Bundan əvvəl Biz İbrahimə də doğru yol Təlimatı əta etmişdik və Biz ona bələd idik”.
Musa (ə) və Muhəmməd Peyğəmbəri (s.ə.s.) və həmçinin onlara nazil etdiyi Kitabları xatırlatdıqdan sonra, Fövqəluca Allah İbrahim peyğəmbəri (ə) də doğru yola yönəltdiyindən xəbər verir. Bu isə Musa (ə) və Muhəmmədin (s.ə.s.) peyğəmbərliklərinin başlanmasından, Tövratın və Quranın nazil edilməsindən xeyli öncə olmuşdu. Allah göylərin və yerin Onun hakimiyyəti altında olmasını İbrahimə (ə) göstərmiş və ona (ə) ilk haqq nəsihətlərini vermişdir və onların sayəsində o (ə) öz qəlbini nəcibləşdirməyə və haqqı insanlar arasında təbliğ etməyə başlamışdır. Haqq yolun sadiq tərəfdarı olması ilə İbrahim (ə) Muhəmməd Peyğəmbərdən (s.ə.s.) başqa, bütün məxluqları ötüb keçmişdir. Hər dəfə o (ə) daha yüksək pilləyə qalxdıqda, Allah onun (ə) haqa yolla getmək səyini artırırdı, çünki hər bir mömin imanının yol verdiyi qədər doğru yolla getməyə can atır. Allah İbrahimi (ə) doğru yola yönəltdi, onu (ə) peyğəmbərliklə şərəfləndirdi, Özünün sevimlisi etdi və onu (ə) bu dünyada ikən və ölümündən sonra bütün digər məxluqlardan uca tutdu, çünki O, çox gözəl bilirdi ki, İbrahim (ə) bu böyük şərəfə layiqdir. Bu onun (ə) paklığına və ağıl-kamalına görə mükafat idi. Buna görə, sonra Allah İbrahimin (ə) öz qəbilədaşları ilə necə mübahisə etdiyini və onları bütpərəstlikdən əl çəkməyə çağırdığını xəbər verir. Allah həmçinin onun (ə) müşriklərin bütlərini sındırmasından və özünün haqlı olmasına müşrikləri inandırmasından bəhs edir.
ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ;
(21. 52) “Budur, o atasına və xalqa belə dedi: “Bu heykəllər nədir ki, siz onlara tapınırsınız?” Sizin öz əllərinizlə həkk edilərək bəzi məxluqlara bənzətdiyiniz bu heykəllər nədir ki, onlara sitayiş edirsiniz? Niyə siz onlara ibadət edir və bunu düzgün sayırsınız? Bu bütlər hansı üstünlüklərə malikdir? Sizin ağlınız haradadır ki, öz vaxtınızı bu heykəllərə ibadətə sərf edirsiniz? Siz bu bütləri öz əllərinizlə yonmuş və düzəltmişsiniz, indi də onlara ibadət edirsiniz. Həqiqətən, bu çox qəribədir!”
ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ;
|