Студопедия Главная Случайная страница Обратная связь

Разделы: Автомобили Астрономия Биология География Дом и сад Другие языки Другое Информатика История Культура Литература Логика Математика Медицина Металлургия Механика Образование Охрана труда Педагогика Политика Право Психология Религия Риторика Социология Спорт Строительство Технология Туризм Физика Философия Финансы Химия Черчение Экология Экономика Электроника

SURƏSİNİN





ŞƏRHİ;

ﭑ ﭒ ﭓ ﭔ;

Mərhəmətli və Rəhmli Allahın adı ilə!

ﭑ ﭒ ﭓ ﭔﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ;

(22. 1) “Ey insanlar! Rəbbinizdən qorxun! Həqiqətən, sarsıntı Saatı dəhşətli hadisədir!”

Allah bütün bəşəriyyətə müraciət edir və insanlara öz Rəbbindən qorxmaq hökmü verir. O, onları tərbiyələndirir, onlara gözlə görülən və görünməz nemətlər əta edir və insanların Ondan qorxmasına, həqiqətən, layiqdir. Buna görə onlar büt­pərəstlikdən, əxlaqsızlıqdan və günahlardan əl çəkməli və öz imkanları daxilində Onun hökmlərini yerinə yetirməlidirlər.

Sonra Fövqəluca Allah insanları təqvalılığa sövq edən və onları itaətsizlikdən çəkindirən hadisələri xatırladır. O, onlara dəhşətli hadisə olacaq Qiyamət gününün sarsıntılarını yada salır. İnsanlar bu əzəmətli hadisənin nəhəngliyini dəyərləndirməyə və onun vəhşətəngizliyini təsəvvür etməyə qadir deyillər, çünki Qiyamət gününün başlaması ilə yer sarsılacaq və təlatümə gələcək. Dağlar parçalanıb dağılacaq və qum təpələrinə çevriləcək və sonra da daraqlanmış yuna bənzəyəcəklər. İnsanlar isə həmin gün üç qrupa bölünəcəklər. Göylər də parçalanacaq, günəş və ay büküləcək. Ulduzlar öz yerlərindən düşəcək və çox böyük fəlakətlərin və sarsıntıların növbəsi gəlib çatacaq ki, bu da insanın ürəyini donduracaq, qəlbi qorxu ilə bürüyəcək. Bundan gənclərin saçları ağaracaq, qüdrətli istehkamlar, qalalar mum kimi əriyib çökəcəkdir. Buna görə, daha sonra Allah buyurur:

 

ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ;

 

Siz Həmin gün onu gördüyünüz zaman, körpəsinə süd verən ana, əmizdirdiyini unudacaq, hər bir hamilə qadın isə bətnindəkini salacaqdır. Sən insanları sərxoş görərsən, əslində onlar sərxoş olmayacaqlar – Allahdan gələn əzab şid­dətli ola­caqdır”.

 

Ana öz övladlarına güclü məhəbbət bəsləyir və bu sevgi xüsusilə özünü ana körpəsini əmizdirdiyi dövrdə daha güclü təzahür edir. Bu dövrdə hər bir ana körpəsinə qayğı çəkmək hissi ilə yaşayır, lakin Qiyamət günü qorxu və vahimə insanları o dərəcədə sarsıdacaq ki, körpəsini əmizdirən ana onu atacaq, hamilə qadın isə uşağını salacaq. Əgər insan görsəydi ki, adamlar həmin gün hansı vəziyyətdə olacaqlar, o elə bilərdi ki, onlar sərxoşdurlar, halbuki əslində onlar sərxoş olmayacaqlar. Məsələ orasındadır ki, Allahın sərt cəzası qarşısında qorxu onları müha­kimə yürütmək qabiliyyətindən məhrum edərək, ürəklərinə hakim kəsləcəkdir. İnsanların canı boğazlarına yığılacaq, gözləri isə bərələ qalacaqdır. Həmin gün oğul atasına görə məsuliyyət daşımayacaq və atası da öz övladının ağırlığını daşımayacaq.

Fövqəluca buyurur: “Qulaqbatırıcı bir səs gəldikdə, hə­min gün insan qaçacaq öz qardaşından, anasından və atasından, zövcəsindən və oğullarından, çünki hər bir insanın öz qayğıları kifayət qədər olacaqdır” (Əbəsə, 80/33-37).

