Biz onları da mərhəmətimizə qovuşdurduq, çünki onlar möminlərdən idilər”.
Ey Muhəmməd! Bizim seçilmiş qullarımız, peyğəmbərlərimiz və elçilərimiz olan İbrahimin (ə) oğlu İsmayılı (ə) və həmçinin İdrisi (ə) və Zül-Kifli (ə) də yaxşılıqla yad et və onlara layiq təriflər de! Onlar İsrail oğulları arasından çıxmış şanlı peyğəmbərlər idilər. Onların hamısı səbirli idilər. Səbirlilik – qəlbi təbiətən meyil etdiyi şeylərdən saxlamaq bacarığıdır. Layiqincə səbirli olmaq üçün insan üç hökmü yerinə yetirməlidir: səbirlə Allaha itaət etməli, səbirlə itaətsizlikdən çəkinməli və Allahın qədərinin ağırlıqlarına mətanətlə dözməlidir. İnsanı bu üç hökmü qüsursuz yerinə yetirmədikcə, səbirli adlandırmaq olmaz. Yad etdiyimiz peyğəmbərlərə gəldikdə isə, onlar Allah tərəfindən səbirli adlandırılmışlar. Bu onu bildirir ki, onlar bu hökmləri layiqincə yerinə yetirirdilər. Bununla yanaşı Allah onları möminlər adlandırmışdır. Onların ürəkləri mömin ürəyi idi, çünki onlar Allahı dərk etmiş və sevmiş və yorulmadan daima Ona dua edirdilər. Onların danışıqları da mömin danışıqları idi, çünki onlar daima Allahı xatırlayırdılar. Onların bədəni də mömin bədəni idi, çünki onlar onu Allaha itaət göstərməklə məşğul edir və itaətsizlik və qulaq asmamaqdan çəkinirdilər. Səbirlilik və möminlik sayəsində onlar Allahın mərhəmətinə layiq görülmüş və öz qardaşları-elçilərə qovuşmuşdular. Bundan başqa, onlar həm bu dünyadakı həyatda, həm də ölümdən sonra mükafat almışdılar. Əgər onların mükafatı təkcə insanların sonrakı nəslləri arasında onlar haqqında xoş xatirələr olsaydı, bu şöhrət kifayət edərdi. ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ;
Balinanın qarnında olanı[77] da xatırla. O qəzəb içində çıxıb gedərək, fikirləşirdi ki, Biz öhdəsindən gələ bilməyəcəyik. O, zülmət içində isə belə dua etdi: “Səndən başqa Allah yoxdur! Sən – Müqəddəssən! Həqiqətən də, mən zalımlardanmışam”.
Ey Muhəmməd! Bizim qulumuz və elçimiz Yunusu (ə) da yaxşılıqla yad et və gözəl təriflərlə şərəfləndir! Ərəb sözü olan “zu” “sahib”, “malik olan” kimi isimləri bildirir. “Nun” sözü isə “balina”[78] deməkdir. Buradan belə nəticə çıxartmaq olar ki, Allah Yunus peyğəmbəri (ə) “balina adamı” adlandırmışdır. Fövqəluca Allah onu (ə) öz qəbilədaşları arasına haqqa dəvət etmək üçün göndərmişdi. Lakin onlar ona (ə) iman gətirməkdən imtina etmişdilər və belə olduqda saleh peyğəmbər (ə) onlara xəbərdarlıq edir ki, bir müddətdən sonra onları amansız bir cəza çulğayacaqdır. Bundan başqa, o (ə), cəzanın başlayacağı dəqiq vaxtı da onlara bildirir. Cəza onlara yaxınlaşdıqda və günahkarlar öz gözləri ilə onun gerçəkliyinə əmin olduqda, onlar fəryad qoparmağa və tövbə etməyə başladılar. Onda Allah onlardan amansız cəzanı uzaqlaşdırdı. Fövqəluca buyurur: “Məgər Yunusun iman gətirmiş xalqından başqa elə kəndlər var idi ki, sakinləri iman gətirmiş olsunlar və iman onlara kömək etsin? Onlar iman gətirdikdə, Biz onları rüsvayedici əziyyətlərdən xilas etdik və müəyyən vaxtadək maddi nemətlərdən faydalanmağa icazə verdik” (Yunus, 10/98); “Biz onu yüz minlərlə və ya daha artıq insanlara peyğəmbər göndərdik. Onlar iman gətirdilər və Biz də onlara müəyyən vaxtadək faydalanmağa imkan verdik” (Saffat, 37/147-148).Yunus çox böyük sayda olan bir xalqı haqq dinə gətirdi və bu onun (ə) gözəl məziyyətlərindən biri idi. Lakin bu peyğəmbərin (ə) həyatında bir mühüm hadisə də olmuşdu. Bir dəfə o (ə) günah işlədərək, qəzəbləndi və öz Rəbbindən qaçmağa cəhd göstərdi. Allah Kitabında Yunusun (ə) məhz hansı günahı işlətməsindən xəbər vermir, çünki bu barədə məlumat bizə heç bir fayda gətirməz. Buna görə Allah buyurur: “O, qaçıb həddən artıq dolmuş gəmiyə minir. O, başqaları ilə birlikdə püşk atır və uduzanlardan olur. O, qınanmalı olduğu halda, balıq onu udur” (Saffat, 37/140-142). O (ə) elə bir hərəkət etmişdi ki, doğrudan da qınanmağa layiq idi və belə zənn edirdi ki, Allahın cəzasından qaça biləcəkdir. Belə fikirlər hər bir adamın ağlına gələ bilər, lakin bu heç də o demək deyildir ki, onlar onun hafizəsində möhkəm qalacaqdır. O (ə) başqa adamlarla birlikdə gəminin göyərtəsinə qalxdı və bir az keçəndən sonra gəmi batmağa başladı. Adamlar ehtiyat edirdilər ki, əgər sərnişinlərdən birini dənizə atmasalar, gəmi batacaq. Belə olduqda, onlar püşk atmağa qərar verdilər və püşk Yunusa (ə) nəsib oldu. Adamlar onu dənizə atdılar və nəhəng bir balina onu (ə) uddu. O, qarnında Yunusu (ə) dənizin qaranlıq dərinliklərinə apardı və orada saleh peyğəmbər (ə) Allaha bu sözlərlə dua etməyə başladı: “Səndən başqa Allah yoxdur! Sən müqəddəssən! Həqiqətən, mən zalımlardanmışam!” Bu sözlərlə o (ə) şəhadət verirdi ki, Allah – Vahid Rəbdir, nöqsanlardan və qüsurlardan pakdır. Bununla yanaşı o (ə) etiraf edirdi ki, zalımlıq etmiş və özünə zərər vurmuşdur.
ﮦ ﮧ ﮨ ﮩ ﮪﮫ ﮬ ﮭ ﮮ ﮯ;
|