ya əksəriyyətinin bu gün Allaha itaətsizliyi – onun bu gün çəkdiyi əzab-əziyyətin, faciələrin səbəbidir. İslam dini bütün insanlara həm də məhz bu və buna bənzər prinsipləri anlatmağa yönəlmişdir. Allah hamının Allahıdır. Ona itaətsizlik göstərənlər bilməlidir ki, hər kəs dərəcəsindən, vəzifəsindən, zənginliyindən, səviyyəsindən, irqindən, milliyyətindən, qiyafəsindən və həmçinin Allahın bəyənmədiyi sair məziyyətlərindən asılı olmayaraq, ancaq öz günahlarına görə həm bu dünyada, həm də Axirət aləmində məşəqqət içindədir və olacaqdır. Allahın verəcəyi Cəhənnəm cəzasının qarşısını bu dünyada nə vəzifə, nə var-dövlət, nə insanın əlaqələri, nə siyasətbazlığı, nə küçə iğtişaşları ilə almaq mümkün olmayacaqdır. Mütləq ixtiyar təkcə Ona məxsusdur! Bütün Kainat Onun bir “Ol!” sözü ilə yarandığı kimi, təkcə Onun qarşısında əməllərinə görə cavab verməli olacaqdır. Ey insanlar! Əgər siz bunu anlasanız həm Fövqəluca Allaha, həm də özünüzdən olan rəhbərlərinizə itaətkar olarsınız. Bu isə Allahın tələbi, Peyğəmbərimizin (s.ə.s.) haqqı və yeganə xilas yoludur! Bu, mənə və ya bir başqasına aid iddia deyildir. F.S.

[9] Kursiv mənimdir. Bu mürəkkəb söz birləşməsi rus dilindəki “свиток” ifadəsinin qarşılığını verir. F.S.

[10] Axirət həyatındakı mükafata. F.S.

[11] Yəni, “Ah! – bezdim bunlardan” deməyə haqqı belə yoxdur. F.S.

[12] Təbii ki, bu qaydalar İslam şəriətinin bərqərar olduğu İslam dövlətlərində gerçəkləşdirilə bilər və müasir şəraitdə öz konstitusiyalarına əsaslanan dinin dövlətdən ayrı olduğu müstəqil dünyəvi dövlətlərdə qisas haqqının vətəndaşın özü tərəfindən gerçəkləşdirilməsi nəzərdə tutulmadığı üçün Allahın buyurduğu bu insan haqları dövlət tərəfindən həyata keçirilir ki, bu, Fövqəluca Allahın ədalət qanununun başqa formada icra edilməsinə bənzədilə bilər. Dövlət özünün hakimiyyət orqanları rəhbərlərinin şəxsiyyətində hər bir vətəndaşı üçün məsuliyyət daşıyır və deməli onun ən yüksək hüquqlu varisidir və beləliklə, öldürülən vətəndaşın qisasının alınmasının dövlət tərəfindən həyata keçirilməsi İslam şəriətinə, bu nəzər nöqtəmizdən, zidd deyildir, əksinə, müasir dövr üçün məqsədəuyğun hesab edilə bilər. Çünki dövlətin bu hüququ gerçəkləşdirməsi üçün həm səlahiyyəti, həm də imkanları vətəndaşınkı ilə müqayisəyəgəlməz dərəcədə çoxdur. Bundan başqa, vətəndaşın özünün qisas alması müasir insanlar arasında düşmənçiliyi sonsuzluğa apara bilər. Hər hansı dövlətin bu vətəndaş haqqını necə həyata keçirməsi isə artıq başqa mövzudur. (Hüquqşünaslarımız belə məsələləri daha dərindən işləyib hazırlasalar daha yaxşı olardı.) F.S.

[13] Əslində bu hüquq (qətlə görə qisas almaq haqqı şəriətlə öldürülənin hüquqi varislərinə məxsusdur və hakim onların razılığı olmadan və digər səbəblər nəzərə alınmadan cinayətkarı cəzalandırmağa meyl etməməlidir) ölkəmizdə prosessual qaydada məhkəmələrimiz tərəfindən Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq, bilavasitə varislərin (məs: şahid və ya iddiaçı qismində) dindirilməsi vasitəslə həyata keçirilir və yeri gəlmişkən qeyd edim ki, bu hal müasir hüquqi dövlətin ədalət prinsiplərinə əsaslanan qanunları ilə ziddiyyət təşkil etmir. Sadəcə bu iki qəbildən olan qanunlar obyektiv nəzəriyyə zəminində əsaslan­dırıl­malıdır. F.S.

[14] Mütləq Hakim qarşısında sorğu-suala çəkiləcəyinə. F.S.

[15] Nasslar – müqəddəs mətnlər, bir qayda olaraq Quran ayələri və Muhəmməd Peyğəmbərin (s.ə.s.) səhih hədislərindən ibarətdir. F.S.

