Heyhat, sizə vəd edilən şey çox uzaqdır”.
Onlar belə qərara gəldilər ki, vəd edilən dirildilmə ağlasığmazdır, çünki o zamana qədər bədənlər torpağa və sür-sümüyə dönəcəklər. Onlar dar düşüncəli adamlar idilər və özləri ölüləri dirildə bilmədiklərinə görə bu nəticəyə gəlmişdilər. Bununla onlar öz imkanlarını Xaliqin fövqəlqüdrəti ilə müqayisə edirdilər. Həqiqətən də, Allah buna bənzər müqayisələrdən sonsuzluğa qədər uzaqdır! Onlar qərara almışdılar ki, O (Pak və Müqəddəs Olan) meyitləri diriltməyə qadir deyil və Onun qüdrətini cüzi sayırdılar. Onlar unutmuşdular ki, onları ilk dəfə O yaratmışdır. Onlar başa düşməmişdilər ki, insanın bədəni çürüdükdən sonra, insanı heçlikdən yaradan Xaliq üçün onu yenidən yaratmaq olduqca asandır. Bu Onun üçün heç bir çətinlik yaratmır. Kafirlər niyə ilk dəfə yaradılmalarını inkar etmədilər? Əgər onlar təkcə maddi aləmin mövcud olduğuna inad etsəydilər və iddia etsəydilər ki, əbədi mövcuddurlar, onda dirildilməni inkar edə bilərdilər. Onda peyğəmbərlər böyük Yaradanın var olduğunu sübuta yetirməyə başlardılar. Bəs niyə onlar bunu etmədilər? Lakin dirildilmənin doğru olmasının yenə bir sübutu vardır. Allah quru torpağı həyata qaytarır, bu isə o deməkdir ki, O (Pak və Müqəddəs Olan) bütün varlığın hökmranıdır və ölüləri də dirildə bilər. Budur, Allahın, dirildilməyə iman gətirməkdən boyun qaçıran insanlara təqdim etdiyi daha bir dəlil. Onlar demişdilər: “Bu – qəribə bir şeydir! Doğrudanmı bu, biz öləndən toz-torpağa çevriləndən sonra baş verəcək? Bu qayıdış ağlasığmazdır!” (Qaf, 50/2-3). Allah isə onlara belə cavab verir: “Biz bilirik ki, Yer onları nədən məhrum edir və Bizim ( yadda ) saxlayan Kitabımız vardır” (Qaf, 50/4). ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ; Bu dünyada bizim həyatımızdan başqa heç nə yoxdur. Biz ölürük, yaşayırıq və biz dirildilməyəcəyik”.
|