De: “Ey insanlar! Həqiqətən, mən sizin üçün yalnız açıq-aşkar bir nəsihətçiyəm”.
Fövqəluca Öz qulu və Elçisi Muhəmmədə (ona Allahın salavatı və salamı olsun!) əmr edir ki, özünün, həqiqətən də, Allahın Elçisi olması haqqında bütün bəşəriyyətə bəyan etsin. Möminlər üçün bu xəbər Allahın mükafatlandıracağı barədə bir müjdədir, zalım kafirlər üçün isə, Onun cəzalandıracağı haqqında Ondan gələn dəhşətli bir xəbərdir. Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) açıq-aşkar nəsihətçi adlandırılmışdır, çünki o kafirləri xəbərdar edir və onlara nədən qorxmalı olduqlarını açıqlayırdı. Bununla yanaşı o (s.ə.s.), günahkarları xəbərdar etdiyi hər şeyin doğruluğu haqqında onlara təkzibolunmaz dəlillər gətirirdi. Sonra Fövqəluca Allah müjdə və sərt xəbərdarlıq haqqında daha ətraflı xəbər verərək, belə buyurur:
ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ;
Man gətirən və saleh əməllər işləyənlərə bağışlanma və bərəkətli ruzi hazırlanmışdır”. Onların günahları və təqsirləri bağışlanacaq və onlar Cənnət bağlarına daxil ediləcəklər. Orada hər növ gözəlliklər və ləzzətlər toplanmış, istifadəsi mümkün və asandır. Bu ayə Allaha və Onun elçilərinə iman gətirənlərə aiddir. Haqq dinonların qəlbində kök salmışdır və onlar xeyirxah əməl sahibləridir. Məhz onlar günahlarının bağışlanmasına və Cənnətdə bərəkətli mükafatlara layiq görüləcəklər. Bu mükafatlar ən gözəl və mükəmməl Cənnət nemətləri olacaqdır.
ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ;
|