[16] Fövqəluca Allah Müqəddəs Quranda göyün yeddi təbəqə halında yaradıldığını bildirmişdir. Quranın elmi möcüzələri tədqiq edilərkən, onda “yeddi göy” ifadəsinin yeddi surədə təkrarlanmasının şahidi oluruq. Bunlar: Bəqərə, 2/29; İsra, 17/44; Muminun, 23/86; Fussilət, 41/12; Talaq, 65/12; Mülk, 67/3 və Nuh, 71/15 surələrindəki ayələrdir. Allahın buyurduğu yeddi göyün məhz yeddi surədə keçməsi yeddi göyün varlığını təsdiq edən dəlillərdəndir. (Mənbə: “Quran heç tükənməyən möcüzədir”, 2005, İstanbul, İlk nəşr, səh. 307). Göyün yeddi təbəqə yaradılması Allahın bəşəriyyətə göstərdiyi mərhəmətinin bir nümunəsidir. Bu gün artıq elm Yer kürəsini əhatə edən atmosferin yeddi təbəqədən ibarət olduğunu və onların hər birinin bəşəriyyətin həyatını təmin edən özəl funksiyalar ifa etdiyini müəyyənləşdirmişdir F.S.

[17] Karavella – üç-dörd dorlu yelkənli, hündür bortlu bir göyərtəli gəmidir. Aralıq dənizi ölkələrində dəniz və okeanlarda üzərdilər. (Mənbə: “BSE” e-lüğət). F.S.

[18] Müdrik Allah elminin tükənməz xəzinəsinin incilərini peyğəmbərlərinin vasitəslə və birbaşa təlqin yolu ilə və Onun Özünəməxsus qeybi vasitələrlə insanlara tədricən, bəşəriyyətin inkişaf mərhələlərinə müvafiq olaraq aşılayır. Təlqinin ən parlaq nümunələri elmi kəşflər və ixtiralardır. Amma təəssüflər olsun ki, əksər insanlar bu ilahi qanunauyğunluğu dərk etmirlər. F.S.

[19] Yəni, gözləri olduğu halda, haqqı görməyənlər və ya görmək istəməyənlər, ona laqeyd olanlar. Burada, dilimizin frazeoloji qanunlarına uyğun olaraq “haqqa kor baxanlar” ifadəsinin işlədilməsi də mümkündür (Zəngin dil xəzinəmizdən hərtərəfli faydalanmalıyıq.). F.S.

[20] Haqq – Həqiqət, yəni Fövqəluca Allahın Quranında vəhy etdiyi ayələri. F.S.

[21] Bənzər ayələr Hud surəsində (13-14), Bəqərə surəsində (23-24) də keçməkdədir. Doğrudan da Quranda bəşəriyyətə ünvanlanmış bu misilsiz müddəa – onun Fövqəluca Allahın Sözü olması Allahın bu sonuncu Kitabındakı saysız-hesabsız təkzibolunmaz dəlilləri ilə gerçəkləşməkdədir. Beləcə, Quranın Allahın Sözü olduğunu inkar edənlərlə iki seçim vasitəsi ilə mükalimə aparmaq olar: 1) Ya Quran böyük bir həqiqətdir, çünki hər şeyi Yaradanın sözündən daha önəmli nə ola bilər? 2) Ya da Quran ən böyük uydurmadır (Allaha məxsus olmadığı halda onun Allahdan nazil edildiyini söyləməkdən daha böyük yalan nə ola bilər?). Nəticədə Quranın adi bir kitab olduğunu kimsə deyə bilməz. Bunu kafirlər belə qəbul edə bilməzlər. Bu Kitab boyunca müşahidə etdiyimiz bütün möcüzələr bu böyük iddiaya malik, qeyri-adi Kitabda, onu tədqiq etdikcə, bir-bir gerçəkləşməkdədir. Onda əks olunan bütün dəlillər Quranın iddiasının doğruluğunu və eyni zamanda özünün ən böyük möcüzə olduğunu tədqiqatçıya nümayiş etdirir. Azacıq insaf sahibi olan insan belə Quranın böyük uydurma olduğunu qəbul edəyə bilməz. Bu qədər müxtəlif mövzularda yüz faizlə hər şeyi doğru deyən Kitabda yalan heç vəchlə uyuşmur. Bu Kitabdan öyrəndiklərimizdən sonra verəcəyimiz sualları özümüz cavablandıraq. (Quran üçün verilən cavabların bir hissəsi Allahın peyğəmbərlərinə nazil etdiyi bütün Kitablara da aiddir.).

Yaşamağı bizə hədiyyə edən Allahı həyatın mərkəzinə qoyan və Allaha haqlı dəyər verən başqa bir kitab varmı? – Yoxdur!

Yer üzündə bundan da böyük bir iddiası olan başqa bir kitab varmı? – Yoxdur!

- Yer üzündə Kainatın dərinliklərindən dənizlərin altına, analarımızın döl yerindən inkişaf etməyimizdən Kainatın necə sona çatacağına qədər hər mövzunu (1400 il bundan öncə) izah edən və bütün mövzularını da doğru açıqlayan, o zamanda qətiyyən məlum olmayan şərhlər verən başqa bir kitab varmı? – Yox!

Bütün bunları gerçəkləşdirən və bundan əlavə riyazi kodlama sistemi ilə kodlaşdırılan və bu riyazi kodlaşma ilə bərabər möhtəşəm anlaşıqlığı ehtiva edən başqa bir kitab varmı? Yox!

Tarix boyunca gələn Nuhdan (ə), Musadan (ə) İsaya (ə) qədər bütün peyğəm­bərləri təsdiq edən, Son Kitab olmaqla, bütün bu peyğəmbərlərin və kitab­ların doğru­luğunu bildirən başqa bir kitab varmı? Yox!

