Студопедия — Onlar Ondan öncə söz danışmaz və Onun əmrlərinə uyğun davranarlar”.
Студопедия Главная Случайная страница Обратная связь

Разделы: Автомобили Астрономия Биология География Дом и сад Другие языки Другое Информатика История Культура Литература Логика Математика Медицина Металлургия Механика Образование Охрана труда Педагогика Политика Право Психология Религия Риторика Социология Спорт Строительство Технология Туризм Физика Философия Финансы Химия Черчение Экология Экономика Электроника

Onlar Ondan öncə söz danışmaz və Onun əmrlərinə uyğun davranarlar”.






Məxluqların idarə olunması haqqında söhbət gedəndə, Allah hökm çıxarmadıqca mələklər öz rəylərini bildirmirlər. Bu ona dəlalət edir ki, onlar mütləq ədəb-ərkana malik olmaqla yanaşı, öz Rəbbinin nöqsansız müdrikliyi və hüdudsuz biliyindən agahdırlar. O (Pak və Müqəddəs Olan) əmr verən kimi, onlar onu həmin anda icra edirlər. O (Pak və Müqəddəs Olan) onlara bir vəzifə tapşıran kimi, onlar onun öhdəsindən gəlirlər. Onlar Allahın iradəsinə uyğun olmayan öz istəkləri naminə Onun əmrlərinə heç vaxt itaətsizlik göstərmirlər. Lakin, buna baxmayaraq, Allah onlarla baş verən bütün prosesləri Öz elmi ilə əhatə edir.

 

ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ;

 

O onların keçmişini də, gələcəyini də bilir. Onlar Onun razı qaldığından başqasına şəfaət etməzlər və özləri də Onun qarşısında çəkinib ehtiram hissi ilə titrəyərlər”.

Allaha mələklərin əvvəllər etdikləri və hələ sonra edə­cəkləri hər şey məlumdur. Onlar heç vaxt Onun ilahi biliklərinin hüdudlarından kənara çıxmaz və Onun hakimiyyətinin yayıldığı səltənəti heç vaxt tərk etməzlər. Onlar Allah danışmazdan əvvəl sözə başlayıb Onu qabaqlamazlar və buna görə də, onlar yalnız Onun razılığından və bəyənməsindən sonra Ona şəfaət üçün müraciət edərlər. Əgər O (Pak və Müqəddəs Olan), onların havadarlıq etmək istədiklərindən razı olarsa, məhz onda onlar Ondan şəfaət istəyə bilərlər. Lakin məlumdur ki, Allah təkcə Onun üçün səmimiyyətlə deyilən və Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) yoluna uyğun gələn sözlərə və edilən əməllərə görə razı qalır.

Bu ayə ona dəlalət edir ki, bəzi məxluqlar Allahın hüzu­runda digər məxluqlar üçün şəfaət istəyə biləcəklər və mələklər də şəfaət və havadarlıq etmək arzusunda olanların arasında olacaqlar. Buna baxmayaraq, onlar Allahın hüzurunda bərk qorxu hissi keçirir və Onun əzəmətinə və fövqəlqüdrətinə itaətlə baş əyirlər.

 

ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍﮎ ﮏ ﮐ ﮑ ﮒ;

 

Onlardan kimsə: “Mən də Onunla yanaşı tanrı­yam” desə, əvəzində ona Cəhənnəmi nəsib edərik. Biz zalımları belə cəzalandırırıq”.

Mələklərin gözəl məziyyətlərə malik olmalarına baxmaya­raq, pərəstişə və ibadətə layiq olmadıqlarını izah etdikdən sonra, Fövqəluca Allah bildirir ki, bu məxluqlar tanrı adlandırılmaq haqqına hətta heç iddia da etmirlər. Əgər ehtimal belə etsək ki, onlardan kimsə bu dərəcəyə enərək özünü ilah hesab edə bilər, onda Allah onu Cəhənnəmə atar. Mürtədlər və zalımlar üçün hazırlanmış ədalətli cəza belədir. Allaha hərtərəfli möhtac olan qeyri-kamil məxluqun Onunla yanaşı Rəbb olan Allah adlandı­rılmaq haqqına iddia etməsindən də daha böyük zalımlıq nə ola bilər?!!

ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣﮤ ﮥ ﮦ ﮧ;

 

(21.30) “Məgər kafirlər görmürlər ki, göylər və yer vahid bir bütöv olduqları halda Biz onları ayırdıq və bütün canlıları sudan yaratdıq? Doğrudanmı onlar iman gətirməyəcəklər?” [72]