Həmin gün günahkar öz barmaqlarını çeynəyəcək və deyə­cək: “Yaxşı olardı ki, mən Elçinin yolu ilə gedəydim! Yaxşı olardı ki, mən filankəsi özümə dost tutmayaydım!” O gün bəzi insan­ların üzü qaralacaq, digər insanların üzü isə nurlanacaqdır. Tərəzi qurulacaq və onlarda insanların ən kiçik əməlləri, həm yaxşı, həm də pis əməlləri çəkiləcəkdir. Allahın qullarının bütün kiçik və böyük əməlləri, danışıqları və hətta niyyətləri belə yazılmış bürməli kağız lövhələr açılacaq. Cəhənnəmin düz orta­sından körpü asılacaq və onda Cənnət təqvalı möminlərə yaxınlaşacaq, Cəhənnəm isə yolunu azmışların qarşısında daya­nacaq. Onlar onu uzaqdan görəcəklər və onun qəzəbli nəriltisini və nəfəsini eşidib duyacaqlar. Sonra da onlar zəncirlərlə birlikdə qandallanıb, buxovlanmış halda Cəhənnəmin ən dar yerinə atılacaq və özlərinə ölüm arzulamağa başlayacaqlar. O vaxt onlara belə deyiləcək: “Bu gün bir ölüm çağırmayın, çoxlu ölüm­lər çağırın!” (Furqan, 25/14). Sonra isə onlar öz Rəbbini çağıracaq və Ona yalvaracaqlar ki, onları Cəhənnəmdən buraxsın, lakin Allah deyəcək: “Burada rüsvayçılıqla qalın və Mənimlə danış­ma­­yın!” (Muminun, 23/108). Onlar Mərhəmətli Rəbbin qəzəbinə düçar olacaqlar və əzab-əziyyətli cəzanın burulğanında qala­caqlar. Onlar orada xilas olmaq ümidiitirəcək və törətdikləri bütün cinayətlərin bəhrələrini dadacaqlar. O cinayətlərdən heç biri unudulmayacaq, hətta onlardan biri xurma çəyirdəyinin şırımı və ya xurmanın çəyirdəyini ətindən ayıran nazik qabıq qədər olsa belə, unudulma­yacaqdır.

Eyni zamanda təqvalı möminlər Cənnət bağları arasında əylənəcək, Cənnət ləzzətlərindən həzz alacaq və ürəkləri istədiyi şeyləri əbədi olaraq istifadə edəcəklər. Hər bir sağlam düşüncəli insan qarşıda Axirət həyatının onu gözlədiyinə iman gətirirsə, var gücü ilə ona hazırlaşmalı və özünü boş ümidlərlə aldadaraq xeyirxah əməllərdən boyun qaçırmamalıdır. Təqvalılıq onun rəmzi, Allah qarşısında qorxu onun örtüsü və Allaha məhəbbət, Onu xatırlaması kimi məziyyətlər isə onun xeyirxah əməllərinin əsası olmalıdır.

 

ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ;

Nsanlardan elələri var ki, biliksiz olduğu halda Allah barədə mübahisə edir və hər azğın şeytanın ardınca gedir”.

İnsanlar arasında elələri var ki, azğınlıq içində veyllənirlər və öz yalan sübutları vasitəsi ilə haqqa qarşı mübahisə etməyə cəhd göstərirlər. Onlar istəyirlər ki, öz yanlış baxışlarını gerçək olduğunu sübuta yetirsinlər, halbuki özləri nadanların ən böyük­lərindən olmaqla, qətiyyən xeyirxah bilik sahibləri deyillər. Onlarda olan bilikləri isə, Allaha və Onun elçilərinə (onlara Allahın salamı olsun!) kobudcasına və inadkarlıqla itaətsizlik göstərən öz azğın başçılarını və Rəbbinə qarşı çıxmış şeytanları kor-koranə təqlid etmək yolu ilə əldə edirlər. Onların başçıları Allahdan və Onun elçilərindən əl çəkmiş və insanları Cəhənnəm Oduna çağıran rəhbərlərə çevrilmişlər.

 

ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ;

Ona əmr edilmişdir ki, onu özünün hamisi və köməkçisi sayan hər kəsi azdırsın və Odda məşəqqətlərə məruz qoyulmağa gətirsin”.