Bütün bu göstərilənlər qarşıya ən böyük bir iddia qoyan Kitabın eyni zamanda özünün böyük möcüzə olduğu isbat edilmişdir. (Bax. “QTM”, səh 440-441.) F.S.

[22] İnsanların qənaətcil olması Allahın bəyəndiyi məziyyətlərdəndir. Lakin hər şeydə ifrat dərəcədə qənaət etmək artıq insanda mənfi keyfiyyət olan xəsisliyin yaranmasına təkan verir ki, bu öz növbəsində mömin müsəlmana xas olmayan sifətlərdəndir. Xüsusilə, varlı olub, öz malından ehtiyacı olanlar üçün könüllü sərf etməmək, şəriətə birbaşa ziddir. Çünki Fövqəluca Allah insana var-dövlət bəxş etməklə onun bir hissəsini kasıblara paylamağı buyurmuşdur. Varından sədəqə, zəkat verməyənlərin malı halal sayılmır. F.S.

[23] Qiyamət günü nəzərdə tutulur. F.S.

[24] Müəllif ayənin “...şeytandan mühafizə olunan həqiqət...” fraqmentinin şərhində əks etdirərkən, təbii ki, Müqəddəs Quranın Allahın Özü tərəfindən mühafizə edilməsini nəzərə çapdırmaq istəmişdir. Lakin bu mühafizənin mahiyyəti açıq saxlanmışdı və müsəlmanlar bu misilsiz və fövqəlqüdrət Sahibinə məxsus Əsəri bilavasitə Onun Özünün ilahi elminə, hikmətinə əsasən qoruduğunu düşünürdülər və düşünürlər. Bu əslində də belədir. Lakin bununla yanaşı Müdrik və Alim Allah Quranın mühafizəsindən bəhs edərkən, onu ecazkar özünümühafizə mexanizmi ilə təmin etməsini və bunun da, zamanı gəldikdə, bəşəriyyət tərəfindən Allahın rizası ilə kəşf ediləcəyini nəzərdə tuturmuş. Fövqəluca Allahın insanlara nəsib etdiyi bütün elmi- texniki tərəqqi kimi, Quranın möcüzələrini aşkar etməyi də müsəlman alimlərinə və digər saleh insanlara vaxtı çatdıqca nəsib edir. Bu kəşflərdən biri də Türkiyə Respublikası Quran Araşdırmaları Qrupunun və bir sıra digər alimlərin son illərdə aşkar etdikləri Quran möcüzələridir ki, onlar, Allahın Quranda dəfələrlə xatırlatdığı onun mühafizəsi ilə bilavasitə əlaqədar olmasıdır. Bu barədə həmin Araşdırmalar Qrupunun 2005-ci ildə kitab halında İstanbulda nəşr etdirdiyi “Quran heç tükənməyən möcüzə” adlı 454 səhifədən ibarət olan qiymətli bir əsərdir. Tərcüməmizin 4-cü cildindən başlayaraq, zəruriyyət yarandıqca Səədi Təfsirinin bir sıra ayələrinin təfsilatlı izahında həmin əsərdən, tərcüməçinin sətiraltı qeydlərində istifadə ediləcəkdir. Kollektiv müəlliflər qrupu qeyd edir ki, “Bu günümüzün müasir elminin təzəcə öyrəndiyi bilikləri, hələ 1400 il öncədən Quranın bildirməsi kitabımızda öz əksini tapmışdır. Quran bu bilikləri elmi metodologiyaya əsaslanan fizika, kimya və biologiyaya aid kitablardan fərqli bir üslubda verir. Quran müəyyən bir məsələyə aid nəticəni birbaşa gerçəkdən verdiyi halda, bu nəticəyə uzun illərin elmi axtarış və toplanmış təcrübələri əsasında gələn həmin elmlər bu nəticələrin əhəmiyyətli bir qisminə bilavasitə yazdıqları kitablarda təsadüf edirlər. Amma Quran Kainatın Yaradıcısının Kitabıdır və Onun təcrübələrə əsasən nəticə çıxarmağa ehtiyacı yoxdur. O, Öz mahiyyəti etibarı ilə hər şeyi Biləndir. Buna görə, bəzən bir sanballı kitabda aparılan tədqiqatlar zamanı əldə edilən nəticəni, Quran dörd-beş sözlə ifadə edir”. Həmin əsər, səhifə 16. F.S.

[25] Cənnət nəzərdə tutulur. F.S.

[26] Cənnət nəzərdə tutulur. F.S.

[27] Bu dörd (1-4) ayənin ayrılıqda şərhi dördüncü ayənin xəbərinin əvvəlki ayələrdə verilməsi ilə əlaqədar mən onu feli xəbərlə tamamlamaq məqsədilə ayənin sonuna bu ifadəni əlavə etməyib, sətiraltı qeyddə göstərməyi məqsədəuyğun saydım: “...bu Kitabı nazil etmişdir”. F.S.

[28] Möhtərəm mərhum müəllif, təbii ki, dəvətlə məşğul olan və olmaq istəyən bütün hazırlıqlı və elm sahibi olan müsəlmanları nəzərdə tutur. İslamın əsaslarına yiyələnmədən, Quranı və Sünnəni yaxşıca mənimsəmədən insanlara ancaq zərər vura bilən “dəvətçilər”, dəvətçi müsəlmanların qarşısında qoyulan tələblərə uyğun gəlmirlər və əksər hallarda dinimizə ixtilaf düşməsinə səbəb olurlar. F.S.

