Buyurdu: “Onlar çox tezliklə peşman olacaqlar”.
(23. 41) “Onları müdhiş bir səs haqlı olaraq yaxaladı və Biz onları selin apardığı zir-zibilə çevirdik. Məhv olsun zalımlar!” Fasiqlərin kafirliyi ən yüksək həddə çatdıqda peyğəmbər (ə) də əmin oldu ki, heç bir öyüd-nəsihət onlara fayda vermək gücündə deyil, o (ə) həmqəbilələrini lənətlədi və Allahdan xahiş etdi ki, onları, Axirətdə cəzalandırılana qədər, elə bu dünyada da alçaldıcı cəzaya məruz qoysun. Allah onun (ə) duasına cavab verdi və vəd etdi ki, fasiqlər çox tezliklə törətdiklərinə görə peşman olacaqlar. Doğrudan da, tezliklə onları tükürpədici bir fəryad yaxaladı və onların hamısını axırıncı adamına kimi həlak etdi. Bu cəza ədalətsiz cəza deyildi, çünki onlar öz zalımlıqları ilə buna layiq olmuşdular. Allah onları daşqın sularına qarışmış quru saman kimi vahələrin künc-bucağında ilişib qalan çör-çöpə çevirdi. Başqa bir ayədə deyilir: “Həqiqətən, Biz onlara ancaq bir müdhiş fəryad nazil etdik və onlar ağıldakı samana çevrildilər” (Qəmər, 54/31). Lakin onların əzab-əziyyəti bununla bitmədi, çünki cəzadan sonra onlar lənətə və bütün aləmlərin sakinlərinin gözü qarşısında alçaldılmaya layiq edildilər. Fövqəluca belə buyurur: “Nə göy, nə də yer onlara görə ağlamırdı və onlara möhlət də verilmədi” (Duxan, 44/29). Bu məcaz onu göstərir ki, Allahın məxluqları onların həlak edilməsi ilə heç də kədərlənməmişdilər və eynilə onların mövcudluğuna da əhəmiyyət vermirdilər. Bu – həyatını itirərkən yaxınlarına ağrı-acı verən möminlərdən tamamilə fərqlənən kafirlər üzərində acı istehza idi. Həqiqətən, möminlər vəfat edərkən onlara görə göylər də, yer də ağlayır. Buna görə bir hədisdə deyilir ki, möminin ölümündən sonra, onun namaz qıldığı və Allaha ibadət etdiyi yer, onun əməllərini yuxarıya qaldıran mələklər və onun üçün ruzi gətirən mələklər və onun özündən sonra yerdə qoyduğu əməllərinin bəhrələri də ağlayırlar. Əl-Həsən rəvayət etmişdir ki, dünyasını dəyişmiş mömin üçün göylərin və yerin sakinləri ağlayırlar. Həmin kafirlər ilə isə iş tamamilə başqa idi. Onların həlak edilməsi vaxtı çatanda, onlara möhlət də verilmədi. Əksinə, onlar hələ yerdə yaşadıqları zaman tez gələn cəza aldılar. Bir sözlə, göylərin və yerin sakinləri fasiqləri yaxalamış cəzaya görə kədərlənmədilər, çünki onların hərəkətləri nifrətamiz idi və onlar kafir olaraq ölmüşdülər. Fövqəluca Allah onlara tövbə etmək və yol verdikləri nöqsanları aradan qaldırmaq üçün möhlət belə vermir. Bu isə onlara qarşı bəslənən nifrətin təzahürüdür.
ﰊ ﰋ ﰌ ﰍ ﰎ ﰏ ﰐ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ;
|