Allahın qədərinə uyğun olaraq, üsyankar şeytanlar onların ardınca gedən hər kəsi doğru yoldan azdırırlar. Onlar öz ardıcıl­larını haqdan uzaqlaşdırır və düz yoldan sapdırırlar. İnsanlar onlara itaət etdikdə, onda onlar şeytanın əsl agenturası[83] rolunu ifa edirlər. Onlar haqqında Fövqəluca Allah buyurmuşdur: “O, öz firqəsini Odun sakinləri olmağa çağırır” (Fatir, 35/6).

Bütün deyilənlərdən aydın olur ki, Allahla əlaqədar müba­hisə açan insan özü azğınlıq içindədir və başqalarını da azdırır. O, itaətdən çıxmış şeytanlara kor-koranə itaət edir və onu hər tərəfdən əhatəyə almış zülmət içində dolaşır. Bu isə, nəsihət verənlərinə kor-koranə itaət edən və heç bir elmi olmadan haqqı danan kafirlərin və bidətçilərin əksəriyyətinə xas olan keyfiyyətdir.

 

ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ;

Ey insanlar! Əgər siz dirildilməyə şübhə edirsi­nizsə, bilin ki, Biz sizi torpaqdan, sonra – nütfədən, sonra – qan laxtasından, sonra da – formalaşdırılmış və ya formalaşdırıl­ma­mış bir parça çeynənmiş ətdən yaratmışıq. Biz sizə belə izah edirik. Biz bətnlərdə müəyyən vaxtadək istədiyimizi yerləşdiri­rik. Sonra sizi körpə kimi çıxardırıq ki, həddi-buluğ yaşına çatasınız. Bəziləriniz ölür, digərləriniz isə aciz qocalığa qayıdır­lar və bütün bildiklərini unudurlar. Sən cansız yer üzünü görür­sən. Biz ona su nazil edən kimi hərəkətə gəlir, qabarır və çeşidli əla bitkilər yetişdirir”.

Bəziləriniz dirilmənin həqiqət olduğuna şübhə edə və ya onun yaxınlaşması haqqında bilməyə bilər, halbuki sizin hamı­nıza Allahın və Onun elçilərinin öncədən bildirdikləri diril­məyə inanmaq əmr olunmuşdur. Lakin əgər siz iman gətirməkdən imtina edirsinizsə, şübhələnməyi üstün tutursunuzsa, onda siz şəxsən müşahidə edə biləcəyiniz iki məntiqi dəlilə qulaq asın. Bu dəlillərdən hər biri sizin şübhə etdiyinizin doğruluğunun təkzib­olunmaz sübutudur və sizi şübhələrdən xilas edə bilər.

Birinci dəlil insanın ilk dəfə yaradılmasıdır, çünki insanı ilk dəfə xəlq edən Allah, onu təkrarən həyata qaytara bilər. Başlan­ğıcda Allah insanı torpaqdan yaratmışdı və burada, əlbəttə, söhbət bütün bəşəriyyətin əcdadı Adamdan gedir. Sonra isə Allah insanları nütfə damlasından yaratmağa başladı. Onun iradəsi ilə kiçicik damla al rəngli qan laxtasına çevrilir və o da öz növbə­sində çeynənmiş ət parçasına dönür. Bu ət parçası formalaşmış ola bilər və belə olduqda o, sonradan insana çevrilir. Bəzən də formalaşmır və bunun nəticəsində uşağın düşməsi baş verir.

Allah insanın xəlq edilməsi prosesini adamlara belə izah edir. Hərçənd, O, insanın yaradılışını bir an içində həll etməyə qadirdir. Lakin O, qullarına Öz müdrikliyinin kamilliyini, Öz qüdrətinin hüdudsuzluğunu və Öz mərhəmətinin əzəmətini izah etməyi üstün tutur.

Nəticədə, döl öncədən müəyyən olunmuş müddət ərzində ana bətnində qalır. O, zahirə atılmır və hamiləlik bitənə kimi saxlanılır. Sonra körpə dünyaya gəlir və o, qətiyyən heç nəyi bacarmır və tamamilə köməksiz olur. Allahın iradəsi ilə ana uşağa qayğı çəkməyə başlayır, onun döşlərində isə süd formalaşır ki, o körpənin qidalanmasını təmin edir. Uşaq tədricən böyüyür və, nəhayət, həddi-buluğ yaşına çatır. Bu yaşda o, möhkəm bədənə və sağlam mühakimə qabiliyyətinə sahib olur.