[29] Quranın kəlmələrində (söz və söz birləşmələrində) keçən hərflər riyazi baxımdan tədqiq edilərkən bir möcüzənin müxtəlif şəkillərdə təzahür etdiyinin şahidi oluruq. Sözlərin tarazlığı, bəzən Kainatdakı mənzərə ilə, bəzən də sözlərin öz aralarındakı tarazlıq kimi gerçəkləşir. Kəhf surəsinin 9-cu ayəsi ilə əlaqədar fərqli bir riyazi uzlaşmanın şahidi olacağıq. Sıra sayı etibarı ilə 18-ci surə olan Kəhf surəsində bir qrup gəncin Allahın möcüzəsi kimi mağarada 300 il yuxuya verilməsi və buna 9 il də əlavə edilməsi bildirilir. İllərin sayının həmin surənin 9-cu ayəsində birdəfəlik 309 deyil, 300 və 9 il formasında ayrıca verilməsi Quran tədqiqatçılarının kəşf etdikləri 19 rəqəminin möcüzəvi hikməti ilə əlaqədardır. Quranda verilmiş sayların cəmi bütün hallarda 19 rəqəminə qalıqsız bölünür. Lakin Kəhf surəsinin (məhz) 9-cu ayəsində il sayı bir dəfəliyə 309 kimi verilsəydi, onda Quranda keçən sayların cəmi 19-un əmsalını (qalıqsız bölünmə qabiliyyətini) göstərə bilməzdi. Məlum olduğu kimi, bu ayədə gənclərdən bəhs edilir. Həmin surənin 25-ci ayəsinədək ara vermədən bu gənclərin başına gələnlər izah edilir və 25-ci ayədə onların mağarada 309 il qaldıqları söylənir. Məhz bu gənclərdən bəhs edən 9-cu ayədən etibarən kəlmələri saymalı olsaq, 25-ci ayənin: “onlar mağaralarında qaldılar” ifadəsindən sonrakı ilk kəlmə (sıra sayı etibarı ilə) 309-cu sözdür. Yəni, gənclərin başına gələnlərdən bəhs edilməsi, onların mağarada qaldığı ilin sayının söylənməyə başlayacağı sözə qədər cəmi 308 söz keçir və 309-cu sözlə 309-cu say başlayır. Bəhs etdiyimiz ayə belədir: “Onlar mağarada üç yüz il, üstəlik doqquz il də qaldılar” (Kəhf, 18/25).

Möhtərəm oxucu! Diqqət et! Surədə bəhs edilən gənclər mağarada – 309 il qalmışdılar. Bu surədə bəhs edilməyə başlanmasından etibarən mağarada 309 il qaldıqlarını söyləyən ifadə neçənci sözdür? – 309-cu.

Beləliklə, görürük ki, Fövqəlqüdrət sahibi olan Fövqəluca Allah Müqəddəs Quranı Özünün misilsiz idrak məhsulu olan riyazi hikmət inciləri vasitəslə cilvələndirmişdir və ayələr surələrlə, surələr isə Quranın ana mətni ilə sıx və qırılmaz tərzdə uy­ğunlaşdırılmışdır ki, onun bir sözünün və hətta bir hərfinin belə yerini dəyişməsi mümkünsüz bir işdir. Mənbə: “Quran heç tükənməyən möcüzə” əsərindəndir. Türkiyə nəşri, 2005 (elektron variant). F.S.

 

[30] Fövqəluca Allahın Müqəddəs Kitabının bu özəlliyini müasir dövrümüzün Quran elmi tədqiqat mütəxəssisləri tərəfindən, Onun inayəti ilə, artıq geniş və təkzibolunmaz dəlillər timsalında üzə çıxarılmışdır. Allah Öz Kitabına elə bir möcüzəvi riyazi mexanizm həkk etmişdir ki, onu haqq əhli olan alimlər zaman çatdıqca, Allahın köməyi ilə hissə-hissə kəşf edir və edəcəklər. Türkiyə Respublikasında fəaliyyət göstərən “Quran Araşdırmaları Elmi Mərkəzi” və dünyanın bir sıra digər Quran elmləri ilə məşğul olan mütəxəssisləri Fövqəluca Allahın Quranda əks etdirdiyi mühafizə mexanizmini insanlara anlatmaq üçün artıq zəruri addımları atmaqdadırlar. Bu barədə digər ayələrin müvafiq şərhlərini çevirərkən verəcəyimiz sətiraltı qeydlərdə, inşallah mütəxəssislərin artıq kəşf edib geniş kütlələr üçün nəşr etdikləri materiallardan istifadə olunacaq. Burada qısaca, kiçik xülasə şəklində qeyd etmək istəyirəm ki, əldə edilən məlumatlara əsaslanaraq, inamla bildirmək olar: Qurandakı riyazi möcüzələrin araşdırılması sayəsində bir sıra mühüm məsələlərə aydınlıq gətirilmişdir. Belə ki, Türkiyə Respublikası “Quran Araşdırmaları Mərkəzinin 2005-ci ildə İstanbul nəşriyyatında buraxdırdığı “Quran heç tükənməyən möcüzələr” adlı əsərin ilk elektron variantından istifadə edərək, bu barədə yeri düşdükcə izahat verməyə çalışacağam. F.S.