Doğrudanmı öz Rəbbinə iman gətirməkdən imtina edən və təkcə Ona səmimi xidmət etməkdən üz döndərən kafirlər Allahın, həqiqətən, ibadət edilməli Həmdəlayiq və Səxavətli Rəbb olmasının açıq-aydın dəlillərinə diqqət yetirmirlər? Əgər onlar göyləri və yeri müşahidə etsələr, onda görərlər ki, Allah onları bir-birindən ayırır[73]. Tamamilə buludsuz olan səma birdən-birə buludlarla örtülür və onlardan yağış yağmağa başlayır. Bu zaman qupquru və cansız torpaq bitkilərlə örtülür. Təsəvvür edin ki, bir buludun belə olmadığı tərtəmiz göy, yağış suyu ilə dolu qara buludlara necə bürünür? Sonra isə Allah bu suyu toz basmış və həyatverici nəmişlikdən məhrum olan cansız torpağa axıdır. Yağış yerə düşən kimi, yer necə də canlanıb, hərəkətə gəlir, qabarır və hər cür qəribə bitkilərlə örtülür. Bu bitkilər müxtəlif növlərə məxsusdur və ətrafdakılara çoxsaylı faydalar verir. Məgər bunların hamısı təkcə Allahın gerçək haqq olduğuna, bütün digər ilahların isə yalançı və köməksizliyinə dəlalət etmirmi? Məgər bu Allahın ölüləri diriltməyə qadir olmasına və Onun Mərhəmətli və Rəhmli Rəbb olmasına dəlalət etmirmi? Doğrudanmı, bütün bunlardan sonra insanlar Ona şərik qoşma­dan və həlakedici şübhələrə qapılmadan haqq dinə gəlməyə­cəklərmi?

 

ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ;

 

Biz yerdə sarsılmaz dağlar yaratdıq ki, o, onlarla birlikdə silkələnməsin. Biz orada geniş yollar saldıq ki, onlar doğru yolla gedə bilsinlər”.

Fövqəluca ayədə bütün yer üzünə səpələnmiş Öz möcüzə­lərindən bəzilərini sadalayır. Bu möcüzələr Onun qüdrətini, kamilliyini, vəhdətini və rəhmli olmasını təsdiq edir. Həmin möcüzələrdən biri də Allahın yer üzündə dağları istehkam kimi yerləşdirməsidir. Yer ancaq dağların sayəsində sarsılmazlıq əldə etmişdir və yerin onun üzərində yaşayan qullarla birlikdə silkə­lənməməyi üçün Allah yerdə nəhəng payalara bənzər dağlar yaratmışdır. Əgər yer fasiləsiz olaraq silkələnsəydi, onda Allahın qulları onun üstündə yaşaya və əkinçiliklə məşğul ola bilməz­dilər.

Yerdə dağ silsilələrinin mövcudluğu məxluqlara çox böyük fayda verir, lakin əgər yüksək və qüdrətli dağlar bir-biri ilə birləşərək vahid dağ silsiləsi yaratsaydı, onda onlar müxtəlif ölkələrin sakinlərinə bir biri ilə əlaqə saxlamağa maneə olardı. Bax buna görə də Allahın müdrikliyi və mərhəməti tələb edirdi ki, O (Pak və Müqəddəs Olan), dağların arasından yollar salsın. Fövqəluca Allah bu yolları düz və keçilən etdi ki, insanlar çətinlik çəkmədən bir tərəfdən başqa tərəfə gedə bilsinlər və bunun sayəsində onlar öz Xeyirxahlarının təkliyinə əmin olurdular.

 

ﯗ ﯘ ﯙ ﯚﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ;







Дата добавления: 2015-09-04; просмотров: 443. Нарушение авторских прав; Мы поможем в написании вашей работы!



Вычисление основной дактилоскопической формулы Вычислением основной дактоформулы обычно занимается следователь. Для этого все десять пальцев разбиваются на пять пар...

Расчетные и графические задания Равновесный объем - это объем, определяемый равенством спроса и предложения...

Кардиналистский и ординалистский подходы Кардиналистский (количественный подход) к анализу полезности основан на представлении о возможности измерения различных благ в условных единицах полезности...

Обзор компонентов Multisim Компоненты – это основа любой схемы, это все элементы, из которых она состоит. Multisim оперирует с двумя категориями...

Выработка навыка зеркального письма (динамический стереотип) Цель работы: Проследить особенности образования любого навыка (динамического стереотипа) на примере выработки навыка зеркального письма...

Словарная работа в детском саду Словарная работа в детском саду — это планомерное расширение активного словаря детей за счет незнакомых или трудных слов, которое идет одновременно с ознакомлением с окружающей действительностью, воспитанием правильного отношения к окружающему...

Правила наложения мягкой бинтовой повязки 1. Во время наложения повязки больному (раненому) следует придать удобное положение: он должен удобно сидеть или лежать...

Концептуальные модели труда учителя В отечественной литературе существует несколько подходов к пониманию профессиональной деятельности учителя, которые, дополняя друг друга, расширяют психологическое представление об эффективности профессионального труда учителя...

Конституционно-правовые нормы, их особенности и виды Характеристика отрасли права немыслима без уяснения особенностей составляющих ее норм...

Толкование Конституции Российской Федерации: виды, способы, юридическое значение Толкование права – это специальный вид юридической деятельности по раскрытию смыслового содержания правовых норм, необходимый в процессе как законотворчества, так и реализации права...

Studopedia.info - Студопедия - 2014-2024 год . (0.015 сек.) русская версия | украинская версия