Студопедия — Biz onu Öz mərhəmətimizə daxil etdik, çünki o, həqiqətən, salehlərdən idi”.
Студопедия Главная Случайная страница Обратная связь

Разделы: Автомобили Астрономия Биология География Дом и сад Другие языки Другое Информатика История Культура Литература Логика Математика Медицина Металлургия Механика Образование Охрана труда Педагогика Политика Право Психология Религия Риторика Социология Спорт Строительство Технология Туризм Физика Философия Финансы Химия Черчение Экология Экономика Электроника

Biz onu Öz mərhəmətimizə daxil etdik, çünki o, həqiqətən, salehlərdən idi”.






Allahın mərhəmətinin kölgəsinə düşməyə nail olan hər kəs hər hansı təsadüfi müsibətlərdən qorunmuş olur. Belə insanlar xoşbəxtlik və nemət əldə edir, sevinməyin və əmin-amanlığın nə olduğunu dərk edir və həmçinin tərifə layiq görülür. Lut peyğəmbər (ə) də buna layiq idi, çünki o (ə) əməlisaleh mömin idi. Onun hərəkətləri düzgün və pakdı və əgər o (ə) səhv buraxırdısa, onda Allah onu o saat təshih edirdi. Həqiqətən, mö­minlik və xoş əxlaqlılıq qula Allahın mərhəmətinin kölgəsi altına düşməyə kömək göstərir, amma pozğunluq insanı bu mərhəmət­dən və nemətdən məhrum edir. Şübhəsiz ki, ən mömin insanlar Allahın peyğəmbərləri idi və buna görə də Allah onları bu şərəfli adla adlandırmışdır. Burada qeyd olunması yerinə düşür ki, Süleyman peyğəmbər (ə) Allaha belə dua etmişdi: “Məni Öz mər­həmətinlə mömin qullarının sırasına daxil et” (Nəml, 27/19).

 

ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ;

 

Nuh da daha əvvəllər belə dua etmişdi. Biz də onun duasına cavab verdik və onu və ailəsini böyük fəlakətdən xilas etdik”.

Ey Muhəmməd! Qulumuz və elçimiz olan Nuhu (ə) da gözəl ifadələrlə yad et! Allah onu (ə) öz qəbilədaşları arasında haqqı təbliğ etmək üçün göndərdi və o (ə) onların arasında min ildən əlli il əskik qaldı[74]. O (ə) onları tək Allaha ibadət etməyə çağırır və onları müşriklikdən uzaqlaşdırmağa çalışırdı. O (ə) onlara demək istədiyini deyir və bir daha dediklərinə qayıdırdı. O (ə) gecə-gündüz, adamlar arasında və gizlicə təbliğat aparırdı. Lakin sonradan o (ə) başa düşdü ki, onun moizələri və nəsihətləri qəbilədaşlarına heç bir fayda vermir. Belə olduqda o (ə) Allaha dua ilə müraciət edərək dedi: “Ey Rəbbim! Yer üzündə bir nəfər də olsun kafir saxlama! Əgər sən onları saxlasan, onlar Sənin qullarını azğınlığa salacaqlar və ancaq günahkar kafirləri törədəcəklər” (Nuh, 71/26-27).

 

ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ;

 

Biz ona, Bizim ayələrimizi yalan hesab edən insanlara qarşı mübarizəsində kömək etdik. Onlar cinayətkar idilər və Biz də hamısını suda batırdıq”.

Allah onun (ə) duasını qəbul edib, kafir qəbilədaşlarını suya qərq etdi. Onlardan heç kim salamat qalmadı və təkcə Nuh (ə) öz ailə üzvləri ilə və iman gətirmiş tərəfdarları ilə həddindən artıq doldurulmuş gəmidə xilas oldular. Nuhun (ə) nəslləri diri qaldılar və Allah onların, bir vaxtlar onları məsxərəyə qoyanlar üzərində qələbə çalmasına kömək etdi.

 

ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ;

 

Gecə vaxtı özgə qoyunlarının tapdalayıb xarab etdiyi əkin sahəsi barədə hökm çıxaran Davudu da, Süleymanı da xatırla. Biz onların hökmünün Şahidi idik”.