[31] Kişinin yumurtalıqlarının törətdiyi qatı maye halında olan sperma. F.S.

[32] Şərq ölkələrində qədim pul vahididir. F.S.

[33] Şərq ölkələrində qədim pul vahididir. F.S.

 

[34] Azərbaycan dilində “inşallah” ifadəsini – “Allah istəsə” kimi də demək olar. F.S.

[35] 20-ci bəndin son cümlələrində və ifadələrində öz əksini tapmış bir misilsiz həqiqəti, görkəmli İslam alimi A. Sədinin oxuculara çatdırmaq istədiyi bir hikməti bir daha bacı və qardaşlarımın nəzər diqqətinə çatdırmaq istəyirəm. Öncə, xahiş edirəm aşağıdakı örnəyi bir daha və ya dəfələrlə təkrar-təkrar oxuyun. Allahın peyğəmbəri Musa (ə) deyir ki, “əgər Allah istəsə, mən səbirli olaram ”. Ayənin şərhində A. Səədi isə yazır ki, o, “bunu edə bilmədi”. Yəni, Allah Öz peyğəmbərinə o halda adicə bir səbirlilik göstərməyə belə icazə verməmişdir. Halbuki bu gün haqdan bixəbər cahillər hər şeyi özləri etdiklərini, öz var-dövləti, gücü-qüvvəsi hesabına etdiklərini iddia etməkdədirlər. Vay o qafillərin halına!!! F.S.

[36] Alicənab, mərd, səxavətli. F.S.

[37] Nədənsə, möhtərəm A. Səədi burada qeyd etmir ki, uşaq Allahın çıxardığı hökm əsasında Xıdır tərəfindən öldürülmüşdü. Əslində, Musa peyğəmbərə (ə) məlum olmayan, ondan gizli qalan bu özəllik idi. F.S.

[38] Zül-Qərneyn nəzərdə tutulur. F.S.

[39] Yəcuc və Məcuc tayfaları. F.S.

[40] Yəni, səddi. F.S.

[41] Burada: Fövqəluca Allahın buyurduğundan aydın olur ki, Yəcuc-Məcuc maneə səddini yarıb dünyaya yayılmadan “qadağa qoyulmuş insanlar” Onun yanına qayıtmayacaqlar. Yəcuc-Məcucun səddi yarması həm də Qiyamətin qopması əlamətlərindəndir və deməli sədd yarıldıqda bütün məxluqlar Allaha qayıdacaqdır. Tərcümələrin bu nöqsanlığı həm “haram” – “qadağa” sözü ilə bağlıdır. Fövqəluca Allah ayədə xüsusilə vurğulayır ki, onların dərgahımıza qayıtmaması mümkünsüzdür (haram edilmişdir). Amma bu söz yanlış anla­şıl­mışdır.

Ənbiya (21) surəsinin bu ayələrinin (95-96) tərcüməsi hal-hazırda yeganə istifadə olunan Quran tərcüməsində, həm də bir sıra digər tərcümələrdə hiss olunacaq dərəcədə ziddiyyətlidir. 95-ci ayəni latın qrafikası ilə verirəm: “Və həramun əla karyətin əhləknaha ənnəhum lə yərciun!” Tərcüməsi: “Həlak etdiyimiz obaların (əhalisinin Bizə - dərgahımıza) qayıtmaması mümkünsüz­dür!”

QEYD: Belə çıxır ki, sonralar da dəfələrlə redaktə edilmiş Qurani Kərimin Azərbaycan dilindəki əsaslı tərcüməsində ayənin əsl mahiyyətini əks etdirməyən ifadələrdən istifadə edilmişdir. Fövqəluca Allah həmin ayədə qadağa qoyul­muş obaların əhalisinin Onun dərgahına məhz qayıtmayacağının mümkünsüz oldu­ğunu (yəni, mütləq hamı Ona dönəcək) bildirdiyi halda, həmin tərcümə­lərdə, Allahın açıq ifadəsinə başqa məna verilmişdir. Bir halda bu: – “Məhv etdiyimiz hər hansı bir məmləkət əhlinin ( qiyamət qopana qədər tövbə etmək üçün bir də dünyaya, yaxud haqq dinə ) qayıtması mümkün deyildir (haramdır)” - kimi verilmiş (halbuki burada ayədəki mə­na növbəti ayə ilə yekunlaşır), digər misalda isə: “Məhv etdiyimiz obalara qadağa qoyulmuşdur və onların əhalisi bir daha bu dünyaya (?) qayıtma­yacaqlar”– deyə, tərcümə edilmişdir (Mahiyyətcə hər iki tərcümə eyni səslənir). 95-96-cı ayələrlə bağlı mülahizəmi təsdiq edən, ilk növbədə, E. Quliyevin çevirdiyi “ «Запрет лежит на селениях, которые Мы погубили, и они не вернутся, пока Йаджудж и Маджудж (Гог и Магог) не будут выпущены и не устремятся вниз с каждой возвышенности» (21:95-96). Burada mütləq qayıtmamaqdan söhbət getmir. Əslində, ayədə bildirilir ki, onlar – Allahın məhv etdiyi obaların əhalisi, ancaq Yəcuc-Məcuc yüksəklik­lərdən axışıb hər tərəfə yayıldıqdan sonra, yəni Qiyamət qopduqda Allahın dərgahına qaytarılacaqlar.

