Allaha and içirəm ki, siz geriyə dönüb gedən kimi mən hökmən bütlərinizə bir çarə qılacağam”.
Sonra o, hamısını tikə-tikə edib, onların yalnız ən böyüyünü saxladı ki, ona şikayət edə bilsinlər”. Bütlərin qətiyyən heç bir hakimiyyət sahibi olmadığını izah etdikdən sonra, İbrahim (ə) qərara alır ki, öz qəbilədaşlarına onların ilahlarının gücsüzlüyünü və acizliyini nümayiş etdirsin. Onları inandırmaq üçün isə, o (ə) bir fənd qurmağı nəzərdə tutdu. O (ə), qəbilədaşları öz bayramlarından birinə başları qarışarkən bütləri sındırıb dağıtmaq qərarına gəldi. Bir dəfə, onlar öz bütlərini nəzarətsiz qoyduqları vaxt, o (ə) gizlicə bütxanaya girərək, onları parça-parça edib dağıdır və təkcə birinə, onlardan ən böyüyünə toxunmur. Onun (ə) qəbiləsinin bütlərinin hamısı bir yerdə saxlanılırdı. O (ə) bu bütü saxladı və sonradan Fövqəluca Allah onun bu hərəkətinin səbəbini izah edir. Burada çox mühüm bir məqama diqqət yetirmək lazımdır. Allahın nifrətinə səbəb olan şeylərə “böyük”, “möhtəşəm” (və s.) kimi səciyyələndirilən adlar, əgər onlar müəyyən bir şəraitlə bağlı deyilsə, vermək olmaz. Məhz Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) bütpərəst dövlətlərin hökmdarlarına müraciətlər göndərəndə belə etmişdi. O (s.ə.s.) onları Farsın və Bizansın böyük hökmdarları adlandırmış, lakin onlara sadəcə böyük insanlar deməmişdi. Bax buna görə, Allah bütü böyük adlandırmır, ona bütlərin böyüyü adını verir. Müsəlmanlar bu incəliyə diqqət yetirməlidirlər və Allahın alçaltdıqlarını ucaltmamalıdırlar. Lakin onları öz məddahlarının gözü qarşısında böyük adlandırmağa icazə verilir. Sonra Fövqəluca Allah xəbər verir ki, İbrahim (ə) bütlərdən birini ona görə salamat saxlayır ki, öz qəbilədaşlarına o bütə kömək üçün müraciət etməyi təklif etsin və onları özünün dəlillərinin doğruçuluğuna inandırsın. O (ə) istəyirdi ki, onlar onunla (ə) razılığa gəlsinlər və o (ə), onların ondan (ə) üz döndərəcəklərindən ehtiyat edirdi.
ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ;
(21. 59) “Dedilər: “Kim bizim ilahlarımızla belə rəftar etmişdir? Həqiqətən, o, zalımlardan biridir!” Müşriklər ilahlarının başına gətirilmiş bu alçaldılmanı və şərəfsizliyi gördükdə, qərara aldılar ki, belə bir işi ancaq zalım edə bilərdi. Onlar İbrahimi (ə) zalım adlandırdılar, halbuki özləri bu ada daha çox layiq idilər. O (ə) bütləri dağıtmışdı, lakin onlar bilmirdilər ki, bu hərəkət onun (ə) məziyyətlərindən biri idi və onun (ə) ədalətliliyini və tövhid tərəfdarı olmasını sübut edirdi. Həqiqətən də, zalım o şəxsdir ki, bütləri və heykəlləri ilahlara çevirir.
ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ;
|