Ey Muhəmməd! İki nəcib peyğəmbərlər olan Davudu (ə) da, Süleymanı (ə) da ehtiramla xatırla! Allah onlara hüdudsuz bilik və düzgün qərarlar qəbul etmək qabiliyyəti əta etdi. Bir dəfə özgə qoyunlarının tapdaladığı və yediyi əkin sahəsinin sahibi onlara şikayətlə müraciət etmişdi. Araşdırıldıqdan sonra məlum oldu ki, gecə vaxtı özgənin qoyunları onun bağına girmiş və onun əkinini tapdalamışdır. Belə olduqda Davud (ə) qərara alır ki, qoyunlar əkin sahəsinin sahibinin əkin sahəsindən keçməlidir, çünki onların sahibləri yol verdikləri xətaya görə cəzalandırılma­lıdırlar. Lakin doğru qərar Süleymanın (ə) ağlına gəlmişdi. O (ə) qərara alır ki, bağın sahibi qoyun sürüsünü müvəqqəti olaraq öz istifadəsinə götürməli və heyvanların sahibləri bağı əvvəlki halına gətirənə kimi qoyunların südündən və yunundan yarar­lanmalıdır və ancaq bundan sonra hər kəs öz malını geri almalıdır. Bu qərar Süleymanın (ə) düşüncəli və fərasətli insan olduğunu sübut edirdi. Buna görə sonra Fövqəluca buyurur:

 

ﮦ ﮧﮨ ﮩ ﮪ ﮫ ﮬﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔﯕ ﯖ ﯗ ﯘ;

Biz Süleymana bu işi araşdırmaqda kömək gös­tər­dik və onların hər ikisinə hakimiyyət və elm əta etdik. Davud ilə birlikdə Bizi şərəfləndirmək üçün dağları və quşları ona tabe etdik. Bunları edən Biz idik”.

 

Allah Süleymana (ə) məhz bu məsələdə düzgün araşdırma aparması üçün kömək etdi, lakin bu heç də Davud peyğəmbərin (ə) digər hökmlərinin mükəmməl olmadığına qətiyyən dəlalət etmirdi. Məhz buna görə, Allah xəbər verir ki, onların hər birinə elm və düzgün hökmlər çıxartmaq üçün istedad əta etmişdi. Bütün bunlar ona dəlalət edir ki, hökmdar düzgün qərarlar qəbul edə bilər, lakin o, səhv də edə bilər. Amma hökmdar yol verdiyi səhvlərə görə, əgər haqqı tapmağa səy göstərirsə, qınanmağa layiq görülmür.

Sonra Fövqəluca Allah hər iki peyğəmbərin (onlara salam olsun!) sahib olduqları məziyyətlərdən daha ətraflı bəhs edir. Davud (ə) Allahın ən dindar qullarından biri idi və Rəbbini tez-tez xatırlayar, tərifləyər və ucaldardı. Allah ona (ə), başqa heç bir insanın layiq görülmədiyi, gözəl və məlahətli bir səs əta etmişdi. O (ə) Allaha həmd edib Onu ucaldanda hətta dağlar da, quşlar və heyvanlar da onun (ə) səsinə qoşulurdular. Həqiqətən də, bu, Allahın bu peyğəmbərinə (ə) yönəltdiyi mərhəmətinin təzahürü idi.

 

ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟﯠ ﯡ ﯢ ﯣ ﯤ;

 

(21. 80) “Biz Davuda sizin üçün zirehli geyim hazırlamağı öyrətdik ki, sizi sizə vurula biləcək ziyandan qorusun. Məgər siz şükür edəcəksiniz?”

Allah həm də Davuda (ə) zireh düzəltməyi öyrətdi. Bunun sayəsində o (ə), zireh hazırlayan ilk insan oldu. Sonradan gələn nəsllər bu sənəti ondan öyrənirdilər. Allah ona (ə) həmçinin dəmiri döyməyi və halqaları bir-biri ilə birləşdirməyi[75] öyrətdi. Bunlar insanlara çox böyük fayda gətirirdi, çünki zirehlər dö­yüşçüləri savaş vaxtı qoruyurdu. Amma, məgər insanlar Allahın qulu Davud vasitəslə onlara göstərdiyi çoxsaylı nemət­lərinə görə şükür edirlərmi?

Fövqəluca buyurur: “O sizin üçün dağlarda sığınacaq qurdu, sizin üçün sizi istidən qoruyan paltar, sizə zərər toxun­ma­sından sizi mühafizə edən zireh-qalxan yaratdı. O, sizə olan Öz mərhəmətini beləcə axıra çatdırır ki, bəlkə siz müsəlman olasınız” (Nəhl, 16/81).

Belə bir rəy mövcuddur ki, Allah Davuda (ə) dəmir paltar düzəltməyi və dəmirin onun üçün döyülmə halına gətirilməsini tamamilə qeyri-adi bir tərzdə öyrətmişdir. Şərhçilər hesab edirdilər ki, Davudun (ə) dəmiri odda qızdırmasına lüzum qalmırdı, çünki onun (ə) əlində o xəmir və ya palçıq kimi yumşaq olurdu.