Abdurrahman əs-Səədi “Təfsirinin” Azərbaycan dilinə ilk tərcüməçisi kimi, Azərbaycan dilində olan “Müqəddəs Quran” tərcümələrini qiraət edən və qeyd etdiyim məqamlarla rastlaşan çoxsaylı hörmətli oxucularımızın mümkün suallarına elə bu başdan aydınlıq gətirmək üçün, bu tərcümə özəlliklərini onların nəzərinə çatdırmağı özümə borc bilib, yeri gəldiyinə görə, burada bir neçə epizodu, Allahın rizası üçün, qısaca qeyd etməyi məqsədəuyğun sayıram. F.S.

[42] Nəinki ötüb keçmək, hətta bərabər olmaq mümkünsüzdür. F. S.

[43] “Məryəm” surəsi Müqəddəs Quranın gözəl surələrindən biridir və onun başlanğıc hərflərinin (Kəf. Ha. Yə. Ayn. Sad.) özünəməxsus özəlliyini qeyd etməyim yerinə düşərdi. “Quran heç tükənməyən möcüzə” adlı əsərdə bildirildiyi kimi, “sıra nömrəsi 19 olan bu şərəfli surə” ən çoxhərfli başlanğıc hərfi olan özəlliyə malikdir. Məhz bu beş hərf surədə 798 (19x42) dəfə keçir. Amma eyni sayda olan (5 hərf) 42-ci surədəki: Ha-Mim, Ayn-Sin-Qaf, həmin surənin cəmi iki ayəsində keçir). 19-cu (“Məryəm”) surəsindəki başlanğıc hərflərin surədə keçən saylarına nəzər salsaq (Kəf-137, Hə-175, Ye-343, Ayn-117, Sad-26), görərik ki, bunların cəmi 798 (19x42)–dir. Bundan başqa, bu başlanğıc hərflərin riyazi dəyərlərini bir-birinin arxasınca düzmüş olsaq (20 5 10 70 90=19x10795110 alınır ki, bu da 19 rəqəminin digər bir möcüzəsidir. Bu Quran surəsi də onun digər surələri kimi başa düşülməsi asan olan, lakin təqlid edilməsi mümkün olmayan bir ilahi möcüzədir ki, Müqəddəs Kitabımızın Fövqəluca Allah tərəfindən vəhy edilməsini təsdiq edir. (Bax: “Quran heç tükən­məyən möcüzə”. (TC. İstanbul Yayın evi, 2005, səh. 405-406). İqtibasların türkcədən tərcüməsi mənimdir. F.S.

 

 

[44] Möhtərəm müəllifin bu müddəası bütün zamanlara şamil edilməyə bilər. Çünki bu gün bir çox Azərbaycanlı gənclərin saçlarının ağarması dövrün çətin anları, müharibə və sair problemlərlə bağlı olsa da, ölümün yaxınlaşması ilə bilavasitə səciyyələnmir. F.S.

[45] Bu kitabda böyük hərflə yazılmış “Hikmət” sözü – hər hansı peyğəmbərin şəriətinə işarə edir. F.S.

[46] Xristian dinində “üç üqnimin” tərəflərindən (ipostas) birinin ifadə edilməsidir. F.S.

 

[47] Məhşər ayağında. F.S.

[48] Dilimizdə “sidqi ürəkdən danışmaq” ifadəsi işlədilir. Bu, ən doğru danışmaq deməkdir. “Sədaqətli” sözü isə andına, sözünə, vədinə sadiq olan adamı bildirir. F.S.

[49] Müraciət, müraciətnamə, məktub, nəsihətnamə və s. mənasında xalqa, camaata, ölkələrə yönəldilən peyğəmbər məktubları, müraciətləri. F.S.

[50] Heç vaxt Allaha ibadət etməyən qullar nəzərdə tutulur. F.S.

[51] Təqvalılıq – Allahdan səmimiyyətlə qorxmaqdır. F.S.

[52] Fasiq – günahkar. F.S.