Bəzi adamlara bu dövrədək maddi həyatdan ayrılmaq nəsib olur, bəziləri isə insanın bədəninin artıq zəifləyib taqətdən düşdüyü ahıl yaşınadək yaşamağa nail olur və bu zaman insan mənasız sözlər danışmağa başlayır. Onun təfəkkürü zəifləməyə başlayır və tədricən yoxa çıxır və eyni şey onun fiziki gücü ilə də baş verir.

İnsan qocalıq illərinə qədər yaşayaraq, əvvəl bildiyi bütün şeyləri unudur və bunun səbəbi də onun təfəkkürünün zəifləməsi olur. Bütün bunlar onu göstərir ki, insanın gücü iki tərəfdən zəifliklə əhatə edilmişdir. İnsan körpəlik çağında olduğu kimi, qocaldıqda da zəifləyir və qüsurlarla dolu olur. Fövqəluca belə buyurur: “Allah sizi zəiflikdən yaradandır, gücsüzlükdən sonra O, sizə güc bəxş edir, sonra O, gücü zəifliklə və ağ saçla əvəz edir. O, istədiyini xəlq edir, çünki O – Biləndir, Fövqəlqüd­rət­li­dir” (Rum, 30/54).

İkinci dəlil – cansız torpağı diriltməsidir. Biz bu torpağı qupquru qurumuş və tozla örtülmüş, üstündə nə bitkilərin, nə də yaşıllığın olmadığı halda görürük. Amma yağış yağan kimi bitkilər peyda olur, torpağın hərəkətsiz kəsək yığınları bitki gövdələrinin inkişafı nəticəsində qabarmağa başlayır. Sonradan bunlardan çeşidli bitkilər şaxələnir ki, onlar öz gözəl görkəmləri ilə insanlara sevinc gətirir. Bu iki dəlil Allahın aşağıdakı ayələrdə sadaladığı beş şeyi, təkzib edilməsi mümkün olmadan, təsdiq edir:

 

ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ;

 

(22. 6) “Bu ona görə belədir ki, Allah – Haqdır, ölüləri dirildir və hər şeyə qadirdir”,

Ccedil;ünki şübhə edilməyən Saat mütləq gələcək və buna görə də Allah qəbirdə olanları dirildəcək”.

 

İnsanın yaradılması və qupquru torpağın canlandırılması ona dəlalət edir ki, birincisi, Allah haqq Rəbdir. O – ibadətə yeganə layiq Olan Vahiddir. Ona ibadət etmək də doğrudur, halbuki bütün qalanlarına ibadət edilməsi saxtadır və səhvdir. İkincisi, Allah ölüləri diriltməyə qadirdir, çünki O, heç bir çətinlik çəkmədən insanları ilk dəfə yaradır və ölü torpağı canlandırır. Üçüncüsü, O, bütün varlıq üzərində hökmrandır və insanlar Onun qeyri-adi fövqəlqüdrətinin və əzəmətli əməllərinin şahid­ləridir. Dördüncüsü, Qiyamət saatı mütləq gələcəkdir və heç bir əsas yoxdur ki, onun başlanması inanılmaz hesab olunsun. Beşincisi, dirildilmədən sonra Allah insanlara törətdikləri xeyirxah və bədxah əməllərinin hər birinin əvəzini verəcəkdir.

 

ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ;

Nsanlar arasında elələri də var ki, nə elmi, nə düzgün təlimatı, nə də ziyalandıran Kitabı olmadan Allah barədə mübahisə edirlər”.

 

Öncəki ayələrin birində Allah xəbər verir ki, öz yolunu azmış nəsihətçilərini kor-koranə təqlid edən nadanlar Allaha dair mübahisə edirlər. Bu ayədə isə söhbət insanları bidətə çağıran üsyankar şeytanların bir-biri ilə mübahisəsindən gedir. Onlar haqqı yalançılıqda ifşa etməyə cəhd göstərirlər və bundan ötrü Allahın elçiləri (onlara Allahın salamı olsun!) və onların davamçı­ları ilə söz güləşdirməyə girişirlər. Lakin onların nə dürüst bilikləri, nə də doğru təlimatları yoxdur. Onlar sağlam təfəkkürə və ya doğru yol göstərməyi bacaran nəsihətçiyə istinad edə bilmirlər. Onların haqqı onlara izah edən Kitabı heç yoxdur. Bu isə o deməkdir ki, onların sözləri nə məntiqi dəlillərlə, nə də naslarla[84] təsdiq olunmur.