Başqa bir şərhə görə isə, Allah ona (ə) dəmir libas hazırla­ma­ğı, indiki günlərimizdə yaxşı məlum olan qayda ilə öyrətmişdi. Bu isə o deməkdir ki, o (ə), metalı qızdırmaq və ya əritmək təlimi alıbmış. Bu şərh daha ağlabatandır, çünki Allah onu Özünün bütün qullarına mərhəməti adlandırır və insanlara əmr edir ki, bu nemətə görə Ona həmd etsinlər. Əgər Davuda (ə) öyrədilən sənət digər insanlara irs olaraq qalmasaydı, onda Allah onu bütün bəşəriyyətə olan mərhəməti kimi adlandırmazdı. Bu halda, Allah dəmir libasın insanlara gətirdiyi faydanı da xatır­latmazdı. Bu ayədə təkcə Davudun (ə) hazırladığı zirehlərdən bəhs edilməsini çətin təsəvvür etmək olar, bu isə o deməkdir ki, Allah zirehlər haqqında, ümumiyyətlə, qeyd etmişdir. Birinci rəyə üstünlük verən şərhçilər Allahın Davud üçün dəmiri döyülə bilən hala gətirməsi ilə əlaqədar təkcə Quran ayəsinə istinad edirlər. Lakin bu sözlər, dəmirin yumşaqlığının yer qanunlarının ziddinə olmasını əks etdirmir. Bu barədə ən yaxşısını bilən Allahdır.

 

ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ;

 

Güclü əsən küləyi də Süleymana tabe etdik və o da onu öz əmri ilə bərəkət verdiyimiz yerlərə yönəldərdi. Biz hər şeyi Bilənik”.

Külək Süleymanın (ə) iradəsinə tabe edilmişdi. O (ə) ay ərzində gediləsi bir məsafəni bir sabah mehinin əsməsi ilə başa vururdu və eyni məsafəni bir günorta mehinin əsməsi ilə keçib gedirdi. O, onun (ə) istinadgahı olan bərəkətli Şam torpağına əsirdi. Bu küləyin sayəsində Süleyman (ə) qərbə və şərqə səyahət edir və hər dəfə də yenə bərəkətli yerə qayıdırdı. Allahın ilahi elminin hər şeyi əhatə etdiyini nəzərə alsaq, bilməliyik ki, O, bunların hamısını – Davud (ə) və Süleymanla (ə) baş verənləri gözəl bilirdi.

 

ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙﭚ ﭛ ﭜ ﭝ ﭞ;

 

Eytanlar arasında elələri də var idi ki, onun üçün dənizə dalırdılar və digər işlər görürdülər. Biz onları mühafizə edirdik”.

Süleymanın (ə) digər bir ecazkar üstünlüyü də onun (ə) şeytanlar və güclü ifritlər üzərində hakimiyyəti olması idi. Allah ona (ə) onları müxtəlif işlər görməyə məcbur etmək istedadı əta etmişdi. Çox vaxt bunlar elə işlər olurdu ki, onları başqa məxluqlar icra edə bilmirdilər. Cinlərdən bir qismi dalğıclıq edir və dənizin dibindən mirvari və digər qiymətli zinət şeyləri çıxarırdılar. Bu barədə Fövqəluca buyurur: “Onlar gözəl binalar, heykəllər, çarhovuzlara bənzər kasalar və yerindəntərpədil­məyən qazanlar düzəldirdilər” (Səba, 34/13). Onlardan bəzilərinə Qüdsdə məbəd tikmək həvalə edilmişdi. Süleyman vəfat etdik­dən sonra da onlar[76]başladıqları tikintini davam etdirirdilər. Bir il ərzində onların onun (ə) ölümü haqqında təsəvvürləri belə yox idi. Bu barədə aşağıda bəhs ediləcək, inşallah. Şeytanlara gəl­dikdə isə, onlar Süleymanın (ə) iradəsinə müqavimət göstərə və ya itaətsizlik edə bilmirdilər, çünki Allah Öz hökmü, Öz qüdrəti və Öz əzəməti sayəsində onları bundan saxlayırdı.

 

ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ;

Yyubu da xatırla! O, Rəbbinə belə dua etmişdi: “Həqiqətən, mənə mərəz toxunmuşdur, axı Sən – rəhmlilərdən Rəhmlisən”.

Ey Muhəmməd! Qulumuz və elçimiz olan Əyyubu da xatırla ki, ona (ə) ehtiram göstərib, onun (ə) xatirəsini yad edəsən. Allah onu (ə) sərt sınağa çəkdi, lakin o (ə) layiqincə səbir etdi və taleyinin hər cür dəyişikliklərinə şükür etdi. Allahın sınağı – şeytana onun (ə) bədənini xəstələndirməyə icazə verməsi ilə əlaqədar idi. Şeytan ona (ə) üflədi və Əyyub əleyhissalamın bədənini dəhşətli yaralar basdı. Bu yaralar onu uzun müddət narahat edirdi. Sonra sınaq gücləndirildi və əməlisaleh peyğəmbər (ə) ailəsini və əldə etdiyi var-dövlətini itirdi. Təkcə bu zaman o (ə) dua ilə Rəbbinə müraciət etdi.