[53] Müqəddəs Quranın bəlli olan bölmələri (surələri) başlanğıc hərfləri ilə başlayan, bizə məlum olan, yeganə bir kitabdır. Quranın bəzi surələri “Əlif. Lam. Mim”“Qaf” kimi başlanğıc hərfləri ilə başlayır və sonra surə davam edir. Müqəddəs Qurandakı 19 kodunun kəşf edilməsinə qədər bu surələrin belə başladılmasının hikməti maraq doğururdu. 19 kodu aşkar edildikdə, onun problemləri izah edən özəlliyə malik bir gerçəklik olduğu aydınlaşdı və məlum oldu ki, başlanğıc hərflər 19 kodu baxımından əhəmiyyətli bir yer tutur. Başlanğıc hərfləri olan 29 surədə başlanğıc hərflərin olduğu ayələrin sayı 30-dur. 29 surənin 19-da başlanğıc hərflərin özü sıra nömrəsi olan ayədir. (Məsələn, Bəqərə surəsində 1-ci ayə: “Əlif. Lam. Mim”, o cümlədən, “Ta. Ha” surəsində 1-ci ayə: “Ta. Ha” və s.). 10 surədə isə başlanğıc hərf surənin ilk ayəsinin tərkibində, ayənin başlanğıcında yazılır (Məsələn: “Qaf” surəsində 1-ci ayə: “Qaf. Şərəfli Qurana and olsun!” formasındadır.). Başlanğıc hərfləri ilə başlayan 10 ədəd surənin 9-da Müqəddəs Qurana diqqət yetirilir. Məhz bu 9 surənin surə nömrələrinin cəmi – 190-dır. (10+11+12+13+14+15+27+38+50=190). 190 isə gördüyümüz kimi, 19-un 10 əmsalıdır. “Ta.Ha” surəsi ilə əlaqədar nümunəsini verdiyimiz bu bir misal Qurandakı söz və rəqəm uyğunluğu möcüzəsinin insan təfəkkürünə sığmayan İlahi qanunauyğunluqlar olmasına təkzibolunmaz dəlildir. Bunlar isə Allahın bu Kitabında yüzlərcə və daha çoxdur (Mənbə: “Quran – heç tükənməyən möcüzə”. Quran Araşdırmaları Mərkəzi. İstanbul, 2005, səh. 400-402). F.S.

[54] Artıq 21-ci əsrin əvvəllərində, əsasən, müsəlman Quran tədqiqatçıları tərəfindən bu “başlanğıc hərflərin” sirri, Allahın rizası ilə, açılmağa başlanmışdır. İslam əqidəsi daşıyıcıları olan bir çox alimlər Quranın başlanğıc hərflərinin Quranın özünümüdafiə mexanizmi ilə əlaqədar olduğunu sübuta yetirməkdədirlər və bundan öncə yuxarıda verdiyimiz (46-cı) izah da Allahın Quranı Özü tərəfindən mühafizə etməsi kimi misilsiz müddəasını təsdiq edir. Yeri gəldikcə, ayələrin A. Səədi tərəfindən verilmiş şərhlərinə, ehtiyac yarandıqda, mövcud elmi mənbələrdən əxz etdiyimiz müvafiq zəruri qeydlərimizi oxucularımızdan əsirgəməyəcəyik. F.S.

[55] İbadətə Layiq Olan (Allah) adı. F.S.

[56] Cənnət nəzərdə tutulur. F.S.

[57] O dövrün yerli Misir əhalisi. F.S.

[58] Çoxallahlıq mənasında. Müşrik isə, Fövqəluca və Vahid Allaha saxta “ilahları” şərik qoşanlara deyilir. F.S.

[59] Hifz olunan, qorunan lövhə - Allahın dərgahında hər şeyi yazmış olduğu əsas yazılı mənbə. F.S.

[60] Ayənin əslində bu söz “mənnə”-dir. Məlum olduğu kimi, dəvətikanı bitkisinin şəkərinə də “manna” deyilir (1). Bundan başqa, bəzi bitkilərin dondurulmuş şirəsi də “manna” adlanır. F.S.

[61] Mannanı. F.S.

[62] Buzova. F.S.

[63] Heyvanın heykəli nəzərdə tutulur. F.S.

[64] “Əvəz alınma” mənasında. F.S.

[65] Yəni İslam cəmiyyəti, dini-ictimai sistem. F.S.

[66] Fövqəluca Allahın o çağırışından on dörd əsrdən çox keçməsinə baxmayaraq, bu günə qədər ona cavab verən tapılmamışdır və heç tapılmayacaqdır da! Tərc. F.S.

[67] Yəni, ümumi səciyyə daşımayan və dinin əlahiddə bir sahəsinə aid olan. Tərcüməçi bu (“fərdi”) sözlə İslam məxəzlərində (ədəbiyyatında) tətbiq edilən “ikinci dərəcəli” ifadəsinin əvəz edilməsini məsləhət bilir F.S.

[68] Haqq dünyasına qovuşmuş müəllifin (Ə. Səədinin (Allah ondan razı olsun!)) bu gözəl və haqlı ifadəsi son dövrlərin – iyirmibirinci əsrin əvvəllərinin elmi araşdırmaları ilə də təsdiq edilməkdədir. Belə ki, Türkiyədə və bir sıra digər ölkələrdə həyata keçirilən Müqəddəs Quran üzrə elmi araşdırmalarda bu misilsiz Kitabın möcüzələr mənbəyi olması ilə yanaşı onun surə və ayələrinin sıra nömrələrindən tutmuş ta onların ardıcıllıqla yerləşdirilməsinin özü belə çox ciddi qanunauyğunluqlarla müşayiət edilməkdədir. Bu gün qarşımızda olan Quranın bir surəsinin və ya ayəsinin hətta yerləşmə sırasını belə dəyişmək mümkün deyil, çünki əks təqdirdə, İslam alimlərinin kəşf etdikləri ilahi tarazlıq qanunu pozulardı. Fövqəluca Allah Quranın yazılış sistemində elə möcüzəvi bir silsilə asılılıqlar yaratmışdır ki, bu – özlüyündə, Müqəddəs Kitabın özünümühafizə düzülüşü adlandırıla bilər. Surə və ayələrin hər hansı birinin yerinin, sözlərinin, hətta hərflərinin dəyişdirilməsi həmin mühafizə sistemində nəzərdə tutulan kodlaşdırılmış ilahı hikmətinin təhrif olunmasını göstərəcəkdir. İslam alimləri tərə­findən Quranın bu hikmətləri öyrənilir və öyrənilməkdədir. Zaman (Qiyamət) yaxın­laşdıqca Quranın bu sirli həqiqətləri üzə çıxır və bundan sonra ona iman gətirməyənlərin, ona şübhə ilə yanaşıb, etinasızlıq göstərənlər bunu mütləq nəzərə almalıdırlar! (Mənbə bir sıra ayələrə əlavə edilmiş səhifəaltı tərcüməçi izahlarında əks olunmuşdur). Tərc. F.S.

