Beləliklə, Biz onu aydın ayələr formasında nazil etdik. Allah istədiyi şəxsə düz yol göstərir”.
Biz Qurana çoxsaylı üstünlüklər verdik ki, onlardan biri də onun olduqca aydın ayələrinin insana fayda gətirə bilən hər şeyə şahidlik etməsidir. Lakin insanı təkcə Allah doğru yola yönəldə bilər və əgər Allah qulunu düz yolla aparmaq istəyərsə, onda o, Quranın nəsihətlərini rəhbər tuta, onun hökmlərini yerinə yetirə və öz yolunu onun nuru ilə işıqlandıra bilər. Əgər Allah insanı düz yola gətirmək istəməzsə, onda hətta ona hər cür möcüzələr göstərilsə də belə, o iman gətirməz. Belə olduqda, hətta Quran ayələri də ona heç bir fayda verməz. Əksinə, onlar onun əleyhinə qəti dəlillərə çevrilər.
ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇﮈ ﮉ ﮊ ﮋ ﮌﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ;
Uuml;bhə yox ki, Qiyamət günü Allah möminlər, yəhudiliyə, səbailiyə, xristianlığa, atəşpərəstliyə etiqad edənlər və müşriklər arasında Öz hökmünü çıxaracaqdır. Həqiqətən, Allah hər şeyin şahididir”. Məgər sən görmürsən ki, göylərdə və yerdə olanlar, günəş, ay, ulduzlar, dağlar, ağaclar, heyvanlar və bir çox insanlar Allahın qarşısında səcdəyə qapanırlar. Onların çoxu əzaba layiqdirlər. Allahın alçaltdığı şəxsə heç kim üz göstərməz. Həqiqətən, Allah istədiyi kimi davranır”.
Fövqəluca bu ayələrdə yer üzündə mövcud olan müxtəlif dinlər haqqında xəbər verir. Onların bəzilərinin tərəfdarları Kitab əhlidir ki, aralarında möminlər, yəhudilər, xristianlar və səbailər vardır. Digərləri atəşpərəstlərdir, üçüncülər isə bütpərəstlərə[86] aiddirlər. Lakin Qiyamət günü Allah onların hamısını bir yerə toplayacaq və onda onlara dair ədalətli hökm çıxaracaq və hər birinə, qeydə alınıb saxlanılan, törədilmiş əməllərinə görə əvəzini verəcək. Bundan başqa, Allah Özü də həmin əməllərin şahididir. Sonra Allah möminlər və kafirlər arasında gedən mübahisənin necə həll olunacağını daha da təfərrüatı ilə təsvir edir və buyurur:
ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ;
Budur, öz Rəbbinin barəsində mübahisə edən iki iddiaçı dəstə. İman gətirməyənlər üçün Oddan libas biçiləcək, başlarına isə qaynar su töküləcək”.
|