 

ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ;

Biz onun duasına cavab verib, ona düçar olmuş şəri uzaqlaşdırdıq və ona ailəsini bəxş etdik, Özümüzdən mərhəmət və ibadət edənlərə ibrət olaraq, üstəlik bir o qədər də əlavə etdik”.

 

Əyyub (ə) Allaha dua ilə müraciət edərək özünün (ə) acınacaqlı vəziyyətindən xəbər verir. Onun bədbəxtliyinin həddi bilinmirdi, lakin Allahın mərhəməti daha geniş idi. Buna görə, O, onun (ə) duasını qəbul edib buyurdu: “Ayağınla yerə vur! Budur çimmək və içmək üçün sərin su” (Sad, 38/42). O (ə), aya­ğı ilə yerə toxunan kimi onun altından sərin sulu bir bulaq fəvvarə vurdu. Əyyub (ə) bu su ilə yuyundu və ondan doyunca içdi və Allah onu (ə) xəstəliklərdən və bəlalardan xilas etdi. Sonra isə Allah ona (ə) ailəsini və var-dövlətini qaytardı. Allahın mər­həməti o qədər böyük idi ki, Əyyubun (ə) ailəsi daha böyük və var-dövləti daha da çox oldu. O (ə) bunu öz səbirliliyi sayəsində və taleyindən şikayət etmədiyinə görə layiq görülmüşdü. Allah onu (ə) hələ yer üzündə yaşayarkən mükafatla şərəfləndirdi və Axirətdə də ona (ə) mükafat vəd etdi. Bunlarla yanaşı Allah onu (ə) Rəbbinə ibadət edənlər və səbirlilikdən faydalananlar üçün ibrət etdi. Onlar Əyyubun (ə) qismətinə düşən sınaq və bəla­lardan xilas olduqdan sonra aldığı mükafat haqqında biləcəklər. Məhz onda onlar belə uğurun səbəbi haqqında düşünməyə başlayır və başa düşürlər ki, bunun səbəbi səbirli olmaqmış. Bax buna görə də Allah Əyyubun (ə) səbirliliyini tərifləyir və bu­yurur: “Həqiqətən də, Biz onu səbirli gördük. Necə də gözəl idi bu qul! Həqiqətən, o, həmişə dua edirdi” (Sad, 38/44). Məhz bu peyğəmbər (ə) bədbəxliyə uğrayan hər kəs üçün təqlid edilən örnək olmuşdur.

ﭽ ﭾ ﭿ ﮀﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉﮊﮋﮌ ﮍ;







Дата добавления: 2015-09-04; просмотров: 461. Нарушение авторских прав; Мы поможем в написании вашей работы!



Шрифт зодчего Шрифт зодчего состоит из прописных (заглавных), строчных букв и цифр...

Картограммы и картодиаграммы Картограммы и картодиаграммы применяются для изображения географической характеристики изучаемых явлений...

Практические расчеты на срез и смятие При изучении темы обратите внимание на основные расчетные предпосылки и условности расчета...

Функция спроса населения на данный товар Функция спроса населения на данный товар: Qd=7-Р. Функция предложения: Qs= -5+2Р,где...

Лечебно-охранительный режим, его элементы и значение.   Терапевтическое воздействие на пациента подразумевает не только использование всех видов лечения, но и применение лечебно-охранительного режима – соблюдение условий поведения, способствующих выздоровлению...

Тема: Кинематика поступательного и вращательного движения. 1. Твердое тело начинает вращаться вокруг оси Z с угловой скоростью, проекция которой изменяется со временем 1. Твердое тело начинает вращаться вокруг оси Z с угловой скоростью...

Условия приобретения статуса индивидуального предпринимателя. В соответствии с п. 1 ст. 23 ГК РФ гражданин вправе заниматься предпринимательской деятельностью без образования юридического лица с момента государственной регистрации в качестве индивидуального предпринимателя. Каковы же условия такой регистрации и...

Интуитивное мышление Мышление — это пси­хический процесс, обеспечивающий познание сущности предме­тов и явлений и самого субъекта...

Объект, субъект, предмет, цели и задачи управления персоналом Социальная система организации делится на две основные подсистемы: управляющую и управляемую...

Законы Генри, Дальтона, Сеченова. Применение этих законов при лечении кессонной болезни, лечении в барокамере и исследовании электролитного состава крови Закон Генри: Количество газа, растворенного при данной температуре в определенном объеме жидкости, при равновесии прямо пропорциональны давлению газа...

Studopedia.info - Студопедия - 2014-2024 год . (0.009 сек.) русская версия | украинская версия