 

ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿﮀ ﮁ ﮂ ﮃ ﮄﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ;

 

O başını təkəbbürlə çevirir ki, insanları Allahın yolundan azdırsın. Ona bu dünyada rüsvayçılıq hazırlanmışdır, Qiyamət günü isə Biz ona qarsalayıcı Odun əzabını daddıra­cağıq”.

Küfrə başçılıq edənlər öz ehtimallarını ancaq şeytanın onlara təlqin etdiyi şübhəli dəlillərlə əsaslandıra bilərlər və buna görə Fövqəluca buyurur: “Həqiqətən, şeytanlar öz köməkçilə­rinə sizinlə mübahisə etməyi təlqin edirlər” (Ənam, 6/121). Buna görə də onlar haqdan təkəbbürlə üzlərini çevirirlər və ətrafdakılara nifrətlə baxırlar. Onlar əldə etdikləri biliyə, o fayda verməsə də, sevinirlər, haqq tərəfdarlarına kin bəsləyir və onların düzgün baxışlarını rədd edirlər. Onlar insanları haqq yoldan çıxarmağa cəhd göstərirlər və buna görə onlar azğınlıq təbliğat­çıları adlan­mağa layiqdirlər. Bu, insanları küfrə və yanlışlığa çağıranların hamısına aiddir.

Sonra Fövqəluca Allah onları həm bu dünyada, həm də öldükdən sonra gözləyən cəzadan xəbər verir. Hələ bu dünyada ikən belə insanlar rüsvay ediləcəklər və bu Allahın qeyri-adi möcüzələrindən biridir. Kafirliyin və azğınlığın carçıları arasında nifrətə, lənətə, kin-küdurətə layiq olmayan kimsələr yoxdur. Onlardan hər biri həqiqətən də bu və ya digər dərəcədə belə münasibətə layiqdir. Qiyamət günü başlayanda isə Allah onların öz əməlləri ilə layiq olduqları Cəhənnəm Alovunun dəhşətli istisini belə insanlara daddıracaqdır.

 

ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔﮕ;

 







Дата добавления: 2015-09-04; просмотров: 503. Нарушение авторских прав; Мы поможем в написании вашей работы!




Кардиналистский и ординалистский подходы Кардиналистский (количественный подход) к анализу полезности основан на представлении о возможности измерения различных благ в условных единицах полезности...


Обзор компонентов Multisim Компоненты – это основа любой схемы, это все элементы, из которых она состоит. Multisim оперирует с двумя категориями...


Композиция из абстрактных геометрических фигур Данная композиция состоит из линий, штриховки, абстрактных геометрических форм...


Важнейшие способы обработки и анализа рядов динамики Не во всех случаях эмпирические данные рядов динамики позволяют определить тенденцию изменения явления во времени...

Искусство подбора персонала. Как оценить человека за час Искусство подбора персонала. Как оценить человека за час...

Этапы творческого процесса в изобразительной деятельности По мнению многих авторов, возникновение творческого начала в детской художественной практике носит такой же поэтапный характер, как и процесс творчества у мастеров искусства...

Тема 5. Анализ количественного и качественного состава персонала Персонал является одним из важнейших факторов в организации. Его состояние и эффективное использование прямо влияет на конечные результаты хозяйственной деятельности организации.

Прием и регистрация больных Пути госпитализации больных в стационар могут быть различны. В цен­тральное приемное отделение больные могут быть доставлены: 1) машиной скорой медицинской помощи в случае возникновения остро­го или обострения хронического заболевания...

ПУНКЦИЯ И КАТЕТЕРИЗАЦИЯ ПОДКЛЮЧИЧНОЙ ВЕНЫ   Пункцию и катетеризацию подключичной вены обычно производит хирург или анестезиолог, иногда — специально обученный терапевт...

Ситуация 26. ПРОВЕРЕНО МИНЗДРАВОМ   Станислав Свердлов закончил российско-американский факультет менеджмента Томского государственного университета...

Studopedia.info - Студопедия - 2014-2024 год . (0.008 сек.) русская версия | украинская версия