[69] Ayədə “onlarda”, “onlar” sözləri ilə göylər və yer nəzərdə tutulur. F.S.

[70] “Nizam-intizam” dedikdə, qayda-qanun nəzərdə tutulur. F.S.

[71] Azərbaycan dilində “ilah” və “tanrı” məfhumları eyni məna daşıyıcıları olsa da (ərəb və Azərbaycan dillərində), bu gün ikinci termin daha az işlənir ki, bu müasir ədəbi Azərbaycan dilində İslam ədəbiyyatı tərcümələrinin özəlliyi ilə əlaqədardır. F.S.

[72] Müasir elmi araşdırmalar və Quran elmlərinin öyrənilməsi baxımından bu mübarək ayənin çox böyük əhəmiyyəti vardır. Ayədən göründüyü və Quran tədqiqatçılarının bəyan etdiklərinə görə, bu ayə ilə əlaqədar olaraq, həmin surənin 104-cü “ayəsinin bir nöqtəsinə diqqət yetirək. Ayədə Fövqəluca Allahın Kainatı, onun yaradılışının əvvəlki vəziyyətinə çevirəcəyi bildirilir”. (“O gün göyü yazılı səhifələrin büküldüyü kimi bükəcəyik. Məxluqatı ilk dəfə yaratdığımız kimi yenə əvvəlki halına qaytaracağıq...” (Ənbiya, 21/104)). Belə olduqda, Kainatın sonu haqqında məlumatlanmaq üçün, Kainatın başlanğıcından bəhs edən ayənin (Ənbiya, 21/30) və Kainatın sonundan bəhs edən (Ənbiya, 21/104) hər ikisinin məhz bu surədə olması nəzəri cəlb edir. Bu (və digər) ayələrdən görünür ki, Kainat əzəldən iki mərhələ keçmişdir: Kainat bir bütöv halında ikən parçalanıb bir-birindən ayrılmış (1) və ayrılmanın nəticəsində yaranan Kainat genişlənməkdədir (2). Quranın bu ayələri əsasında əldə edilən nəticələr göstərir ki, Fövqəluca Allahın buyurduğu kimi, Kainat əvvəlki vəziyyətinə qaytarılacaqsa, onda, əvvəlcə genişlənən Kainatın sıxılıb büzülməsi (1), sonra isə onun “yazılı vərəqlər kimi” bükülməsi baş verəcəkdir.

Astrofizikadan təsəvvürü olan şəxslər ayədə əks olunan möhtəşəmliyi anlaya bilərlər. Kainatın sürətlə genişlənməsi artıq elmə məlumdur. Yenə də məlumdur ki, genişlənmə Böyük Partlayışın təkan verdiyi təsirdən qaynaqlanır. Nəticə etibarı ilə qarşıya iki seçim çıxır: Birinci seçimə görə, genişlənən Kainat çox geniş bir məkana yayılacaq, bütün ulduzların enerjisi tükənəcək, isti düşəcək və Kainatın sonu (əslində, Qiyamət) başlayacaq. Ulduzların enerjisinin tük&







Дата добавления: 2015-09-04; просмотров: 644. Нарушение авторских прав; Мы поможем в написании вашей работы!



Вычисление основной дактилоскопической формулы Вычислением основной дактоформулы обычно занимается следователь. Для этого все десять пальцев разбиваются на пять пар...

Расчетные и графические задания Равновесный объем - это объем, определяемый равенством спроса и предложения...

Кардиналистский и ординалистский подходы Кардиналистский (количественный подход) к анализу полезности основан на представлении о возможности измерения различных благ в условных единицах полезности...

Обзор компонентов Multisim Компоненты – это основа любой схемы, это все элементы, из которых она состоит. Multisim оперирует с двумя категориями...

Характерные черты немецкой классической философии 1. Особое понимание роли философии в истории человечества, в развитии мировой культуры. Классические немецкие философы полагали, что философия призвана быть критической совестью культуры, «душой» культуры. 2. Исследовались не только человеческая...

Обзор компонентов Multisim Компоненты – это основа любой схемы, это все элементы, из которых она состоит...

Кран машиниста усл. № 394 – назначение и устройство Кран машиниста условный номер 394 предназначен для управления тормозами поезда...

Опухоли яичников в детском и подростковом возрасте Опухоли яичников занимают первое место в структуре опухолей половой системы у девочек и встречаются в возрасте 10 – 16 лет и в период полового созревания...

Способы тактических действий при проведении специальных операций Специальные операции проводятся с применением следующих основных тактических способов действий: охрана...

Искусство подбора персонала. Как оценить человека за час Искусство подбора персонала. Как оценить человека за час...

Studopedia.info - Студопедия - 2014-2024 год . (0.015 сек.) русская версия | украинская версия