Heç bir ümmət öz əcəlini nə qabaqlaya, nə də yubandıra bilər”.
(23. 44) “Sonra Biz bir-birinin ardınca Öz elçilərimizi göndərirdik. Hər dəfə, elçi hər hansı bir xalqın yanına gəldikdə, onlar onu yalançı adlandırırdılar. Biz onları bir-birinin ardınca göndərirdik və onları əfsanələrin mövzusu edirdik. Məhv olsun kafirlər!” Bu inadkar kafirlərin həlak edilməsindən sonra Allah insanların digər nəsllərini yaratdı. Hər bir xalq üçün müəyyən əzəl təyin edilmişdi ki, insanlar onların gəlişini nə tezləşdirə, nə də ləngidə bilməzdilər. Onların yanına bir-birinin ardınca Allahın elçiləri göndərilirdi ki, insanlar iman gətirsinlər[107] və haqqı başqalarına da izah etsinlər. Lakin naşükürlük və inkarçılıq yolsuz xalqların ayrılmaz xassələrindəndir. Hər dəfə Allah elçisi zalım kafirlərin yanına gələndə, onlar onu, çoxsaylı möcüzələr göstərməsinə baxmayaraq, yalançı adlandırırdılar, halbuki bu hər biri ayrılıqda kifayət idi ki, insan iman gətirsin. Bu xalqlardan sadəcə olaraq peyğəmbərlərin onlara söylədiklərinə və hökmlərinə diqqətlə qulaq asmaq tələb olunurdu ki, bunun əsasında da onlar Allahın elçilərinin (onlara salam olsun!) bütün gətirdiklərinin həqiqət olmasına əmin olaydılar. Buna görə Allah kafir xalqları sonuncu nəfərinə kimi məhv edir, məskənlərini viran qoyur və onların haqqında hekayətləri müdriklik qaynağı olan əfsanələrə çevirirdi. İnsan bir-birilərinə bu xalqlar haqqında əfsanələr rəvayət edirdilər ki, bunlar da təqva sahibləri üçün nəsihətamiz dastan, allahsızlar üçün isə cəza və rüsvayçılıq rolunu oynayırdı. Allah onları məhv etsin! Onlar necə də bədbəxtdirlər! Allah onları yox etsin! Onların əqdləri necə də ziyanlıdır! Bir dəfə mən adını xatırlaya bilmədiyim ilahiyyatçılardan birinin sözlərini oxumuşdum. O belə hesab edirdi ki, Musanın (ə) gəlişindən və Tövratın nazil edilməsindən sonra, Allah kafir xalqların kökünü kəsmir, möminlərə inadkarlıqla kafirlik edənlərə qarşı mübarizə aparmaq hökmü vermişdir. O vaxt mən bu ilahiyyatçının nəyə istinad etdiyini bilmirdim. Mən bu ayələr və “əl-Qəsəs” surəsinin vəhyləri üzərində düşünməyə başlayanda, mənə onun dəlilləri aydın oldu. Şərh etdiyimiz ayələrdə Allah, bizə Musa peyğəmbəri (ə) Tövrat ilə göndərənədək bir-birini əvəz edən kökləri kəslmiş xalqlar haqqında xəbər vermişdir. Bu, Allahın Fironu məhv etməsi ilə ziddiyyət təşkil etmir, çünki onun qoşunları Tövratın nazil edilməsindən öncə məhv olmuşdu. “Əl-Qəsəs” surəsinin ayələri məsələyə bir daha aydınlıq gətirir. Fironun məhv olmasını xatırlatdıqdan sonra, Fövqəluca Allah buyurur: “İlk nəslləri həlak edərək, Biz Musaya, insanlara əyani nəsihət, haqq Təlim və mərhəmət kimi Kitab əta etdik ki, onlar nəsihəti xatırlaya bilsinlər” (Qəsəs, 28/43). Tamamilə aydındır ki, Allah Musaya (ə) Kitabı kafir xalqları həlak etdikdən sonra vermişdir. O (Pak və Müqəddəs Olan) bildirir ki, bu Kitab möminlərdən ötrü düz yol üçün əyani nəsihət, Təlimat və mərhəmət olmalıdır. Yəqin ki, aşağıdakı vəhyi məhz belə izah etmək olar: “Ondan sonra Biz onların xalqlarına elçilər göndərdik. Elçilər onlara açıq-aydın dəlillər gətirirdilər, lakin onlar, əvvəllər rədd etdiklərinə iman gətirmək istəmirdilər. Biz cinayətkarların ürəyini belə möhürləyirik. Onlardan sonra Biz Musanı və Harunu Öz möcüzələrimizlə Fironun və onun əyanlarının yanına göndərdik, lakin onlar təkəbbürlülük göstərdilər. Onlar günahkar xalq idi” (Yunus, 10/74-75). Bunun ən yaxşısı Allaha məlumdur.
ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ;
(23. 45) “Sonra Biz Musanı və onun qardaşı Harunu Öz möcüzələrimizlə və aydın dəlillərimizlə” Fironun və onun əyanlarının yanına göndərdik, lakin onlar təkəbbürlülük göstərdilər, axı onlar onsuz da dikbaş idilər”.
İmran oğlu Musa (ə) Rəhmli Rəbbin Özü ilə danışan elçi olmuşdur. O (ə) Allahdan xahiş etmişdi ki, qardaşı Harun (ə) da onunla (ə) birlikdə peyğəmbərlik yükünü onunla bölüşdürsün. Allah da onun (ə) xahişini qəbul etmişdir. O (Pak və Müqəddəs Olan) onları, doğruluqlarına şəhadət verən və bütün təbliğ etdiklərinin haqq olduğunu təsdiq edən dəlillərlə təchiz etmişdi. O (Pak və Müqəddəs Olan) onlara həmçinin aydın bir dəlil də vermişdi ki, bu dəlil o dərəcədə inandırıcı idi ki, zəhmət çəkmədən insanlarını ürəyini ələ ala bilirdi. Bunun sayəsində möminlərin ürəkləri haqqın qarşısında səcdəyə gəlir, inadkar allahsızlar isə özlərinə bəraət qazanmaq imkanından məhrum olurdular. Bu ayələr aşağıdakılara bənzəyir: “Biz Musaya doqquz aydın möcüzə əta etdik. İsrail oğullarından soruş ki, Musa onların yanına necə gəlmişdi və Firon ona demişdi: “Ey Musa! Həqiqətən, mən güman edirəm ki, sən sehrlənmisən”. ( Musa ) dedi: “Sən artıq bilirsən ki, kimsə deyil, təkcə göylərin və yerin Rəbbi onları əyani dəlillər kimi nazil etmişdir. Ey Firon! Mən düşünürəm ki, sən həlak olacaqsan” (İsra, 17/101-102); “Bizim möcüzələrimiz əyani olaraq onlara göstərildikdə, onlar dedilər: “Bu – açıq bir sehrdir”. Onlar dəlilləri zalımcasına və təkəbbürlə rədd etdilər, halbuki onlar ürəklərində dəlillərin doğruluğuna əmin idilər” (Nəml, 27/13-14). Bu surədə Fövqəluca xəbər verir ki, Musa və Harun Fironun, Hamanın və Fironun ətrafına daxil olan digər fasiqlərin yanına göndərilmişdilər. Lakin onlar Allaha iman gətirməkdən təkəbbürlə imtina etmiş və Onun elçiləri qarşısında təşəxxüs göstərmişdilər. Onlar özlərini əzəmətli və hakimiyyət sahibləri kimi hiss edirdilər və yer üzündə şərəfsizlik yayırdılar və onların haqqa qarşı bu rəftarlarında təəccüblü bir şey yoxdur.
ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ;
(23. 47) “Onlar dedilər: “Doğrudanmı biz, bizim kimi olan bu iki nəfərə inanmalıyıq, halbuki onların xalqı bizə xidmət edir?”
|