Onların ardınca Biz digər nəsl yaratdıq”.
Nuh (ə) və onun həmqəbilələri və habelə kafirləri haqlamış cəza xatırlandıqdan sonra, Fövqəluca Allah insanların digər nəslinin yaradılması haqqında xəbər verir. Yəqin ki, söhbət Səmud qəbiləsindən – Saleh peyğəmbərin (ə) xalqından gedir, çünki sonrakı ayələr bu xalqın tarixinə çox oxşayır.
ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄﮅ ﮆ ﮇ ﮈ; (23. 32) “Biz onlara özlərindən elçi göndərdik: “Allaha ibadət edin, çünki Ondan başqa digər ilah yoxdur. Məgər siz qorxmursunuz?”
Onlara öz aralarından çıxmış elçi gəldi. Onlar onun (ə) əslini, məziyyətlərini və doğruçuluğunu bilirdilər və bu, ona (ə) tabe olmağı onlara vacib edirdi. Onların öz həmqəbiləsinə kin bəsləməyə əsasları yox idi. O (ə) onları, Allahın bütün elçilərinin öz xalqlarını dəvət etdiyinə, dəvət edirdi. O (ə) onlara Allaha ibadət etməyi əmr edirdi, çünki Allahdan başqa ibadətə layiq olan ilah yoxdur. Digər elçilər də eynilə belə edirdilər. Onların hamısı öz dəvətini Bir olan Allaha ibadətə və təkcə Onun ibadətə layiq olması ilə çağırışa başlayırdılar. Bununla yanaşı onlar məxluqlara ibadət etməyə qadağa qoyur və belə əməllərin əbəs və naqis olduğunu izah edirdilər. Məhz buna görə, peyğəmbər (ə) öz həmqəbilələrini Rəbdən qorxmağa, bütlərə və daş heykəllərə ibadətdən əl çəkməyə çağırırdı.
ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ;
Onun xalqının iman gətirməyən və Axirət həyatını yalan sayan, Bizim dünya həyatında bol nemətlər əta etdiyimiz adlı-sanlı adamları dedilər: “Bu – sizin kimi adi bir insandır. O, sizin yediyinizdən yeyir, içdiyinizdən içir”.
|